Axtarış

The search found 105785 results in 0.114 seconds.

Search results

  1. "ABŞ İranla şərtsiz danışıqlar təklifində səmimi deyil" - EKSPERTLƏRDƏN AÇIQLAMA

    ABŞ və İran arasında gərginlik davam edir. Bu arada okeanın o tayından yumşaldıcı mövqelərin eşidilməsinə müsəlman qonşumuzdan adekvat reaksiya verilməməsi də suallar doğurur. Bəzi müşahidəçilər isə ABŞ-ın regionda hərbi cəhətdən möhkəmləndiyi bir durumda dinc danışıqlarla bağlı bəyanatların sadəcə görüntü məqsədi güddüyünü vurğulayırlar.

    Muxalifet4 - 4-06-2019

  2. Azərbaycan hökumətinin başı üzərindəki "bulud" - YENİ SİSTEM NƏYİ DƏYİŞƏCƏK...

    Azərbaycanda “Hökumət buludu” (G-cloud) yaradılacaq. ONA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında" fərman imzalayıb. “Hökumət buludu” (G-cloud) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzinin infrastrukturunda yaradılacaq. Fərmana əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Hökumət buludu”nun operatoru təyin edilib.

    Muxalifet4 - 4-06-2019

  3. İran ABŞ-a şərtini açıqladı! - "Dialoqun başlaması üçün..."

    İranın Xarici İşlər naziri Cavad Zərif "iqtisadi müharibə" olaraq xarakterizə etdiyi ABŞ-ın sanksiyalarını qaldırmadan iki ölkə arasında dialoqun başlamayacağını söyləyib. Qeyd edək ki, ABŞ Xarici İşlər naziri Mayk Pompeo dünən etdiyi bir açıqlamada İran ilə ön şərtsiz görüşmələrə başlana biləcəyini açıqlamışdı. İran Xarici İşlər naziri Cavad Zərif bu gün etdiyi açıqlamada, ABŞ-ın sanksiyalarını "iqtisadi müharibə" olaraq xarakterizə edərək İranın nüvə proqramıyla heç bir əlaqəsinin olmadığını irəli sürüb. Zərif sanksiyalar qalxmadan ABŞ ilə dialoqun başlamayacağını söyləyib.

    Muxalifet3 - 4-06-2019

  4. Ordu demokratiya istəyən xalqa HÜCUM ETDİ - Ölü sayı gedərək artır

    Sudan ordusunun paytaxt Hartumda demokratiya keşiyi çəkən xalqa müdaxiləsində 35 adam həyatını itirib
     
    Sudanın paytaxtı Hartumda ordunun ümumi qərargahı qarşısında təxminən iki aydır ki, əhali hökumətə keçiş tələbiylə demokratiya keşiyi çəkən müxalif nümayişçilərə ordu gücləri tərəfindən müdaxilə edilib. Müdaxilədə 35 adam həyatını itirib.
    Yüzlərlə insanın açılan atəş nəticəsində yaralandığı, yaralılar üçün xəstəxanalarda yer qalmadığı və bir çox adama hadisə yerində müdaxilə edildiyi qeyd edilib.

    Muxalifet3 - 4-06-2019

  5. Türkiyə haqqında tələbi qəbul edilmədi, İSTEFA VERDİ

    Türkiyə və Yunanıstan arasında Egey dənizində etimadartırıcı tədbirlərə yönəlik görüşmələrdən məsul heyətin başçısı general-leytenant Nikos Zahariadisin istefa verdiyi bildirilib
     
    Yunanıstan Müdafiə Nazirliyində Milli Müdafiə Siyasətləri və Beynəlxalq Əlaqələr Direktorluğuna rəhbərlik edən Zahariadis ölkə mediasına etdiyi açıqlamada Türkiyə ilə görüşmələrin keçiriləcək erkən seçki öncəsində dayandırılmasının lazım olduğunu ifadə edib.

    Muxalifet3 - 4-06-2019

  6. “Hamı Qarabağ uğrunda vuruşmağa hazırdır” - rumın analitikin dedikləri etiraz doğurdu

    Ekspertlər “Qarabağ uğrunda ölməyə də, öldürməyə də hazır olmaq  namus məsələsidir” deyir

    Muxalifet - 4-06-2019

  7. ABŞ vertolyotu düşdü! Ölülər var

    ABŞ-da təşkil edilən musiqi festivalı üçün bölgəyə gedən vertolyot bilinməyən bir səbəblə qəzaya uğrayaraq düşüb. Vertolyotda olan pilot və 2 yolçu ölüb, bir yolçu isə yaralı olaraq xilas olub.
     
    Qəza ABŞ-ın Arkansas əyalətində Mulberri-nin dağlıq bölgəsində meydana gəlib.
    İçində 3 yolçusu olan Robinson R44 Raven II tipli vertolyot bölgədə təşkil edilən Backwoods Musiqi Festivalı üçün iştirakçılara hava gəzintisi təşkil edirmiş.

    Muxalifet3 - 4-06-2019

  8. Kremlin “hibrid müharibəsi”: İrəvanda panika, QARABAĞDA MÜHARİBƏ XOFU

    Erməni nəşri: “Rusiya Ermənistana təcavüzə hazırlaşır”: Bakı isə “addım-addım” taktikasına üstünlük verəcək; neftin ucuzlaşması erməniləri də narahat etməyə başladı - səbəb... Ermənistanın baş naziri Nikol Paşinyan məzuniyyətə çıxıb. Həm də qeyri-müəyyən müddətə. Hər halda bu barədə erməni KİV-ləri yazıb. Düşmən ölkənin yazılı və elektron mediası son günlər həm də Paşinyanın son Qazaxıstan səfəri barədə tənqidi materiallar verir. Ermənistan rəhbərinin Nur-Sultanda pərt edilməsi, onun Putinlə görüşünün ləğv olunması hələ də ekspert çevrələrində müzakirə mövzusudur.

    Muxalifet - 4-06-2019

  9. ​“Qarabağ” UEFA reytinqində “Milan”ı qabaqlayıb

    UEFA 2018/2019-cu illər mövsümündə klubların reytinq siyahısını açıqlayıb.
    Sıyahıda birinci yerdə “Real”, ikinci yerdə “Barselona”, üçüncü yerdə isə “Bavariya” qərarlaşıb.
    Azərbaycanın “Qarabağ” klubu “Milan”, “Lester”, “Feyenord” və “Celta” kimi məşhur klublarını qabaqlayaraq siyahıda 70-ci yerdə qərarlaşıb.  
    Azərbaycanın “Qəbələ” klubu 173-cü, “Keşlə” 273-cü, “Neftçi” 274-cü, “Zirə” 275-ci, “Kəpəz” 276-cı yerlərdə qərarşlaşıblar.

    Muxalifet - 4-06-2019

  10. MHP sədri Bağçalıdan Davutoğluna sətiraltı göndərmə...

    MHP sədri Dövlət Bağçalı partiyasının qurucu başçısı Alparslan Türkeşin qəbirini ziyarət edib. Ziyarətdən sonra açıqlama verən Bağçalı, Türkiyənin keçmiş baş naziri Əhməd Davutoğlunun yeni partiya qurma iddialarına münasibət bildirib:
    “Türkiyənin yeni bir partiyaya ehtiyacı yoxdur. Siyasi həyat davam etməkdədir, oturuşmuş, qəbul görmüş partiyalar demokratiyanın axan çaylarıdır. Davutoğlu nə edəcək, 103 dənə partiya var. 104-cü olacağam deyirsə, yolu açıq olsun”.
    Müxalifət.az

    Muxalifet3 - 4-06-2019

  11. MƏŞHUR SABİQ NAZİRLƏR: Onlardan kimisi biznesinə qayıdıb, kimisi... - ADLAR...

    Azərbaycanda zamanında yüksək vəzifədə məmurlar olmuş şəxslər işdən çıxarıldıqdan sonra, demək olar ki, gözə dəymirlər. Onlardan kimisi keçmiş biznesinə qayıdır, kimisi ahıl dövrünü yaşayır, kimisi başını çətin işlərə qarışdırmaq istəmir, bəziləri pedaqoji fəaliyyət göstərir, istisna halda sabiq nazir və yaxud məmur var ki, siyasətlə məşğul olur. “Yeni Müsavat” xəbər verir ki, onlardan biri keçmiş spiker Rəsul Quliyevdir. Son dövrlərdə aktiv siyasətə qoşulmayan R.Quliyev vaxtını Amerikada sosial şəbəkələrdə keçirir, feysbukda statuslar paylaşır, fikirlərini açıqlayır.

    Muxalifet - 4-06-2019

  12. “Pəncə” əməliyyatında öldürülən terrorçu sayı artdı

    Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Şimali İraqa yönəlik davam etdirilən Hakurk mərkəzli “Pəncə” əməliyyatı haqqında açıqlama verib. Əməliyyatların hava və qurudan qətiyyətlə davam etdiyinə diqqət çəkən Akar, gəlinən nöqtə ilə bağlı rəqəmləri paylaşıb. 27 may tarixindən bu yana davam etdirilən əməliyyatlarda terrorçulara aid mağara və yaşam yerlərinin məhv edildiyi, əməliyyatlarda təsirsiz hala gətirilən terrorçu sayı nazir tərəfindən açıqlanıb.

    Muxalifet3 - 4-06-2019

  13. BAKIDA FİLM KİMİ HADİSƏ: Evli kişi sevgilisini bıçaqladı, daha sonra isə... - FOTO

    Bakıda itkin düşən şəxslərin meyiti tapılıb.
    Bir neçə gün əvvəl itkin düşən Abbasov Vasif Əliyəddin oğlu və Əliyeva Aygün Hüseynağa oğlunun meyiti Yasamal rayonu Kənar dairəvi yolunda dərəyə aşmış avtomobildə aşkarlanıb. Hər iki şəxsin meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən dərəyə yuvarlanmış avtomobildən çıxarılaraq təhvil verilib.

    Muxalifet - 4-06-2019

  14. ​Hacıqabulda ağır qəza: iki nəfər öldü, dörd yaralı var

    Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
    İlkin məlumata görə, “Mercedes” markalı avtomobillə “KAMAZ”ın toqquşması nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb.
    Ölənlərin və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 4-06-2019

  15. RUSİYANIN TAQƏTDƏN SALINMASI – Moskvanı gərginləşdirməyin və xərclərini artırmağın yolları

    Rusiya ilə rəqabətin müəyyən mənada qaçılmaz olduğunu diqqətə alan “RAND Corporation” araşdırma mərkəzi Rusiya üçün “xərclərin artırılması üsulları” ilə bağlı dəyərləndirmələr aparıb. Onların hesablamalarına görə, bu, Rusiyanın gücünün hədsiz gərginləşməsinə və ölkənin resurslarını səfərbərliyə gətirə bilər. “RAND Corporation” ekspertlər komandası iqtisadi, geosiyasi, ideoloji, informasiya və hərbi variantlar üzərində işləyiblər.

    Muxalifet - 4-06-2019

  16. 40 234 şagird üçün buraxılış imtahanı keçirəcək

    Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 9-da Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsini keçirəcək.
    Mərkəzdən bildirilib ki, həmin gün ümumilikdə 40234 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

    Muxalifet - 4-06-2019

  17. “Elçibəyi inandırdıq ki, Heydər Əliyevin Bakıya gəlişi...” - Fəzail Ağamalı 4 iyun qiyamı HAQDA

    Hər ilin bu günlərində 4 iyun qiyamı ilə bağlı ən müxtəlif iddialar ortaya çıxır. “1993-cü il iyunun 4-də Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynov tərəfindən qanuni hakimiyyətə, mərhum prezident Əbülfəz Elçibəyə qarşı qiyam qaldırılmasaydı, Dağlıq Qarabağı itirməyəcəydik” kimi mövqelərə də rast gəlinir. Belə fikirlər var ki, 4 iyuna qədər itirilən Xocalı, Şuşa, Laçın və Kəlbəcər geri qaytarılacaqdı, qiyamdan sonra itirilən Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan da işğal olunmayacaqdı.

    Muxalifet - 4-06-2019

  18. Polisdən “Xaş–xaş 2019” əməliyyatı - 215 ədəd çətənə kolu məhv edildi

    "Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib. 
    DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Muxalifet.az-a verilən məlumata görə, rayonun Qoxmuq kəndi ərazisində vətəndaşa məxsus əkin  sahəsində  ümumi çəkisi 17 kiloqrama yaxın 215 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

    Muxalifet - 4-06-2019

  19. Londonda növbəti Zamirə Hacıyeva qalmaqalı - gizli milyonçu kimdir

    Əkrəm Həsənov: “Azərbaycandan Londona qeyri-qanuni pullar qaçıranlar sərvətlərini itirmək təhlükəsi ilə üz-üzədirlər”

    Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərinin həyat yoldaşı Zamirə Hacıyevadan sonra Britaniyada daha bir əcnəbi zəngin “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində araşdırmalara cəlb olunub. Britaniyalı istintaqçılar Londonda ümumilikdə 80 milyon funt-sterlinq dəyərində 3 daşınmaz əmlaka xərclənən pulların mənbəyini istəyir.

    Muxalifet - 4-06-2019

  20. ​Ter-Petrosyan niyə “Müharibəni yox, döyüşü udmuşuq” deyirdi?

    Levon Ter-Petrosyan xüsusi vurğulayırdı ki, Dağlıq Qarabağ münaqişəsi yalnız dinc danışıqlar yolu ilə nizamlanmalıdır; status-kvonu uzun müddət saxlamaq mümkün deyil, çünki buna nə dünya birliyi imkan verər, nə də Ermənistanın iqtisadi potensialı; münaqişənin nizamlanmamış vəziyyəti Qarabağa və Ermənistana sərfəli deyil, çünki bu, Ermənistanın və deməli, Qarabağın da iqtisadi inkişafına ciddi əngəl törədir, beynəlxalq birliklə və xüsusən qonşu ölkələrlə münasibətlərdə isə qarşısıalınmaz nəticələrə gətirib çıxara biləcək fəsadlar yaradır; Qarabağ münaqişəsinin həllinin yeganə variant

    Muxalifet - 4-06-2019

Pages