Axtarış
The search found 105785 results in 0.046 seconds.
Search results
Roman Abramoviç Tale Heydərovla çay masasında - Foto
"Çelsi”nin sahibi Roman Abramoviç Avropa Liqasının final oyunu bitməsinə baxmayaraq hələ də Bakıdadır.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən rusiyalı olixarq Azərbaycan paytaxtında "Qəbələ” klubunun sabiq prezidenti Tale Heydərovla görüşüb.
Onlar İçərişəhərdə yerləşən restoranların birində masa arxasında görüntülənib.Muxalifet - 31-05-2019
Əməkhaqları və pensiya sahəsində yeni təkliflər hazırlanır - Nazir
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi digər aidiyyatı qurumlarla birlikdə həm əməkhaqları, həm də pensiya sahəsində yeni təkliflər hazırlayır".
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.Muxalifet - 31-05-2019
“Yeni Ulduz”un qalibindən Oqtay Əliyevə SƏRT İTTİHAMLAR
Vaxtı ilə Azərbaycanın ən məşhur səs yarışması olan "Yeni Ulduz"un iştirakçısı, hətta qalibi Ramazan Ramazanov yarışmanın təşkilatçılarını vədlərinə əməl etməməkdə ittiham etdi. Redaktor.az-a müsahibəsində ifaçı bildirdi ki, yarışmanın sonunda qalibə vəd olunan 10 min manat pul mükafatı ona verilməyib. Eyni zamanda, iddiaya görə, qalib gələn iştirakçının PR işləri ilə də məşqul olunmayıb. Hansı ki, bu, əvvəlcədən razılaşdırılmış kompleks tədbirlər siyahısına daxil idi. “Yeni Ulduz”da mənə heç nə verilməyib. “Soy prodakşn" sözünün üstündə durmadı.
Muxalifet - 31-05-2019
Azərbaycanda internet xidməti ucuzlaşacaq
Avropa İttifaqının Azərbaycanla birgə həyata keçirəcəyi “Eu4Digital” layihəsi hesabına ölkədə internet xidməti bir qədər də ucuzlaşacaq.
“Report” xəbər verir ki, bunu layihənin icrasına cəlb olunmuş “E&Y” audit şirkətinin nümayəndəsi Arturas Pliponis deyib.“Biz xüsusilə kənd yerlərində yüksək sürətli internetin əlçatanlığını təmin etməyi düşünürük. Bunun üçün isə rəqəmsal transformasiya önəmlidir. Bu transformasiya təkcə Azərbaycanda deyil, bütün region üçün əhəmiyyətlidir və biz bunun üçün çalışırıq”, – o bildirib.
Muxalifet - 31-05-2019
Kürdəmirdə yaşayış evi büsbütün yandı - FOTO
Kürdəmir rayonunda fərdi yaşayış evi yanıb. Hadisə rayonun T.İsmayilov küçəsində qeydə alınıb.
Belə ki, birmərtəbəli evdə yanğın baş verib. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Kürdəmir rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb, alovun ətraf evlərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır./ReportMuxalifet - 31-05-2019
Putindən Fərman Salmanovla bağlı FƏRMAN
Rusiya Prezidenti Vladimir Putin aeroportlara ölkənin görkəmli şəxsiyyətlərinin adlarının verilməsi barədə Fərman imzalayıb. Sənədə əsasən, Rusiyanın Surqut aeroportuna Sibir neft yataqlarını kəşf etmiş əfsanəvi geoloq, soydaşımız Fərman Salmanovun adı verilib. Xatırladaq ki, “Rusiyanın dahi adları” müsabiqəsi ötən il keçirilib. Rusiyalılar 47 aeroporta dahi şəxsiyyətlərin adlarının verilməsi üçün səsvermədə iştirak ediblər.
Muxalifet - 31-05-2019
Universitetlər üçün ayrılmış yerlərin sayı açıqlanıb – SİYAHI
Azərbaycanın aparıcı ali təhsil müəssisələri üçün 2019-2020-ci tədris ili üçün ayrılmış proqnoz yerlərinin sayı açıqlanıb.
“Report”un xəbərinə görə, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev media nümayəndələri üçün təlimdə çıxışı zamanı deyib ki, ən çox yer Bakı Dövlət Universiteti üçün ayrılıb.
Universitetlər üçün proqnoz yerləri aşağıdakı kimidir:
– Bakı Dövlət Universitetinə 6320 (ötən il 5895)
– Azərbaycan Dövlət İqtisad Universitetinə 3728 (ötən il 3958 )
Muxalifet - 31-05-2019
Bakıda QORXUNC GÖRÜNTÜ: Qəbirlərin arasında şişmiş qadın meyiti tapılıb - VİDEO 18+
Əmircanda rus-tatar qəbiristanlığında naməlum qadın meyiti tapılıb. Muxalifet.az bizimyol.info -ya istinadən xəbər verir ki, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən rus-tatar qəbiristanlığında naməlum qadın meyiti tapılıb. Meyiti tapan şəxslər dərhal təcili-tibbi yardım xidmətinə və polisə məlumat veriblər. Qadının kimliyi və ölüm səbəbi araşdırılır. Video və fotonu oxucularımıza təqdim edirik:
Muxalifet - 31-05-2019
Xətai rayonunda suyun verilişi dayandırıldı - SƏBƏB
Məhəmməd Hadi küçəsində su sızması baş verib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Məlumatda deyilir ki, Məhəmməd Hadi küçəsi 51 ünvanında (Ukrayna dairəsi yaxınlığı) yolun altından keçən 500 mm-lik su xəttində baş vermiş sızmanın aradan qaldırılması üçün "Azərsu" ASC tərəfindən qazıntı işləri aparılır.
Qazıntı-bərpa işlərinən sabaha qədər yekunlaşdırılması nəzərdə tutulub.Muxalifet - 31-05-2019
Son günlər ölkədə yayılmış kəpənəklər ZƏRƏRSİZDİR
Son günlər ölkənin Quba-Xaçmaz, Şəki-Zaqatala bölgələrində, həmçinin Bakıda və Abşeron yarımadasında yayılmış kəpənəklərin heç bir zərəri yoxdur və əksinə, kənd təsərrüfatı üçün faydalı hesab olunur. Bu həşəratlar kənd təsərrüfatında bioloji mübarizə vasitələrindən hesab olunur.
Muxalifet.az xəbər verir ki, bu barədə "Report”a Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən bildirilib.Muxalifet - 31-05-2019
Bəzi ərazilərə dolu yağacaq - Sabaha olan hava proqnozu
İyunun 1-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Musavat.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 18-20, gündüz 29-32, Bakıda gecə 18-20, gündüz 29-31 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq. Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Muxalifet - 31-05-2019
"Röyalı keçəl görəndə şoka düşdüm..." - "Toppuş bacı" son durumunu AÇIQLADI
Xəbər verdiyimiz kimi, xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva ("Toppuş bacı") kimyaterapiyaya başlayıb. Saçlarını kəsdirən aktrisaya həyat yoldaşı Röyal da başını keçəl etməklə dəstək olub.
Səhhətindəki son vəziyyətlə bağlı Unikal.org-a açıqlama verən Tünzalə Əliyeva xəstəliyin metastaz verdiyini bildirib:Muxalifet - 31-05-2019
Saatlıda intihara cəhd – 73 yaşlı qadın özünü yandırdı
Saatlı rayonunda 73 yaşlı qadın intihara cəhd edib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Dədə Qorqud kəndində qeydə alınıb.
Belə ki, U.M. üzərinə benzin töküb və özünü yandıraraq intihara cəhd edib. Yaxınları tərəfindən hadisəyə müdaxilə edilib, yanğın söndürülüb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Hadisənin səbəbi hələlik məlum deyil.Muxalifet - 31-05-2019
Düşmən Azərbaycan ordusunun GECƏ HÜCUMUNDAN QORXDU - Qoşunlara qəfil... - VİDEO
Yanvarın 30-dan 31-nə keçən gecə Dağlıq Qarabağdakı Ermənistan işğalçı qüvvələrinin zirehli tank və artilleriya hissələrində qəfil həyacan siqnalı elan edilib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bölmələr döyüş hazırlığı vəziyyətinə gətirilib və təyin olunmuş nöqtələrdə cəmləşdirmə həyata keçirilib. Bölmələrin qarşısında qoyulmuş vəzifələrə əsasən onlar tanış olmayan ərazilərdə gecə şəraitində cəmləşməli və döyüş mövqelərini tutmalı idi.
Muxalifet - 31-05-2019
II və III qruplar üzrə qəbul imtahanlarının nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu il mayın 19-da II və III ixtisas qrupları üzrə abituriyentlər üçün keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.
DİM-dən Muxalifet.az-a verilən məlumata görə, imtahanda iştirak edən abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri ilə tanış ola bilərlər.Muxalifet - 31-05-2019
Bakıda avtobusun altında can verən məktəblinin FOTOSU
3 gün əvvəl Bakı şəhər Binəqədi rayonu Biləcəri qəsəbəsində 91 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun velosipedlə hərəkət edən gənc oğlanı vurub öldürməsi barədə xəbər vermişdik.
Hadisə nticəsində vəfat edən 17 yaşlı Samir Elman oğlu Əsədullayev orta məktəbin 11-ci sinif şagirdi olub.
Onun atası Elman Əsədullayev Qarabağ müharibəsi veteranıdır.
Qeyd edək ki, Samir Əsədullayev qəzadan sonra 1 saylı şəhər kliniki xəstəxanasına gətirilsə də, saat 19 radələrində başından aldığı xəsarət nəticəsində vəfat edib.Muxalifet - 31-05-2019
ABŞ BAZALARINDA HƏYƏCAN SİQNALI
ABŞ-ın İraqın Ənbar şəhərində yerləşən Eyn əl Əsəd hərbi bazasını qorumaq üçün təhlükəsizlik tədbirlərini gücləndirdiyi bildirilir.
Haşdi Şabi təşkilatının tərkibindəki Bədr qrupunun Ənbar üzrə məsul olan Kusey Anbari, amerikalı qüvvələrin Ayn Əl Əsəd hərbi bazasını qorumaq üçün güclü təhlükəsizlik tədbirləri gördüyünü söyləyib, həmçinin, İraq, Suriya və İordaniya sərhədlərinin kəsişmə nöqtəsi ilə yanaşı, Rutbe rayonundkı 70 ədəd bazada da təhlükəsizlik tədbirlərini gücləndiridyini qeyd edib.Muxalifet - 31-05-2019
BURANIN HƏBSXANA OLDUĞUNA HEÇ KİM İNANMIR: İnternet, televizor və gümüş qablarda yemək - FOTOLAR
Norveçdə qalmaq, yaşamaq səviyyəsi yüksək olan həbsxana yaradılıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, təhlükəli cinayyətlər törətmiş şəxslər Halden həbsxanasında saxlanılır. Sözügedən həbsxanada hər məhkumun cəmiyyətə qazandırılması üçün mükəmməl bir şərait yaradılıb.
Onlar belə bir şəraitdə reabilitasiya təlimləri keçir. 2010-cu ildə Norveçdə yaradılan təhlükəli cinayətlər törətmiş şəxslərin saxlanıldığı Halden Həbsxanasında məhkumlarla münasibət yüksək qiymətləndirilir və ən yüksək təhlükəsizlik qaydalarıyla təmin edilir.Muxalifet - 31-05-2019
ABŞ və Almaniyanın Türkiyə sərhədlərində SENSASİON HƏDƏFİ ÜZƏ ÇIXDI: əsl məqsədləri...
ABŞ-ın Suriyanın şimalında qurmağı planlaşdırdığı təhlükəsiz bölgəyə Almaniyanın “Tornado” döyüş təyyarələri nəzarət edəcək.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu iddia “Der Spiegel” dərgisində yer alıb.
Xəbərə görə, Vaşinqton Almaniyadan Fərat çayının şərqində qurulacaq və Türkiyənin sərhəd təhlükəsizliyini təmin edəcək bölgə üçün hava müdafiəsi tələb edib.
Alman hökuməti isə “İncirlik” bazasından İordaniyaya göndərilən “Tornado” döyüş təyyarələrini Suriyaya yerləşdirməyə hazır olduğunu bildirib.Muxalifet - 31-05-2019
Evdə təhsil alan şagirdlərin sayı açıqlanıb - Nazirlik
Azərbaycanda 2018/2019-cu tədris ilində xüsusi təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud şəxslərin sayı açıqlanıb.
Təhsil Nazirliyinin De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin şöbə müdiri Anar Xələfov media nümayəndələri üçün keçirilən təlimdə bildirib ki, sağlamlıq imkanları məhdud 6655 nəfər şəxs evdə, 7 nəfər stasionar şəraitdə, 54 nəfər inklüziv siniflərdə təhsil alır.Muxalifet - 31-05-2019