Axtarış
The search found 105785 results in 0.091 seconds.
Search results
DEPUTATIN OĞLU MƏHKƏMƏDƏ DİNDİRİLƏCƏK – Ölüm işində pozuntular var
Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis əməkdaşı Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yenilənib.
Hakim bildirib ki, iş materiallarında bir sıra uyğunsuzluqlar, pozuntular var. Onların araşdırılması üçün istintaqın təzələnməsinə qərar verilib.Muxalifet - 10-06-2019
Ermənistan müdafiə naziri Azərbaycan əsgərinin vurulmasına şəxsən əmr verdiyini açıqladı - DÜŞMƏN HƏYASIZLĞIN DOZASINI GETDİKCƏ ARTIRIR
Xəbər verildiyi kimi ötən gün təmas xəttinin Tərtər istiqamətində düşmən ordusu tərəfindən Azərbaycanın daha bir əsgəri vurulub. 2000-ci ildə anadan olan çağırışçı əsgər, Gədəbəy rayonunun Köhnəqışlaq kənd sakini Xəlilov Elşən Vüqar oğlu Ermənistan silahlı qüvvələrinin atəşkəs razılaşmasını pozması nəticəsində şəhid olub. Bundan əvvəl isə təmas xəttinin Ağdam istiqamətində düşmən snayperi Azərbaycan ordusunun mayor rütbəli tabor komandiri Aqil Omarovu vurmuşdu.
Muxalifet - 10-06-2019
“Ege” hospitalda daha bir faciə - Bu dəfə xarici vətəndaş öldü
Bakıda xarici vətəndaş cərrahiyyə əməliyyatı zamanı ölüb.
"Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən "Ege” hospitalında qeydə alınıb.
Bu özəl klinikada müalicə alan Rusiya vətəndaşı 1958-ci il təvəllüdlü Lyüdmila Timofeyevna Yardşinko əməliyyat masasında dünyasını dəyişib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, "Ege" hospitalı əvvəl "Grand" adı ilə fəaliyyət göstərib və tez-tez həkim səhlənkarlığı, xəstə ölümü xəbərləri ilə gündəmə gəlib.Muxalifet - 10-06-2019
Yol Polisi avtomobili saxladı, içindən çıxanlar...
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.
Muxalifet - 10-06-2019
Qazaxıstanda seçkini müşahidə edən Milli Məclisin deputatı – “Şəffaf keçirilib”
“Qazaxıstan növbədənkənar prezident seçkilərində səsvermə zamanı müşahidə etdiyimiz məntəqələrdə seçki prosesi kifayət qədər düzgün təşkil edilmişdi, ciddi qanun pozuntusuna rast gəlmədik”.
Bunu “Report”a açıqlamasında səsvermə prosesini müşahidə edən Milli Məclisin deputatı, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin sədr müavini Tahir Mirkişili deyib.
Muxalifet - 10-06-2019
Avtonəqliyyat Baş Gömrük idarəsində Prezident Sərəncamı deyil, ''kalkluyator Rövşən''in dediyi əsas götürülür
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kadr islahatları adı altında müəyyən dəyişikliklər etdi. Əslində bu sadə riyazı gedişdən başqa bir şey deyildi. Komitə sədri sadəcə toplananların yerini dəyişdi. Lakin bu dəfə fərqli cəm ortaya çıxdı. Belə ki, Avtonəqliyyat Baş Gömrük idarəsinə yeni təyin olunan rəis Hüseyn Həsənli ölkəyə idxal edilən avtomobillərlə bağlı unikal adımlar atır. İlin əvvəlində idxal olunan avtomobillərin gömrükdə qeydiyyatı zamanı 70%-lik rəsmi artıma bir yox, düz üç 70% əlavə edilir.
Muxalifet - 10-06-2019
UNİKAL GÖRÜNTÜ: Fil sürüsü balanı belə dəfn etdi - VİDEO
Hindistanda fil sürüsü ölmüş fil balasının “dəfn mərasimi”ni keçirib. Unikal görüntünü “ParveenKaswan” adlı istifadəçi öz “Twitter” səhifəsində paylaşıb.
“Bu görüntüyə biganə qala bilməcəksiniz! Dəfn mərasimidir, matəmdə olan fillər ölü balanı daşıyırlar. Ailə bu itki ilə barışa bilmir”, - deyə o, qeyd edib.Muxalifet - 10-06-2019
Azərbaycanda vətən xaini kimi öldürdülən polkovnik bəraət aldı, qəhrəman kimi qəbri ucaldıldı - DOSYE
13 övladın böyüdüyü ailədə 13-ün nəşinin əzabını o çəkdi. Anası deyir ki, yalnız ona yaxşı təhsil verə bildi, oxudub zabit etdi, vətənə xidmətə göndərdi. Anası onu da deyir ki, oğlunu xəyanətkar kimi işgəncə ilə öldürüblər, sonra bəraət veriblər. Xain kimi basdırıb, qəhrəman kimi yadda saxlamağa çalışıblar. Yad kimi basdırılan övladını, ana yaddaşında qəhrəman, ən gözəl və ən yaxşı insan kimi saxlayır. Kədərəni, gerçəyini və ümidini saxladığı kimi...
Muxalifet4 - 10-06-2019
Bu dəfə də Aysun sinəsini göstərdi - “Danışmağa davam edin” - FOTO
Müğənni Aysun İsmayılova yeni fotosunu yayımlayıb. “Ölkə.Az” xəbər verir ki, ifaçı fotonu İnstaqram səhifəsindən paylaşıb. O, dərin sinə dekoltesi olan köynəkdəki şəklini belə şərh edib: “Arxamca danışan insanlar, danışmağa davam edin.Çünki kiçik insanlar danışır, böyük insanlar danışılır”. Maraqlısı isə ifaçının belə cəsarətli paylaşımında, şərh bölümünü bağlaması olub. Sözügedən fotonu təqdim edirik:
Muxalifet - 10-06-2019
İstanbul üzərindən aparılan “əməliyyatın” nümunəsi - ARAŞDIRMA
Almaniyanın gündəlik qəzetlərindən “Süddeutsche Zeitung”-da cümə günü İstanbulla əlaqədar bir yazı dərc olunub. Xəbərin başlığı belə idi, "İstanbulun adı İstanbuldur", giriş cümləsi isə "Prezident Ərdoğan niyə ad mübahisəsini tətikləyir?".
Haber7 - Taha Dağlı
Yazının məzmununda prezident Ərdoğana yönəliki əsassız bir günahlandırma vardı.Muxalifet3 - 10-06-2019
Azərbaycanlı kriminal avtoritetin həbsxanadan qalmaqallı görüntüsü yayıldı: Qəlyan çəkir...
Ötən il həbs olunan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Haqverdi Yusifovun həbsxanadan fotosu yayılıb.
Muxalifet.az “Qafqazinfo” -ya istinadən xəbər verir ki, kriminal aləmə daxil olan Yusifov bir müddət əvvəl “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovla şəkli ilə gündəmə gəlmişdi.Muxalifet - 10-06-2019
Gizli protokollar ortaya çıxdı: Məqsəd seçki deyil, hökuməti devirməkdir!
PKK-nın siyasi qolu olan HDP-nin seçki strategiyası və CHP ilə qurduğu ittifaqın əsl məqsədinin hökuməti devirmək və AK Partiyanı böləcək hücumlara zəmin hazırlamaq olduğu ortaya çıxıb.
Muxalifet3 - 10-06-2019
Stalin ön cəbhəyə gedirmişmi? – şahidlər təsdiqləyir, şəkkaklar onun oxşarından danışır
İosif Stalinin siyasi fəaliyyəti ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də 1941-1945-ci illərdə maharibə zamanı onun ağır döyüşlər gedən cəbhələrə gedib-getməməsidir. İstər hakimiyyətdə olduğu dövrdə, istərsə də vəfatından sonra bu mövzu qapalı, yaxud da açıq şəkildə fərqli arqumentlərlə müzakirə mövzusuna çevrilib. Xüsusilə də Nikita Xruşov hakimiyyətə gəldikdən sonra bu mövzunu daha çox qabardıb.
Bəs həqiqət necədir?
Muxalifet - 10-06-2019
Hacı Şahin “Qaloş piri”ndən danışdı: “Din adına ləkədir”
"Belə inancların dinə qəti şəkildə uyğunluğu yoxdur. Bunların hamısı xurafat və mövhumat, sağlam məntiqə sığmayan əməldir”.
Muxalifet.az-ın "Report”a istinadən məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli sosial şəbəkələrdə Goranboy rayonu Qurbanzadə kəndində "Qaloş piri”nin fəaliyyət göstərməsi barədə məlumatları şərh edərkən deyib.Muxalifet - 10-06-2019
Yunanstanda Türk diplomatlara hücum! YANDIRDILAR
Yunanıstanın Selanik şəhərində diplomatik xidmət yerinə yetirən iki Türkə aid avtomobillər səhər saatlarında yandırılıb.
Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, şəhərin fərqli nöqtələrində olan dayanacaqlarda saxlanan iki avtomobil səhər saatlarında şəxsiyyəti naməlum şəxslər tərəfindən yandırılıb.
Türkiyənin Selanik Ticarət Attaşesi Serkan Buralıya aid diplomatik nömrəli avtomobil şəhər mərkəzindəki evinin qarşısında yandırılıb.Muxalifet3 - 10-06-2019
ABŞ İrana qarşı HƏRƏKƏTƏ KEÇDİ: general 6 min əsgərə...
Amerika Silahlı Qüvvələrinin general-leytenantı Frenk Makkenzi ABŞ-ın Yaxın Şərqdəki hərbi varlığını gücləndirmək qərarına gəlib.
General bu qərarı İrandan gələ biləcək təhdidlərə qarşı tədbir məqsədilə aldığını bildirib.Muxalifet - 10-06-2019
Şərqi Aralıq dənizində böyük qalmaqal! “Türkləri həbs edin” əmri
Cənub Kipr Yunan Rəhbərliyi may ayından bəridir Kipr adasının 36 və 50 dəniz mili açıqlarında olan Fateh qazma gəmisində işləyənlər və Türkiyə Neftləri Anonim Ortaqlığı (TPAO) ilə əməkdaşlıq edən şirkətlərin səlahiyyətliləri haqqında sözdə münhasır iqtisadi bölgəsi içərisində qeyri-qanuni qazma edildiyi səbəbi ilə həbs qərarı çıxarıb.
Muxalifet3 - 10-06-2019
İlkər Başbuğdan diqqət çəkən S-400 açıqlaması: Böhrandan necə çıxılacaq..
ABŞ Müdafiə Nazirliyinin Türkiyənin Milli Müdafiə naziri Hulusi Akara yazdığı məktubu şərh edən Baş Qərargahın keçmiş rəisi İlkər Başbuğ "Bu böhrandan necə çıxılacağını" deyib.
26-cı Baş Qərargah rəisi İlkər Başbuğ Türkiyə ilə ABŞ arasında S-400 böhranına toxunub.Muxalifet3 - 10-06-2019
Oğulun səhvinə görə, ataya qadın paltarı geyindirdilər - Zərdabda namus cəzası
Zərdab rayonunda 50 yaşlı kişi oğlunun hərəkətinə görə alçaldılıb.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Körpükənd kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakinləri 33 yaşlı R.Babayev, 42 yaşlı Z.Əhmədov, 44 yaşlı T.Babayev və 25 yaşlı H.Həsənzadə həmkəndliləri olan 50 yaşlı M.Kərimovu kəndin mərkəzinə çağırıblar. Orada ona “sənin oğlun bizim qadın qohumumuzun telefon nömrəsini qonşu kənddən olan kişiyə verib” deyərək M.Kərimovun əyninə zorla qadın paltarı geyindirib və başına yaylıq bağlayıblar.Muxalifet - 10-06-2019
Bakı metrosunda QƏRİBƏ ELAN: Qadın mikrafonu əlinə alıb... - VİDEO
Bakı metrosunda qəribə hadisə baş verib.
Muxalifet.az xəbər verir ki, bir qadın metroda mikrafonu əlinə alaraq "Yaxşı Gədəbəy kartofu var" deyə qışqırmağa başlayıb. Bunu görən metro nəzarətçisi qadını mikrafonun yanından uzaqlaşdırıb.Muxalifet - 10-06-2019