Axtarış
The search found 105785 results in 0.046 seconds.
Search results
Sanksiyalar Rusiyanı yıxa bilmədi: Son 6 ildə...
Qərbin iqtisadi təzyiqləri, bazar basqısı Rusiya iqtisadiyyatının 2018-ci ildə son 6 ilin ən yüksək inkişaf həddinə çatmasına mane ola bilməyib. Muxalifet.az xəbər verir ki, bu barədə Dünya Bankının 2019-cu ilin iyun hesabatında qeyd olunub. Sənədə görə Rusiya iqtisadiyyatı 2,3 faiz artımla son 6 ilin ən yüksək artım tempinə nail olub. Rusiyanın 2019-cu ildəki artımı 1,2 faiz həddində müəyyənləşdirilib. Rusiya iqtisadiyyatının artım tempinə neft qiymətləri, ixracat gəlirlərindəki artım, enerji layihələri və 2018 FİFA Dünya Kuboku kimi faktorlar təsir göstərib.
Muxalifet3 - 5-06-2019
Xamenei əlində snayperlə xalqın qarşısına çıxdı - Video
İranın Ali Dini lideri Əli Xamenei Tehranda Ramazan bayramı ilə bağlı keçirilən tədbirdə əlində silahla xalqa müraciət edib.
Muxalifet.az xəbər verir ki, bayram namazı qıldıqdan sonra çıxış edən İranın dini liderinin rus istehsalı olan "Draqunov" snayperini əlində tutması maraqla qarşılanıb.
Muxalifet3 - 5-06-2019
Xocayan saxlanıldı: Qətli boynuna almadı
Rusiya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Nikita Belyankini qətlə yetirməkdə şübhəli bilinən şəxs yaxalanıb.
Muxalifet.az xəbər verir ki, saxlanılan şəxs Ermənistan vətəndaşı Sergey Xocayandır. O, cinayəti törətdiyini boynuna almayıb. Krasnoqorsk məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.Muxalifet3 - 5-06-2019
Ekspert: Ermənilərin Türkiyə pomidoruna ehtiyacı var
Ermənistana Türkiyə pomidorunun idxalı yerli istehsallı pomidorun qiymətinin artmasına imkan vermir.
News-Armenia xəbər verir ki, bunu Ermənistanın Aqrar-Kənd Birliyinin sədri Qraçya Berberyan deyib.
Ekspert qiymətin artırılmasına imkan verməmək üçün bazarda rəqabətin saxlanmasının zəruriliyini qeyd edib.
O, Ermənistanda istixanaların artması hesabına bu il Türkiyədən pomidor idxalının azalması ilə bağlı vəziyyətə də toxunub:
“Kim dedi ki, Türkiyə pomidoru bizim bazarda olmalı deyil? Belə olan halda yerli istehsalçılar qiyməti artıracaqlar”.Muxalifet3 - 5-06-2019
Culiya Robertsdən məşhur “Gözəlçə” filmi barədə maraqlı açıqlama
Hollivud ulduzu Culiya Roberts “Variety” nəşrinə müsahibəsində ona şöhrət qazandırmış “Gözəlçə” filmi barədə maraqlı açıqlama verib.
Aktrisanın dediyinə görə, filmin sonluğu dəyişdirilib. Belə ki, filmin sonu toyla deyil, ayrılıqla nəticələnməliydi. Riçard Girin qəhrəmanı, biznesmen Edvar Lüis küçədən tapdığı gözəl fahişə Viviyenə eşq elan etmək əvəzinə, onu qaranlıq bir küçədə maşından itələyib atmalıydı.Muxalifet3 - 5-06-2019
Neftin qiyməti kəskin azaldı
Brent markalı neftin qiyməti yanvar ayının 29-dan bu yana ilk dəfə bir barrel üçün 60 dollardan aşağı düşüb. Bu barədə RİA Novosti məlumat yayıb.
Agentliyin məlumatına görə, Brent markalı neftin qiyməti 3,37% azalaraq, 59,91 dollar təşkil edib.
İyul fyuçerslərinin nəticələrinə görə, WTI markalı neftin qiyməti də 4,96% azalaraq, 50,83 dollara enib.
Muxalifet3 - 5-06-2019
BMT saytında Qarabağa dair ifşaedici hesabat dərc edilib
“Azərkosmos” ASC-nin və Azərbaycan XİN-in “Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyət: peyk çəkilişlərinin məlumatları” adlanan birgə məruzəsi Baş Assambleyanın və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb və BMT-nin saytında yerləşdirilib.
Muxalifet3 - 5-06-2019
Ukrayna terrorçunu Türkiyəyə təhvil verdi
Ukrayna Əl Qaidə üzvünü Türkiyəyə təhvil verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Kiyev Baş Prokurorluğu açıqlama yayıb:
“Ukrayna Ədliyyə Nazirliyinin təlimatı əsasında Kiyev Baş Prokurorluğu Beynəlxalq Əməkdaşlıq İdarəsi terror təşkilatı Əl Qaidə üzvü olduğu üçün Adana Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilən həbs cəzasının yerinə yetirilməsi üçün qırmızı bülletenlə axtarılan Türkiyə Cümhuriyyəti vətəndaşının təhvil verilməsi tələbini həyata keçirib”, - açıqlamada qeyd edilib.
Muxalifet3 - 5-06-2019
Qapalı toplantıda Pompeodan ŞOK SÖZLƏR: Onun devrilməsi...
Venesuela müxalifətinin düşərgəsində parçalanma ölkə prezidenti Nikolas Maduronun devrilməsinə yönəldilmiş səylərə zərbə vura bilər. Publika.az “The Washington Post” qəzetinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib. Qəzet iddia edir ki, onun əlinə qapalı görüşdə dövlət katibinin fikirlərinin audioyazısı keçib. Görüş ötən həftə Nyu-Yorkda keçirilib. Dövlət katibinin sözlərinə görə, qırxdan çox insan özünü Maduronun qanuni varisi hesab edir. Siyasi müşahidəçilər hesab edirlər ki, Venesuela müxalifətində birliyin olmaması ABŞ üçün sirr deyil.
Muxalifet - 6-06-2019
“YouTube” yeni qadağa tətbiq etdi
“YouTube” videohostinqi öz meydançasında şovinist xarakterli materiallarla mübarizəni gücləndirdiyini elan edib. Bu barədə servisin bloqunda məlumat yerləşdirilib. “YouTube” qeyd edir ki, şirkət hələ 2017-ci ildə hər hansı qrupun üstünlüyünü göstərən roliklər üçün sərt tələblər yeridib. Nəticədə bu cür videoların izləmə sayı ortalama olaraq 80% azalıb. “Bu gün biz yaş, cins, irq, kasta, din, seksual orientasiya, yaxud veteran statusuna əsaslanaraq hər hansı bir qrupun üstünlüyünü nəzərdə tutan videolara qadağa qoymaqla yeni addım atırıq”, - deyə şirkətdə bildirilib.
Muxalifet - 6-06-2019
Mingəçevirdə kişi keçmiş arvadının krminal avtoritet qohumları ilə DALAŞDI
Mingəçevirdə ailə münaqişəsi zəminində baş vermiş mübahisə kütləvi davaya çevrilib.
Muxalifet.az-ın apa-ya istinadən məlumatına görə, xoşagəlməz hadisə gecə saatlarında Heydər Əliyev prospektində, köhnə Tarix Muzeyinin yaxınlığındakı ərazidə baş verib.Muxalifet - 6-06-2019
Bayram günləri CƏBHƏDƏ NƏ BAŞ VERİB?
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 18 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Muxalifet - 6-06-2019
ŞOK: Futbol fanatları hakimi döydülər - VİDEO
Ukraynada keçirilən futbol çempionatının yeddinci turu hakimin döyülməsi faktı ilə yadda qalıb.
“Karpat” və “Polyana” klubları arasında keçirilən görüş zamanı hakim meydan sahiblərinin qapıçısını oyundan kənarlaşdırıb. Bundan qəzəblənən “Karpat”ın fanatları meydana doluşaraq, dava salıblar. Bir-neçə nəfər hakimi yerə yıxaraq, onu təpikləməyə başlayıb. Polislər asayişi bərpa ediblər.
Matç “Polyana” komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.Muxalifet - 6-06-2019
Azərbaycanlıların yaşadığı kənddə BİABIRÇILIQ: Məktəbli qız uşaq dünyaya gətirdi
Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində məktəblərin birinin 11-ci sinif şagirdi uşaq dünyaya gətirib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, 16 yaşlı məktəbli qız sinifdə özünü pis hiss edib və məktəbə təcili tibbi yardım çağırılıb.
Qızın hamilə olduğu müəyyən olunub və xəstəxanaya çatdırılandan bir neçə saat sonra o, uşaq dünyaya gətirib.
Müəllimlərin bildirdiyinə görə, məktəbli hamilə olduğunu bilməyib. Yeniyetmənin ötən ilin sentyabrında qonşusu və qohumu, 40 yaşlı kişi tərəfindən zorlandığı məlum olub.Muxalifet - 6-06-2019
İngiltərə kral ailəsinin rekord sərvəti
Hər addımı ilə dünya gündəmində olan İngiltərə kral ailəsi rekord sərvətə sahibdir.
Muxalifet.az qaynarinfo-ya istinadən xəbər verir ki, Forbes-ə görə, ailənin təxminən 88 milyard dolları var. Qeyri-rəsmi mənbələr hətta bu sərvətin 1 trilyon dollardan çox olduğunu belə iddia edir. Sənət əsərləri, daş-qaşlar, daşınmaz əmlaklar sərvətin bir hissəsini təşkil edir. Ailənin ən varlı üzvü 530 milyon dollara sahib kraliça Elizabetdir.Muxalifet - 6-06-2019
Rusiyanın milyardlıq borcunu SOCAR ödəyəcək? - ŞOK DETALLAR
SOCAR və Sberbank BM - Rusiyanın "SOKAR ENERGORESURS" şirkəti Antipinsk NEZ-in aksiyalarının 80%-ni alıb, beləliklə, ildə 9 mln. ton emal gücü olan bu zavod, habelə Orenburq vilayətində Antipinsk NEZ-in aktivlər qrupuna daxil olan yataqlar üzərində nəzarət əldə edib.
Muxalifet.az xəbər verir ki, bu barədə ASTNA-ya SOCAR-dakı məlumatlı mənbə bildirib. Sövdələşmə məbləği hələlik açıqlanmır.
Muxalifet - 6-06-2019
SON DƏQİQƏ: Bakının məşhur restoranında KÜTLƏVİ DAVA - VİDEO
"Çanaqqala" restoranında müştərilər arasında kütləvi dava olub.
Hadisə saat 22:15 radələrində qeydə alınıb. Davanın nə səbəbə baş verməsi dəqiqləşdirilir.
Dərhal restorana post patrul xidməti cəlb olunub. İnsident nəzarət altına alınıb.Muxalifet - 6-06-2019
Bakıda zəncirvari yol qəzası baş verib, xəsarət alan var
Bakıda zəncirvari yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə Mərdəkan yolunda, Binə körpüsünün altında qeydə alınıb.
Belə ki, beş avtomobil zəncirvari şəkildə toqquşub. Qəzanın fəsadları aradan qaldırılarkən daha bir nəqliyyat vasitəsi - "VAZ-2107" markalı avromobil də qəza törədib.
Hadisə zamanı Suraxanı rayonu Bülbülə qəsəbə sakini Babayev Elman Telman oğlu xəsarət alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaralıya döş qəfəsinin əzilmiş diaqnozu qoyulub.
Muxalifet - 6-06-2019
ŞOK: Maskalılar azərbaycanlı "avtoritet”in yas mərasiminə BASQIN ETDİ
Rusiyanın Sverdlovsk vilayətində ötən gün - iyunun 5-də azərbaycanlı kriminal avtoritet Vaqif Güləhməd oğlu Sultanovun yas mərasiminə xüsusi təyinatlılar basqın edib.
Muxalifet - 6-06-2019
Türkiyə ŞƏHİD VERDİ
Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub.
Muxalifet.az xəbər verir ki, Hakkari bölgəsində bir hərbi avtomobil qəzaya uğrayıb.
Türkiyə Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, hadisə nəticəsində 1 əsgər şəhid olub, 1-i yaralanıb.Muxalifet - 6-06-2019