Axtarış

The search found 105785 results in 0.121 seconds.

Search results

  1. Rusiyanın tanınmış prodüseri komaya düşdü

    Məşhur rusiyalı prodüser, 90-cı illərin tanınmış “Na-Na” qrupunun yaradıcısı Bari Alibasov komaya düşüb.
    Bu barədə Oxu.Az “Mash” teleqram-kanalına istinadən xəbər verir.
    Onun vəziyyətinin ağır olduğu bildirilir.
    Qeyd edək ki, bir müddət öncə teleqram-kanal 71 yaşlı prodüserin öldüyünü bildirmişdi. Lakin Alibasovun  mətbuat katibi xəbəri təkzib etmişdi.
    Xatırladaq ki, Bari Alibasov iyunun 5-də şirə yerinə yanlışlıqla boru təmizləmək üçün olan maye içmişdi.  

    Muxalifet - 6-06-2019

  2. Nazarbayev istefa səbəbini açıqladı

    Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev prezident vəzifəsindən imtina etməsinin səbəbini açıqlayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə RİA yazıb.
    Nazarbayev sözügedən qərarı ölkədə sabitlik naminə qəbul etdiyini bildirib. O, istefa ərəfəsində hər şeyi diqqətlə götür-qoy etdiyini söyləyib.
    “Bu il qəbul etdiyim qərar – dövlətin sabitliyi namizə qəbul olunmuş qətiyyətli qərardır”, - Nazarbayev deyib.
    Nursultan Nazarbayev atdığı bu addımla 30 ilin əməyini qoruyub saxlamağı bacardığını qeyd edib.

    Muxalifet - 6-06-2019

  3. Dollara QLOBAL ZƏRBƏ: Çin və Rusiya RAZILAŞDI

    Rusiya və Çin ticarətdə milli valyutalarından istifadə etmək niyyətində qətiyyətlidir.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
    Çinli həmkarı Şi Çinpinq ilə Moskvada bir araya gələn Putin daha sonra ortaq mətbuat konfransı keçirib. İki ölkə arasındakı münasibətləri diqqətə alaraq beynəlxalq məsələləri də müzakirə etdiklərini bildirən Putin iqtisadi münasibətlərə detallı şəkildə toxunduqlarını dilə gətirib.

    Muxalifet - 6-06-2019

  4. Bakıda “pitbull” ləqəbli oğru SAXLANILDI

    Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar edən şəxs saxlanılıb. DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı Bakı şəhər sakini Pərviz İlyasov tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs aprelin 24-də Nəsimi rayonunda yerləşən mağazalardan birindən içərisində 15 000 manat olan seyfı oğurlayıb. Elə həmin gün P.İlyasov ödəmə terminallarından birinin kassasını yararaq içərisində olan 1000 manatı da talayıb.

    Muxalifet - 6-06-2019

  5. Oğurlandığı deyilən Zəhra ilə bağlı axtarışlar SÜRƏTLƏNDİRİLDİ

    Bakıda 3 yaşlı Zəhra Bağırzadənin itkin düşməsi ilə bağlı əməliyyat axtarış tədbirləri davam etdirilir.
    Muxalifet.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Sabunçu qəsəbəsində 3 yaşlı Zəhra Bağırzadənin itkin düşməsi ilə bağlı məsələ ciddi nəzarətə götürülüb.
    İtkin düşən qızı görən şəxslərin yaxınlıqdakı polis bölməsinə və ya 102-yə müraciət etmələri xahiş olunur.
    Qeyd edək ki, 2 gün əvvəl Z. Bağırzadə evlərinin qarşısından naməlum şəraitdə yoxa çıxıb.

    Muxalifet - 6-06-2019

  6. DÜNYA ŞOKDA: Marsda yeni kəşf - SİRLİ BAZAYA GİRİŞ QAPISI TAPILDI - Video

    Ufoloqlar Marsda hələ də şüurlu varlıqların yaşadığını iddia edirlər.
    “Ölkə.Az” xəbər verir ki, bu günlərdə Mars planeti ilə bağlı yeni kəşf bir çox alimin də marağına səbəb olub. Bu dəfə də yeni kəşfə tayvanlı məşhur ufoloq Skott Uorinq imza atıb. Bir çoxları onun bu kəşfinə şübhə ilə yanaşsa da, ona inanların da sayı kifayət qədərdir.

    Muxalifet - 6-06-2019

  7. ​Dilarə Kazımova: “Övladımın atasını hələ tapmamışam” - VİDEO

    ARB TV-də yayımlanan “Show news” verilişinin növbəti müsahibi gənc ifaçı Dilarə Kazımova olub.
    Muxalifet.az xəbər verir ki, müğənni maraqlı açıqlamalar verib.
    “Sosial şəbəkələrdə səni sevirəm yazanlar çoxdur. Amma bilmirəm, həqiqətən sevirlər, ya yox?! İnsan seviləndə daha da ruhlanır. Qismətə çox inanıram. Çox sevəcəyim və ondan uşaq dünyaya gətirmək istəyəcəyim adamı hələ ki, tapmamışam.

    Muxalifet - 6-06-2019

  8. ​Başqa qadınla intim görüntüləri yayılan İntizardan yeni xəbər

    Ötən yay müğənni Mustafa Cecelinin keçmiş arvadı ilə intim görüntüləri yayılan İntizarın işlədiyi prodakşn ilə aralarında problem yaranmışdı. Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, bu yaxınlarda eyni şirkət tərəfindən İntizarın klipi yayımlanıb. Bu isə "Razılaşma əldə edilib" şərhlərinin yaranması ilə nəticələnib. Digər tərəfdən eyni prodakşnla işləyən müğənni Hande Yener də Tvitter-də məsələ ilə bağlı paylaşım edib. O, yazıb: "İntizar mövzusunda tam tərs bir mövqeyim var, zamanla görəcəksiniz. Ümid edirəm ki, yenə işləyəcəklər. Bilmədiyiniz şeylər var.

    Muxalifet - 6-06-2019

  9. “Ümid edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında saziş tezliklə imzalanacaq” – Almaniyanın dövlət rəsmisi

    “Azərbaycanın NATO ilə əməkdaşlığı Əfqanıstandakı sülhyaratma missiyalarına və tranzit daşımalarına əhəmiyyətli töhfə verir”  

    Muxalifet - 6-06-2019

  10. Türkiyədə hərbi avtomobil qəzaya uğrayıb, ölən və yaralanan var

    Türkiyənin Hakkari şəhərində hərbi avtomobil qəzaya uğrayıb.

    Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 1 hərbçi həlak olub, 1-i isə yaralanıb.

    Türkiyə Milli Müdafiə Nazirliyi ölən hərbçnin ailəsinə baş sağlığı, yaralanan hərbçiyə isə tez bir zamanda şəfa tapmasını diləyib.

    Muxalifet - 6-06-2019

  11. SON DƏQİQƏ: Polis 3 yaşlı Zəhranı oğurlayan şəxsi yaxaladı - YENİLƏNDİ

    Bakıda iki gün əvvəl itkin düşən və bu gün tapılan üç yaşlı Zəhra Bağırzadəni oğurlayan şəxs tutulub.

    "Report"un məlumatına görə, həmin şəxs Masallı rayonundandır və hazırda polis bölməsində saxlanılır.

    Muxalifet - 6-06-2019

  12. Putin Roma Papası ilə görüşəcək

    Rusiya prezidenti Vladimir Putin Vatikana səfər edəcək.

    APA AFP-yə istinadən xəbər verir ki, bu barədə rəsmi Vatikan açıqlama yayıb. Bildirilir ki,iyulun 4-də Roma Papası Fransisk Vladimir Putini qəbul edəcək.

    Daha əvvəl Rusiya tərəfi V.Putinin yayda İtaliyaya səfər edəcəyini açıqlayıb.

    Muxalifet - 6-06-2019

  13. ABŞ hərbçiləri elektromaqnit «arilleriya topu»nu sınaqdan keçiriblər – «Mərmi»nin sürəti saniyədə 2041 kilometrdir!

    «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbi dənizçiləri eletromaqnit «topu»nu testləşdiriblər. Bu barədə «Space.com» yazıb.

    Topun «mərmisi»-nin sürəti saniyədə 2041 kimlometrə və ya 6M-ə (səs sürətindən 6 dəfə iti) çatıb.

    Bu silah növündə elektromaqnit sahəsinin yüklü hissəciklərə təsiri xüsusiyyətindən istifadə olunur. Hədəf, zərbə zamanı alınan yüksək kinetik enerji hesabına dağıdılır.

    Muxalifet - 6-06-2019

  14. ​Azərbaycanlı əsirlərə işgəncə vermiş erməni general komaya düşdü

    Ermənistanda istintaq təcridxanasında saxlanılan sabiq deputat, general Manvel Qriqoryanın vəziyyəti ötən gecə qəflətən pisləşib.
    “News Armenia” xəbər verir ki, o, yerləşdirildiyi şəhər xəstəxanasında koma vəziyyətindədir.
    M.Qriqoryana qarşı cinayət işi çərçivəsində iyunun 4-də keçirilməli olan məhkəmə iclası onun səhhətində yaranmış problemlə əlaqədar iştirak etməməsi səbəbindən təxirə salınıb.
    Vəkili M.Qriqoryanın səhhətinin ona qarşı kobud rəftar və işgəncə verilməsi səbəbindən pisləşdiyini iddia edib:

    Muxalifet - 6-06-2019

  15. Bakıda tutulub aparılan FETÖ-çuya 15 il həbs - “ARVADIM O VAXTLAR FLEYTA ÇALIRDI...”

    Fətullah Gülənin təriqətinin Azərbaycandakı strukturunda yer alan və MİT-in keçirdiyi əməliyyatla yaxalanıb Türkiyəyə aparılan Mehmet Gelen barəsində 15 il həbs cəzası tələb edilir. Mehmet Gelen fətullahçıların Azərbaycandakı məktəblərindən birində müəllim olub. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Gelen istintaqla əməkdaşlığa razılıq verib, amma FETÖ barədə “kifayət qədər məlumat verə bilmədiyi” üçün ona güzəşt edilməyib.

    Muxalifet - 6-06-2019

  16. Hacı Muradın qalıqlarının Qaxdan oğurlanıb aparılmasını deputat Hacımurad Ömərov təşkil edib - SENSASİON VƏ SƏRT BƏYANAT

    Rusiyada fəaliyyət göstərən “Lev Tolstoy və Qafqaz-Dağıstan” təşkilat komitəsi şeyx Şamilin naibi, 19-cu əsrdə ruslara qarşı döyüşlərdə onun əsas komandirlərindən biri olan Hacı Muradın qalıqlarının Azərbaycanın Qax rayonu ərazisindən oğurlanıb aparılması və Dağıstanın Xunzax rayonunda yenidən dəfn edilməsini kəskin pisləyən bəyanat yayıb. Virtualaz.org xəbər verir ki, bəyanata əsasən qalıqların oğurlanıb aparılmasını Rusiya Dövlət Dumasının Başqırdıstandan olan deputatı (“Ədalətli Rusiya” partiyası), əslən Dağıstanın Xunzax rayonundan olan Hacımurad Ömərov təşkil edib.

    Muxalifet - 6-06-2019

  17. ABŞ-ın hədəf aldığı "Huavey" Rusiya ilə razılaşdı

    ABŞ-ın qara siyahıya saldığı Çin nəhəngi “Huavey” 5G texnologiyasının inkişafı üçün Rusiyanın telekommunikasiya şirkəti MTS ilə razılığa gəlib. Muxalifet.az xəbər verir ki, anlaşmada Rusiyada 5G texnologiyalarının yaradılması və 2020-ci ilə qədər buna uyğun şəbəkələrin qurulması nəzərdə tutulub. Razılaşma Çin Prezidenti Si Szinpinin Rusiyaya 3 günlük səfəri çərçivəsində imzalanıb. ABŞ-ın hədəf aldığı, Avstraliya və Yeni Zelandiya kimi nəhəng ölkələrin "Huavey" cihazlarından imtina etdiyi bir dövrdə Rusiya ilə əldə edilən bu razılığın şirkətə “ikinci nəfəs” verəcəyi ehtimal edilir.

    Muxalifet3 - 6-06-2019

  18. ​ŞOK: Putindən dünyanı silkələyəcək ABŞ AÇIQLAMASI

    Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq şəhərində təşkil olunan Beynəlxalq İqtisadi Forumda vacib açıqlamalar verib.
    Muxalifet.az Ria novosti agentliyinə istinadən məlumat verir ki, o, ABŞ-a ölkələrin daxili işlərinə müdaxilə etməmək barədə xəbərdarlıq edib. Kreml rəhbərinin sözlərinə görə, ABŞ-ın Venesuelaya hərbi müdaxilə etməsi fəlakətə yol açacaq.
    "Vaşinqtonun Karakasla bağlı siyasəti onun müttəfiqləri tərəfindən dəstəklənmir" - deyən Putin, Venesuela hökumətinin seçki yoluyla hakimiyyətə gəldiyini xatırladıb.

    Muxalifet3 - 6-06-2019

  19. ​Mixail Qorbaçov xəstəxanaya yerləşdirildi

    SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun səhhəti pisləşib.
    Muxalifet.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 88 yaşlı sabiq dövlət başçısı xəstəxanaya yerləşdirilib.
    Uzun müddətdir səhhətində problemlər olan Qorbaçovun xəstəxanaya yerləşdirilməsinin səbəbi açıqlamayıb.
     

    Muxalifet3 - 6-06-2019

  20. Prezidentin oğlu Azərbaycanın xalq artistinə evlilik təklif etdi

    Hindistan Prezidentinin oğlu mənə evlilik təklif etmişdi, lakin razı olmadım.
    Muxalifet.az axşam.az-a istinadən məlumatına görə, bu sözləri "Hər şey daxil” verilişində Xalq artisti Elmira Rəhimova deyib.
    O, daha sonra fikirlərinə belə davam edib:
    "Elə bilirdim ki, məni sınayırlar. Onlara dedim ki, buraya dərs oxumağa gəlmişəm, ərə getməyə yox”.
     

    Muxalifet3 - 6-06-2019

Pages