Axtarış
The search found 105785 results in 0.097 seconds.
Search results
GEYLƏŞƏN AVROPA, MƏHV OLAN AİLƏ DƏYƏRLƏRİ … - "mütərəqqi" Qərb hara gedir?
Niderlandiya dünyada bircinsli nikaha ilk dəfə icazə verdikdən 18 il sonra Avstriya bunun bu yaxınlarda qanuniləşdiyi sonuncu Avropa ölkələrindən biri olub. Nikah qaydasında dəyişiklik, dövlətin bircinsli cütlərə tam həcmdə nikaha hüquq verməyərək onların hüquqlarını tapdaladığı haqda 2017-ci ildə qərar çıxarmış Avstriya Ali Məhkəməsinin təşəbbüsü ilə 2019-cu il yanvarın 1-də edilib. Avstriya Avropada gey nikahları leqallşadıran sayca 17-ci yurisdiksiyadır.
Muxalifet - 4-06-2019
“Nadzor”u güllələyərək öldürən iş yoldaşı imiş
Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasında nəzarətçi işləyən 1990-cı il təvəllüdlü Kəramət Məmmədlini mayın 2-də başından güllələyərək öldürən şəxs saxlanılıb.
Muxalifet.az xəbər verir ki, qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, K.Məmmədlini Şəmkir rayonu, Bayramlı kəndində yaşadığı evdə elə öz həmkarı, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşı güllələyib. Ailəsindən boşanan K.Məmmədli evdə tək yaşayırmış.
İstintaqın ilkin mərhələsi olduğu üçün şübhəli şəxsin ad soyadı açıqlanmır.Muxalifet - 4-06-2019
PUTİN ATASINDAN DANIŞIB - O, kim olub: Qəhrəman, yoxsa satqın?
Bu il, mayın 9-da – qələbə günü münasibətilə Qızıl Meydanda keçirilmiş “Olməz alay”yürüşündə iştirak edən Rusiya prezidenti Vladimir Vladimiroviç Putin gözlənilmədən atasını xatırlayıb: «Mənim atamı götürək, 45-ci ildə Qızıl Meydandan keçə bilərdimi? Heç cür! O, bütün həyatı boyu axsadı və ayağında qəlpə ilə dünyadan köçdü. Belə insanlar qələbə paradında Qızıl Medandan keçə bilərdimi? Ancaq məhz onlar – sadə insanlar qələbəyə nail olublar…». Maraqlıdır, prezidentin atası Vladimir Spiridonoviç Putin nə üçün Qızıl Meydanda qələbə paradında iştirak edə bilməzmiş?
Muxalifet - 4-06-2019
Ərdoğan SON NÖQTƏNİ QOYDU: "Lazım gəlsə..."
“Bu nöqtədən geri addım atmaq məsələsi müzakirə mövzusu belə deyil. Lazım gəlsə, Putin ilə görüşərəm”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 hava hücumundan müdafiə kompleksləri səbəbilə ABŞ-Türkiyə arasında yaşanan gərginliklə bağlı danışarkən deyib. Uzun müddətdir ki, məsələ ilə bağlı açıqlama verməyən prezident Ramazan bayramı münasibətilə qılınan namazdan sonra jurnalistlərə verdiyi açıqlamada son nöqtəni qoyub: “Xüsusilə, İdlib məsələsini cənab Putin və Trampla müzakirə etdik. Suriyanın şimalında təhlükəsiz bölgə ilə əlaqəsi olan hər kəslə görüşürük.
Muxalifet - 4-06-2019
Şamaxı Astrofizika Rəsədxanasından oruc tutanlara ÇAĞIRIŞ: “Ay hələ bu axşam görünəcək!”
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan bayramının iyunun 5-də qeyd olunacağını elan etsə də, bəzi sosial şəbəkə istifadəçiləri iyunun 4-də Ayın göründüyünü iddia edib. Bu isə oruc tutan insanları əndişəyə salaraq, “orucu açaqmı, açmayaqmı” sualları qarşısında qoyub.
AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov modern.az-a açıqlamasında deyib ki, iyunun 3-də Ay görünməyib: “Ay bu axşam görünəcək”.
Ayın görünməsinin əvvəlcədən proqnozlaşdırılması məsələsinə gəlincə, X.Mikayılov bunun mümkünlüyünü təsdiqləyib:Muxalifet - 4-06-2019
Gürcüstan Prezidenti Ramazan bayramı münasibəti müsəlmanları təbrik edib
Gürcüstan Prezidenti Salome Zurabişvili müqəddəs Ramazan bayramı münasibətilə iyunun 4-də Tbilisidəki Cümə məscidini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) müftisi hacı Yasin Əliyev Prezident Salome Zurabişvilini salamlayıb və müsəlmanları təbrik üçün məscidə gəldiyinə görə ona minnətdarlıq edib.Muxalifet - 4-06-2019
ŞOK QƏRAR: Artıq oğlanlar da məktəbə "yubka" geyinəcək - FOTO
Meksikanın paytaxtı Mexikoda oğlanlara məktəbə "yubka"da getməyə icazə veriblər.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Mexiko hakimiyyəti şəhərin təhsil müəssisələrində, oğlanlara "yubka", qızlara isə şalvar geyinmək icazəsini verərək, məktəbli formasını "neytral" ediblər.Muxalifet - 4-06-2019
Hadi Rəcəbli: "İnanın, elə an olmur ki, şəhid ailələrini düşünməyək"
"Bəzi hallarda Milli Məclislə bağlı yanlış fikirlər yayılır. İnanın, elə an olmur ki, şəhid ailələrini, maddi imkanı zəif olanları düşünməyək".
Muxalifet.az report-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Onun sözlərinə görə, bu, qanunlarda da nəzərə alınır: "Təbii ki, bu addımların arxasında Prezident İlham Əliyevin siyasi iradəsi dayanır. Prezidentin və Birinci vitse-prezidentin istəyi zaman-zaman həyata keçir".Muxalifet - 4-06-2019
Tramp Kraliçaya heyranlığından danışdı: "O, möhtəşəm bir qadındır"
İngiltərə kraliçası II Elizabet ABŞ prezidenti Donald Trampın şərəfinə Bukinqam sarayında ziyafət verib. Publika.az xəbər verir ki, Londonda 3 günlük rəsmi səfərdə olan ABŞ prezidenti həyat yoldaşı və 4 övladı, həmçinin övladlarının həyat yoldaşları ilə birlikdə qatılıb. Tramp çıxışında Kraliçanın möhtəşəm bir qadın olduğunu deyib. Kraliça isə iki ölkənin ortaq maraqlarının və dəyərlərinin onları birləşdirəcəyinə inandığını söyləyib.
Muxalifet - 4-06-2019
Abel Məhərrəmovun daha bir kadrı işdən çıxarıldı - BDU-da YENİ TƏYİNATLAR / SİYAHI
Bakı Dövlət Universitetinin (BDU) prorektoru Sani Hacıyev vəzifəsindən azad olunub. Tarix elmləri doktoru, professor S.Hacıyevin işdən çıxarılması ilə bağlı müvafiq əmr imzalanıb. Hələlik həmin vəzifəyə yeni təyinat yoxdur. Bundan başqa, BDU-nun rektoru Elçin Babayevin əmri ilə ali məktəbdə iki yeni müşavirlik yaradılıb və həmin vəzifələrə təyinatlar olub. Bunlar rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri və Ümumi məsələlər üzrə müşavir vəzifələridir.
Muxalifet - 4-06-2019
Allahşükür Paşazadənin Azərbaycan xalqına Ramazan TƏBRİKİ
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
İdarədən Muxalifet.az-a verilən məlumata görə, təbrikdə deyilir:
"Möhtərəm həmvətənlərim, əziz müsəlman qardaş və bacılarım!
Dünya müsəlmanlarının əziz günü -- mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.Muxalifet - 4-06-2019
“Azərbaycanda banklar daha çox pul alveri ilə məşğul olur” – Vahid Əhmədov
Azərbaycanda sahibkarlar banklardan kredit almaqda böyük əziyyətlər çəkir. APA -nın məlumatına görə, bu barədə millət vəkili, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Sahibkarlar gününə həsr olunan “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” adlı konfransda çıxış edərkən bildirib. Onun sözlərinə görə, banklar sahibkarlarla çalışmağa maraqlı olmalıdır. Amma banklar tərəfindən kreditlər çox yüksək faizlə verilir. “Azərbaycanda banklar daha çox pul alveri ilə məşğul olur, real sektora kreditlərin verilməsindən isə çəkinir”, – deyə V. Əhmədov bildirib.
Muxalifet - 4-06-2019
"İlkin xəbərdarlıq edilmədən, heç bir sanksiya tətbiq edilə bilməz" - Nazir müavini
"Ötən 5 ay ərzində Dövlət Sosial Müdafiə Fonduna 1 mlrd manatdan çox vəsait daxil olub ki, bu da proqnozdan 130 mln manat çoxdur. Proqnoz tapşırığına isə 114% əməl olunub".
Muxalifet.az xəbər verir ki, bunu Bakıda keçirilən "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxış edən Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.Muxalifet - 4-06-2019
Bakıda uşaq evinin sakini itkin düşdü
Bakıda uşaq evinin sakini itkin düşüb. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 2 saylı uşaq evinin sakini 2007-ci il təvəllüdlü Məmmədli Seymur Sərraf oğlu oradan naməlum şəraitdə çıxıb və geri qayıtmayıb. Hazırda polis uşağı axtarır.
Muxalifet - 4-06-2019
Rusiyadan yeni havadan müdafiə sistemi: Test edildi
Rusiyanın havadan müdafiə qüvvələrinin yeni bir havadan müdafiə sistemini müvəffəqiyyətlə test etdiyi açıqlanıb. Rusiya Müdafiə Nazirliyi yeni bir havadan müdafiə sistemini sınadığını bəyan edib. Testin müvəffəqiyyətlə reallaşdığı bildirilib, ancaq sınanan hava müdafiə sisteminin adı açıqlanmayıb. Rusiya Hava Müdafiə Qüvvələrinin komandirlərindən olan polkovnik Vladimir Sergiyenko Qazaxıstanda olan Sarı-şagan sınaq sahəsində reallaşdırılan testdə, havadam müdafiə sisteminin ondan gözlənilən imkanları doğrultduğunu və müəyyən olunan hədəfi məqsədəuyğun bir şəkildə vurub saldığını söyləyib.
Muxalifet3 - 4-06-2019
Sumqayıtda avtobusun altında qalan şəxs öldü
Sumqayıtda ağır yol qəzası baş verib. İyunun 2-də saat 10 radələrində Sumqayıt şəhəri 26-cı məhəllənin ərazisində şəhər sakini S.Cəbrayılov idarə etdiyi “Akia” markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Ramil Mirseyibovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır./Publika
Muxalifet - 4-06-2019
Rusiya şərqdən hücum edəcək, Rumıniya qərb regionlarını tutacaq... - HƏRBİ PROKUROR BELƏ VİDEO AŞKARLADI
YouTube-də yerləşdirilmiş və Ukraynanın baş hərbi prokuroru Anatoli Matios tərəfindən aşkarlanan videorolik Kiyevdə ciddi narahatlığa səbəb olub.
Mayın 26-da yerləşdirilmiş həmin videorolikdə Rusiyanın Ukraynaya qarşı şərqdən irimiqyaslı hücuma başlayacağı, Rumıniyanın isə bundan istifadə edərək ölkənin qərb regionlarını, konkret olaraq Odessa və Çernovets regionlarının bir hissəsini işğal edəcəyi haqda danışılır.
Muxalifet - 4-06-2019
Bakı metrosunda ŞOK OLAY: Kişi sevgilisini BIÇAQLADI
Bakıda metroda sevgilisini bıçaqlamaqda təqsirləndirilən Vahid Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Muxalifet - 4-06-2019
Əgər, Ermənistan Naxçıvanda təxribat həyata keçirərsə BUNA LAYİQLİ CAVAB VERİLƏCƏK - POLİTOLOQ
Məhəmməd Əsədullazadə: "Mütəmadi olaraq lokal əməliyyat keçirib, işğal olunmuş ərazilərdə təhlükəsizlik böhranı yaratmalıyıq"
"Moskvada "Lavrov planı", Qərbin paytaxtlarında isə "Madrid prinsipləri" üzrə danışıqlar aparırıq, ona görə də istənilən nəticə əldə olunmur"Muxalifet - 4-06-2019
ADPU-da işdən çıxarılan gənc prorektorun yerinə onun dostu gətirilir – ORXAN NOVRUZOV BAŞ MÜHASİB OLACAQDI, AMMA… / ŞOK İDDİALAR
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) kollektivin rəhbərliyə qarşı etirazları günbəgün artmaqdadır. Bu haqda Muxalifet.az-a məlumat verən mənbə bildirir ki, son vaxtlar Pedaqoji Universitet idarəolunmaz vəziyyətə gəlib. Bütün bunlar isə rektor Cəfər Cəfərovun peşəkar kadrları müxtəlif bəhanələrlə ali təhsil ocağından uzaqlaşdıraraq, onları özünün təcrübəsiz qohum-əqrabası ilə əvəzləməsindən qaynaqlanır.
Muxalifet4 - 4-06-2019