Axtarış
The search found 105785 results in 0.084 seconds.
Search results
“Real” transfer REKORDUNU təzələdi
Madridin “Real” futbol klubu özünün transfer rekordunu təzələyib.
Yenilənməyin səbəbi “Lionun” sol müdafiəçisi Ferlanın Mendinin €48 milyonluq transferi olub.
Beləliklə, yay transfer pəncərəsinin əvvəlində “Real” 5 oyunçunun keçidinə 300 milyon avrodan artıq pul xərcləyib.
Daha əvvəl Eden Azar (“Çelsi”, €100 mln), Luka Yoviç (“Ayntraxt”, €60 mln), Eder Militao (“Portu”, €50 mln) və Rodriqo (“Santos”, €45 mln) “Real”ın formasını əyinlərinə ölçüblər.
Klubun əvvəlki transfer rekordu 2009-cu ildə Ronaldunun keçidi dövrünə təsadüf edir.Muxalifet - 13-06-2019
Fuad Abbasova görə Rusiyaya nota verilməsinin faydası olacaqmı...
Politoloq: “Moskvada bəzi dairələr iki ölkə arasında əlaqələrə zərbə vurmağa çalışırlar”
Muxalifet - 13-06-2019
Naxçıvanda yer yerindən oynadı, DÜŞMƏNİN BAŞINA OD ƏLƏNDİ - VİDEO
Naxçıvan Televiziyası və Türkiyənin Milli Müdafiə Nazirliyi muxtar respublikada iyunun 7-dən 11-nədək davam edən "Sarsılmaz qardaşlıq-2019" Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən videoxülasə yayıblar.
Kadrlara əsasən, təlimlərə cəlb edilmiş qüvvələr şərti düşmənin həmləsini dəf edərək onu sürətli əks-hücumla darmadağın edirlər.
Qurudan və havadan müxtəlif silah sistemlərindən istifadə olunmaqla güclü zərbələr endirən müttəfiq qüvvələrin təlimləri real döyüş şəraitinə maksimal yaxınlaşdırılmış şərtlərdə keçib.Muxalifet - 13-06-2019
Şamaxı və Ağcabədidə biçilməmiş taxıl sahələri yandı - FOTO / YENİLƏNDİ
Şamaxı rayonunun Çöl Göylər kəndi yaxınlığında biçilmiş və biçilməmiş taxıl sahələrində baş vermiş yanğın söndürülüb.
Alovun söndürülməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Şamaxı, Ağsu, Kürdəmir, Qobustan və Hacıqabul rayonları üzrə yanğın mühafizə xidmətlərinin texnika və canlı qüvvələri, həmçinin Mülki Müdafiə qoşunlarının əsgərləri iştirak edib.
Hadisə nəticəsində ərazidə 2 min hektar taxıl sahəsi yanıb.Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Hazırda FHN tərəfindən vətəndaşlara dəymiş ziyan hesablanır.Muxalifet - 13-06-2019
Birinci xanım evdə bişəni bəyənməyib restoranlardan sifariş verdi, haqqında cinayət işi qaldırıldı - SARA NETANYAHU PULLARI GERİ ÖDƏYƏCƏK
İsraiin baş naziri Benjamin Netanyahunun arvadı Sara Netanyahu sifariş etdiyi bahalı yeməklərə görə xərclənmiş 55 min şekeli (14 min avro) dövlət büdcəsinə qaytaracaq. Bu barədə razılaşma xanım Netanyahunun özü və baş prokurluq arasında əldə edilib. Razılaşma hələ məhkəmə tərəfindən təsdiq edilməlidir.
Muxalifet - 13-06-2019
Naxçıvandakı birgə hərbi təlimdən sonra üç ölkənin müdafiə naziri bir araya gəldi - düşmən narahatdır
Elxan Şahinoğlu: “Türkiyə ordusu artıq Naxçıvanda yerləşib, qalır bunu, sadəcə, rəsmiləşdirmək” İyunun 7-dən 11-dək Naxçıvanda Türkiyə və Azərbaycan birgə hərbi təlimləri yüksək səviyyədə başa çatdıqdan sonra Azərbaycan işğalçı Ermənistanın həyəcanına səbəb olan daha bir hərbi tədbirə ev sahibliyi etdi. Söhbət Qəbələ şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin toplantısından gedir.
Muxalifet - 13-06-2019
Terroçuların hamısı məhv edildi: Nazirlik açıqladı
Türkiyənin Mardin və Bingöl vilayətlərində jandarma komandanlıqları tərəfindən Nusaybin mahalı Ömeryan çölü və Bingöl Əhdli mahalının çölündə keçirilən hava dəstəkli əməliyyatda aşkar edilən 4 terrorçunun hamısı məhv edilib. Türkiyənin Daxili İşlər Nazirliyindən edilən yazılı açıqlamada, daxili təhlükəsizlik əməliyyatları çərçivəsində, Mardin-Nusaybin mahalı Ömeryan çölündə 2 terrorçu, Bingöl Əhdli mahal çölündə 2 terrorçu olmaqla, toplam 4 terrorçu jandarma komandanlığı tərəfindən edilən hava dəstəkli əməliyyatlarda təsirsiz hala gətirildiyi qeyd edilib.
Muxalifet3 - 13-06-2019
Polisdən "Son zəng" XƏBƏRDARLIĞI: avtomobilləri məzunlara həvalə ETMƏYİN!
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, eləcə də rayon dövlət yol polisi şöbələri "Son zəng" günü gücləndirilmiş iş rejimində çalışacaq.
Muxalifet.az xəbər verir ki, bunu "Report"a Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.Muxalifet - 13-06-2019
Avtomobilini dayanacaqda saxladı, bir neçə gün sonra gəlib gördü ki... – UCAR SAKİNİNƏ QARŞI ŞOK DƏLƏDUZLUQ ƏMƏLİ / Şikayət
Ucar rayon Qazyan kənd sakini Cəfərov Cavid Tahir oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət edən şikayətçi yazır:
“Cənab Nazir və Cənab Baş Prokuror!Muxalifet4 - 13-06-2019
HAKİM ELİTADA DAHA BİR İTTİFAQ: İcra başçısı generalla quda oldu - FOTO
Azərbaycanın hakim elitasında daha bir ittifaq-qudalığın əsası qoyulub.
“AzPolitika.info”-ya daxil olan məlumata görə, Bakının Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı Oruc Zalovla qohum-quda olub – başçının qızı generalın qardaşı oğlu ilə ailə qurub.
Toy mərasimi iyunun 11-də Bakının prestijli şadlıq saraylarından birində baş tutub.
O.Zalovun qardaşının iş adamı olduğu bildirilir.
Allah xoşbəxt eləsin!Muxalifet - 13-06-2019
NATO-nu məmnun edən imza!
ABŞ prezidenti Donald Tramp ilə Polşa prezidenti Andrzej Duda ABŞ-ın bu ölkədəki əsgər sayını artıracaq yeni müdafiə razılaşmasını imzalayıb. Tramp ilə Duda Ağ Evdə reallaşan görüşdən sonra mətbuata açıq olaraq ABŞ-ın bu ölkədəki əsgər sayını artıracaq yeni müdafiə razılaşmasını imzalayıb. Razılaşmanın imzalanmasından sonra ortaq mətbuat konfransı təşkil edən iki lider, başda ABŞ-Polşa əlaqələri olmaqla, bir çox mövzuda açıqlama verib.
Muxalifet3 - 13-06-2019
Bakıda jurnalistin övladını it dişlədi - FOTO
Paytaxt ərazisində daha bir uşağa it hücum edib.
Hadisə Səbail rayonu, Lermontov küçəsində yerləşən "Şəlalə” parkında olub. İtin hücumuna məruz qalan uşaq "Publika.az" xəbər portalının əməkdaşı, jurnalist Asif Nərimanlının övladıdır.Muxalifet - 13-06-2019
ABŞ-a qarşı Asiya oxu
Bütün dünyanın təhlükəsizlik və sabitliyi üçün ən böyük təhdid halına gələn ABŞ-a qarşı güc birliyi axtarışları sürətlənib. Layihə terror təşkilatları, maliyyə hücumları, iqtisadi sanksiya və təxribatlarıyla dünyanı böhrana sürüyən ABŞ-a qarşı Asiyanın əhəmiyyətli gücləri Tacikistanın paytaxtı Düşənbədə bir araya gəlir.
Muxalifet3 - 13-06-2019
“Məmur özbaşınalığına görə zülm, əziyyət çəkirik” – UCAR SAKİNLƏRİNDƏN PREZİDENTƏ MÜRACİƏT / VİDEO
Ucar rayonu Müsüslü kənd sakinləri tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər bildirir ki, Ucar rayonu Müsüslü kənd icra nümayəndəsi Fuad Bəbirxanovun və bələdiyyə sədri Tahir Kərimovun fəaliyyətsizliyi nəticəsində kəndin problemləri günü-gündən artmaqdadır: “Buna görə sakinlər çox-çox əziyyət çəkirlər. Belə ki, Ucar rayonu Müsüslü kəndi Bak-Qazax magistral yolunun kənarında yerləşir.
Muxalifet4 - 13-06-2019
Ermənistanın xarici borcları artır - işğal siyasəti İrəvana baha başa gəlir
Kasıb ölkənin böyük müdafiə xərcləri onun boynundan ən ağır yük kimi asılı qalır, inqilab da çarə olmadı; Rusiyadan kredit asılılığı güclənir; Nikol Paşinyan isə ölkədə kassa çeklərinin artması ilə öyünür - “düt dülü” effekti...
Muxalifet - 13-06-2019
BİABIRÇILIQ: Plastik əməliyyatla özünü müğənni Röyaya bənzədən Azərbaycanlı oğlan - VIDEO
Plastik əməliyyatla özünü müğənni Röyaya bənzədən Azərbaycanlı oğlanın bu videosu sosial şəbəkələrdə maraqla qarşılansa da, ciddi tənqidlərə məruz qalıb.
Sözügedən qalmaqallı videonu təqdim edirik.Muxalifet - 13-06-2019
Ruhanidən ABŞ-a “müharibə” cavabı
İranda rəsmi səfərdə olan Yaponiyanın baş naziri Abe Şinzo ilə İran prezidenti həsən Ruhani görüşdən sonra ortaq mətbuat konfransı təşkil edib. Mətbuat konfransında nüvə razılaşmasının davam etməsini istədiklərini və İranın addımlarının bu razılaşma çərçivəsində olacağını dilə gətirən Ruhani, "İran ABŞ da daxil, heç bir tərələ, heç bir şəkildə müharibə başladan tərəf olmayacaq, ancaq əgər müharibə olsa, buna qətiyyətli bir cavab verəcək. Bunu Abe-yə də söylədim" deyib.
Muxalifet3 - 13-06-2019
Türkiyə və Rusiya dövrəyə girdi: Atəşkəs təin olundu
“Reuters” Xəbər Agentliyi Rus mediasına istinad edərək 'Türkiyə və Rusiyanın dövrəyə girməsiylə İdlibdə atəşkəsin təmin edildiyini' bəyan edib. Türkiyə və Rusiyanın vasitəçiliyi ilə Suriyanın şimalında yerləşən İdlibdə müxaliflər və hökumət gücləri arasında atəşkəs elan edildiyi bəyan edilib. “Reuters”-in Rus mediasına istinadən verdiyi xəbərində, atəşkəsin İdlibdəki “gərginliyi azaltma bölgəsi” üçün edildiyi ifadə edilib. Atəşkəs sayəsində zorakılıq hadisələrinin böyük nisbətdə azaldığı ifadə edilib. Atəşkəsin nə qədər davam edəcəyinə dair isə məlumat verilməyib. Müxalifət.az
Muxalifet3 - 13-06-2019
Mübahisə edib Zamiqin gözünü çıxardı - Azərbaycanda QANLI OLAY
Gədəbəydə bıçaqlanma hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, iyunun 12-də axşam saatlarında Gədəbəy rayonu Qumlu kənd sakini Zamiq Allahverdiyevin sağ gözünün kəsilmiş göz yarası ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayonun Samanlı kənd sakini, 27 yaşlı Əli Sadıqov şübhəli şəxs qismində saxlanılıb.
Muxalifet - 13-06-2019
“Siz futbolu məhv edirsiniz” – Mübariz Mənsimovdan DEPUTATA SƏRT CAVAB
“Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, professor Ağacan Əbiyev ağlasığmaz bir açıqlama verib”.
“Yeni Sabah” xəbər verir ki, bunu Palmali Holdinqin prezidenti Mübariz Mənsimov bildirib. Ağacan Əbiyevin “Məgər dünyada uduzan yalnız Azərbaycan komandasıdır? "Zaman-zaman İngiltərə, Fransa və digər ölkələrin futbol komandaları da uduzurlar. Məgər komanda hər uduzanda məşqçi, AFFA rəhbərliyi dəyişməlidir? Hesab edirəm ki, azarkeşlər gedib öz işləri ilə məşğul olsunlar” fikirlərinə reaksiya verən M. Mənsimov deputatı tənqid edib:Muxalifet - 13-06-2019