Axtarış
The search found 105785 results in 0.031 seconds.
Search results
"Putin daha 10 il hakimiyyətdə qalsa, Rusiya parçalanacaq və..." - ŞOK AÇIQLAMA
Əgər Rusiya Prezidenti Vladimir Putin yaxın 10-20 ildə hakimiyyətdə qalsa, o zaman ölkənin əvvəlki sərhədlərində qalması şansları çox azalacaq.
Bunu “Obozrevatel” saytına müsahibəsində rusiyalı jurnalist Saşa Sotnik deyib.
“Onun bütün qlobal güc və ikinci qütb oyunları sadəlövh axmaqlar üçündür. İkiqütblü dünya artıq formalaşıb və Rusiya orada artıqdır.
Muxalifet4 - 9-06-2019
Prezidentin səlahiyyətləri əlindən alındı – BAŞ NAZİR PARLAMENTİ BURAXACAQ…
Moldovanın Konstitusiya Məhkəməsi baş nazir səlahiyyətlərini icra edən Pavel Filipə parlamenti buraxmaq və növbədənkənar seçki elan etmək üçün müvəqqəti olaraq prezident səlahiyyətlərinin verilməsinə qərar verib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin rəsmi saytında məlumat dərc olunub.
Muxalifet4 - 9-06-2019
“Facebook” ermənini söyən aparıcımızı blok edib
Aparıcı İlqar Mikayıloğlu "Facebook" komandasının qəzəbinə tuş gəlib. Axşam.az xəbər verir ki, sosial şəbəkə rəsmiləri onun profilini bloklayıb. "Rus xüsusi təyinatlısını öldürən ermənini söydüyümə görə, Zukerberq məni üç günlük blok etmişdi" deyə, İlqar yazıb. Qeyd edək ki, analoji hadisə ötən il müğənni Nura Suri ilə də yaşanmışdı. İfaçı Aleksandr Sergeyeviç Puşkinin ermənilər haqda sitatını paylaşdığına görə blok olunmuşdu.
Muxalifet4 - 9-06-2019
Məsut Özil toyu münasibətilə 16000 kasıba yemək paylayıb - FOTO
Xəbər verdiyimiz kimi, ötən gün "Arsenal"ın futbolçusu Məsut Özil model sevgilisi Əminə Gülşə ilə dünya evinə girib.
Onlar toy münasibəti ilə etdikləri bir çox xeyirxah addımları ilə pərəstişkarlarının daha da rəğbətini qazanıblar.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, cütlük 16 min kasıb və ehtiyacı olan insana ehsan paylayıb.
Kasıbın qarnına doyuran Məsut ilə Əminəyə sosial şəbəkə izləyicilərindən təşəkkür məktubları gəlib.
Muxalifet4 - 9-06-2019
Bu gün 38 dərəcə isti gözlənilir - PROQNOZ
Azərbaycanda iyunun 9-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23°, gündüz 26-31° isti, Bakıda gecə 21-23°, gündüz 29-31°isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 təşkil edəcək.
Muxalifet4 - 9-06-2019
Şvartseneggerin qızı aktyora ərə getdi - FOTOLAR
ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartseneggerin qızı Ketrin Hollivud aktyoru Kris Prattla ailə həyatı qurub. “Qafqazinfo” “Tmz.com” saytına istinadən xəbər verir ki, cütlük 8 iyun tarixində dünya evinə girib. Mənbənin yazdığına görə, Ketrinə Krisin toyu Montesitoda, dəbdəbəli San İsidro rançosunda keçirilib.
Muxalifet4 - 9-06-2019
"Elçibəy Surət Hüseynovun məhv edilməsinə göstəriş verib, amma..." - ŞOK DETALLAR
Elçibəy iqtidarında baş nazir postu tutmuş Pənah Hüseyn 26 may 1993-cü il tarixində keçirilən Dövlət Müdafiə Komitəsinin məxfi iclasının protokolunu yayıb. Yaxın tarixə güzgü tuta bilən bu mühüm sənəd sabiq baş nazirin facebookdakı səhifəsində paylaşılıb. Sənəddən də göründüyü kimi, dövlətə rəhbərlik edən yüksək vəzifəli şəxslər Elçibəy iqtidarına qarşı başlayacaq və yekunda onu devirəcək 4 iyun Gəncə qiyamından cəmisi 7-8 gün əvvəl bir araya gələrək, ölkəni və onu əlaqədar edən digər məsələləri müzakirə ediblər.
Muxalifet4 - 9-06-2019
Paşinyanın qorxulu Qarabağ gedişləri - REGİON BÖYÜK MÜHARİBƏ ASTANASINDA
Rusiyalı politoloq: “İrəvan Bakını bilərəkdən yeni müharibəyə təhrik etmək üçün əlindən gələni edib...”
Muxalifet4 - 9-06-2019
Bu ölkələrdə qadınlar evlənmək üçün kişi tapmırlar - FOTOLAR
Məlum məsələdir ki, evlilik dünyada istənilən ölkədə, istənilən coğrafiyada son dərəcə önəm daşıyır. Evlilik nəinki hansısa ölkəyə, eyni zamanda bütün dünyaya təsir edən məsələdir. Bəzi dövlətlər öz ölkələrindəki evlilik məsələsinə çox da həssas yanaşmasa da, bir çox ölkələr var ki, vətəndaşlarının nikaha girməsi üçün “dəridən-qabıqdan” çıxır. Həmin ölkələrdən bir neçəsini təqdim edirik: Ermənistan – bu ölkədə kişilərin sayı qadınların sayından azdır. Ona görə də bu ölkədə əsas iş yükü qadınların üzərinə düşür. Avstraliyada isə hər beş qadına 1 kişi düşür.
Muxalifet4 - 9-06-2019
Bakıda bir-birinə bitişik 3 obyekt yandı
Paytaxtda yanğın hadisəsi qeydə alınıb.
FHN-dən verilən məlumata görə, şəhərin Yasamal rayonunda ümumi sahəsi 200 m² olan taxta konstruksiyalardan ibarət tikililərin (kafe, çayxana, dönərxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisindəki əşyalar 80 m² sahədə yanıb.
Tikililərin qalan hissəsi və yaxınlıqdakı binalar yanğından mühafizə olunub. Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.
Muxalifet4 - 9-06-2019
Türkiyədən İsrailə yola düşən gəmi yandı
İsrail sahillərində “MSC Canberra” adlı gəmidə yanğın baş verib. Gəmi Türkiyənin Mersin şəhərindən hərəkət edərək “Hayfa” limanına istiqamət götürüb. Bu barədə Türkiyə KİV-lərində məlumat yayılıb. İsrail mediasına istinadən verilən məlumatda bildirilir ki, ilkin ehtimala görə, gəmi dəniz quldurlarının hücumuna məruz qalıb. 203 metr uzunluğunda, 31 metr enində olan “MSC Canberra” quru-yük gəmisi Panama bayrağı altında üzür.
Muxalifet4 - 9-06-2019
Предупреждения следуют и с Запада, и Севера: чем все это закончится?
B контексте обострения отношений между США и Турцией в связи с покупкой последней российских ракет С-400 пресс-секретарь президента РФ B. Путина Дмитрий Песков заявил, что Москва не будет вмешиваться в двусторонние обсуждения Анкарой этого вопроса с другими странами. Однако если номинальный смысл его высказывания не вызывает возражения, то при рассмотрении практического аспекта дела невозможно признать его слова убедительными.
Muxalifet4 - 9-06-2019
Poroşenko Ukraynanın yeni baş naziri olur? – ÖZÜ AÇIQLADI
Petro Poroşenko Ukraynada keçiriləcək növbədənkənar parlament seçkilərində qalib gələcəkləri halda ölkənin yeni baş naziri olacağını istisna etməyib.
Ukraynanın beşinci prezidenti P.Poroşenko bu barədə rəhbəri olduğu “Avropa həmrəyliyi” partiyasının bazar günü keçirilən qurultayında çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, parlament seçkilərində qalib gəldikləri halda baş nazir olmaq şansı böyükdür.
Muxalifet4 - 9-06-2019
ABŞ İrana hücum etsə... - HƏRBİ STRATEQLƏRİN SSENARİSİ
ABŞ-la İran arasında az qala hərbi toqquşmaya gətirib çıxaracaq gərginlik hazırda bir qədər səngisə də müharibə riski qalır.
Nüfuzlu “Defence News” nəşri ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlayacağı təqdirdə hadislərin necə cərəyan edə biləcəyinə dair hərbi strateqlərin rəyləri əsasında məqalə dərc edib.
Muxalifet4 - 9-06-2019
"Juventus" Milinkoviç-Saviç üçün 100 milyon təklif edir
"Juventus"un Sergey Milinkoviç-Saviç sevdası bitmir.
Muxalifet.az Matc.az-a istinadən bildirir ki, Turin klubu serb futbolçu üçün yeni təklif hazırlayıb.
Belə ki, "qoca sinyora" yarımmüdafiəçinin qarşılığında Lazio-ya 100 milyon avro ödəməyə hazırdı. Bundan əlavə "Juventus" daha az məbləğlə bərabər iki oyunçu təklif etməyə də hazırlaşır. "Footbal İtalia" nəşri iddia edir ki, turinlilər Leonardu Spinazzola və Kristian Romeronu paytaxta yollamağa razıdır.
Muxalifet4 - 9-06-2019
Festivala lüt gələn aktrisa cəzalandırılacaq - FOTO
Fransada keçirilən 72-ci Kann Film Festivalında paltarı ilə adından söz etdirən vyetnamlı aktisa Nqoc Trinh istintaqa cəlb edilib.
Axşam.az xəbər verir ki, Vyetnam hökuməti onun transparan geyimini bəyənmədiklərini və aktrisanın cəzalandıracaqlarını söyləyiblər.
"Seçdiyi geyim cəmiyyətdə narahatlıq yaradıb. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunu zədələyib. Buna görə istintaq başladılıb" deyə, ölkənin Türizm və Mədəniyyət naziri Nquyen Nqoc Tien bildirib.
Muxalifet4 - 9-06-2019
Gəncə xanlığının tarixi bayrağı ölkəyə gətirildi
Qədim Gəncə xanlığının tarixi bayrağının Rusiyanın Sankt-Peterburq şəhərində bərpa edilmiş nüsxəsi Gəncə şəhərinə gətirilib.
Oxu.az xəbər verir ki, bayraq "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun sifarişi ilə orijinal bayrağın əsasında hazırlanıb.
Cavad xan dövrünə aid olan bayrağın üzərindəki ornamentlər bayrağın əslində göstərilən şəkildə hazırlanıb. Onun yuxarı hissəsində müasir Gəncənin gerbinə çevrilmiş aypara simvolu, altında isə Azərbaycan bayrağında öz əksini tapmış səkkiz guşəli ulduz simvolu yer alıb.
Muxalifet4 - 9-06-2019
Moskvadan ABŞ-a ETİRAZ - "Bu, vicdansız rəqabətdir"
S-400 zenit-raket sistemlərinin NATO-nun standartları ilə uyğunsuzluğu haqqında ABŞ-ın bəyanatı vicdansız rəqabətdir. Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezov NTV telekanalının efirində bildirib. “Onlar sadəcə bizə təzyiq göstərməyə çalışırlar. Bu, sadəcə əsl vicdansız rəqabətbir. Bizim hərbi texnikanın əvəzinə öz texnikasını satmağa çalışırlar”, - o deyib.
Muxalifet4 - 9-06-2019
Oğrular arasında SAVAŞ BÖYÜYÜR - Quli və Asatryan qarşı-qarşıya
Kriminal aləmin ən ağır çəkili şəxslərinin arasındakı konflikt getdikcə böyüyür. Söhbət qanuni oğrular Nadir Səlifov (Lotu Quli) və Eduard Asatryanın (Edik Tbilisskiy) arasındakı münaqişədən gedir.
Unikal.org xəbər verir ki, hər iki qanuni oğrunun klanları arasında ziddiyyət kəskinləşir. Kriminal aləmlə bağlı ekspert kimi tanınan Aleksandr Sidorovun (Fima Jiqanes) fikrincə, oğru aləmində gözlənilmədən müharibə başlana bilər. Onun fikrincə, qanuni oğrular təsir sahələrinin yenidən bölüşdürülməsi üçün ciddi mübarizəyə qoşulublar.
Muxalifet4 - 9-06-2019
SON DƏQİQƏ: Cəbhədə təxribat - Azərbaycan Ordusu şəhid verdi
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. Muxalifet.az xəbər verir ki, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Muxalifet4 - 9-06-2019