Axtarış
The search found 105785 results in 0.081 seconds.
Search results
Binəqədi 4-cü Polis Bölməsinin əməkdaşları vəkili döydülər
Bakıda polis bölməsində vəkilə qarşı zorakılıq olub.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, müvəkkilinin hüquqlarının müdafiəsi üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gedən Vəkillər Kollegiyasının gənc üzvü Orxan Kəngərliyə qarşı fiziki zor tətbiq edilib.
Bu barədə onun həmkarları da fikir bildirərək hadisəni pisləyib və həmin polis əməkdaşlarının qanun qarşısında cəzalandırılmasını tələb ediblər.Muxalifet - 1-06-2019
General Sirski prezident Zelenskinin əmrini icra etməmək tapşırığı verib - ŞOK İDDİA
Ukrayna ordusunun Donbas üzrə əməliyyatlarının komandanı Aleksandr Sırski orduya prezident Vladimir Zelenskinin göstərişini icra etməmək əmri verib.
Bu iddia ilə Luqansk separatçılarının nümayəndəsi Yakov Osadçi çıxış edib.
“Ukrayna ordusunun generalı Oleq Mikats qapalı toplantılardan birində general Sırskinin hərbçilərə Zelenskini dinləməmək və əməliyyatları davam etdirmək təlimatını verdiyini bildirib”, - Osadçi vurğulayıb.Muxalifet - 1-06-2019
Bərdədə polis əməkdaşı xəstəxanaya yerləşdirildi - GÜLLƏ YARASI ALIB
Bərdədə polis əməkdaşı güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. 1994-cü il təvəllüdlü Mehdiyev Fərid Hümbət oğlu sol əlinin üst nahiyəsi və mil-bilək oynağı nahiyəsində odlu silah yarası ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. ONA-nın Qarabağ müxbirinin əldə etdiyi məlumata görə, F. Mehdiyev ilkin ifadəsində tabeliyində olan silahla ehtiyatsız davrandığı zaman güllə yarası alıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 1-06-2019
Azərbaycandan ABŞ-a uçuşlar DAYANDIRILIR
Bu ilin oktyabr ayından etibarən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Nyu-Yorka birbaşa uçuşları dayandıracaq.
AZAL-dan verilən məlumata görə, ABŞ-ın aviasiya sənayesi bazarındakı problemlərlə əlaqədar olaraq, milli aviadaşıyıcı bu il təyyarə parkını artıra bilməyib.Muxalifet - 1-06-2019
Tanınmış müğənnini döyən Tacirin qohumu imiş - ÖZÜ AÇIQLADI
Müğənni Kərim Abbasovu bir müddət öncə döyən şəxsin Tacir Şahmalıoğlunun qohumu olduğu məlum olub.
Muxalifet - 1-06-2019
İlham Əliyev mühüm SƏRƏNCAM İMZALADI - 5 milyon manat ayrıldı
Prezident İlham Əliyev Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Muxalifet - 1-06-2019
General prezident Zelenskiyə qarşı çıxdı: Əmri yerinə yetirməyin
Ukrayna ordusunun Donbas üzrə əməliyyatlarının komandanı Aleksandr Sırski orduya prezident Vladimir Zelenskinin göstərişini icra etməmək əmri verib. Bu iddia ilə Luqansk separatçılarının nümayəndəsi Yakov Osadçi çıxış edib. “Ukrayna ordusunun generalı Oleq Mikats qapalı toplantılardan birində general Sırskinin hərbçilərə Zelenskini dinləməmək və əməliyyatları davam etdirmək təlimatını verdiyini bildirib”, - Osadçi vurğulayıb.
Muxalifet3 - 1-06-2019
SON DƏQİQƏ: Sərhəddə atışma, 2 şəhid, 5 yaralı - VİDEO
Türkiyə-İran sərhədində türk hərbçilərlə PKK terrorçuları arasında atışma baş verib.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində iki hərbçi şəhid olub, beşi isə yaralanıb.
Qeyd olunur ki, insident İğdır vilayətində baş verib. Atışmadan sonra Türkiyə ordusu bölgədə PKK-ya qarşı genişmiqyaslı əməliyyata başlayıb.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir
Muxalifet - 1-06-2019
Bakıda oyuncaq tapança ilə mağazaya BASQIN
Bakıda oyuncaq tapança ilə satıcını hədələyən keçmiş məhkum tutuldu.
Muxalifet.az DİN-ə istinadən xəbər verir ki, mayın 30-da Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində yerləşən mağazaya gəlmiş naməlum şəxs xuliqanlıq zəminində orada satıcı işləyən Abşeron rayon sakini E.Əhmədovu və müştəri qismində olan paytaxt sakini E.Əsgərovu tapançaya bənzər əşya ilə öldürəcəyi ilə hədələmişdir.Muxalifet - 1-06-2019
Yerevanda Paşinyana qarşı etirazlar başladı - HƏBSLƏR VAR
Ermənistanda fəaliyyət göstərən "Adekvad" ictimai təşkilatının üzvləri bu gün baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyası keçiriblər.
Virtualaz.org bildirir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Bildiriıir ki, aksiyanın gedişi səhər saatlarında təşkilatın Facebook səhifəsində yayımlanıb.
Etiraz edənlər Yerevanın və 12 başqa şəhərin mərkəzi küçələrində əllərində "# SutNikol" (Yalançı Nikol) yazılmış plakatlar tutublar.
Muxalifet - 1-06-2019
Emin Hüseynovun qayınanası: “Ailə qurmamışdan öncə Eminin qara ciyəri dəyişilmişdi!!!”
Bəybala Hüseynovun oğlu olüb, ya öldürülüb?
Xeyli vaxtdı bəzi mətbuat orqanlarında Badamdar bələdiyyəsinin keçmiş rəhbəri Bəybala Hüseynovun oğlu, Baş Prokurorluğun keçmiş əməkdaşı Emin Hüseynovun öldürülməsi ilə bağlı məlumatlar dərc edilməkdədir. Sözügedən məsələ ilə bağlı Respublika Baş Prokrorluğunun verdiyi bəyanat mətbuat orqanlarında da dərc olunaraq səsləndirilən iddialara cavab verilsə də, Bəybala Hüseynovun şikayətləri səngimək bilmir.
Muxalifet - 1-06-2019
Beriyanın cəllad, sutenyor cangüdəni Nadaraya– Onun qaşqabaqlı sifəti Stalinin də xoşuna gəlmirmiş
Onu Kremlin bütün məmurları da tanıyıb, amansızlığına, qaniçənliyinə, cəllad xislətinə də bələd olublar. Lavrenti Beriyanın şəxsi mühafizəçisi olan və ən yaxın adamlarından biri sayılan Sardion Nadaraya ətrafdakılar tərəfindən təhlükəli bir şəxs kimi qəbul olunub...
Sardion Nadaraya 1903-cü ildə Kutaisidə kəndli ailəsində anadan olub. Heç bir təhsili olmayan Sardion Nadaraya həmyerlisi Lavrenti Beriyanın köməyi ilə 1926-cı ildə Tiflisdə dövlət təhlükəsizliyi orqanlarında işə qəbul olunub.
Muxalifet - 1-06-2019
Bakı-Sabunçu qatarına ödəniş necə olacaq? - CƏDVƏL
İyunun 3-dən etibarən Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarı təyin edilir.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş plastik kartla və bilet kassalarında, köşklərdə əldə edilən kağız biletlərlə həyata keçiriləcək.
Plastik kartlar Bakı-sərn. stansiyasında, Keşlə, Köroğlu, Bakıxanov dayanacaqlarında və Sabunçu stansiyasında bilet kassalarında əldə oluna bilər.Muxalifet - 1-06-2019
Bakıda QORXULU ANLAR – Yaşayış binası yanır – VİDEO
Paytaxtda güclü yanğın hadisəsi baş verir.
Muxalifet - 1-06-2019
Ruslar azərbaycanlılara HÜCUM ETDİ: Xəsarət alanlar var
Polşanın paytaxtı Varşavada azərbaycanlı gənclərə hücum olub, xəsarət alanlar var. Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hücum edənlər milliyyətcə ruslardan ibarət sərxoş dəstə olub. Bu il mayın 26-da baş verən hücum nəticəsində Zamiq Rüstəmov və Kitabulla Qasımov adlı azərbaycanlılar xəsarət alıblar. Hücum edən dəstənin üzvləri qaçaraq hadisə yerindən uzaqlaşıblar. Azərbaycanlı gənclər Polşada xırda sahibkarlıqla məşğuldurlar.
Muxalifet - 1-06-2019
Çətənə kolları becərən kəndli tutulub
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Muxalifet - 1-06-2019
Ordumuzun Fonduna daxil olan vəsait AÇIQLANDI
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.
Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrin Yardım Fonduna cari il iyunun 1-dək 99.845.168,79 AZN, 213.577,88 ABŞ dolları, 16.636,0 avro və 5000,0 rubl vəsait daxil olub.Muxalifet - 1-06-2019
Rusiyada ard-arda GÜCLÜ PARTLAYIŞLAR, yaralılar var - VİDEO/YENİLƏNDİ
Rusiyanın Nijeqorod vilayətindəki “Kristal” zavodunda baş verən partlayışlar nəticəsində 39 nəfər xəsarət alıb.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, yaralananlardan 4 nəfərinin vəziyyəti ağırdır. Doqquz nəfər yüngül yara alıb. Həlak olan yoxdur. Zavoddakı açıq yanğın söndürülüb.
Bu gün zavodun trotil istehsalı sexində bir neçə partlayış olub. Bundan sonra yanğın başlayıb. Yaralananlar əsasən zavodun işçiləri və yaxınlıqdakı binaların sakinləridir. Hadisə ilə əlaqədar Dzerjinskdə və ətrafdakı üç qəsəbədə fövqəladə vəziyyət elan olunub.***
Muxalifet - 1-06-2019
İstanbulda Azərbaycan 19, Ermənistan isə 89-cu YERDƏDİR
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycandan Türkiyənin ən böyük şəhəri olan İstanbula gedənlərin sayı 22.4 faiz artıb.
İstanbul Bələdiyyəsi bu ilin yanvar-aprel ayları ərzində şəhərə xaricdən gələn turistlərin siyahısını açıqlayıb. Azərbaycan İstanbula gedən turistlərin sayına görə, 100 ölkə içərisində 19-cu yerdə qərarlaşıb.
Belə ki, sözügedən müddət ərzində şəhəri 4 milyon 399 min turist ziyarət edib. Bunun da 77 min 678-zi azərbaycanlıdır. Ötən illə müqayisədə bu ilin yanvar-aprel ayları ərzində Azərbaycandan İstanbula gedən turistlərin sayı 22.4 faiz artıb.Muxalifet - 1-06-2019
İki azyaşlını vuran sürücü tutuldu - YENİLƏNİB
Abşeron rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində azyaşlıların zərər çəkdiyi yol nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü tutularaq istintaqa cəlb edilib.
Muxalifet - 1-06-2019