Axtarış
The search found 105785 results in 0.101 seconds.
Search results
Bacısına görə kollecdən çıxıb fəhlə işləyirdi... - TOVUZDA FACİƏVİ ÖLÜM
Tovuz rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Muxalifet.az "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, iyunun 1-də Qovlar qəsəbəsində yaşayan 18 yaşlı gənc elektrik vurması nəticəsində dünyasını dəyişib. Kənd sakini Vüqar Rövşən oğlu ötən il Dövlət İqtisad Kollecini ödənişli əsaslarla qəbul olub. Ailəsinin maddi sıxıntısını nəzərə alaraq təhsilini donduraraq hərbi xidmət öncəsi işləmək istəyib. Vüqar həm də universitetdə təhsil alan bacısının xərclərini qarşılamaq məqsədilə qaynaqçının yanında fəhlə kimi işləməyə başlayıb.
Muxalifet - 4-06-2019
Zorlamanın norma olduğu qadın hərbi düşərgəsi – faşistlər burada hər növ işgəncə növləri tətbiq ediblər
337 sayl hərbi əsir düşərgəsi... 1941-ci ilin sentyabrında Belarusiyanın Borodoviçi şəhərindən 22 kilometr aralıda almanların saldığı bu düşərgə müqayisəsi olmayan dəhşətləri, işgəncələri ilə tarixə düşüb... Xüsusilə sanitar, tibb bacısı və hərbi rütbəli qadınlar bu düşərgəyə düşəndə, elə ilk andaca özlərini öldürməyə cəhd ediblər. Çünki cəhənnəmi xatırladan bu məkanda onları nə gözlədiyini yaxşı biliblər. Ancaq nasistlər onların bu “xoşbəxtliyə” nail olmasına da mane olublar. Bu düşərgədə yüksəklinli alman zabitlərinə əsir qadınlarla intim əlaqədə olmağa qadağa qoyulub.
Muxalifet - 4-06-2019
Rusiyadan SON DƏQİQƏ S-400 açıqlaması: "İstəsələr..."
“Ankaranın bizə bilgi verməsi vacib deyil. Bu, bizim məsələmiz deyil”.
Publika.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov söyləyib.
Peskov Türkiyənin S-400 hava hücumundan müdafiə kompleksi almasına dair ABŞ-la işçi qrupu yaratmaq mövzusunda Moskvaya bilgi verilib-verilmədiyi sualına cavabında belə deyib. O bildirib ki, Türkiyə istəsə, üçüncü ölkə ilə bu məsələ ətrafında görüşə bilər”.Muxalifet - 4-06-2019
Melania yenə Trampın əlini tutmadı - "Uzaq dur məndən yaşlı adam!"
ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melania Tramp ilə birlikdə İngiltərəyə səfər edib. ABŞ prezidenti burada kraliça Yelizabet ilə görüşəcək.
Donald Tramp Birləşmiş Krallığa çatdığında bu qəribə görünüş ortaya çıxıb.
Kevin Palmerin sosial media paylaşmasında bu ifadələrə yer verilib:
"Trump: Gəl əl-ələ tutuşaq canım.
Melania: Uzaq dur məndən yaşlı adam!"
Qeyd olunur ki, Tramp cütlüyü asfaltda gedərkən Melanianın Tramp əlini tutduqdan dərhal sonra əlini çəkdiyi görülür.Muxalifet3 - 4-06-2019
NİZAMİ RAYONUNDA DAHA BİR YANĞIN: Qaz borusu partlayıb - YENİLƏNİB
Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində 600 m² sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. *** 13:43 Bakının Nizami rayonunda daha bir güclü yanğın hadisəsi qeydə alınıb. Virtualaz.org xəbər verir ki, hadisə Əli Vəliyev və Şərifli küçələrinin kəsişməsində,qaz borusunun partlaması nəticəsində baş verib. Hadisənin yaşayış binasında və ya digər obyektdə baş verdiyi məlum deyil. Əraziyə təcili tibbi yardım çağırılıb.
Muxalifet - 4-06-2019
İstifadəyə yararsız olan çimərliklər: SUYU ÇİRKLİDİR - SİYAHI
Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərlikləri istifadəyə yararsızdır.
Bunu jurnalistlərə açıqlamasında Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib.
Onun sözlərinə görə, çimərlik mövsümünün başlanması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə çimərlik sahələrində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb:Muxalifet - 4-06-2019
İranda azərbaycanlılarla bağlı QALMAQALLI QANUN LAYİHƏSİ – “Uşaqları ailələrindən alın”
İranda fars dilini bilməyən uşaqları ailələrindən almaq lazımdır. Bu sözləri Məşhəd Universitetinin müəllimi Seyid Məhəmmədbaqir Təbatəbayi bildirib. O, İran Təhsil Nazirliyinin məktəbə hazırlaşan uşaqlar üçün nəzərdə tutulan “farsca yetərlilik testi” planına dəstək vermək məqsədilə belə bir təkliflə çıxış edib. “İranda yaşayan valideynlər uşaqlarına məktəbdən əvvəl fars dilini öyrətmirsə və ya öyrənməsinə icazə vermirsə, deməli, onların uşaq saxlamaq və tərbiyə etmək qabiliyyəti yoxdur. İranın övladları onlardan alınmalıdır”, – Təbatəbayi Tvitter hesabında bildirib.
Muxalifet - 4-06-2019
Naxçıvan-Türkiyə sərhədində Azərbaycana aid TIR-ın vurulmasında Ermənistanın əli var - “SÖZÇÜ” YAZARI BİLDİRİR...
Türkiyənin təhlükəsizlik qüvvələri ilin əvvəlindən bəri terrorçularla döyüşlərdə 57 itki verib. Bu itkilərin 6-ı İğdır bölgəsində qeydə alınıb. “Sözçü” yazarı Sayğı Öztürk bu məqama toxunur. Yazır ki, İğdırda PKK/PJAK terrorçuları ilə atışmalarda 6 əsgərin şəhid olması üzərində ayrıca dayanmaq lazımdır. Çünki terrorçuların İran, Azərbaycan və Ermənistanla həmsərhəd olan İğdır bölgəsində fəallaşmasının arxasında Ermənistanın dayandığı haqda məlumatlar var. Müəllif xatırladır ki, 2016-cı ildə İğdırın İranla sərhəd ərazilərində minalar təmizlənib, əvəzində təhlükəsizlik hasarları çəkilib.
Muxalifet - 4-06-2019
“Orduda korrupsiya faktları mövcuddur...” - Ermənistanın sabiq müdafiə naziri
“2016-cı ildə baş verən döyüşlərin detallarının araşdırılması üçün parlamentin istintaq komissiyasının yaradılması təhlükəlidir”.
Muxalifet.az ordu.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın sabiq Baş və Müdafiə naziri, ictimai şuranın sədri Vazgen Manukyan deyib.
Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə aparmaqla hansısa şeyləri dağıtmaq olmaz.Muxalifet - 4-06-2019
Ceyhun Osmanlı Odlar Yurdu Universitetindən də uzaqlaşdırıldı - KEÇMİŞ DEPUTATIN “VURULMASI”NIN ŞOK SƏBƏBLƏRİ
“Nurçu”larla əlaqədə ittiham olunaraq deputat mandatından məhrum edilən (!) Ceyhun Osmanlı daha bir şok yaşayıb. Muxalifet.az etibarlı mənbələrə istinadən xəbər verir ki, C.Osmanlı Odlar Yurdu Universitetində Beynəlxalq Əlaqələr və İnnovasiyalar üzrə prorektor vəzifəsindən də azad olunub. Mənbə bildirir ki, keçmiş deputat may ayında Odlar Yurdundakı işindən öz ərizəsi əsasında azad olunsa da, burada başqa səbəblər var.
Muxalifet4 - 5-06-2019
Merkeldən Fransaya SƏRT İTTİHAM: ABŞ-la...
Almaniya kansleri Angela Merkel Avropa İttifaqının ABŞ-la münasibətlərini tez bir zamanda yoluna qoyulmasının vacib olduğunu deyib. Kansler Fransanı Aİ-ABŞ münasibətlərini korlamaqda, ticarət münasibətlərinə zərbə vurmaqda ittiham edib. Qeyd edək ki, Avropa İttifaqına üzv ölkələr ABŞ-la ticarət müzakirələri məsələsində razılığa gəlmiş, yalnız Fransa buna qarşı çıxmışdı./Publika
Muxalifet - 4-06-2019
Fransa məhkəməsi separatçı Dağlıq Qarabağ rejimi ilə Arnuvill şəhəri arasında “Dostluq haqqında xartiya”nı ləğv edib
Fransa inzibati məhkəməsi bu ölkənin Arnuvill şəhəri (Val Duaz departamenti, Parisin ətrafı) ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv edib. APA-nın məlumatına görə, məhkəmə 2018-ci il oktyabrın 22-də imzalanmış sənədin qeyri-qanuni, heç bir hüquqi qüvvəsi olmayan və Fransanın beynəlxalq öhdəliklərinə zidd olması barədə qərar çıxarıb. İşlə bağlı məhkəmə dinləmələri 2019-cu il fevralın 28-də başlanıb, mayın 29-da başa çatıb.
Muxalifet - 4-06-2019
Otelə silahlı hücum! Çox sayda ölü var
Avstraliyada silahlı təcavüzkar bir oteli basaraq insanlara atəş açıb. Hadisədə ən az 5 adam həyatını itirib. Avstraliyanın şimalında yerləşən Darvin bölgəsində silahlı təcavüzkar bir otelə girərək insanlara yaylım atəşi açıb. Hücumda ən az 5 adam həyatını itirərkən, 2 adamın da yaralandığı açıqlanıb. Avstraliya polisi təcavüzkarın 45 yaşında olduğunu və tutulduğunu bəyan edib. Hadisənin bir terror hücumu olub olmadığı haqqında isə bir məlumat paylaşılmayıb. Müxalifət.az
Muxalifet3 - 4-06-2019
Məhkəmə binasında dustaqlar arasında dava – Xəsarət alanlar var
Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında təqsirləndirilən şəxslərin saxlanıldığı otaqda dustaqlar arasında dava baş verib. Hadisə zamanı Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkəməsi olan Həbib Əliyev həmyerlisi, Cinayət Məcəlləsinin 29.120-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə məhkəməsi olan Fazil Mustafayevi döyərək ona xəsarət yetirib. Hadisə zamanı otaqda olan narkotik maddələrin qanunsuz dövriyyəsi maddəsi ilə məhkəməsi olan Ağstafa rayon sakini 1989-cu il təvəllüdlü Tural Fərəcov da xəsarət alıb.
Muxalifet - 4-06-2019
Baş Prokurorluq dəhşətli qəza ilə bağlı məlumat yaydı - HƏBS EDİLƏN VAR
Baş Prokurorluq mayın 31-də Bakı-Quba avtomobil yolunun Siyəzən rayonu ərazisində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Muxalifet - 4-06-2019
"Kim yeyib, dağıdıbsa, canı çıxsın, ödəsin" - "Borcların silinməsi” sözünə deputatdan REAKSİYA
Mən "borcların silinməsi” sözünü başa düşmürəm. Kim yeyib, kim dağıdıbsa, canı çıxsın, gəlsin, cavabını versin, ödəsin". Unikal.org xəbər verir ki, bunu millət vəkili Fəzail İbrahimli parlamentin komitə iclasında bildirib. "Burada deyildi ki, borclar silinməlidir. Ay qardaş, bu nədir?”, - deyən millət vəkili bu məsələnin anlaşılmaz olduğunu və qaranlıq məqamlardan xəbər verdiyini bildirib. "Kim bələdiyyəni yeyib, dağıdıbsa, gəlsin, canı çıxsın, ödəsin. Onu edənləri "İnterpol”la da axtarıb, tapmaq mümkün deyil?! Mən, vallah, bu "silinmək, silinməlidir” sözünü hələ də anlaya bilmirəm.
Muxalifet - 4-06-2019
Umayra Tağıyeva: "İndiki isti hava daha çox iyul, avqust ayları üçün səciyyəvidir"
"Azərbaycan ərazisində həftə sonuna qədər hava şəraitində ciddi dəyişiklik gözlənilmir və temperatur yüksək olacaq". "Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, artıq iyun ayının ilk günlərindən hava isti keçir: "Müqayisə aparsaq, çoxillik norma göstəricilərində havanın temperaturu regiondan asılı olaraq 5-7 dərəcə yüksəkdir. Hazırda Bakıda 35 dərəcə isti müşahidə olunur".
Muxalifet - 4-06-2019
MTRŞ sədrinə köməkçi təyin edildi
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədrinin köməkçisi vəzifəsinə təyinat olub.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi daxili müsahibə nəticəsində bu vəzifəyə Fazil Novruzov təyin edilib.
F.Novruzov bundan əvvəl MTRŞ-nın Hüquq və beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində çalışıb.Muxalifet - 4-06-2019
Serj Sarkisyan aprel döyüşlərindəki məğlubiyyətə görə dindiriləcək
Ermənistan ordusunun 2016-cı il aprel məğlubiyyətini araşdıran parlament komissiyasının ölkənin keçmiş prezidenti Serj Sarqsyanı da dindirəcəyi gözlənilir.
“Ermənistan xəbərləri”nin məlumatına görə, bunu parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının üzvü, hakim “Mənim addımım” fraksiyasının deputatı Tiqran Karapetyan bildirib.
Muxalifet - 4-06-2019
"Meyxanaçılar arasından heç vaxt gey çıxmayıb" - Aqşin Fatehdən QALMAQALLI MÜSAHİBƏ - VİDEO
Bir zamanlar meyxanaçı kimi böyük şöhrət qazanan Aqşin Fateh qalmaqallı videomüsahibəsi ilə gündəm yaradıb.
AZXEBER.COM-un yeni layihəsinin qonağı olan meyxanaçının uzun zaman danışılacaq müsahibəsini təqdim edirik.Muxalifet - 4-06-2019