Axtarış
The search found 105785 results in 0.125 seconds.
Search results
Bu dəfə də İmamoğlu öndədir... – AKP İSTANBULDA MƏĞLUB DURUMDADIR
4 araşdırma şirkəti 23 iyunda keçiriləcək İstanbul bələdiyyə seçkilərinin nəticəsilə bağlı sorğu keçirib. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, nəticələrə əsasən, Əkrəm İmamoğlu rəqibi Binəli Yıldırımdan ön sırada qərarlaşıb. Belə ki, “Konsensus” şirkətinin apardığı araşdırma nəticəsində İmamoğlu 2.1 faiz səslə Yıldırımı geridə qoyub. 1040 nəfər arasında aparılan anket sorğusu nəticəsində seçicilərin 50,2 faizi İmamoğluna, 48,1 faizi Binəli Yıldırıma, 1,7 faizi isə digər partiyaların namizədinə səs verəcəyini bildirib.
Muxalifet4 - 2-06-2019
“Türkiyənin AB-yə üzvlüyünü dəstəkləyirik” - "Patriot"ların qardaş ölkədə qalma müddəti artırılır
"Hazırda "Patriot" sistemlərinin xidmət müddətini daha 6 ay uzatmaq barədə qərar vermək mərhələsindəyik. Türkiyənin Avropa Birliyinə üzvlüyünü dəstəkləyirik. AB-nin də bu durumdan xeyirli çıxacağını düşünürük". Bu açıqlama ilə İspaniyanın Türkiyə səfiri Xuan Qonzalez-Barba çıxış edib. Türkiyənin NATO-dan tələbi üzərinə 2015-ci ildən bəri Adanadakı İncirlik hərbi bazasında İspaniyaya məxsus "Patriot" havadan müdafiə sistemlərinin yerləşdirildiyini bildirən Barba 25 ispan əsgərinin də sözügedən ölkədə xidmət etdiyini vurğulayıb.
Muxalifet4 - 2-06-2019
Milyarderlə nahar etmək üçün 4,57 milyon dollar ödəyəcək - HƏRRAC
ABŞ-da "Glide" hərracında milyarder Uorren Baffetlə nahar 4,57 mln dollara satılıb.
Muxalifet.az oxu.az-a istinadla bildirir ki, alıcının adı açıqlanmır.
Baffet artıq bir neçə ildir ki, özü ilə nahar etmək imkanını hərracda satır. "Smith and Wollensky" restoranında baş tutan nahara alıcı özü ilə bərabər daha 7 nəfər gətirə və milyarderə istənilən sualı verə bilər.
Hərracda toplanılan vəsait isə San-Fransiskodakı evsizlərə yardıma göndərilir.Muxalifet4 - 2-06-2019
Putin Zelenski ilə yalnız bu şəraitdə görüşəcək - KREML ŞƏRT QOYDU
“Vladimir Putinin Ukraynanın yeni prezidenti Vladimir Zelenski ilə görüşməsi üçün öncəliklə Kiyevin Minsk razılaşmalarını yerinə yetirməyə hazır olduğunu müəyyən etməsi və təktərəfli müstəqillik elan edən respublikaların nümayəndələri ilə birbaşa görüşü qəbul etməsi lazımdır”.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Muxalifet4 - 2-06-2019
Düşmənə raketlərlə sürpriz hazırlanır - XƏBƏRDARLIQ
Yəmən xalqına hücum edənlərə sürpriz hazırlanır.
Publika.az xəbər verir ki, bunu Yəmən hökumətinin müdafiə naziri Məhəmməd Nəsir Əl-Atıfi deyib.
SABA agentliyinin məlumatına görə, Hərbi İnam Hazırlığı Komissiyası toplantısında çıxış edən nazir pilotsuz uçuş aparatları ilə raketlər istehsal etdiklərini və bu silahları Yəməndə hərbi əməliyyatlar keçirən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrə qarşı istifadə edəcəklərini deyib.
Muxalifet4 - 2-06-2019
“Tramp faşistlərin dili ilə danışır” – LONDON MERİ
London meri Sadiq Xan ABŞ Prezidenti Donald Trampı faşist adlandırıb.
Bu barədə “Qardian” nəşri yazıb.
“Tramp tərəfdarlarını birləşdirmək üçün eynilə XX əsrdəki faşistlərin dili ilə danışır. Prezident Donald Tramp getdikcə böyüyən qlobal təhdidin sadəcə parlaq nümunələrindən biridir” – Xan deyib.
O, ultrasağçıların bütün dünyada populyarlıq qazandığını və bunun Böyük Britaniya demokratiyası üçün təhdid olduğunu söyləyib./axarMuxalifet4 - 2-06-2019
Bakıda hava çox isti olacaq - SABAHIN PROQNOZU
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən bululdlu, yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman gözlənilir, cənub küləyi gündüz arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, havanın temperaturu gecə 19-24° isti, gündüz 29-33° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti təşkil edəcək.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 40-50 % olacaq.
Muxalifet4 - 2-06-2019
Azərbaycandan gedib İstanbulun ortasında çörək bıçağını qarnına soxdu
İstanbulun Bəyoğlu məhəlləsində Azərbaycan vətəndaşı üzərində gəzdirdiyi çörək bıçağını qarnına soxub. Və qarnında bıçaq xəstəxanaya aparılıb.
Muxalifet4 - 2-06-2019
Ulduz futbolçunun öldüyü anın görüntüləri - VİDEO
İspaniya millisinin keçmiş hücumçusu Xose Antonio Reyesin öldüyü qəza yerindən görüntülər yayılıb. Muxalifet.az xəbər verir ki, video və fotolardan 35 yaşlı futbolçunun avtomobilinin tamamilə yararsız hala düşdüyü aydın görünür. Qəzaya səbəb kimi yüksək sürət göstərilir.
Muxalifet4 - 2-06-2019
BAKIDAN DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – Yeni tikilən binanın altından neft püskürür... - VİDEO
Bura Bakıdır. Bu dəhşətli görüntülər Səbael rayonunun Bayıl qəsəbəsində çəkilib. Yəqin ki, çoxlarımız ərazidən keçərkən ilk baxışdan burada qeyri-adi hadisə olmadığını düşünə bilərik. Belə fikirləşə bilərik ki, yenə binanın kanalizasiya xəttində problem var, yaxud haradansa axan çirkli su yol kənarına yığılıb. Əslində isə... Bəli, əslində diqqətli oxucularımız tərəfindən Muxalifet.az-a göndərilən bu görüntülər Bakıda dəhşətli hadisənin yaşana biləcəyini ortaya qoyur. Çünki Bayılda yeni tikilən binanın altından, belə demək mümkündürsə, aşkar şəkildə olaraq neft püskürür.
Muxalifet4 - 2-06-2019
“Ermənistanın olduqca emosional bəyanatla çıxış etməsinin səbəbləri...” – AZƏRBAYCAN XİN-dən AÇIQLAMA
Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki sonuncu vəziyyətlə bağlı olduqca emosional və bir o qədər ziddiyyətli bəyanatla çıxış etməsinin səbəblərini anlamaq olar. Bu, böyük ehtimal ilə Ermənistan rəhbərliyinin hazırda ölkədəki daxili vəziyyətə reaksiyasına uyğundur. Bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistanın Xarici İşlər Nazirliyinin qoşunlarının təmas xəttindəki sonuncu vəziyyətlə bağlı ziddiyyətli bəyanatına şərhində yer alıb.
Muxalifet4 - 2-06-2019
İki ölkə bir-birinə raketlərlə hücum etdi - Ölən və yaralananlar var
İsrail Suriyaya raketlərlə hücum edib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 hərbçi həlak olub, 7-si yaralanıb.
Bu barədə SANA rəsmi xəbər agentliyi informasiya yayıb.
İsrail ordusundan verilən yazılı açıqlamada, işğal altındakı Qolan təpələrinin şimalından gecə saatlarında atılan və biri İsrail torpaqlarına düşən iki raketə qarşılıq olaraq Əsəd rejiminə aid bəzi hədəfləri döyüş təyyarələri və helikopterlərlə hücum olunduğu bildirilib.
Muxalifet4 - 2-06-2019
Azərbaycanda bu şəxslərə təqaüd ayrıldı - BAŞ NAZİRDƏN QƏRAR
Baş Nazir Novruz Məmmədov "Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nın təsdiq edib. Bu qayda "Məşğulluq haqqında” Qanunun 29.3-cü maddəsinə əsasən hazırlanıb. Qaydaya görə, işsiz kimi qeydiyyata alınmış şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və "DOST” mərkəzlərinın göndərişi ilə peşə hazırlığı aldığı dövrdə aylıq təqaüd almaq hüququna malikdirlər.
Muxalifet4 - 2-06-2019
Stadiona yarıçılpaq çıxan qadın haqda İNANILMAZ FAKT
İngiltərənin "Liverpul" və "Tottenhem" komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının final oyununun təşkilatçılığındakı qüsurlar oyun zamanı meydana yarıçılpaq azarkeşin girməsi ilə pik həddə çatıb. Belə ki, çimərlik geyimində olan fanatın adi şəxs deyil, aktrisa və model Kinsey Volanski olduğu üzə çıxıb. O, hətta bu yaxınlarda lentə alınmış filmdə də oynayıb. Stadiona çıxan modelin oğlan dostu Vitali Zdorovetskinin vebsaytını reklam etmək üçün çıxdığı bildirilir. Köynəyin üzərinə saytın ünvanı yazılıb.
Muxalifet4 - 2-06-2019
ABŞ vətəndaşının Bakıdakı sürücüsü niyə həbs olundu? - ŞOK İDDİA
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Tovuz sakini ibtidai istintaq zamanı törətdiyi cinayəti etiraf etsə də, məhkəmədə günahsız olduğunu iddia edib. O, dəmir barmaqlıqlar arxasına düşməsinin səbəbini ABŞ vətəndaşı olan Vladimir Qroysda görüb.
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Tovuz rayon sakini, 43 yaşlı Elşən Məhərrəmovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Muxalifet4 - 2-06-2019
Türk ordusu 27 PKK terrorçusunu zərərsizləşdirdi - ƏMƏLİYYAT
Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında yerləşən Kərkük rayonunda daha 5 PKK terrorçusunu zərərsizləşdiriblər.
Türkiyə KİV-lərinin verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 27-yə çatıb.
Xatırladaq ki, mayın 28-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda irimiqyaslı əməliyyata başlayıblar.
Muxalifet4 - 2-06-2019
19 yaşlı tələbə qızın intiharının təfərrüatları məlum oldu
Samuxda baş vermiş intiharın başvermə şəraiti məlum olub.
"Report"un məlumatına görə, rayonun Eldar kəndində ötən gün intihar etmiş 19 yaşlı qız Bəsti Yasin qızı Aslanova hadisə zamanı evdə tək olub.
B.Aslanova Gəncə şəhərində yerləşən özəl təhsil müəssisələrinin birində tibb üzrə təhsil alırmış. İkinci kurs tələbəsinin Gəncədə kirayədə yaşadığı bildirilir. O, intihardan bir müddət öncə tətilə çıxdığı üçün yaşadıqları babası evinə gedib.
Muxalifet4 - 2-06-2019
Partlayışda xəsarət alanların sayı 89 nəfərə çatdı
Rusiyanın Dzerjinsk şəhərində trotil istehsalı üzrə zavodda partlayış baş verib.
RİA “Novosti” xəbər verir ki, partlayışdan sonra zavodda yanğın başlayıb, hadisə yerinə çox sayda yanğınsöndürənlər briqadası cəlb edilib.
Bildirilir ki, partlayışdan sonra tibbi yardım üçün 89 nəfər müraciət edib. Onlardan 44-ü zavodun əməkdaşı, 45-i isə ətraf ərazilərdə yaşayan sakinlərdir.
Qeyd edilir ki, xəsarət alanlardan 28-i xəstəxanalara təcili tibbi yardım avtomobilləri ilə çatdırılıb, 61-i isə özü müraciət edib.
Muxalifet4 - 2-06-2019
Bakıda 10 yaşlı qıza qarşı əxlaqsızlıq edən şəxs barəsində HƏBS QƏRARI - Cəmi 2,2 il...
Bakıda yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən Rasim Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Rasim Tağıyev 31 avqust 2018-ci il tarixdə, saat 21 radələrində sərxoş vəziyyətdə yaşadığı Binəqədi rayonundakı evinin yaxınlığına gəlib.
Liftdə qonşusunun qızı ilə rastlaşdı
Rasim Tağıyev yaşadığı evin yerləşdiyi bloka daxıl olub və liftin gəlməsini gözləyib. Həmin vaxt yaşadığı mənzilə getmək üçün bloka daxil olmuş qonşusu, 2008-ci il təvəllüdlü İlhamə Həsənovanı görüb.
Muxalifet4 - 2-06-2019
"ABŞ müharibə istəyirsə axıra qədər savaşarıq” - ÇİNDƏN SENSASİON BƏYANAT
“Çin müharibə istəmir, amma ABŞ istəyirsə axıra qədər savaşarıq”.
Bunu Çinin müdafiə naziri Vey Fenqe deyib.
Nazir Pekin-Vaşinqton hökumətləri arasındakı gərginliyi azaltmaq məqsədilə 31 may – 2 iyun tarixlərində Sinqapurda təşkil olunan Şanqri-La Dialoqu Zirvəsində çıxış edib. Onun gündəmində son dövrlərdə tayvan boğazından ABŞ-a aid döyüş gəmilərinin keçməsi və ABŞ-ın Çinə qarşı Tayvana verdiyi dəstək olub. Nazir bildirib ki, Çin ordusu Tayvanı ayırmaq cəhdlərinə heç vaxt icazə verməyəcək.
Muxalifet4 - 2-06-2019