Axtarış
The search found 105785 results in 0.075 seconds.
Search results
Hacıqabulda "KamAZ" yandı
Hacıqabulda yük avtomobili yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonunun Rəncbər kəndində “KamAZ” markalı yük avtomobilinin banı və banına yığılan 1 ton ot bağlaması yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Muxalifet - 7-06-2019
Saakaşvili Kliçkonun partiyasına rəhbərlikdən imtina edib
Gürcüstanın keçmiş prezidenti və Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Kiyev meri Vitali Kliçkonun “Zərbə” partiyası ilə birgə seçkilərə getməkdən imtina edib.
“Report” xəbər verir ki, bu barədə vəziyyətlə yaxından tanış olan mənbələrə istinadən “Ukrainskaya pravda” nəşri yazıb.
Kliçko iyunun 4-də Saakaşviliyə qarşıda duran növbədənkənar seçkilərdə onun siyasi qüvvəsinə rəhbərlik etməyi təklif edib.
Muxalifet - 7-06-2019
ABŞ-ın böyük qorxusu! “Ankara ümid edirəm ki, bunu etməz”
ABŞ-ın Müdafiə Nazirliyinin Avropa və NATO-dan məsul məsləhətçisi Andrew Winternitz Türkiyənin S-400 alışının F-35 baxımından 'qəbul edilə bilməz risklər' daşıdığını iddia edərək Ankaranın bu alışı etməməsinə ümid etdiklərini söyləyib.
Winternitz Vaşinqton mərkəzli “Foreign Policy” beyin mərkəzi ilə Avropa Birliyinin (AB) Vaşinqtonda təşkil etdiyi "Transatlantik Təhlükəsizlik Əməkdaşlığın Gələcəyi" başlıqlı forumunda çıxış edib.
"TÜRKİYƏNİN S-400 ALIŞI QƏBUL EDİLƏ BİLMƏZ BİR RİSK TƏŞKİL EDƏCƏK"
Muxalifet3 - 7-06-2019
Hollandiya İngiltərəyə belə qalib gəldi - VİDEO
Millətlər Liqasının A divizionunda ikinci finalçı məlum olub.
Muxalifet.az xəbər verir ki, Hollandiya İngiltərəyə 3:1 hesabı ilə qalib gələrək, finala yüksəlib.
Hollandiya finalda Portuqaliya ilə qarşılaşacaq. Matç iyunun 9-u baş tutacaq.
Hollandiya - İngiltərə - 3:1
Qollar: Matteis de Liqt, 73, Kayl Uolker, 97 (avtoqol), Kvinsi Promes, 114 - Markus Reşford, 32 (pen.)
Muxalifet - 7-06-2019
SON DƏQİQƏ: Dünyaya bəyan etdilər - DOLLARA İLK BÖYÜK ZƏRBƏ!
Rusiyanın neft şirkəti Qazprom Neft-in rəhbərlərindən olan Aleksandr Dyukov bu il ilk dəfə Rus rublu ilə neft ixracatına başladıqlarını ifadə edərək "Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindəki bütün ölkələrə rubl ilə neft ixrac edəcəyik" deyib. Dyukov Sankt Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda (SPIEF) jurnalistlərə açıqlama verib. Neft ixracatında rubl üzərindən müqavilələr bağlamağa başladıqlarını vurğulayan Dyukov, "Bu il ilk dəfə Rus rublu ilə Ermənistana neft ixrac etdik.
Muxalifet3 - 7-06-2019
Rusiyada keçmiş kəşfiyyatçını öldürən dörd erməni tutuldu
Moskva vilayətinin Krasnoqorsk şəhər məhkəməsinin qərarı ilə Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) keçmiş xüsusi təyinatlısı Nikita Belyankinin qətlində əli olan Saak Saakyan avqustun 2-dək həbs edilib. Bu barədə “Moskva” agentliyinin müxbiri məhkəmə zalından məlumat verib. Saakyan xuliqanlıq əməlinin bir qrup şəxs tərəfindən bilərəkdən törədilməsində şübhəli bilinir. Bundan əvvəl eyni maddə ilə davanın daha iki iştirakçısı - Narek Stepanyan və Suren Markosyan saxlanılıb. Bundan əlavə, qətli törətməkdə şübhəli bilinən Sergey Xocayan da həbs edilib.
Muxalifet - 7-06-2019
Məşhur cütlükdən ÖRNƏK ADDIM: 1000 azyaşlını...
İngiltərənin “Arsenal” klubunun türk əsilli futbolçusu Məsut Özil və aktrisa nişanlısı Amine Gülşe təqdirəlayiq addım atıblar.
Məşhur cütlük maddi yardıma ehtiyacı olan 1000 azyaşlını pulsuz əməliyyat etdirəcək.
Onların bu qərarı izləyiciləri və sevənləri tərəfindən alqış toplayıb.
Cütlük iyulun 7-də İstanbulda baş tutacaq toy mərasimindən sonra münasibətlərini rəsmiləşdirəcək./PublikaMuxalifet - 7-06-2019
Türkiyə ballistik raketləri kosmosdan məhv edə biləcək
Havadan müdafiə sistemi üçün qısa, orta və uzun vədəli strategiyayla irəliləyən Türkiyə, 2011-də başladığı layihədə 14 ildən sonra kosmos raketlərinə qarşı tam qoruma hədəfiylə irəliləyir. Ballistik raketlərə qarşı peyklə əlaqəli uzun mənzilli havadan müdafiə sistemi isə 2025-ci ildə hazır olacaq. Türkiyə uzun mənzilli havadan müdafiə sistemi ehtiyacının təmin edilməsi ilə bağlı olaraq üç mərhələli bir strategiya müəyyən edib.
Muxalifet3 - 7-06-2019
Mərkəzi Bankdan manatla bağlı VACİB QƏRAR
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8,75%-dən 8,5%-ə endirilməsi haqda qərar qəbul edib.
Faiz dəhlizinin yuxarı həddi 10,5%, aşağı həddi isə 6,5% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.
Bu qərar faktiki inflyasiyanın hədəf diapazonunun (4±2%) mərkəzindən aşağıda olması, inflyasiya gözləntilərinin sabitliyi, xarici mühitin əlverişli qalması və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul olunub.Muxalifet - 7-06-2019
SƏHV BİLDİYİMİZ ƏN MƏŞHUR FAKTLAR - Adəm və Həvvanın alması, spirtli içkinin təsiri və...
Müasir insan informasiya qıtlığından əziyyət çəkmir. Hətta bəzən oxuduğumuz məlumatın doğru, yaxud yanlış olduğuna inanmaqda çətinlik çəkirik.
Beləcə qeyri-dəqiq faktların qurbanına çevrilir, hətta onları yayırıq. Publika.az bu günədək səhv bildiyimiz faktlar haqda yazını təqdim edir.
Beyinin sol yarımkürəsi məntiq, sağ yarımkürəsi isə emosiyalara cavabdehdirMuxalifet - 7-06-2019
Antalyaya istirahətə gedən deputat öldü - BEYNİNƏ QAN SIZIB - FOTO
Türkiyəli deputat beyninə qan sızması nəticəsində ölüb.
Muxalifet.az milli.az-a istinadla xəbər verir ki, Türkiyədəki CHP partiyası üzrə millət vəkili Kazım Arslan Antalyada istirahət edərkən dünyasını dəyişib.
Qeyd edək ki, o, 1954-cü ilin mart ayının 17-də Denizli şəhərində dünyaya gəlib.Muxalifet - 7-06-2019
Ramil Usubov başçının oğluna YÜKSƏK VƏZİFƏ VERDİ
Bakıda iki polis rəisi dəyişdirilib.
Muxalifet.az Report-a istinadla xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Bayram İslamov işdən çıxarılıb. O, Səbail RPİ-nin 8-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.
21-ci Polis Bölməsinin rəisi vəzifəsinə isə isə Səbail RPİ-nin 8-ci Polis Bölməsinın rəisi, polis polkovnik leytenantı Rəşad Əhmədzadə təyin edilib.Muxalifet - 7-06-2019
Bakının bu ərazisində 2 gün su olmayacaq
Bakının bu hissəsində 2 gün su olmayacaq.
“Azərsu” ASC-dən verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonun Mirəli Qaşqay küçəsində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar 07 və 08 iyun 2019-cu il tarixlərində Nəsimi rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.Muxalifet - 7-06-2019
Məşhur klubun sahibi dəyişdi - Amerikalı iş adamı aldı
İtaliyanın “Fiorentina” klubunun sahibi dəyişib. Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, Florensiya təmsilçisi amerikalı iş adamı Rokko Kommissoya satılıb. Bu barədə A Seriyası klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Komisso “Fiorentina”nın səhmlərini Della Valle ailəsindən alıb. İtaliya mətbuatının iddiasına görə, ABŞ-ın “Mediacon” televiziya şirkətinin və “Nyu-York Kosmos” klubunun sahibi olan 69 yaşlı Komisso, “Fiorentina”nın səhmləri üçün Della Valle ailəsinə 160 milyon avro ödəyib.
Muxalifet - 7-06-2019
Trampdan müharibə başladacaq açıqlama
Fransa prezidenti Emmanuel Makron ilə keçiriləcək görüşdən əvvəl mətbuata açıqlama verən ABŞ prezidenti Donald Tramp, İranla əlaqədar "Prezident olduğumda İran terrorçu bir ölkə idi və hələ də elədir" şəklində qalmaqal ifadələr işlədib. Tramp İranın nüvə silahına sahib olmasını istəmədiyini vurğulayaraq İranın bir terrorçu ölkə olduğunu deyib və bu mövzuda Fransa ilə eyni fikiri paylaşdıqlarını qeyd edib. İrana tətbiq olunan sanksiyaların bir çox şeyi dəyişdirdiyini ifadə edən Tramp, İranın onunla görüşmək istədiyini və görüşməyə hazır olduğunu söyləyib.
Muxalifet3 - 7-06-2019
“Torpaqların verilməsi? Mən bunu heç müzakirə etmək belə istəməzdim...” - O ZAMAN MƏMMƏDYAROV BU ADAMLA NƏDƏN DANIŞIR?
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan jurnalistlərlə söhbətində Nikol Paşinyan və hökuməti ilə Dağlıq Qarabağdakı qondarma rejim arasında gərgin münasibətlərdən, bu gərginlik fonunda “torpaqların verilməsi hazırlıqları” barədə ittihamlardan danışıb.
Virtualaz.org “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, Mnatsakanyan Yerevanla Xankəndindəki rejim arasında ixtilafların olduğunu təsdiqləyib. Amma tərəflərin bir-birlərinin ünvanına irəli sürdüyü son ittihamları şərh etmək istəməyib.
Muxalifet - 7-06-2019
Başçının birinci müavini ilə iş adamı arasında 30 min manatlıq qalmaqal - Beyləqanda hər kəs bunu danışır...
Qanunla vəzifəli şəxslərin bizneslə məşğul olması qadağan edilməsinə baxmayaraq məmurlarımızın biznesləri günü gündən artmaqda və inkşaf etməkdədir. Belə məmurlardan biridə Beyləqan rayon icra başçısının birinci müavini Telman Məstanovdur. Beyləqandan pia.az-a daxil məlumata görə Telman Məstanov rayonun girəcəyində iş adamı Hacı kimi tanınan İlqar Məmmədovla şərikli LUKOİL yanacaq doldurma məntəqəsi açıb. Həmin yanacaq doldurma məntəsəinin bir hissəsinə şərik olan Telman Məstanovun bu yaxınlarda ortağı Hacı İlqarla arasında qalmaqal, daha doğrusu söz söhbət yaranıb.
Muxalifet - 7-06-2019
Azərbaycanda banklarla bağlı yeni cəza növü müəyyənləşdi
Azərbaycanda maliyyə bazarlarına nəzarət orqanına (Maliyyə Bazarlarına Nəzarət Palatası - red.) haqların ödənilməməsinə görə cəza müəyyənləşib.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.Muxalifet - 7-06-2019
“Balaca bir qızın suda çapaladığını gördüm” - 12 yaşlı xilaskar
Xəbər verdiyimiz kimi, Quba rayon Cimi kəndinin VI sinif şagirdi Dəyanət İsrafilovun həmkəndlisi 4 yaşlı Qızbikəni çayda boğulmaqdan xilas etməsi böyük maraqla qarşılanıb.
Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən kənddə olub və 12 yaşlı xilaskarı danışdırıb. D. İsrafilov qeyd edib ki, hadisə baş verən zaman çaya balıq tutmağa gedib: “Bu zaman balaca bir qızın suda çapaladığını gördüm. Onu sudan çıxartdım. Nənəsi dedi ki, yanında oğlan uşağı da olub. Həmin uşağı da yolun kənarından tapdılar. Qızın barmaqları göyərmişdi, yanaqları isə şişmişdi”.Muxalifet - 7-06-2019
“İki gündə ölkədə 27 zəif zəlzələ olub” - Qurban Yetirmişli
"Son iki gündə respublika ərazisində baş verən kiçik maqnitudalı zəlzələlərin sayı artıb".
Muxalifet.az xəbər verir ki, bu barədə apa-ya Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, son iki gündə ölkə üzrə 27 zəif zəlzələ olub, onların arasında hiss olunan zəlzələ azdır. Misal üçün, Zaqatala zəlzələsini bir-iki adam hiss edib, dünən Xəzərdə baş verən zəlzələ də hiss olunmayıb. Burda qorxulu bir şey yoxdur, yerdaxili proseslərdir".Muxalifet - 7-06-2019