Axtarış
The search found 105785 results in 0.047 seconds.
Search results
Xanımlar, türkiyəli kişiyə ərə gedərsiniz? - SORĞU
Müğənni Nadir Qafarzadə “Instagram” hesabında sadəlövh qızların təki ər olsun deyə türkiyəlilərə ərə getdiyini yazıb, Azərbaycan qızlarını tənqid edib.
Muxalifet.az xəbər verir ki, Baku TV əməkdaşları buradan yola çıxaraq, paytaxtda azərbaycanlı qızlar arasında sorğu aparıb.
Bəziləri “eyni millətik” deyib razı olsalar da, “Öz oğlanlarımıza nə gəlib ki?!” cavabı verənlər də var.Muxalifet - 31-05-2019
Qəbiristanlıqda meyiti tapılan qadın “bomj” imiş - Ölüm səbəbi bilindi
Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən rus-tatar qəbiristanlığında qadın meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, sözügedən şəxs 1985-ci il təvəllüdlü Kristina Aleksandrovnadır.
Qadının içki aludəçisi olduğu, səfil həyat sürdüyü və serrozdan öldüyü məlum olub.
Hüquq-mühafizə orqanları qətl ehtimalını istisna edir. Belə ki, K.Aleksandrovna qəbiristanlığa bacısının qəbrini ziyarət etməyə yollanıb. Halı pisləşən qadın elə qəbiristanlıqda canını tapşırıb.Muxalifet - 31-05-2019
Sumqayıtda qazın verilişi müvəqqəti olaraq dayandırılıb
Sumqayıt şəhərinin bir sıra yaşayış məntəqələrinə maye qazın verilişi dayandırılıb.
Sumqayıt şəhər Qaz İstismarı Sahəsindən ONA-nın yerli bürosuna bildiriblər ki, şəhərin Çerkassı küçəsindən keçən qaz kəmərində qəza baş verib. Qeyd olunub ki, Ceyranbatan qəsəbəsinin bir hissəsinə, Corat qəsəbəsi, Saray, Novxanı, "Corat bağları", " Metallurq bağları", "Yaşıldərə" yaşayış massivləri, 42, 47, 48, 49, 52 və 53-cü məhəllələr, eləcə də 11, 12, 20 və 21-ci mikrorayonlara qazın verilişi dayandırılıb.
Muxalifet - 31-05-2019
Azərbaycanda bu məktəblər bağlanır
Gələn ildən axşam növbəsi tədrislə məşğul olan məktəblər fəaliyyətini dayandıracaq.
Muxalifet.az oxu.az-a istinadla xəbər verir ki, bunu Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev "Məktəbəhazırlıq; Eksternat imtahanların keçirilməsi" mövzusunda təqdimatla çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda Bakı şəhərində yeddi məktəbdə axşam növbəsində dərs keçilir:Muxalifet - 31-05-2019
Dünyanın ən dindar ölkələrinin SİYAHISI AÇIQLANDI - Azərbaycan neçəncidir?
“Barem və “WIN/ Gallup International” dünya miqyasında ən çox dinlə məşğul olan insanların yaşadığı ölkələrin siyahısını açıqlayıb. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, araşdırmada 66 mindən çox insan iştirak edib. Sorğu zamanı həmçinin, dinə inamsızlıq və ateizmlə bağlı suallar da verilib. 67 ölkənin yer aldığı siyahıda Azərbaycan 53-cü yerdə qərarlaşıb. Ölkəmizdə dindar insanların sayı 35% təşkil edir. Dindar olmadığını deyənlər isə 64%, atezim isə 0%-dir. Siyahının ilk 10 pilləsində qərarlaşan ölkələri təqdim edirik: 10. Fici adaları Dindar: 92% Dinsiz: 6% Ateist: 2% 9.
Muxalifet - 31-05-2019
Trampdan Türkiyənin S-400 təklifinə yaşıl işıq
ABŞ prezidentinə Donald Trampın S-400-lə bağlı işçi qrupu təklifinə müsbət baxdığı ifadə edilib.
Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi almasının ABŞ ilə əlaqələrdə yaratdığı gərginlik davam edir. Türkiyə ABŞ-a bu mövzuda bir ortaq komissiya yaradılması və F-35 döyüş təyyarələrinin bu sistemdən necə təsirlənəcəyini bu komissiyanın qiymətləndirməsi təklifini vermişdi. ABŞ-ın Türkiyənin ortaq komissiya yaadılması təklifinə müsbət baxdığı öyrənilib.
TRAMP ƏRDOĞANA MÜSBƏT CAVAB VERDİ: FİKİRİNİZİ BƏYƏNDİM
Muxalifet3 - 31-05-2019
Nazirliyin rüşvətə görə tutulan əməkdaşı AZADLIQDA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsləri - Elnur Quliyev və Vidadi Eyvazovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. E.Eyvazova isə şərti cəza verilib və o, məhkəmə zalından azadlıağ buraxılıb.Muxalifet - 31-05-2019
“Nar” eşitmə məhdudiyyətli insanların peşəyə yiyələnməsinə dəstək olur
“Nar”-ın dəstəyi ilə eşitmə məhdudiyyətli insanların müxtəlif ixtisaslara yiyələnməsi və onların işlə təmin olunması məqsədilə keçirilən “Təlim məktəbi” layihəsi davam edir. Artıq layihənin 1-ci mərhələsi başa çatıb. 15 nəfərdən ibarət qrup şirniyyat ustası peşəsinin incəliklərini öyrəniblər. Qeyd edək ki, “Nar”-ın “Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşdırıdğı layihə 3 mərhələdən ibarətdir. Layihə çərçivəsində üç qrupdan ibarət olan vətəndaşlar üç aylıq peşə kurslarında təlim keçəcəklər.
Muxalifet4 - 31-05-2019
Azərbaycanda AİLƏ FACİƏSİ: 5 ayın gəlini intihar etdi - VİDEO
Xəbər verdiyimiz kimi, İsmayıllıda intihar edən 5 ayın gəlini Mahirə Hüseynova intihar edib.
Ailə üzvləri Mahirənin intihar həddinə çatdırıldığını, yaxud öldürüldüyünü idda ediblər. Bu barədə ATV-də yayımlanan "Bizimləsən" veriliində məlumat verilib.Muxalifet - 31-05-2019
Dünyadakı ən təhlükəli canlı - 45 milyard insan öldürüb
Bir insan dayanmadan saymağa başlasa, 1 trilyona çatmaq üçün 32 min il lazımdır.
Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, alimlər belə iddia edir.
Sizə alimlərin indəyədək ortaya çıxardığı və iddia etdiyi bir neçə maraqlı məqamı təqdim edirik:
1. Çəyirtkələrin qulaqları dizlərindədir.Muxalifet - 31-05-2019
"Azərbaycanla Avropa İttifaqı arasında sazişin imzalanmasında maraqlıyıq" - Polşa prezidenti
"Azərbaycan ilə Avropa İttifaqı arasında əhatəli əməkdaşlıq sazişinin imzalanmasında olduqca maraqlıyıq". Bunu Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə qatıldığı biznes forumda deyib. "Son illər ərzində, ümumiyyətlə, bizim münasibətlərimiz çox intensivləşmişdir. Azərbaycan Cənubi Qafqaz regionunun lider ölkəsidir və Polşa şirkətləri üçün çox cəlbedici bir məkandır. Polşa tərəfi Azərbaycan ilə Avropa İttifaqı arasında bu sahədəki tərəfdaşlığın dərinləşməsində maraqlıdır. Biz Avropa İttifaqının fəal üzvüyük.
Muxalifet - 31-05-2019
ABŞ S-400-lə bağlı daha bir ölkəni təhdid etdi!
Türkiyənin Rus S-400-ü almaması üçün hər gün təhdid üstünə təhdid yağdıran ABŞ-ın hədəfində indi də Hindistan var. ABŞ-lı bir səlahiyyətli Hindistanın S-400 havadan müdafiə sistemlərinin alışı mövzusunda ‘doğru seçim' etməsiylə əlaqədar xəbərdarlıq edib. “Times of India”-da yer alan xəbərə görə, ABŞ Xarici İşlər Nazirliyindən bir səlahiyyətli "S-400 razılaşması CAATSA (ABŞ Düşmənlərinə Sanksiyala Etiraz etmə Qanunu) sanksiyaları səbəbiylə əhəmiyyətlidir. İnkişaf etmiş texnologiya ilə əməkdaşlıq mövzusunda nəyi qeyri-mümkün etdiyini göstərməsi baxımından da əhəmiyyətlidir" deyib.
Muxalifet3 - 31-05-2019
Müğənnidən etiraz: "Yolun ortasındakı bu biabırçılıq nədir?" - VİDEO
Müğənni Lətifə Soyuöz şəhərdə qarşılaşdığı bir hadisəni lentə alaraq, profilində yayımlayıb.
Axşam.az-ın məlumatına görə, videoda dörd uşağın taxtadan düzəldilən araba üstündə oturması, birinin isə onları aparması əks olunub. Maraqlısı isə odur ki, arabanın avtomobil yolu ilə maşınlarla paralelel hərəkət etməsi olub.
Kənardan isə heç kim onlara müdaxilə etməyib. Lətifə videoya "Qonaqların olduğu ərəfədə şəhərdəki bu görüntü nədir? Biz Hindistanda yaşayırıq? Yolun ortasındakı biabırçılığı biri mənə başa salsın" sözlərini deyib.
Muxalifet - 31-05-2019
Asiya sahillərində güclü zəlzələ
Filippinin cənubunda 6,1 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Pondaquitan bölgəsindən 42 km cənub-şərqdə, yerin 90,2 km dərinliyində qeydə alınıb.
Dağıntı və tələfatla bağlı məlumat verilmir.
Muxalifet3 - 31-05-2019
Deputat Paşinyanın snayperlə vurulması məsələsində GERİYƏ ADDIM ATDI - "Emosional çağırış etdim"
Milli Məclisin deputatı Aydın Mirzəzadə bəyanatla çıxış edib. Muxalifet.az həmin bəyanatı təqdim edir: “Mayın 30-da Ermənistan-Azərbaycan cəbhə xəttində Ermənistan silahlı qüvvələrinin snayperlərinin açdığı atəş nəticəsində Azərbaycan Milli Ordusunun zabiti mayor Aqil Omarovun şəhid olması mənə çox pis təsir etdi. Aqil Omarovu şəxsən tanıyırdım və onun itkisini ağır qəbul etdim. Bu hisslərin təsiri altında bu gün Milli Məclisin iclasında çıxış edərkən bu hadisəni pislədim və emosional şəkildə çağırış etdim.
Muxalifet3 - 31-05-2019
Güclü yağış Gəncədə fəsadlar törətdi
Bir neçə gün əvvəl Gəncəyə yağan və dolu ilə müşayiət olunan güclü yağış bir sıra fəsadlara yol açıb. Muxalifet.az azertac-a istinadən xəbər verir ki, şəhər rəhbərliyi təbii fəlakətin fəsadları ilə yerində tanış olub, onların aradan qaldırılması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlərlə maraqlanıb. Məlumat verilib ki, 40-dan çox ünvanda evlərin zirzəmilərinə, həyətyanı sahələrə su dolub. Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin, Gəncə “Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin canlı qüvvə və texnikaları vasitəsilə təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Muxalifet3 - 31-05-2019
Rusiya S-400-ləri İrana satmaqdan imtina etdi
Kremlin mətbuat katibi Dmitri Peskov ölkəsinin İrana S-400 kompleksləri satmağı rədd etməsi yönündə məlumata malik olmadığını bildirib.
O bildirib ki, bu kimi məlumatlar əhatəli şəkildə təsdiqlənməli və onlara təmkinli yanaşılmalıdır.
Muxalifet3 - 31-05-2019
Polşa prezidenti: Azərbaycanın geniş imkanları var
Polşa Trans-Xəzər daşımalar dəhlizlərində də iştirak etməkdə maraqlıdır.
Muxalifet.az-ın məlumatına görə, bunu Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə qatıldığı biznes forumda deyib.Muxalifet3 - 31-05-2019
Nazirlik 600 milyon ayırdı - Problemli kreditlər
"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2019-cu il 28 fevral tarixli Fərmanının icrası olaraq Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin müvafiq xərc maddəsindən fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsi üçün 6 tranş çərçivəsində ümumilikdə 600,1 milyon manat ayırılaraq maliyyələşməsi həyata keçirilib.
Bu barədə Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev deyib.Muxalifet3 - 31-05-2019
Bakı məni valeh etdi - Quarejma
Bakıya bu dəfə ailəmlə birgə gəzməyə gəlmişəm. Şəhərinizdə əvvəllər də olmuşam və Bakı gözəlliyi ilə məni valeh edir. Bir neçə gün burada qalıb, ailəmlə şəhəri gəzəcəyəm.
Muxalifet.az xəbər verir ki, bu sözləri futbol üzrə Portuqaliya millisinin və İstanbulun “Beşiktaş” klubunun yarımmüdafiəçisi R.Quarejma jurnalistlərə müsahibəsində deyib.
UEFA Avropa Liqasının Bakıda keçirilən final matçını izlədiyini bildirən futbolçu qarşılaşmanın çox maraqlı keçdiyini qeyd edib.Muxalifet3 - 31-05-2019