Axtarış
The search found 105785 results in 0.045 seconds.
Search results
Hapal millimizlə matçdan danışdı: Qələbə üçün gəlmişik
Futbolçular sabahkı matçda meydana çıxmağa hazırdılar. Miroslav Stok xəstələnib. Digər oyunçuların yoluxmaması üçün onu Bakıya gətirmədik.
Muxalifet.az xəbər verir ki, bu fikirləri Slovakiya millisinin baş məşqçisi Pavel Hapal Avro-2020-nin seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis bildirib ki, istənilən rəqibə hörmətlə yanaşırlar: "Azərbaycanın oyununa baxmışıq. Yaxşı kollektivdir. Biz meydana qələbə üçün çıxacağıq".
Çexiyalı mütəxəssis sabahkı matçdakı start heyəti açıqlama istəməyib. O, meydand
Muxalifet3 - 10-06-2019
Avropanın mərkəzində polis məntəqəsi qarət edildi
Brüsselin Dü-Qublon küçəsindəki (Dansert rayonu) polis məntəqəsi qarət edilib. Oğrular asayiş keşikçilərinin bir neçə dəst formasını, əl qandalları və zirehli jiletlər aparıblar.
Muxalifet.az xəbər verir ki, bu barədə Brüssel Prokurorluğu məlumat verib. Polis məntəqəsinin fasiləsiz işləməsinə baxmayaraq, oğrular daha fərasətli çıxıblar. Polis nümayəndəsi bildirib ki, onlar anbara kanalizasiya lyukundan daxil olublar. Əməkdaşlar oğurluq faktını anbara girəndə aşkar ediblər.Muxalifet3 - 10-06-2019
Kəmaləddin Heydərovun qəbul vaxtı dəyişdirildi
Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun Şəki, nazirin birinci müavini Rəfail Mirzəyevin Balakən və nazir müavini Etibar Mirzəyevin iyunun 14-də Zaqatala şəhərlərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, qəbulun vaxtı barədə əlavə məlumat veriləcək.
Muxalifet3 - 10-06-2019
İrəvan bununla məsuliyyətdən yayınmağa çalışır - XİN
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva kütləvi informasiya vasitələrinin sualını cavablandırıb. Muxalifet.az həmin sual-cavabı təqdim edir: - Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, bu ölkənin müdafiə naziri Azərbaycan hərbi qulluqçusunu qətlə yetirən Ermənistan silahlı qüvvələrinin nümayəndələrini yüksək mükafatlandırmaya təqdim edib. Bununla bağlı siz nə deyə bilərsiniz? - Fikrimizcə, düşmən qüvvələrin düşərgəsində kim-kimi idarə edir məsələsində böyük qarışıqlıq mövcuddur.
Muxalifet3 - 10-06-2019
İran uranın istehsalını artırıb, ancaq... - Amano
İranın uranın istehsalını artırdığı müşahidə edilib.
Muxalifet.az xəbər verir ki, bu sözləri Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amano bildirib.
Amano uranın istehsalının artmasının İranın nüvə fəaliyyətləri ilə bağlı öhdəliklərini yerinə yetirmədiyi mənasına gəlmədiyini vurğulayıb.
Muxalifet3 - 10-06-2019
Ermənistanda yeni yaradılan partiyanın rəhbəri saxlanıldı
Ermənistanda iki həftə əvvəl yaradılmış müxalif “Adekvad” partiyasının rəhbəri Artur Danielyan saxlanılıb.
Muxalifet.az-ın məlumatına görə, A.Danielyan baş nazir Nikol Paşinyanın ünvanına səsləndirdiyi təhdidlərlə əlaqədar polisə gətirilib.
Hadisə ilə bağlı polis orqanları hər hansı bir açıqlama verməyib.
A.Danielyan partiyanın yaradılmasını mayın 27-də elan etmişdi. O, ölkədəki siyasi rejimin hadisələrə adekvat reaksiya vermək bacarığını itirdiyini bildirib.
Muxalifet3 - 10-06-2019
Azərbaycan ruslar üçün daha cəlbedici olur - Səfir
Azərbaycan ildən-ilə turizm üçün daha cəlbedici ölkəyə çevrilir və bunu Rusiyadan Azərbaycana artan turist axını təsdiq edir. Muxalifet.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirilən mətbuat konfransında deyib. Səfir bildirib ki, 2018-ci ildə Azərbaycan 900 minə yaxın rusiyalı turisti qəbul edib. Bu göstərici 2017-ci illə müqayisədə 5 faiz çox olub: “Hesab edirəm ki, bu il rusiyalı turistlərin Azərbaycanda istirahətə marağı daha da artacaq”.
Muxalifet3 - 10-06-2019
Türkiyə millisinə hörmətsizlik edilməsinə - UEFA-dan reaksiya
Bu qarşılanmanı UEFA ilə danışdım, onlar da bundan narahat olub. Araşdıracaqlar. Geniş bir hesabatımızı UEFA-ya göndərəcəyik.
Bunu Türkiyə Futbol Federasiyasının rəsmisi Sərvət Yardımcı bildirib.
Muxalifet3 - 10-06-2019
Məcburi köçkünlərin aylıq müavinətləri artırıldı - YENİ MƏBLƏĞ
Prezident İlham Əliyev "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” sərəncam imzalayıb.
Muxalifet.az-ın məlumatına görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 fevral tarixli 993 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:Muxalifet3 - 10-06-2019
Azərbaycanın peyk xidmətləri üzrə gəlirləri - Son rəqəmlər
2019-cu ilin yanvar-aprel aylarında "Azərkosmos" ASC-nin peyk və telekommunikasiya xidmətlərinin ixracından gəlir 13,7 milyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,3 faiz çox olub.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin hesabatında yer alıb.
Bu ilin aprel ayında peyk xidmətlərinin ixracından 6 milyon dollar gəlir əldə edilib. Bu, şirkətin əldə etdiyi ümumi gəlirin 89 faizini təşkil edib.Muxalifet3 - 10-06-2019
Rusiyada uşaqların xaricə aparılması qaydalarında DƏYİŞİKLİK
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti iyunun 12-dən uşaqların xaricə aparılması qaydalarının dəyişdiyini bildirib.
Muxalifet.az xəbər verir ki, yetkinlik yaşına çatmamış Rusiya vətəndaşlarının ölkədən çıxmasına icazə verilməməsi haqqında ərizələrin təqdim olunması qaydası dəyişib. İndi bu barədə ərizə yetkinlik yaşına çatmamış vətəndaşın özünün, yaxud valideynlərindən birinin və ya himayədarının yaşadığı ərazi üzrə miqrasiya orqanına, eləcə də ərizəçinin daimi yaşadığı ölkədə Rusiya diplomatik nümayəndəliyinə və konsulluğuna təqdim edilməlidir.Muxalifet3 - 10-06-2019
Putinin limuzinini istehsal edən müəssisəyə azərbaycanlı rəhbər seçildi
“Kortej” layihəsi çərçivəsində prezident limuzinləri istehsal edən “Aurus” şirkətinə bundan sonra soydaşımız Adil Şirinov rəhbərlik edəcək. Adil Şirinov bu vəzifəyə təyin edilənə qədər “Sollers” şirkətinin əsas aktivi olan Ulianovsk Avtomobil Zavodun (UAZ) baş direktoru vəzifəsində çalışırdı.
Muxalifet3 - 10-06-2019
Nyu-Yorkda vertolyot göydələnə çırpıldı - VİDEO
ABŞ-ın Nyu-York şəhərinin mərkəzində vertolyot 54 mərtəbəli binaya çırpılıb
Hadisə nəticəsində vertolyotun pilotu həyatını itirib. Binada olan insanları evakuasiya edib. Qəzadan sonra başlayan yanğının söndürülməsi üçün lazımi tədbirlər görülüb. Hazırda qəza yerində 100-ə yaxın yanğınsöndürən briqada işləyir. Yanğının söndürüldüyü bildirilib.
ABŞ prezidenti Donald Trampa sözügedən hadisə barədə məlumat verilib və o hadisələri diqqət mərkəzində saxlayır.
Muxalifet3 - 10-06-2019
Azərbaycanla müharibə başlayır və... - Ermənistanın QARABAĞ PLANININ ŞOK PƏRDƏARXASI
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan Xarici işlər nazirlərinin növbəti görüşü ərəfəsində cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. İyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub. Bu, Ermənistanın ordusunun son bir neçə gündə ikinci belə təxribatıdır. Belə ki, 30 may tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törətmişdi.
Muxalifet - 11-06-2019
ABŞ-dan Türkiyə düşmənçiliyi: PKK-ya İHA təhsili verir
Şimali İraqda PKK-ya yönəlik “Pəncə” Hərəkatı ABŞ-ı hərəkətə keçirib.
Muxalifet3 - 11-06-2019
Moskva Qarabağla bağlı yol ayrıcında - gerisayım başlayıb
Rusiya, nəhayət, hərblə sülh arasında seçimini etməlidir; Bakının Kremli son dəfə xəbərdar etmək zamanı çatıb; Rusiya Türkiyə və Azərbaycanı itirmək istəmirsə...
Muxalifet - 11-06-2019
“Vaşinqton Post” Pompeonu ifşa etdi
ABŞ-ın “Vaşinqton Post” qəzetinin New York-da ABŞ dövlət katibi Pompeo ilə Yəhudi liderlər arasında edilən bir yığıncağın səsyazmasına söykədiyi xəbərdə, Pompeonun İngiltərə siyasətiylə əlaqədar açıqlamasına yer verildi.
Xəbərə görə, Pompeo İngiltərə İşçi Partiyasının lideri Corbynun seçkilərdə qalib gəldiyi təqdirdə İngiltərədəki Yəhudilərin vəziyyəti mövzusunda bu qruplara kömək edəcəyini ifadə edib.
"Bu reallaşdımı ondan sonrakı addımlar çox çətin olar"
Muxalifet3 - 11-06-2019
Ruslan Əsgərov həbs edildi – 5 milyardlıq VERGİ İDDİASI
Rusiyada Türkiyə biznesinin ən iri nümayəndəsi – “Renessans” holdinqinə hücum olub: vergi orqanları şirkətə qarşı 5,2 milyard rublluq iddia qaldırıblar, həmçinin şirkətin nümayəndəsini – Azərbaycan vətəndaşını tutublar.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “Fontanka” nəşri yazıb.
Holdinqin sahibi Erman Ilıcak 3,3 milyard dollarlıq varidatla Türkiyənin ən varlı insanlarındandır. Onun Rəcəb Tayyib Ərdoğanla çox yaxın münasibətləri var və bir çox Rusiya-Türkiyə iqtisadi danışıqlarında fəal iştirak edir.Muxalifet - 11-06-2019
AVRO-2020: Azərbaycan millisinin növbəti sınağı
Bu gün futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.
E qrupunda yer alan Nikola Yurçeviçin yetirmələri “Bakcell Arena”da Slovakiya komandasını qəbul edəcək.
Bu, millimizin qrupda üçüncü oyunudur. Azərbaycan komandası bundan əvvəl keçirdiyi iki oyunun hər ikisində məğlub olub.
Yığmamız Xorvatiyaya səfərdə 1:2, Macarıstana isə Bakıda 1:3 hesabı ilə uduzub.
Qrupun digər oyununda isə Macarıstan və Uels milliləri qarşılaşacaq.Muxalifet - 11-06-2019
Türkiyədə avtobus qəzaya uğrayıb, 4 nəfər ölüb, 42 nəfər xəsarət alıb
Türkiyənin Balıkəsir vilayətinin Bandırma rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu gün səhər saatlarında sərnişin avtobusu ilə avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 42 nəfər xəsarət alıb.
Avtobusda sərnişinlərin Çanaqqalaya ekskursiyaya getdiyi müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 11-06-2019