Axtarış
The search found 105785 results in 0.145 seconds.
Search results
Məşhur futbolçu avtomobil qəzasında ölüb
İspaniya milli komandasının sabiq futbolçusu Xose Antonio Reyes avtomobil qəzasında ölüb.
“Report” xəbər verir ki, bu barədə onun sabiq klubu “Sevilya”nın rəsmi “Twitter” hesabında məlumat yayılıb.
35 yaşlı yarımmüdafiəçi avtomobil qəzasında dünyasını dəyişib.
Qeyd edək ki, Xose Antonio Reyes İngiltərənin “Arsenal”, İspaniyanın “Real Madrid” və “Atletiko Madrid” kimi komandalarında da çıxış edib. O, 3 dəfə “Sevilya”, iki dəfə isə “Atletiko Madrid”lə Avropa Liqasını qazanıb. Xose Antonio Reyes “Real Madrid” və “Arsenal”la ölkə çempionu olub.
Muxalifet - 1-06-2019
Ölkə qarışdı: ABŞ səfirliyini yandırdılar
Orta Amerika ölkəsi olan Hondurasda hökumət əleyhinə nümayişlər davam edərkən, etirazçılar ABŞ səfirliyinin giriş qapısının qarşısında rezin şinlər yandırıb.
Səlahiyyətlilər etirazlar əsnasında maskalı kəslər tərəfindən ABŞ səfirliyi qarşısında rezin şinlər yandırıldığını ifadə edərək, səfirlik personalından yaralanan olmadığını açıqlayıb.
Etirazçıların lideri Suyapa Figueroa səfirlik önündəki yanğının nümayişçilər arasına sızan hökumət yanlısı şəxslər tərəfindən törədilmiş ola biləcəyini iddia edib.Muxalifet3 - 1-06-2019
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 2 ölü, bir neçə yaralı var - VİDEO
Şamaxıda minik və yük avtomobillərinin toqquşması nəticəsində ölənlərin kimliyi məlum olub. Muxalifet.az "Report"a istinadən xəbər verir ki,hadisə zamanı İsmayılov Ramil (1980) və onun qardaşı Rasim dünyasını dəyişiblər. Faktla bağlı araşdırma aparılır. *** Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayon mərkəzində qeydə alınıb. "Niva" markalı minik avtomobili ilə "SHACMAN" markalı yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Muxalifet - 1-06-2019
Türkiyədən İsrailə çox sərt təpki
Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Şərq Qüdsdəki qeyri-qanuni məskunlaşma fəaliyyətləri ilə bağlı çox sərt bir açıqlama yayımlayıb. Açıqlamada, bunlar qeyd edilib: "İsrailin işğal altında saxladığı Fələstin torpaqlarındakı qeyri-qanuni məskunlaşma fəaliyyətlərini mübarək Ramazan ayında da davam etdirməsi insanlıqdan kənar üzünün yeni bir təzahürüdür. İsrail son olaraq Fələstin dövlətinin paytaxtı olaraq tanıdığımız Şərq Qüdsdə 800-dən çox əlavə tikilinin inşasına icazə verməklə, Fələstin xalqının haqqlarını qəsb etməyi davam etdirmişdir.
Muxalifet3 - 1-06-2019
Alman mediası açıqladı: Azərbaycan futbolçuları - kim neçəyədir?
ABŞ-a məxsus NBC News yazır ki, Azərbaycan FİFA siyahısında Kenya və Madaqasqardan sonra gəlir və 108-ci yerdə qərar tutub. Təbii ki, bu, ürəkaçan mənzərə deyil.
Muxalifet - 1-06-2019
AzTV-də növbəti kadr təyinatları olub- SİYAHI
"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətində (QSC) növbəti kadr islahatları olub.
"Report"un əldə etdiyi məlumata görə, televizyanın İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru Sərvər Bayramov tutduğu vəzifədən azad edilib.
Ona televiziyanın İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyasının direktoru vəzifəsinin icrası tapşırılıb.
Uzun illərdir İctimai-siyasi proqramlar redaksiyasında çalışan Səxaddin Hüseynov isə adı çəkilən redaksiyanın baş redaktoru təyin olunub.
Muxalifet - 1-06-2019
"Bu peşə Azərbaycanda ən nüfuzlu peşələrdən birinə çevrilir"
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Məzun günü” və 11-ci “Məzun yarmarkası” keçirilib. ADAU-nun Mühəndislik fakültəsində keçirilən tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov, nazir müavinləri İlham Quliyev və Seyfəddin Talıbov, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri, ölkədə fəaliyyət göstərən aparıcı kənd təsərrüfatı şirkətlərinin təmsilçiləri iştirak ediblər.
Muxalifet3 - 1-06-2019
Türkiyəli tanınmış aktyoru küçədə döydülər
Türkiyəli tanınmış aktyor Xalit Ərgənc bu gün səhər saatlarında 2 nəfərin hücumuna məruz qalıb.
Muxalifet.az xəbər verir ki, aktyor bu barədə şəxsi Tvitter səhifəsində məlumat paylaşıb. Aktyor tanımadığı şəxslərin ona yaxınlaşaraq təhqir etdiklərini, yumruq vurduqlarını, daha sonra isə şəxsi avtomobillərinə minərək ərazidən uzaqlaşdıqlarını bildirib.
X.Ərgəncin şikayət etməsindən sonra sözügedən şəxslər polis tərəfindən müəyyənləşdirilərək saxlanılıb.
Muxalifet3 - 1-06-2019
Rusiyada zavodda 3 güclü partlayış: Fövqəladə vəziyyət... – Video / YENİLƏNDİ
Rusiyanın Dzerjinski şəhərindəki troltil istehsalı ilə məşğul olan “Kristal” zavodunda baş verən 3 böyük partlayış nəticəsində 39 nəfər yaralanıb. Yaralıların 10 nəfəri xəstəxanaya aparılıb. Yanğının söndürülməsi üçün əraziyə 300 nəfər yanğınsöndürən cəlb edilib. Şiddətli partlayışın 15 km məsafədə yerləşən Boqorodsk şəhəri sakinləri tərəfindən hiss edildiyi bildirilib. Partlayışa görə Nijninovqorod bölgəsində yerləşən Dzerjinski şəhərində və yaxınlıqdakı Pıra, Jelnino və Lesnoy Kordon qəsəbələrində fövqəladə vəziyyət elan edilib. Hadisə ilə əlaqədar cinayət işi açılıb.
Muxalifet3 - 1-06-2019
Avropa Birliyindən Türkiyəyə üzvlük TƏKLİFİ - SENSASİYA
Cənubi Kipr Türkiyənin Avropa Birliyinə (AB) üzv olmasını dəstəkləyir. Muxalifet.az xəbər verir ki, bunu Cənubi Kiprin Xarici İşlər naziri Nikos Xristodulides deyib. O, Ankaranın Avropa Komissiyasının tövsiyələrinə əməl etməsinin şərt olduğunu bildirib: “Türkiyənin AB-yə yaxın olması bizim də arzumuzdur. Türkiyəni AB-də görmək istəyirik”.
Muxalifet3 - 1-06-2019
Paşinyanın bu planı baş tutmadı...
Bu günlərdə bəzi KİV-lərdə dərc edilən məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstana səfərini yarımçıq kəsməyi qərara alıb. Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, Paşinyan oraya Avrasiya Ali İqtisadi Şurasının (AAİŞ) iclası çərçivəsində keçirilən tədbirlərə gedib. Bildirilir ki, RF Prezidenti Vladimir Putin Ermənistanın baş nazirini qəbul etməkdən vaz keçib və Paşinyan Avrasiya Ali İqtisadi Şurasının beşinci ildönümü münasibətilə təltif edilməyən yeganə yüksəkvəzifəli qonaq kimi inciyərək bu qərara gəlib.
Muxalifet3 - 1-06-2019
90 miqrant ölümdən belə döndü
İtaliya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Liviya sahillərində rezin qayıqda köməksiz vəziyyətdə qalan 90 miqrantı xilas edib.
Muxalifet.az xəbər verir ki, Aralıq dənizində fəlakətlə üzləşən miqrant gəmiləri üçün nəzərdə tutulan “qaynar xətt” miqrantlarla son danışıqları cümə axşamı saat 8 radələrində qeydə alıb. Onlar qayıqda 5 yaşlı qızın öldüyü barədə məlumat veriblər.
Havanın kəskin pisləşməsi və qayığın mühərriksiz olması nəticəsində miqrantlar dənizdə köməksiz qalmışdılar.
Muxalifet3 - 1-06-2019
Selfi çəkdirmək istəyərkən yanlışlıqla özünü vurdu - Foto
Rusiyanın paytaxtı Moskvada tələbə qız tapança ilə selfi çəkdirmək istəyərkən yanlışlıqla özünü vurub.
Muxalifet.az xəbər verir ki, Rusiya polisi gənc qızı qaldığı evdə başından yaralı vəziyyətdə tapıb.
Dərhal xəstəxanaya aparılan qızın vəziyyətinin yaxşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet3 - 1-06-2019
Çeçenistan bu filmə qarşı çıxacaq, ayıbdır... - Nazir
Rusiyada nümayiş olunan, ingilis müğənni Elton Conun həyatından bəhs edən “Raket adam” filminin Çeçenistanda da nümayiş etdirilməsi qalmaqala səbəb ola bilər.
Muxalifet.az xəbər verir ki, bunu Çeçenistanın Mətbuat və İnformasiya naziri Canbulat Umarov deyib. O bildirib ki, bu filmin nümayişinə çeçenlər mənfi reaksiya verəcək:
“Dini, mentalitet və digər səbəblərdən bu filmi qəbul etmirik. Filmlərdə bu kimi təxribatlar səbəbindən uşaqlarla birlikdə film izləmək imkansız olub. Ayıbdır”.
Muxalifet3 - 1-06-2019
"Qəbələ"ni tərk edən kapitan yeni komanda ilə anlaşdı
"Qəbələ” komandası futbolçusu Cavid Hüseynovla yollarını ayırıb.
Muxalifet.az klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi 2019-2020 mövsümündə “qırmızı-qaralar”ın formasını geyinməyəcək.Muxalifet3 - 1-06-2019
17 fələstinli gənc Qüdsə görə saxlanıldı
Şərqi Qüdsdə yaşayan 17 fələstinli gənc İsrail polisi tərəfindən saxlanılıb. Muxalifet.az xəbər verir ki, bunu Anadolu agentliyinə açıqlamasında Qüdsün Girov Ailələri Komitəsinin sədri Əmcəd Əbu Əsab deyib. O, gənclərin Qüdsün işğalının 52-ci ildönümü münasibətilə sabah keçiriləcək mərasimdə təhlükəsizliyi təmin etmək məqsədilə saxlanıldığını deyib.
Muxalifet3 - 1-06-2019
Bu il Antalyaya ən çox hansı ölkələrdən səfər edilib?
Dünyada turizm şəhəri kimi tanınan Türkiyənin Antalya şəhəri may ayında 174 ölkədən 702 min 296 turist qəbul edib. Onlardan cəmi 249 min 757-si yerli turist olub.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Antalya Mədəniyyət və Turizm İdarəsi yayıb. Məlumata görə, bu il Antalyaya ən çox Rusiyadan turist gəlib.Muxalifet3 - 1-06-2019
Azərbaycan-Polşa münasibətlərində Rusiya kölgəsi - ANALİTİKA
Polşa prezidenti Andjey Duda mayın 30-da axşam Azərbaycana səfərə gəlib. Səfərin rəsmi hissəsi mayın 31-də Azərbaycan prezidenti İlham Əliyevin Zaqulba iqamətgahında başlayıb - təkbətək, geniş tərkibli və biznes dairələrinin iştirakı ilə görüşlər keçirilib. Çox da əhəmiyyətli olmayan bir neçə sənəd imzalanıb (fitosanitariya sahəsində əməkdaşlıq haqqında, kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında və məxfi məlumat mübadiləsi haqqında).
Muxalifet4 - 1-06-2019
Millimiz yoxlama görüşündə qalib gəldi
İyunun 1-də “Dalğa Arena”da Avropa çempionatının seçmə mərhələsinin oyunlarına hazırlaşan əsas və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandaları arasında yoxlama oyunu keçirilib. Muxalifet.az AFFA-ya istinadən xəbər verir ki, qarşılaşma əsas millinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Dmitri Nazarov və Ağabala Ramazanov penalti zərbələrini dəqiq yerinə yetiriblər. Digər qolu isə Araz Abdullayev vurub. Oyunu Etibar Həsənov, Zöhrab Abbasov, Teymur Teymurov və Nicat İsmayılovdan ibarət hakimlər briqadası idarə edib.
Muxalifet3 - 1-06-2019
Azərbaycan ordusu şəhid mayorun qisasını aldı? – ERMƏNİ MEDİASINDAN AÇIQLAMA
İyunun 1-də saat 07:30-da 19 yaşlı erməni əsgər Sipan Melkonyan Azərbaycan snayperi tərəfindən vurulub. Ermənistan KİV-in məlumatına görə, hadisə cəbhənin cənub istiqmətində baş verib. Xatırladaq ki, iki gün öncə həmin ərazinin yaxınlığında erməni tərəfin açdığı atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin mayoru Aqil Ömərov (1983-cü ildə anadan olub) həlak olub./Turan
Muxalifet4 - 1-06-2019