Axtarış
The search found 105785 results in 0.046 seconds.
Search results
Avropa Birliyindən qalmaqal çağırış: “Türkiyəyə qarşı tədbir görülməlidir”
Avropa Birliyi nazirləri Türkiyənin Kiprdəki karbohidrogen axtarış fəaliyyətlərini "qeyri-qanuni" xarakterizə edərək Ankaraya qarşı tədbirlər görülməsi üçün Avropa Komissiyasına çağırış edib.
Avropa Birliyi (AB) Türk gəmilərinin Şərqi Aralıq dənizində karbohidrogen axtarış fəaliyyətlərindən ötəri Türkiyəyə qarşı ortaq bir mövqe müəyyənləşdirmə hazırlığına başlayıb.Muxalifet3 - 19-06-2019
Babək prospektində ağır qəza
Bu gün səhər saatlarında ağır qəza baş verib.
Muxalifet.az xəbər verir ki, Babək prospektində şəhər mərkəzi istiqamətində hərəkət edən minik avtomobili səkiyə çıxaraq aşıb.
Qəza səbəbindən prospektdə nəqliyyat vasitələrinin hərəkərində sıxlıq müşahidə edilir.Muxalifet - 19-06-2019
Vaşinqtondakı Qarabağ danışıqlarına Bolton vasitəçilik edəcək - "SƏBRSİZLİKLƏ GÖZLƏYİRƏM..."
Bu həftənin sonlarında Vaşinqtonda baş tutacaq Qarabağ danışıqlarına ABŞ pezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton vasitəçilik edəcək. Bu barədə Bolton özü Twitter-də yazıb.
Xəbər verildiyi kimi Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla onun erməni həmkarı Zöhrab Mnatsakanyan Vaşinqtonda görüşəcəklər. Bu, ABŞ-ın birbaşa vasitəçiliyi ilə uzun müddətdən bəri təşkil edilən ilk Qarabağ müzakirələridir. Gözlənilir ki, nazirlərin görüşünün ardınca Azərbaycan və Ermənistan rəhbərləri də Vaşinqtonda danışıqlar aparacaqlar.Muxalifet - 19-06-2019
Başına 4 milyon mükafat qoyulmuşdu: ÖLDÜRÜLDÜ
Türkiyənin Daxili İşlər Nazirliyindən edilən açıqlamada,
daxili təhlükəsizlik əməliyyatları çərçivəsində Bitlis Jandarma Komandanlığı tərəfindən Bitlis- Mərkəz Kayadağ kəndi çölündə əməliyyat keçirildiyi bildirilib.
4 MİLYON TL MÜKAFATLA AXTARILIRDI
Açıqlamada, əməliyyatda təsirsiz hala gətirilən terrorçunun terrordan axtarılanlar siyahısında 4 milyon TL mükafatla 'qırmızı' kateqoriyada yer alan sözdə orta sahə məsulu 'Əli Piling' kod adlı Şərif Yaqut olduğunun təsbit edildiyi qeyd edilib.Muxalifet3 - 19-06-2019
ŞOK: Bakıda yaşayış evinin altından neft çıxdı - VİDEO
Paytaxtın Sabunçu rayonu Qanbay Vəzirov küçəsi, Döngə 2-də yaşayış evindən neft çıxıb. “XəzərTV”nin hazırladığı reportajda bildirilir ki, həmin ünvanda yaşayan Bəsti İmanova bir neçə gündür evdə neft iyindən durmağın mümkün olmadığını söyləyib. Onun sözlərinə görə, evin altındakı neft hər gün artır. Ətrafa iy yayılmaqla yanaşı, hər an alışma təhlükəsi var. Məsələylə bağlı yerli icra nümayəndəliyindən isə bildiriblər ki, sözügedən məsələ ilə bağlı aidiyyatı qurumlara məlumat veriləcək.
Muxalifet - 19-06-2019
Məzahir Pənahovun maaşı 1020, müavininin maaşı 950 manat artıb- TAM SİYAHI
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi bərədə sərəncamı ilə Mərkəzi Seçki Komisisyasının (MSK) sədrinin, müavininin, MSK katiblərinin, üzvlərinin maaşı 50 faiz artıb.
Muxalifet - 19-06-2019
Azərbaycanda hakimin ailəsində FACİƏ
Bakı şəhər Səbail rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun ailəsində faciə baş verib.
Muxalifet.az xəbər verir ki, tanınmış hakimin azyaşlı nəvəsi Siyarə bədbəxt hadisə nəticəsində vəfat edib. Belə ki, azyaşlı qız ailəsi ilə birgə istirahətdə olarkən nəzarətsiz qalması səbəbindən su hovusunda boğulub.
Qeyd edək ki, Ağamalı Qafarov Bakının tanınmış məhkəmə sədrlərindəndir. O, daha əvvəl Nəsimi rayon Məhkəməsinə sədrlik edib.Muxalifet - 19-06-2019
Ərdoğan Mursinin “öz əcəli” ilə öldüyünə inanmır
Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Misirin eks-prezidenti Mühəmməd Mursinin «öz əcəli» ilə öldüyünə inanmır.
Türkiyə lideri iyunun 18-də İstanbulun «Fatih» məscidində keçirilən Mursinin qiyabi dəfn namazında iştirak edib («Anadolu»).
«Mühəmməd Mursi məhkəmə iclasının gedişində keçinib. Şübhəsiz, ölüm səbəblərini araşdırmaq lazımdır – onun ölümü «öz əcəli» ilə olubmu? Bu sual üzərində düşünməyə dəyər» – deyə, Ərdoğan bildirib.
Muxalifet - 19-06-2019
ABŞ-ın Müdafiə naziri istefaya getdi: Tramp açıqladı
ABŞ prezidenti Donald Tramp Müdafiə naziri vəzifəsini vəkalətən icra edən və yeni Müdafiə naziri namizədi olan Patrick Şanahanın ailəsinə zaman ayırmaq üçün ABŞ Müdafiə naziri namizədliyindən imtina etdiyini bəyan edib.
ABŞ prezidenti Tramp bununla bağlı Twitterdən açıqlama edib.Muxalifet3 - 19-06-2019
Cəbhədə baş verənlərə bağlı RƏSMİ MƏLUMAT
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Muxalifet - 19-06-2019
Gürcüstanın siyasi sığınacaq vermədiyi Aftandil Məmmədovun dosyesi
Hüquqşünas: “Ekstradisiya ilə bağlı konkret vaxt demək mümkün deyil”
Gürcüstanın Daxili İşlər Nazirliyi Azərbaycan tərəfindən İnterpolun “qırmızı xətti” vasitəsilə axtarışa verilmiş hüquq müdafiəçisi Aftandil Məmmədovun saxlanılması barədə məlumat verib.
Bu barədə Gürcüstan DİN-in məlumatında bildirilir: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə görə, Aftandil Məmmədov dəfələrlə dələduzluq etməkdə ittiham olunur və bu maddə ilə ”qırmızı xətlə" axtarışa verilib".
Muxalifet - 19-06-2019
BMT-dən Türkiyə və Rusiyaya çağırış!
BMT-nin baş katibi Antonio Guterres İdlibdə davam edən qarşıdurmalar səbəbiylə Rusiya və Türkiyəyə çağırış edib.
BMT-nin baş katibi Antonio Guterres Suriyanın İdlib bölgəsində davam edən qarşıdurmalar mövzusunda narahatlıqlarını dilə gətirərək Türkiyə və Rusiyaya vəziyyəti sabitliyə qovuşdurmaları üçün çağırış edib.
Guterres Suriyanın İdlib bölgəsindəki gəlişmələr haqqında mətbuat mənsublarının suallarını cavablandırıb.Muxalifet3 - 19-06-2019
Şabranda gənc qız itkin düşdü - FOTO
Şabran rayonunun Xırdaoymaq kənd sakini, 21 yaşlı Dadaşova Nuranə Ədalət qızı 2019-cu il iyun ayının 8-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Muxalifet.az-a verilən məlumata görə, Dadaşova Nuranə Ədalət qızının əlamətləri belədir: Boyu 150 sm, qara saçlı, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur.Muxalifet - 19-06-2019
Tramp prezidentliyə namizədliyini elan etdi
ABŞ prezidenti Tramp ikinci dövr üçün seçki kampaniyasını başladıb. Seçiciləri ilə bir araya gələn Tramp, "ABŞ prezidenti olaraq ikinci dövr seçki kampaniyamı rəsmi olaraq başlatmaq üçün hüzurunuza gəldim. Söz verirəm, sizi əsla üzü üstə buraxmayacağam" deyib.
ABŞ prezidenti Donald Tramp "2020-də Demokratlara gedəcək hər bir səs radikal sosializmin yüksəlişinə və Amerikan yuxusunun məhv olmasına gedəcək" deyib.Muxalifet3 - 19-06-2019
BİABIRÇILIQ: Bakıda kişi zivədən qadın alt paltarlarını... - VİDEO
Bakıda qəribə oğru peyda olub.
Muxalifet.az hokm.az-a istinadən xəbər verir ki, naməlum şəxs yaşayış binalarında sakinlərin zivədən asdığı qadın alt paltarlarını oğurlayaraq aradan çıxır.
Onun bu hərəkəti təhlükəsizlik kameralarına düşüb.
ATV telekanalında "Bizimləsən" proqramında yayımlanan həmin görüntülər hər kəsin marağına səbəb olub.
Sözügedən videogörüntüləri sizə təqdim edirik:
Muxalifet - 19-06-2019
Minimum əməkhaqqının artımı 950 minədək vətəndaşı əhatə edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli sərəncamı respublikamızda əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində 2019-cu ilin elə ilk aylarından atılan inqilabi addımların davamıdır. Sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləğinin yaşayış minimumunu (180 manat) 40 faizədək üstələməsi təmin edilir.
Muxalifet - 19-06-2019
Bakıda maskalı şəxs evə basqın edib, qadını...
Bakıda evə basqın olub.
Muxalifet.az xəbər verir ki, Xəzər rayonu, Zirə qəsəbəsində yaşayan 55 yaşlı S.Süleymanovanın yaşadığı evə gecə saatlarında naməlum şəxs daxil olub. Maskalı şəxs ev sahibinə bıçaqla xəsarət yetirərək onun 600 manat pulunu götürərək hadisə yerindən qaçıb.
Zərərçəkənin vəziyyəti qənaətbəxşdir.Muxalifet - 19-06-2019
Aysun geyimi ilə Zaura efirdə çətin anlar YAŞATDI: "Ay qız..." - VİDEO
Müğənni Aysun İsmayılova Xəzər TV-də yayımlanan 5/5 verilişində qonaq olub.
Gənc müğənni efirə həddən artıq açıq-saçıq geyimdə gəlib. Bu məqam isə aparıcı Zaur Kamalın diqqətindən qaçmayıb.
Aparıcı Aysuna irad bildirərək açıq yerlərini bağlamasını xahiş edib. Rejissora isə "İri kadrlar verin" deyən Zaur müğənninin sinəsi görünməsin deyə ona qadağalar qoyub.
Aysunun açıq-saçıq geyinməsi tamaşaçıların da marağına səbəb olub. /bakuwsMuxalifet - 19-06-2019
ŞAD XƏBƏR: Pensiyalar artırılır - MİNİMUM 200 MANAT OLACAQ
“Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən Azərbaycanda minimum pensiyanın məbləği 2019-cu ilin oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.Muxalifet - 19-06-2019
Mursini huşsuz vəziyyətdə 20 dəqiqə yerdə saxlayıblar: ÖLMƏYİNİ GÖZLƏYİBLƏR
Misir xuntasının başçısı general Sisinin zülmü altında illərdir haqsız yerə həbsxanada tutulan Məhəmməd Mursinin şəhid olduğu məhkəmə salonunda huşsuz vəziyyətdə 20 dəqiqə boyunca gözlədildiyi və heç bir ilk yardımın edilməsinə icazə verilmədiyi iddia edilib.
Sisi diktatorluğunun nəzarəti altındakı Misir dövlət televiziyasının Mursinin ölümünün səbəbini infarkt olaraq bəyan etməsi ağıllardakı şübhələri aradan qaldırmadı. Ancaq Mursinin ölümünün şübhəli olduğu və Sisi xuntası tərəfindən şəhid edilmiş ola biləcəyi irəli sürülüb.
Muxalifet3 - 19-06-2019