Axtarış
The search found 105785 results in 0.179 seconds.
Search results
Xoşqədəmin vəkilindən Naziləyə CAVAB: "O, qanuna qarşı üsyan etdi"
Şairə Nazilə Səfərli aylardır davam edən məhkəmədə uduzduğu aparıcı Xoşqədəm Hidayətqızına açıq məktub ünvanlayıb.O, “Facebook” səhifəsində yazdığı məktubda aparıcıdan üzr istəməyəcəyini deyib. Nazilə Səfərlinin bu açıqlamasından sonra Xoşqədəm Hidayətqızının vəkili Unikal.org-a açıqlama verərək, məsələyə münasibət bildirib.Vəkil qeyd edib ki, şairə bu açıqlaması ilə qanunlara qarşı üsyan etdi: "Nizami rayon məhkəməsi və Bakı Apelyasiya məhkəməsi Xoşqədəm Hidayətqızının verdiyi iddianı təmin etdi.Biz qanunla müəyyən edilmiş qaydada hüquqlarımızı müdafiə edirik.
Muxalifet - 18-06-2019
“Etibarlı sülh olmadan dayanıqlı inkişaf ola bilməz” – Baş Nazirin müavini
“Bu gün vacib məsələlərdən biri sülhün təmin edilməsidir. Etibarlı sülh olmadan dayanıqlı inkişaf ola bilməz. Azərbaycan xalqı selhsevər olsa da, təssüflər olsun ki, xalqımız 30 ilə yaxındır sülhə ehtiyacı olan xalqlardan birinə çevrilib. 1 milyon qaçqın və məcburi köçkün əhalinin 10 faizini təşkil edir. Bu insanların hüquqları 30 ildir ki, pozulur. Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün etdiyi cəhdlər nəticəsiz qalıb”.
Muxalifet - 18-06-2019
Növbəti sosial evlər satışa çıxarılacaq - TARİX AÇIQLANDI
Növbəti “Güzəştli mənzil”lərin tikinti işləri davam edir. Muxalifet.az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Xəzər sahilindən cəmi 2 kilometr məsafədə, ekoloji cəhətdən təmiz və yaşayış üçün rahat bir məkanda yerləşən Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir. Belə ki, gələn ilin birinci yarısında mənzillərin vətəndaşlara təklif edilməsi planlaşdırılır. 11 çoxmənzilli yaşayış binasından ibarət olan Hövsan Yaşayış Kompleksi 2962 ailəni mənzillə təmin edəcək. /Lent.az/
Muxalifet - 18-06-2019
Müdafiə naziri: “Tonoyanla Kardaşyan eyni şeydir”
Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov onun ermənilərin hədəf dairəsinə düşməsi barədə məlumatlara münasibət bildirib.
Nazir bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Şuşa ilə bağlı flaşmob keçirilərkən erməni silahlı bölmələrindən 38 kilometr məsafədə olub:
"Ermənilərin heç 35 kilometr məsafədə atan topu da yoxdur. Onlar məni necə vura bilərlər axı?! Bir də ki, bu Mxitaryandı, Kardaşyandı, Tonoyandı - onların hamısı eyni şeydir. Bunlardan az yazmaq lazımdır".Muxalifet - 18-06-2019
Ağstafada törədilən dəhşətli cinayətlə bağlı YENİ XƏBƏR
Ağstafada törədilən dəhşətli cinayətin istintaqı Bakıda aparılacaq. Muxalifet.az apa-ya istinadən xəbər verir ki, cinayət işinin istintaqı rayon Prokurorluğundan alınıb. Cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən davam etdiriləcək. Araşdırmalar zamanı müəyyən edilib ki, baş verən hadisə zamanı xəsarət alanların sayı 5 nəfərə çatıb.
Muxalifet - 18-06-2019
Bəhramla Tahir milli komanda ilə məzələndilər - “Krassovka piri” – VİDEO
"Parni iz Baku” bu dəfə biabırçı məğlubiyyətlə üzləşən, buna görə də "topa tutular” futbol komandamızı və AFFA-nı hədəfə alıb.
Muxalifet.az xəbər verir ki, "Qaloş piri” adı ilə son günlər müzakirəyə çevrilən olaydan "yararlanaraq” "məğlubiyyət krallarını” "yağlayıblar”.
Onlar məşhur futbolçu Banişevskinin 1966-cı ildən bəri "qorunub saxlanan” krassovkasını "milli komanda üzvlərinin” başına sürtməklə, "qara gündən” xilas olacaqlarına "inam” ifadə ediblər.
Muxalifet - 18-06-2019
ABŞ-dan hədə kimi xəbərdarlıq: Güzəşt etməyəcəyik
ABŞ rəhbərliyi İrana nüvə razılaşmasındakı uran istehsal limitini aşmaması üçün xəbərdarlıq edib.
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Morgan Ortagus İranın nüvə razılaşmasındakı uran istehsal limitini aşmaması üçün xəbərdarlıq edərək "İranın nüvə silah əldə etmə şantajını qəbul etməyəcəyik. Nöqtə" deyib.
Ortagus nazirlikdə təşkil edilən gündəlik mətbuat brifinginde jurnalistlərin suallarını cavablayıb.Muxalifet3 - 18-06-2019
Pərvin Abıyeva ona irad bildirənlərdən GÖRÜN NƏLƏR DEDİ - Şok sözlər
"İlahi, bizlər necə insanlarıq? Nə ilə qidalanırıq? Bu qədər qara qəlbli, kinli, nifrət dolu olmağın qaynağı haradan gəlir?”
Publika.az xəbər verir ki, bu sözləri məşhur aktrisa Pərvin Abıyeva instaqram hesabında yazıb. Geyimə görə tez-tez tənqidlərə məruz qalan aktrisa ümvanına deyilən iradlara belə cavab verib:Muxalifet - 18-06-2019
“İsrail Suriyada müharibənin bitməsini istəmir” – Beynəlxalq ekspert
Türkiyənin “Yeniakit” qəzetinə açıqlama verən İstanbul İnkişaf Universiteti Siyasət Elmi və Beynəlxalq Əlaqələr fakültəsinin müəllimi Məhəmməd Adil, "Sionist güclərin əsas hədəfi Suriyaya sülhün olmaması və müharibənin davam etməsini təmin etməkdir. İdlib əslində yalnız bir oyundur" deyib.
İdlibdə yaşananların bir oyun olduğunu deyən Adil, "Suriya məsələsində nə vaxt siyasi həll yaxınlaşsa, eyni hadisələr yaşanır. Türkiyə, İran və Rusiya konkret nəticəyə yaxınlaşdığı anda çətinliklər baş verir" deyə söyləyib.Muxalifet3 - 18-06-2019
SON DƏQİQƏ: Sərhəddə partlayış, zəlzələ meydana gəldi
Şimali Koreya – Çin sərhədində zəlzələ meydana gəlib. Bu barədə Çin Zəlzələ Mərkəzi məlumat yayıb. Bildirilib ki, Şimal-şərqi Cilin əyalətindəki Hancan şəhərində yerli vaxtla saat 19:30-da 1,3 bal gücündə təkan qeydə alınıb. Naməlum bir partlayışdan sonra baş verən təkanların episentri 0 metr dərinlikdə qeyd edilib. Hadisənin Çin prezidenti Si Cinpinqin Şimali Koreyanın paytaxtı Pxençana səfər edəcəyinin açıqlanmasından 1 saat sonra meydana gəlməsi diqqət çəkib. Partlayışa nəyin səbəb olduğu bilinmir.
Muxalifet - 18-06-2019
Lombarda saxta qızıl verib pul aldı, amma... - Bakıda film kimi olay
Paytaxtın Xətai rayonunda lombarddan saxta qızılın əvəzi pul götürüb qaçan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 17-də saat 15 radələrində Xətai rayonu ərazisindəki lombardların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.Dərhal həmin ünvana gəlmiş polis əməkdaşları tərəfindən lombarda saxta qızıl verən şəxsin 1300 manat pul alaraq qaçdığı müəyyən edilib.Polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs saxlanılaraq 36-cı Polis Bölməsinə təhvil verilib.
Muxalifet - 18-06-2019
Timsahın ağzından son anda xilas oldu - VİDEO
Zimbabvedə qadın uşağının gözləri qarşısında timsahın hücumuna məruz qalıb.
Bu barədə “ZBC News” məlumat yayıb.
İnsident 47 yaşlı Emeri Pondani balıq tutan zaman baş verib.
“Mən tor atan zaman suyun dalğalandığını gördüm. Oğlum iri bir balıq tutduğumu güman etdi, ancaq gözlənilmədən timsah peyda olaraq sinəmdən yapışdı və suya dartdı”, - deyə timsahla mücadilədən sağ çıxmış qadın bildirib.Muxalifet - 18-06-2019
Putin və Kreml rus gənclərini necə itirdi… - Yaşca böyüyən liderlər və yaşca kiçik əhalinin qarşıdurması
Vladimir Milov, Olqa Xvostunova
“The Washington Post”, 17.06.2019
Son illərdə Rusiya gəncləri siyasi apatiya və konformizm, eləcə də aktivizm və vətənpərvərliyin təhlükəli formalarına görə sərt tənqidə məruz qalıblar. Bəzi alimlər onları Sovet İttifaqının Kommunist Partiyası tərəfindən idarə olunan komsomolun yeni versiyası kimi səciyyələndirib və Rusiyada “ən putinpərəst qrup” hesab edirlər.
Muxalifet - 18-06-2019
SON DƏQİQƏ: UEFA-nın keçmiş başçısı Məşhur futbolçu Mişel Platini HƏBS OLUNDU
UEFA-nın keçmiş başçısı Mişel Platini Futbol üzrə 2022 Dünya Çempionatının keçirilmə məkanının Qətərə verilməsi prosesində edilən qanunsuz və saxtakarlıqlar səbəbiylə nəzarətə alınıb. Müxalifət.az
Muxalifet3 - 18-06-2019
Həmyerlimiz Rusiyada yoxa çıxdı
Bakıdan Rusiyaya işləməyə gedən 23 yaşlı gənc itkin düşüb. Nizami rayon sakini Samirə Cabbarova rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək oğlu, 1996-cı il təvəllüdlü Ramil Əliyevin bu il fevralın 18-də sənədlərini götürərək Rusiya Federasiyasına işləmək adı ilə evdən çıxıb getdiyini və bir daha ondan xəbər almadığını bildirib. Faktla bağlı araşdırma aparılır./apa
Muxalifet - 18-06-2019
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Polis bu məktubu yazıb, intihar etdi
Xırdalanda polis əməkdaşı ağır maddi durumu səbəbindən intihar edib. Bu barədə Oxu.Az-a Abşeron rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. İyunun 17-də axşam saatlarında 37 yaşlı Hətəmov Rəşid Feyruz oğlunun meyiti yaşadığı evdə asılmış vəziyyətdə aşkarlanıb. R.Hətəmov Bakı metrosunda post-patrul xidmətində çalışıb. Əldə etdiyimiz məlumata görə, intihar şənbə günü baş verib. Polis serjantı R.Hətəmovun iki gün iş yerinə gəlməməsi metropolitendə narahatlığa səbəb olub. Məlum olub ki, o, həyatına son qoymazdan bir neçə gün əvvəl ailəsini İsmayıllı rayonuna aparıb.
Muxalifet - 18-06-2019
Kərəm Həsənovun müavini 73 yaşlı rəisi döydürdü - BAKIDA MİLYONLUQ TORPAQ DAVASI - VİDEO
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun müavini Rafiq Cəlilov Bakı şəhər Tikinti Trestinin rəisini döydürüb.
Bu iddia ilə tikinti trestinin rəisi Hacıyev Hüseyn Hacı oğlu özü çıxış edib.
O bildirib ki, 1993-cü ildə Bakı şəhər Tikinti Trestinin rəisi təyin edilib və uzun illərdir, həmin vəzifədə işləyir: "Biz əmək kollektivi ilə birlikdə tikinti trestinin Binəqədi rayonu, Cəfər Xəndan küçəsindəki 38 sot torpaq sahəsini özəlləşdirmək istəyirik, lakin Rafiq Cəlilov illərdir, bizə imkan vermir və ərazini zəbt edib”.
Muxalifet - 18-06-2019
ABŞ-dan Türkiyəyə yeni təhdid! Bunu istəmirik
Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi satın alma planları səbəbiylə ABŞ-ın F-35-in Türk tədarükçülərindən başqa, Türk müdafiə şirkətlərinə də sanksiya tətbiq edə biləcəyi bildirilib.
ABŞ-ın Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi satın almasına qarşı planladığı maliyyə sanksiyalarını genişlədəcəyi qeyd edilib. Bu iddiaya görə, ola biləcək sanksiyalar yalnız F-35 detallarını istehsal edən Türk firmaları deyil, digər müdafiə sənaye qurumlarını da əhatə edəcək.Muxalifet3 - 18-06-2019
İstilər 45 dərəcəyə qalxdı, 2 gündə 78 adam öldü
Hava istiliyinin mövsüm normallarından artıq olması Hindistanın Bihar əyalətində 2 gündə 78 adamın ölümünə səbəb olub. Əyalətdə məktəblər tətilə buraxılıb.
Hindistanın Bihar əyalətindəki yerli hökumət səlahiyyətliləri əyalətdəki isti hava dalğası üzündən son iki gündə həyatını itirənlərin sayının 78-ə yüksəldiyini açıqlayıb.
İstiliyin yüksəlməsi ilə bağlı ölümlərin Aurangabad, Gaya, Nawada və Jamui bölgələrində də meydana gəldiyi ifadə edilib.Muxalifet3 - 18-06-2019
NATO-dan Türkiyə-ABŞ (S-400 - F-35) açıqlaması
NATO Türkiyə-ABŞ münasibətləri ilə bağlı açıqlama verərək Türk-Amerikan hərbi əlaqələrinin qəti olaraq müsbət olduğunu bəyan edib.
NATO-nun Avropa Yüksək Müttəfiq Komandanı general Tod Wolters ABŞ Müdafiə nazir vəkili Patrick Şanahan ilə həmkarı Hulusi Akarın gələn həftə S-400 və F-35 alışını müzakirə etmək üçün bir araya gələ biləcəyini söyləyib.
Wolters Türkiyə-ABŞ əlaqələrinin də möhkəm olduğunu dilə gətirərək "Türk-Amerikan hərbi əlaqələri qəti olaraq müsbətdir" deyib.
Müxalifət.azMuxalifet3 - 18-06-2019