Axtarış

The search found 105785 results in 0.024 seconds.

Search results

  1. ABŞ S-400 üçün hərəkətə keçdi

    ABŞ Türkiyə kimi, Hindistanın da Rusiyadan S-400 raketdən müdafiə sistemi satın almasına qarşı çıxır. Hind xəbər agentliyi “Press Trust of India”-da (PTI) yer alan xəbərə görə, ABŞ Xarici İşlər Nazirliyindən üst səviyyə bir səlahiyyətli bir qrup hind jurnalistə etdiyi açıqlamada, Yeni Delhi rəhbərliyinin Rus istehsalı sistemi satın alma qərarının adi bir razılaşma olaraq görülməyəcəyini və razılaşmanın ABŞ-Hindistan hərbi əməkdaşlığına mənfi təsir edəcəyini söyləyib.

    Muxalifet3 - 11-06-2019

  2. “ANAM ÖZÜNÜ YANDIRMAQ İSTƏYİR…” – Həbsdəki MTN generalı sabiq müstəntiqə nələri deyib?

    Sabiq müstəntiq, bu yaxınlarda Prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə həbsdən azadlığa buraxılmış Rüfət Səfərov hazırda həbsxanada cəza çəkən məşhur MTN generalı Elçin Quliyevlə bağlı maraqlı xatirəsini paylaşıb.
    Muxalifet.az-ın məlumatına görə, R.Səfərov feysbuk statusunda Elçin Quliyevi yada salıb, onunla bir dialoqunu paylaşıb.

    Muxalifet4 - 11-06-2019

  3. PKK-nın çirkli oyunu ifşa oldu

    Türkiyənin təhlükəsizlik gücləri tərəfindən icra edilən müvəffəqiyyətli əməliyyatlar nəticəsində küncə sıxışan qanlı PKK/KCK terror təşkilatı, təhlükəsizlik güclərinin qarşısına çıxacaq gücü qalmayınca mülki əhaliyə hücum etməyə başlayıb.
     

    Muxalifet3 - 11-06-2019

  4. Məşhur yazıçının 18 yaşlı qızla EŞQ MACƏRASI: arvadını dəlixanaya salmağa çalışır və... - FOTO

    Boşanma ağır və çətin mərhələdir. Odur ki, bir çox məşhurlar bu prosesin gizli qalmasına, səssiz-səmirsiz həll edilməsinə üstünlük verir. Dünya şöhrətli yazıçı Çarlz Dikkens isə qınaqlardan qaçmaq üçün arvadını psixiatrik xəstəxanasına göndərməyə qərar vermişdi.
    Onun həyat yoldaşının rəfiqəsinin yazdığı məktubda bu fakt öz təsdiqini tapıb. Dikkens nikahından o qədər narazı idi ki, həkimə arvadına dəli diaqnozu qoymağı xahiş etmişdi.

    Muxalifet - 11-06-2019

  5. Tanınmış sənətçi avtomobilində güllələndi - FOTO

    ABŞ-ın Merilend ştatında tanınmış reper Tre Da Kid qətlə yetirilib. Muxalifet.az redaktor.az-a istinadən xəbər verir ki, o avtomobilində güllələnib. Hadisə yerinə cəlb edilən polis, ərazini mühasirəyə alıb. Sənətçinin kimlər tərəfindən qətlə yetirildiyi məlum deyil. Hadisə ilə bağlı araşdırmalar davam edir. Polis şübhəlilərin kimliyini müəyyən etmək üçün müşahidə kameralarının qeydlərini nəzərdən keçirir. Onun vəfatı ilə əlaqədar amerikalı sənətçilər başsağlığı mesajları yayımlayıb. Qeyd edək ki, 32 yaşlı sənətçi 2006-cı ildə rep yarışmasının qalibi olub.

    Muxalifet - 11-06-2019

  6. Bakıda 1 yaşlı körpə faciəli şəkildə öldü

    Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəlli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 40 m² olan talvar yanıb.
    Muxalifet.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı 2018-ci il təvəllüdlü Ağamirzəyeva Zibeydə Elxan qızının yanmış meyiti aşkarlanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

    Muxalifet - 11-06-2019

  7. Dünyanın ən bahalı rəsm əsəri Salmanın yaxtasında tapıldı - 450 MİLYON DOLLARA SATILMIŞDI...

    Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana məxsus “Serene” adlı superyaxtanın göyərtəsində dünyanın ən bahalı rəsm əsəri tapılıb.

    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Leonardo da Vinçinin “Dünyanın xilaskarı” adlı rəsm əsərinin yoxa çıxması haqda 2019-cu ilin martında məlum olmuşdu. Bildirilirdi ki, Luvr muzeyinin Əbu-Dabidəki filialının əməkdaşları əsərin 2018-ci ilin sentyabrında muzeydə qoyulmalı olduğunu, amma “yoxa çıxdığını” deyiblər.

    Muxalifet4 - 11-06-2019

  8. Bakıda daha bir metro stansiyası istifadəyə veriləcək

    "Bakı Metropoliteni"nin "Bənövşəyi xətt" üzrə tikilməkdə olan, şərti olaraq "B3" adlandırılan stansiyasının tikintisinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur".
    "Report" xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.
    H.Məmmədovun sözlərinə görə, hazırda həmin ərazidə təmir-tikinti işləri davam etdirilir.
    "B3” metro stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir.

    Muxalifet - 11-06-2019

  9. ​Fazil Məmmədovun Rusiyadakı şirkəti bağlandı – NİZAMNAMƏ KAPİTALI 10 MİLYON OLAN ŞİRKƏT İFLAS EDİB, YOXSA...

    Sabiq vergilər naziri Fazil Məmmədovun Synergy şirkətlər qrupuna daxil olan “Tradehouse Caspian Coast Winery and Vineyards” (ООО "ТОРГОВЫЙ ДОМ КАСПИАН КОУСТ УАЙНЕРИ ЭНД ВАЙНЯРДЗ") şirkəti Rusiya bazarını tərk edib.

    Muxalifet4 - 11-06-2019

  10. “Dünya ticarət tarixində belə rüsvayçılıq olmayıb” – ŞOK RƏQƏMLƏR

    “Azərbaycan Dəmir Yollarının adının hallanmadığı qalmaqal qalmayıb. Bu Qapalı Səhmdar Cəmiyyətin yarıtmaz idarəçiliyi haqqında çox yazılar yazılıb, çox fikirlər deyilsə də, hələ ki, əməlli-başlı bir nəticə hasil olmayıb”. 
    “Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı Nemət Əliyev deyib.

    Muxalifet - 11-06-2019

  11. Belçikada narazılığa səbəb olan pivə "Bazarstore"də - İnsan sidiyinin... - FOTO/VİDEO

    "Bazarstore" super marektində satışa çıxarılan pivənin üzərindəki şəkil mənfi reaksiyaya səbəb olub. 
    Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, pivənin üzərində tualet ehtiyacını ödəyən uşaq şəkli var. Bu da həmin pivənin tərkibində insan sidiyinin olduğu şübhəsini yaradır. İddia olunur ki, spermanın və sidiyin tərkibindən taurin maddəsi alınaraq sözügedən içkiyə qatılıb. 

    Muxalifet - 11-06-2019

  12. PKK/YPG-yə Afrində ağır zərbə!

    Türkiyənin Milli Müdafiə Nazirliyi 9 iyunda Afrində Türk Silahlı Qüvvələrinə hücum edən terrorçu haqda açıqlama yayıb. Nazirlik Afrində hücum edən terrorçulardan 10-unun təsirsiz hala gətirildiyini açıqlayıb.
    Müxalifət.az

    Muxalifet3 - 11-06-2019

  13. Azərbaycanda da İŞİD-in yatmış əsgərləri var? - Rus ekspert açıqladı: “İŞİD ORADA GİZLƏNİR”

    Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB Rusiya) İŞİD-in Orta Asiyada Əfqanıstan mərkəzi yeni bir təşkilat qurduğu ilə bağlı xəbərdarlığını rus akademik Andrey Zdrojevski Türkiyənin “Akşam” qəzetinə müsahibəsində şərh edib.

    Muxalifet4 - 11-06-2019

  14. "Xətai” stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı

    "Bakı Metropoliteni”nin "Xətai" stansiyası avqust ayında açılacaq".
    Bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib.
    H.Məmmədovun sözlərinə görə, hazırda stansiyada eskalatorların sazlanma prosesi gedir: “Biz çalışırıq ki, “Xətai” stansiyasını sərnişinlərin istifadəsinə mümkün qədər tez verək. Tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Eskalatorlar artıq quraşdırılıb. Avqust ayında stansiya yeni görkəmi ilə istifadəyə veriləcək”.

    Muxalifet - 11-06-2019

  15. ​Fuad Poladovun oğlu evləndi - FOTO

    Mərhum Xalq artisti Fuad Poladovun oğlu Ağarəhim Poladov evlənib. 
    Muxalifet.az xəbər verir ki, o, bu gün Məryəm adlı xanımla nikah bağlayıb.
    Kiçik nikah mərasimində cütlüyün yaxın dostları iştirak edib. Onlar nikahdan olan görüntüləri sosial şəbəkədə yayımlayıblar. 

    Muxalifet - 11-06-2019

  16. ​Qayınatasını döyən dünya çempionunadan XƏBƏR VAR

    Kikboks üzrə beşqat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
    O, Ehram Məcidovun E8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
    Növbəti proses iyulun 18-də davam edəcək.
    İttihama görə, Ehram Məcidov "Neftçi" İSM-də kikboks bölməsinin baş məşqçisi olub. O, qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilib.

    Muxalifet - 11-06-2019

  17. "Türkiyənin Qars və İğdır bölgəsində erməni kökənli insanlar sürətlə artmaqdadır"

    Kamran Sultanlı: "Bu, Türkiyə hökuməti və Azərbaycan üçün yeni həyəcan təbili olmalıdır" "Türkiyənin şərq sərhədlərinin və Naxçıvan bölgəsinin təhlükəsizliyi üçün bu regionda demoqrafik vəziyyətin bizim xeyrimizə olması çox vacibdir" "Ermənistan Türkiyənin şərqi olan və Azərbaycan türklərinin kompakt yaşadığı, Ərzurum, Qars, Ərdahan, İğdır kimi əraziləri özünün tarixi ərazisi hesab edir və bunu öz konsitutsiyasında təsbit edib". Hurriyyet.org xəbər verir ki, bu fikirlər müstəqil ekspert Kamran Sultanlıya məxsusdur.

    Muxalifet - 11-06-2019

  18. “Mənim heç yaraşıqlı sevgilim olmayıb” - Pərvin Abıyeva - MƏŞHURLARLA SORĞU - VİDEO

    ARB TV-nin “Show news” verilişi, yerli məşhurlar arasında daha bir maraqlı sorğu keçirib.
    "Ölkə.Az" xəbər verir ki, yerli şou-biznesin məşhurlarına “Qarşı cinsdə sizi ən çox nə cəlb edir?” sualını ünvanlayıb. Cavablar isə bir-birindən maraqlı olub:
    Rahidə Baxışova – Müğənni: “İnsan danışmadan onun gözlərindən hər şeyi oxuya bilərəm. Görünüşü çox önəmlidir, çünki mən gözəllik sevənəm. Əsas da xarakter, kişilik dayanır”.

    Muxalifet - 11-06-2019

  19. Rusiya hərbi attaşesi: “102-ci baza Naxçıvandakı təlimləri izləyir” - O CÜMLƏDƏN MOSKVA ...

    Rusiyanın Ermənistanda dislokasiya olunmuş 102-ci hərbi bazasının komandanlığı Naxçıvanda keçirilən “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini diqqətlə izləyir.

    Virtualaz.org xəbər verir ki, bu barədə Rusiyanın Yerevandakı səfirliyinin hərbi attaşesi Andrey Qrişşuk jurnalistlərə bildirib.

    Qrişşuk deyib ki, Naxçıvanda keçirilən hərbi təlimlər “hazırda heç bir təhdid yaratmır” və Rusiya bu təlimləri diqqətlə izləməkdədir.

    Muxalifet - 11-06-2019

  20. Ermənistanın keçmiş nazirlərinə cinayət işi açıldı - Milyonlar talanıb

    Ermənistanın keçmiş Maliyyə və Kənd Təsərrüfatı nazirləri Qaqik Xaçatryan və Serqo Karapetyana qarşı rəsmi ittiham irəli sürülüb. Onların adları dövlət subsidiyaları çərçivəsində fermerlərə lüqotlu qiymətlərə gübrələr ayrılması ilə bağlı cinayət işində hallanıb.

    Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

    KİV-in yazdığına görə, keçmiş nazirlər Ermənistan dövlətinə milyard dram məbləğində (təxminən iki milyon dollar) zərər vurub. Zərərin böyük hissəsi artıq ödənilib.

    Maraqlıdır ki, Xaçatryan Karapetyanın üzərinə düşən ödənişi öz öhdəsinə götürüb.

    Muxalifet - 11-06-2019

Pages