Axtarış

The search found 105785 results in 0.071 seconds.

Search results

  1. Vüsal Hüseynov gənc kadrları işdən çıxardı - Rusiya vətəndaşına vəzifə verdi

    Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov heç bir əsas olmadan bir neçə gənc kadrın ərizəsini alaraq işdən çıxarıb. Bu barədə Unikal.org-a vəzifəsindən azad olunan Dövlət Miqrasiya Xidmətinin əməkdaşları müraciət ediblər. Hurriyyet.org həmin müraciəti olduğu kimi təqdim edir: "Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinə rəis təyin olunanda hamımız sevinirdik. Onun xidmətə yeniliklər gətirəcəyinə, şəffaf fəaliyyət göstərəcəyinə inanırdıq. Ancaq ümidlərimiz özünü doğrultmadı. Bir çox gənc kadr ləkələnib işdən çıxarıldı.

    Muxalifet - 27-05-2019

  2. ​Polisdən ƏMƏLİYYAT: Bakıda “Dayı” ləqəbli şəxs tutuldu - FOTO

    Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
    Muxalifet.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Bayram Novruzov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 5,972 qram marixuana aşkar edilərək götürülüb.

    Muxalifet - 27-05-2019

  3. "Nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq" - DYP-dən AÇIQLAMA

    akı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (Baş DYP İdarəsi) açıqlama yayıb.
    Muxalifet.az-ın xəbərinə görə, açıqlamada xatırladılıb ki, Azərbaycan son zamanlar bir çox mötəbər idman yarışlarına və digər beynəlxalq tədbirlərə ev sahibliyi edib:
    "Qeyd olunan tədbirlər vətəndaşlarımızın və ayrı-ayrı əlaqədar dövlət qurumlarının birgə fəaliyyəti nəticəsində yüksək səviyyədə təşkil olunaraq keçirilib.

    Muxalifet - 27-05-2019

  4. ​Köçəryan yeni partiya yaratdı

    Ermənistanda yeni müxalif partiya yaradılıb. Bu məlumatı “Adekvad” təşkilatının mətbuat xidməti yayıb. Təşkilat bundan sonra partiya olaraq fəaliyyət göstərəcəyini bildirib. Yeni partiya əsas hədəfinin çoxsəviyyəli, döyüş qabiliyyətli müdafiə infrastrukturu yaratmaq, müsbət demoqrafik dinamikaya nail olmaq, Ermənistan vətəndaşları üçün lazımi təhsilin verilməsini təmin etmək və ölkənin ümumi maraqlarının olduğu xarici subyektlərlə etibarlı münasibətlər yaratmaqdan ibarət olduğunu bildirib. Qeyd edək ki, “Adekvad” Paşinyan əleyhdarı və nisbətən də rusiyayönlü təşkilat kimi tanınır.

    Muxalifet - 27-05-2019

  5. “Rusiyanın maraqlarını müdafiə edən vətəndaşlar Azərbaycandan çıxarılmalıdır” – MÜXALİF PARTİYADAN HAKİMİYYƏTƏ ÇAĞIRIŞ

    Bu gün ADP İdarə Heyəti özünün növbəti toplantısını keçirib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ölkə gündəmi üçün aktual olan bir sıra məsələlərə toxunulub. Toplantıda ilk öncə ötən həftə Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasovun həbs olunaraq qeyri-insani rəftara və işgəncələrə məruz qalması və onun qanunsuz olaraq deportasiyasına qərar verilməsi məsələsi müzakirə olunub.

    Muxalifet4 - 27-05-2019

  6. Elçin Quliyev gürcü həmkarı ilə sərhəddə görüşdü

    Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyətlərinin dövlət sərhədində işçi görüşü keçirilib.
    Bununla bağlı Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
    Görüş zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində mövcud əməliyyat şəraiti, sərhəd rejiminin təmin edilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

    Muxalifet - 27-05-2019

  7. ​AZƏRBAYCAN SƏHİYYƏSİNDƏ NÖVBƏTİ RƏZALƏT – 16 min manat alıb əməliyyat etdilər, öldükdən sonra daha 5 min 400 manat tələb olundu

    Ucar rayonu Lək kənd sakini Abışova Tahirə Yusif qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır:
    “Hörmətli Prezident!
    Hörmətli Mehriban xanım!

    Muxalifet4 - 27-05-2019

  8. Bakıda şagirdlər arasında DAVA - BIÇAQLANAN VAR

    Bakıda yeniyetmələr arasında dava bıçaqlanma ilə nəticələnib.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib.
    Buta qəsəbə sakini, 2002-ci il təvəllüdlü Xəlilov Rəhim İlqar oğlu ilə həmyaşıdı Şəmiyev Sənan Əlimurad oğlu Lökbatan qəsəbəsindəki 106 saylı orta məktəbin yaxınlığında mübahisə edib. Mübahisə davaya çevrilib və hadisə nəticəsində S.Şəmiyev R.Xəlilova üzərində gəzdirdiyi bıçaqla bir neçə zərbə endirib.

    Muxalifet - 27-05-2019

  9. Azərbaycan Prezidenti: "Bu ilin əvvəlindən təkcə dövlət sektorunda 50 minə yaxın iş yeri yaradılıb"

    "Biz bundan sonra da sosial sahəyə çox böyük diqqət göstərəcəyik. Çünki bu sahə hər bir ölkə üçün prioritet olmalıdır, o cümlədən bizim üçün".

    "Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda deyib.

    Muxalifet - 27-05-2019

  10. Əsəd və PKK/YPG-dən çirkli neft razılaşması

    Suriyada maye yanacaq böhranı yaşayan Bəşşar Əsəd rejimi neft qaynaqlarının təxminən 70 faizini işğal edən terror təşkilatı YPG/PKK ilə yeni neft razılaşması edib.
     
    Yerli qaynaqlardan əldə edilən məlumata görə, maye yanacaq böhranını aşmağa çalışan Əsəd rejimi ilə terror təşkilatı YPG/PKK xam neft satışı mövzusunda razılaşıb.
    Razılaşmağa görə, YPG/PKK İraq sərhədinə hakim Deyrizorun şərq çölündə yerləşən Tanak neft sahəsindən çıxardığı xam neftin 1 barelini 41 dollardan Əsəd rejiminə satacaq.

    Muxalifet3 - 27-05-2019

  11. ARAZ ƏLİZADƏYƏ "SƏRT SİLLƏ" - Fuad Abbasovun Azərbaycan vətəndaşı olduğunu təsdiq edən FOTOFAKT

    Rusiya Federasiyasında həbsdə olan jurnalist Fuad Abbasovun Azərbaycan vətəndaşı olmaması haqda xəbərlər yayılsa da, bu iddia təsdiqini tapmayıb. Hətta Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iddianı təkzib edərək, F.Abbasovun Azərbaycan vətəndaşı olduğunu bildirib.

    Muxalifet.az xəbər verir ki, tanınmış hüquqşünas Səməd Vəkilov mübahisələrə son qoymaq üçün Fuad Abbasovun şəxsiyyət vəsiqəsinin surətini axar.az-a təqdim edib.

    Muxalifet4 - 27-05-2019

  12. Prezident efiopiyalı həmkarını təbrik etdi

    Prezident İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Sahle-Uork Zevdeyə təbrik məktubu göndərib.

    Təbrikdə deyilir: Hörmətli xanım Prezident, Efiopiyanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza sülh və firavanlıq diləyirəm".

    Muxalifet - 27-05-2019

  13. Pərviz Əhmədova yüksək vəzifə verildi - TƏYİNAT

    “Azneft” İstehsalat Birliyinin Nəriman Nərimanov adına neft-qaz çıxarma idarəsinə (NQÇİ) yeni rəis təyin edilib.

    “Report” bu barədə İstehsalat Birliyinə istinadən xəbər verir.

    Bildirilib ki, bu vəzifəyə Birliyin Neftin, qazın hasilatı və nəqli üzrə istehsalat şöbəsinin rəisi Pərviz Əhmədov təyin olunub.

    Məlumata görə, P. Əhmədov NQÇİ-nin kollektivinə təqdim olunub.

    Muxalifet - 27-05-2019

  14. Azərbaycana həmişə hörmətlə yanaşmışam - Səmədov

    Samaranın “Krılya Sovetov” komandasının yarımmüdafiəçisi Aleksandr Səmədov Azərbaycana hörmətcil münasibətindən danışaraq atasının vətəninə daha tez-tez səfər edəcəyinə ümidvar olduğunu bildirib.

    Muxalifet3 - 27-05-2019

  15. Avroviziya-2019-u qazanan Hollandiya çətin durumda

    Avroviziya-2019 beynəlxalq musiqi yarışmasının qalibi Hollandiya çətin vəziyyət qarşısında qalıb. Muxalifet.az xəbər verir ki, Hollandiya rəsmiləri musiqi yarışmasının Amsterdamda keçirilməsinin əleyhinə çıxırlar. Belə ki, həddindən artıq turist axınından ehtiyat edən holland rəsmiləri yarışmanın Rotterdam, Utrext kimi şəhərlərdə keçirilməsinin tərəfdarı olduqlarını bəyan ediblər.

    Muxalifet3 - 27-05-2019

  16. Pompeodan Azərbaycana: Qarabağla bağlı buna sadiqik

    Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Mayk Pompeo Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib. Muxalifet.az xəbər verir ki, təbrikdə qeyd edilir: “Respublika Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Hökuməti adından Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram. Amerika Birləşmiş Ştatları Azərbaycanı özünə etibarlı dost və tərəfdaş hesab edir.

    Muxalifet3 - 27-05-2019

  17. Bakıdakı final üçün nə qədər bilet satılıb?

    UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa 52 mindən artıq bilet satılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə AFFA-nın İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla trend -ə bildirib.
    F.Abdulla bildirib ki, paytaxtın 4 nöqtəsində bilet satışı davam etdirilir.
    "Biletlər "28 Mall", "Port Baku" və "Gənclik Mall" ticarət mərkəzləri və Heydər Əliyev Sarayının kassalarında satılır. Bilet satışının ümumi statistikası aparılır. Amma nə qədər biletin turistə və yerli azarkeşlərə satıldığı məlum deyil".

    Muxalifet3 - 27-05-2019

  18. Türkiyə ilə bir nömrəli məsələ budur - Rusiyalı ekspert

    Rusiya və Türkiyə İdlibdə təhlükəsizlik bölgəsi ilə bağlı birlikdə çalışır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Andrey Çuprıqin bildirib.
    "Hazırda Rusiyanın əsas məqsədi Suriyada Əsəd ordusunun nəzarəti altına keçən torpaqlarda xalqa istədiyi yaşayışı təmin etmək və əməliyyata son qoymaqdır. Türkiyə ilə bir nömrəli məsələ sərhəddə kürd problemini həll etməkdir", - Çuprıqin deyib.
     

    Muxalifet3 - 27-05-2019

  19. Azərbaycanda təkcə Mxitaryan deyil... - İsrail mediası

    Bu günlərdə məlum olub ki, “Arsenal”ın yarımmüdafiəçisi Henrix Mxitaryan Azərbaycanla Ermənistan arasında ərazi münaqişəsi səbəbindən təhlükəsizlik mülahizələrinə görə Avropa Liqasının “Çelsi” ilə “Arsenal” arasında mayın 29-da Bakıda keçiriləcək final matçında iştirak etməyəcək.

    Muxalifet3 - 27-05-2019

  20. Avstriya parlamenti kanslerə etimadsızlıq göstərdi

    Bu gün Avstriya parlamentində Federal Kansler Sebastian Kurtsun rəhbərlik etdiyi hökumətə etimad məsələsinə baxılıb
    Müxalifətçi JETZT (İNDİ) Partiyası Federal Kansler Sebastian Kurtsa, Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ) isə təkcə kanslerə qarşı deyil, bütövlükdə hazırkı hökumətə qarşı etimadsızlıq təşəbbüsü ilə çıxış edib. 
    Parlamentdə 52 deputatla təmsil olunan SPÖ partiyası S.Kurtsu hazırkı hökumət böhranının yaşanmasında, Avstriya Azadlıq Partiyası ilə koalisiyalı hökumət qurmaqda və ölkənin nüfuzunu beynəlxalq aləmdə ləkələməkdə ittiham edib. 

    Muxalifet3 - 27-05-2019

Pages