Axtarış
The search found 105785 results in 0.031 seconds.
Search results
İranda dəhşətli gün: Qəzalarda 36 nəfər öldü
Ötən 1 sutka ərzində İranda baş verən yol qəzaları nəticəsində 36 nəfər həlak olub.
Muxalifet.az-ın məlumatına görə, bunu İranın Yol Polisinin trafikə nəzarət və informasiya mərkəzinin rəisi polkovnik Nadir Rəhmani deyib.
N.Rəhmaninin sözlərinə görə, sutka ərzində 28 nəfər şəhərlərdən kənar yollarda, 8 nəfər isə şəhərdaxili yollarda həlak olub.
Polis rəisi şəhərdaxili yol qəzalarında 298 nəfərin, şəhərlərdən kənar yollarda isə 382 nəfərin yaralandığını bildirib.
Muxalifet3 - 9-06-2019
Vulkan yenidən püskürdü: Əhaliyə XƏBƏRDARLIQ
İndoneziyanın Şimali Sumatra adasında yerləşən Sinabunq dağında vulkan yenidən püskürüb.
Muxalifet.az xəbər verir ki, vulkanın duman qatı 7 min metrə qədər yüksəlib.
Hökumət yerli əhaliyə xəbərdarlıq edərək, vulkana 3 km-ə qədər yaxınlaşmamağı, qoruyucu maskalar taxmağı tövsiyyə edib.
Ətrafdakı yaşayış ərazilərinə kül yağışının yağacağı istisna edilmir.
Muxalifet3 - 9-06-2019
Bu gün çempion bəlli olacaq: Portuqaliya-Hollandiya
Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək. Muxalifet.az xəbər verir ki, final matçında Portuqaliya və Hollandiya milliləri üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə 22:45-də başlayacaq. Günün digər matçında üçüncü yer uğrunda İsveçrə və İngiltərə milliləri qarşılaşır. Hazırda oyunda əlavə vaxt oynanılır və hesab açılmayıb.
Muxalifet3 - 9-06-2019
Azərbaycanda “Qaloş piri” BİABIRÇILIĞI – Video
Sosial şəbəkələrdə Azərbaycanda çəkilən görüntülər rezonans doğurub. Videoda “Qaloş piri” deyilən yerə gələn insanlara şəfa tapmaq, niyyətlərinin qəbul olunması üçün başlarına qaloş sürtdürürlər. Məsələni Oxu.Az-ın əməkdaşı araşdırıb. Məlum olub ki, video Goranboy rayonu Qurbanzadə kəndində çəkilib. Yerli sakinlər seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Miribiş ağanın evinə yığışıb. Onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar. Əvəzində isə pul və qiymətli əşyaları həmin evə qoyurlar. Həmin görüntüləri təqdim edirik:
Muxalifet3 - 9-06-2019
Kim Çen generalı belə öldürdü - Dəhşətli EDAM
Şimali Koreya lideri Kim Çen İn daha bir dəhşətli edam üsuluna əl atıb.
Muxalifet.az xəbər verir ki, Kim Çenin adı açıqlanmayan bir generalı yırtıcı pirana balıqlarının olduğu hovuza atdığı bildirilib.
Məlumata görə, Koreya lideri həmin generalı hərbi çevriliş hazırlamaqda ittiham edib.
Muxalifet3 - 9-06-2019
Qazaxıstanda etiraz aksiyaları: Polislər yaralandı
Prezident seçkiləri günü keçirilən icazəsiz aksiyalarda 3 polis əməkdaşı xəsarət alıb.
Bu barədə Qazaxıstanın daxili işlərinin birinci müavini Marat Kojayev jurnalistlərə açıqlamasında deyib.
“3 polis əməkdaşı travma alıb. 2-si kütlə içərisindən atılan daşın dəyməsi nəticəsində xəsarət görüb. Digəri isə tətbiq edilən bibər qazından dolayı gözündə yanıq xəsarəti əmələ gəlib”, - deyə Kojayev bildirib.
Qeyd edək ki, bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri baş tutub.
Muxalifet3 - 9-06-2019
Şəhid hərbçimiz torpağa tapşırıldı - Yeniləndi
Bu gün Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu torpağa tapşırılıb.
Muxalifet.az xəbər verir ki, dəfn mərasimində rayon rəhbərliyi, idarə və təşkilat işçiləri, əsgərin hərbçi yoldaşları və yerli sakinlər iştirak ediblər.
2000-ci il təvvəllüdlü Elşən Xəlilov Gədəbəy rayonunun İnəkboğan kənd inzibati ərazi dairəsinə daxil olan Köhnəqışlaq kənd sakini idi.
Muxalifet3 - 9-06-2019
Pul dinə çevrilib - Mariya Zaxarova
Müasir dünyamızda təəssüf ki, pul da öz növbəsində dinə çevrilib. Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. “Pul dünyanın maddi tərəfini “ələ keçirib”. Onlar sadəcə inanc yerinə çevriliblər. Bax, bu qorxulu problemdir”, - deyə Zaxarova bildirib.
Muxalifet3 - 9-06-2019
Sumqayıtda mənzildən iki yük maşını zibil çıxarıldı
Sumqayıt şəhərində zibil içində olan mənzil təmizlənib.
Muxalifet.az-ın məlumatına görə, bunu 6 saylı Mənzil İstismar Sahəsinin (MİS) nümayəndəsi Qəhrəman Rəhimov deyib.
Onun sözlərinə görə, mövcud vəziyyət mətbuatda işıqlanandan dərhal sonra aidiyyəti təşkilatlar hərəkətə keçib. Mənzildən iki yük maşını zibil çıxarılaraq daşınıb.
Hazırda həmin ev təmizdir və heç bir üfunət iyindən söhbət gedə bilməz. Ancaq yaşlı qadın üçün Təcili Tibbi Yardım avtomobili çağırılsa da, həmin ünvana həkim briqadası gəlməyib. Xəstəxana və əsəb dispanseri xəstə qadını qəbul etməyib.Muxalifet3 - 9-06-2019
SON DƏQİQƏ: Türk ordusu hücuma keçdi - Qisas ALINDI
Suriyanın Azez bölgəsində yerləşən Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi bazaya hücum edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi informasiya yayıb.
Məlumata görə, PKK/PYD terrorçularının hücumu nəticəsində türk ordusunun 1 əsgəri şəhid olub, daha 4 əsgər yaralanıb.
Türkiyə Müdafiə Nazirliyi keçirilən əməliyyat nəticəsində şəhidlərin qisasının alındığını açıqlayıb.
Muxalifet3 - 9-06-2019
Londonda 7 mərtəbəli bina yanır
Londonun şərqindəki Barkinq rayonunda yeddimərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə yerinə yüzdən çox yanğınsöndürən cəlb olunub.
Muxalifet.az-ın verdiyi xəbərə görə, 15 yanğınsöndürən maşın və 100-dən çox yanğındanmühafizə xidmətinin əməkdaşı Barkinqdə, De Pass Qardens küçəsindəki yanğının söndürülməsinə göndərilib.
Bildirilir ki, hazırda yanğın binanın bütün 7 mərtəbəsini bürüyüb. Yanğının səbəbləri hələ ki məlum deyil.
Muxalifet3 - 9-06-2019
Yüzminlər küçələrə axışdı: Çinlə bağlı mühüm qanun
Honkonqda yüzminlərlə insan cinayətkarların Çinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsinə etiraz etmək üçün küçələrə çıxıb.
Muxalifet.az xəbər verir ki, onlar xüsusən müxalifət üzvlərinin Çinə göndərilməsi məsələsinə etiraz ediblər.
Etirazçılar bildiriblər ki, sözügedən qanun layihəsi ləğv edilməlidir.
Onlar müxaliflərin Çində ağır cəzalara və işgəncələrə məruz qalacaqlarından ehtiyat etdiklərini bildiriblər.
Muxalifet3 - 9-06-2019
NASA kosmik turizmə başlayır: 350 km yüksəklikdə...
ABŞ-ın Kosmos və Aviasiya Agentliyi (NASA), 2020-ci ildən etibarən Beynəlxalq Kosmos Stansiyanın turizm üçün istifadə ediləcəyini açıqlayıb. Muxalifet.az "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Kosmik Stansiyanın (İSS) direktoru vəzifəsini icra edən Robyn Gatens bildirib. Onun sözlərinə görə, kosmik raketlə ildə ən çoxu iki səyahət həyata keçirəcəklər. Kommersiya məqsədi ilə istifadəyə buraxılan kosmik raketlər vasitəsilə orbitə çıxacaq kosmik turistlər 30 günə qədər İSS-də qalacaqlar.
Muxalifet3 - 9-06-2019
Sel və daşqınlar Ankaranı iflic etdi
İyunun 9-da axşam saatlarında Ankarada yağan güclü yağış sel və daşqına səbəb olub.
Muxalifet.az xəbər verir ki, əlverişsiz hava paytaxtın Etimesqut rayonunda böyük problemlər yaradıb.
Sel və daşqın ictimai nəqliyyatı iflic edib. Çox sayda nəqliyyat vasitəsi tunellərdə və çökəklik ərazilərdən keçən yollarda qalıb. Rayon təsərrüfatının idarə olunması çətinləşib.
Ankara Böyükşəhər Bələdiyyəsi və Etimesgut rayon rəhbərliyi təsərrüfata dəyən zərərin aradan qaldırmaq üçün tədbirlərə başlayıb.
Muxalifet3 - 9-06-2019
Qazaxıstanda seçkilər: İlkin nəticələr açıqlandı - YENİLƏNDİ
Ölkənin hazırki prezidenti Qasım-Jomart Tokayev 69,94 faiz səslə növbədənkənar prezident seçkilərinin qalibidir.
Bu barədə “Gənclər” Elmi-Tədqiqat mərkəzinin eksit-pol nəticələrində qeyd edilib.
İkinci yerdə 14,96 faizlə Kosanov, üçüncüdə isə 4,78 faizlə Yespayev qərarlaşıb.
Muxalifet3 - 9-06-2019
XİN-dən şəhidimizlə bağlı bəyanat
Bu gün Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobudcasına pozaraq törətdiyi növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub.
Muxalifet.az xəbər verir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə qarşıdan gələn növbəti görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları məhv etmək və bölgədə gərginliyi artırmağa xidmət edir.Muxalifet3 - 9-06-2019
Slovakiya millisi Bakıda - Foto
Avro-2020-nin seçmə mərhələsində iyunun 11-də millimizin qonağı olacaq Slovakiya yığması ölkəmizə gəlib.
Muxalifet.az xəbər verir ki, rəqib komanda artıq Bakıdadır. Onlar bu gün paytaxtımızda ilk məşqə çıxacaqlar.
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Slovakiya oyunu saat 20:00-da başlayacaq.
Muxalifet3 - 9-06-2019
Fransa təşkilatı Azərbaycanla bağlı qərarı alqışladı
Fransada Azərbaycanın Dostları Assosiasiyasının (FADA) prezidenti Jan-Fransua Mansel mayın 29-da bu ölkənin Serji (Cergy) İnzibati məhkəməsi tərəfindən Arnuvil (Arnouville) şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış Dostluq xartiyasınının ləğv edilməsi qərarını alqışlayıb.
Muxalifet.az-ın məlumatına görə, o, bu saxta "sənəd"in qəsdən imzalandığını qeyd edib:Muxalifet3 - 9-06-2019
Türkiyədə içərisində 25 sərnişin olan avtobus yandı - VİDEO
Türkiyənin Marmaris və Şırnak şəhərləri arasında hərəkətdə olan sərnişin avtobusu yanıb.
Yerli KİV-lər xəbər verir ki, hadisə baş verən zaman avtobusda 25 sərnişin olub.
Yanğının başladığını görən sürücü avtobusu yoldan kənara çəkərək sərnişinləri düşürüb.
Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb edilib.
Yanğının başvermə səbəbi hələlik məlum deyil.
Muxalifet4 - 10-06-2019
Dünyanın ilk sonsuzluq hovuzu yaradılacaq
Londonda "Compass Pools" şirkəti tərəfindən 600 min litr həcmli 360 dərəcə mənzərəsi olan hovuzun yaradılması planlanır. 55 mərtəbəli beşulduzlu bir otelin üst mərtəbəsində yaradılması nəzərdə tutulan hovuz dünyanın ilk sonsuzluq hovuzu olacaq.
Muxalifet.az azərtac-a istinadən bildirir ki, bu barədə hovuzun dizayneri və texniki direktoru Aleks Kemsli deyib: "Biz bu bina üçün çox böyük texniki çətinliklərlə üzləşirik, lakin bununla bərabər bir ilki həyata keçiririk".
Qeyd edək ki, hovuzun tikintisinə 2020-ci ildə başlanılacaq.
Muxalifet4 - 10-06-2019