Axtarış
The search found 105785 results in 0.025 seconds.
Search results
Rusiya ilə sərhəddə avtomobil yolu tikiləcək
Rusiya-Azərbaycan sərhədinin Dağıstan hissəsində Samur çayı üzərindən avtomobil körpüsünün 2021-ci ildə istismara verilməsi nəzərdə tutulur.
Bu barədə müsahibəsində Rusiyanın Şimali Qafqaz işləri üzrə nazirinin müavini Olqa Ruhullayeva bildirib.Muxalifet3 - 18-06-2019
Tramp miqrantları ABŞ-dan qovur - “NECƏ GƏLİBLƏRSƏ, ELƏ DƏ GEDƏCƏKLƏR”
Miqrantların ABŞ-dan kütləvi deportasiyası gələn həftə baş tutacaq.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter" hesabında yazıb.
Onun sözlərinə görə, gömrük və immiqrasiya polisi ölkəyə qeyri-leqal gəlmiş qaçqınları ABŞ-dan çıxracaq.
Trampın fikrincə, burada söhbət ABŞ-a qanunsuz gələnlərdən gedir.
"Qeyri-leqallar ABŞ-ı tez bir zamanda, necə gəlmişdilərsə, elə də tərk edəcəklər”,- deyə ABŞ Prezidenti vurğulayıb.
Muxalifet - 18-06-2019
Yaponiyada sunami təhlükəsi: Əhali təxliyyə edilir
Yaponiyanın hakimiyyət orqanları 6,8 bal gücündə zəlzələdən sora ölkənin şimal hissəsinin sahilyanı rayonlarının sakinlərini təxliyə etməyə başlayıb. Məlumata görə, Yaponiyanın meteoroloji xidmətləri ölkənin şimal rayonlarında bir metr hündürlüyündə sunami təhlükəsi elan edib. Əhaliyə dəniz və çay sahillərinə yaxınlaşmamaq tövsiyə olunur. Zəlzələ nəticəsində xəsarət alanlar, yaxud dağıntılar olub-olmaması barədə hələlik məlumat verilmir.
Muxalifet3 - 18-06-2019
ABŞ Moskvanı bombalayacaqdı, lakin... - ŞOK İDDİA
Rusiyanın ən böyük silah istehsalçıların olan “Almaz-Antey”in baş mühəndisinin köməkçisi Andrey Druzin inanılmaz iddialarla çıxış edib.
Muxalifet.az xəbər verir ki, A.Druzin II Dünya Müharibəsindən sonra ABŞ-ın SSRİ-nin Moskva və digər strateji əhəmiyyətli şəhərlərinə atom bombası atmağı planlaşdırdığını söyləyib.Muxalifet3 - 18-06-2019
Polis Votsap yazışmalarını izləyəcək
İndoneziya hökuməti ölkə polisinə Votsap messencer proqramında yazışmaları izləmək hüququ verən planı dəstəkləyib.
Muxalifet.az-ın məlumatına görə, bu prosesdə əsas diqqət qrup yazışmalarına veriləcək.
Bu qərar İndoneziya cəmiyyətində gərginliyin artması ilə əlaqələndirilib.
Muxalifet3 - 18-06-2019
Pentaqon rəhbəri bəlli oldu
ABŞ müdafiə naziri səlahiyyətlərinin icraçısı Mark Esper olacaq. Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Tvitter mikrobloqunda yazıb. O bildirib ki, hazırki müvəqqəti icraçı Patrik Şanahan Senatın təsdiqləmə prosesindən keçmək istəməyib: “P.Şanahan ailəsi ilə daha çox vaxt keçirmək istəyib. Mən Patikə gözəl işdən dolayı təşəkkür edirəm”.
Muxalifet3 - 18-06-2019
Fuad Abbasovdan Paşayevə cavab: Vəkilim deyil!
Vəkil Elman Paşayevin barəmdə söylədikləri həqiqətə uyğun deyil.
Muxalifet.az xəbər verir ki, bu sözləri hazırda həbsdə olan jurnalist Fuad Abbasov musavat.com -a müraciətində deyib.
Jurnalist həmin müraciətdə vəkili Elman Paşayevin bir neçə saat öncə sözügedən sayta verdiyi açıqlamasına münasibət bildirib.
E.Paşayevin onun vəkili olmadığını vurğulayan jurnalist azadlığa çıxandan sonra hər şeyə aydınlıq gətiriləcəyini bildirib:Muxalifet3 - 18-06-2019
Prezidentdən DGK və FHN əməkdaşları ilə bağlı - Sərəncam
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
Muxalifet.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.Muxalifet3 - 18-06-2019
Güləşçilərimiz Avropa çempionu oldu - Video
İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb.
Muxalifet.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.Muxalifet3 - 18-06-2019
Ural Hava Yolları Bakıdan üzr istədi - Təxribat
Rusiyanın "Ural hava yolları" aviaşirkətinin nəşri - UAM jurnalının redaksiyası iyun nömrəsində Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribata görə üzr istəyib.
Muxalifet.az xəbər verir ki, müvafiq açıqlama aviaşirkətin mətbuat xidməti tərəfindən yayılıb.
Xatırladaq ki, jurnal "Günəşli Ermənistana vertolyot turları" adı ilə yerləşdirdiyi reklamda Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərilməklə yanaşı, işğal edilmiş ərazilərimizə helikopter turları təşkil edildiyini də vurğulamışdı.
Muxalifet3 - 18-06-2019
İrana təzyiqlər olacaq, lakin... - Pompeo
Tramp administrasiyasının İran üzərində basqısı davam edəcək. Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Lakin o bildirib ki, ölkəsi Tehranla savaş istəmir: “İranı hücumdan yayındırmaq üçün bir neçə dəfə mesaj verdik. Prezident D.Tramp müharibə istəmir və regiondakı maraqlarımızın qorunması üçün lazım olanı edəcəyik”.
Muxalifet3 - 18-06-2019
Ərdoğan açıqladı: S-400 məsələsi bizim üçün bitdi
S-400 məsələsi bizim üçün bitdi, o sənəd bağlandı.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda trabzonlularla görüşündə deyib.
“İnşallah çox yaxın zamanda sifarişlərimizi alacağıq”, - deyə dövlət başçısı bildirib.
Muxalifet3 - 18-06-2019
Ərdoğandan Fransa prezidentinə sərt cavab
Fransa prezidenti Emmanuel Makronun "Türkiyə oradan çəkilsin" açıqlamasına toxunan Ərdoğan, "Sən kimsən ki, bizə 'Çəkilsin' deyirsən. Sən burada sahilyanı ölkəsənmi? Deyilsən. Sənin burayla bir əlaqən varmı? Yox. Amma Türkiyə burada sahilyanı ölkə olmaqla bərabər, bir də Kiprdə qarantor ölkədir. Burada Yunanıstan danışa bilər, İngiltərə də danışa bilər. Niyə? Qarantor ölkədirlər, amma sən danışa bilməzsən. Sənin bir şirkətin varmış. Sənin şirkətin də şirkətin qədər danışar. Daha irəli gedə bilməz. Total. Amma biz işin içindəyik.
Muxalifet3 - 19-06-2019
7 rayon Azərbaycana qaytarılır, rus qoşunları Qarabağa girir və Şuşada... - SENSASİON DETALLAR
Paşinyan “Qarabağ klanı”nın onunla hesablaşmadığını düşünür və ona təzyiq edir, eyni zamanda ikincilər də baş nazirdən narazıdır. Ekspertlərin fikrincə, hazırda Paşinyan “Qarabağ klanı”ından güclüdür. Bildirilir ki, burada söhbət xalq dəstəyindən gedir. Ermənilər ötən il baş verən inqilabı qəbul etdilər. Paşinyan bu gücdən istifadə edərək, “Qarabağ klanı”na təzyiq edir. O, istənilən vaxt Qarabağa maliyyə dəstəyini kəsə bilər.
Sabiq siyasi müşavir Qabil Hüseynlinin fikrincə Paşinyanla Qarabağ klanı arasında gərginlik hazırda pik həddindədir:Muxalifet - 19-06-2019
SENSASİON İDDİA: ABŞ İranı bombalamağa hazırlaşır
İran-Amerika münasibətləri sürətlə pisləşir, Vaşinqtonda mümkün savaş ssenariləri müzakirə olunur
ABŞ İranın nüvə obyektlərinə taktiki hava zərbələri hazırlayır. Bu barədə İsrailin “Maariv” qəzetinə BMT-nin adı açıqlanmayan mənbələri məlumat verib. Məlumata görə, Ağ Evin yüksək rütbəli komandirləri, Müdafiə Nazirliyi təmsilçiləri və prezident Trampın müşavirləri arasında bir neçə gündür İran mövzusunda müzakirələr davam edir.
Muxalifet - 19-06-2019
UEFA-nın keçmiş prezidenti Mişel Platini AZADLIĞDA
UEFA-nın keçmiş prezidenti Mişel Platini azadlığa buraxılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “France Presse” məlumat yayıb.
Platini futbol üzrə 2022-ci il dünya çempionatının keçirilməsi yerinin seçkiləri zamanı korrupsiya işi üzrə saxlanılıb. Onun nümayəndəsi Jan-Kristof Alke iddia edirdi ki, məmuru şahid ifadələrini vermək üçün həbs ediblər. Bu ona görə edilib ki, prosesə cəlb edilmiş digər şəxslər təhqiqat çərçivəsində razılaşa bilməsinlər.Muxalifet - 19-06-2019
Neftçalada QANLI OLAY: 29 yaşlı gənc güllələndi
Neftçala sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Astanlı kəndində baş verib.
Kənd sakini, 1990-cı il təvəllüdlü Fərzəliyev Şəhrizad Nail oğlu sağ bud nahiyəsindən aldığı güllə yarası ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının dediyinə görə, o, Məhəbbət adlı şəxs tərəfindən güllələnib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 19-06-2019
“Mursini seçildiyi gün qətl etdilər” – Misirli nazirdən şok açıqlama
Misirdə hərbi çevrilişdən əvvəl Məhəmməd Mursinin kabinetində İnformasiya naziri olan Selahaddin Abdulmaksut önəmli açıqlamalar verib. Mursinin sistematik işgəncəylə şəhid edildiyini söyləyən Misirli keçmiş nazir, "Dövlət başçısımız Mursiyə 6 il boyunca işgəncə edildi. Daha ilk həbs olunduğu dövr özünü zindanda öldürmək üçün planlar hazırlandı. İşgəncəylə qətl etmə prosesinə Səudiyyə, İsrail və BƏƏ də daxil oldu" deyib. Abdulmaksut Mursinin 'seçildiyi gün qətl edilməsinin' də xüsusi mesaj xüsusiyyəti daşıdığını ifadə edib.
Muxalifet3 - 19-06-2019
Ağstafadakı DƏHŞƏTLİ İNTİQAMIN yeni TƏFƏRRÜATLARI
Atasının və əmisinin öldürülməsinin qisasını alan Elnur Süleymanovun cinayət görüntüsü yayıldı; kənd sakini: “Hər kəsə bəlli idi ki, bu qətl törədiləcək və kimlərsə yenə öləcək...” İyunun 17-də Ağstafada 12 əvvəl başlayan qan davası daha 4 nəfərin qətlinə, 3 nəfərin isə yaralanmasına səbəb oldu. Hadisə ilə bağlı bəzi insanlar mövqe bildirərək 21-ci əsrdə bu cür qan davasının davam etdirilməsini pisləyiblər.
Muxalifet - 19-06-2019
Bakıda toyda kütləvi dava - bıçaqlananlar var
Abşeronun Fatmayı kəndində bıçaqlanma hadisəsi baş verib. Muxalifet.az Report-a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Şiriyev Orxan Allahverən oğlu və 1987-ci il təvəllüdlü Əliyev Osman Mirzəbala oğlu öz həyətlərində naməlum şəxs tərəfindən bıçaqlanıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O.Şiriyevə qarının kəsilmiş-deşilmiş yarası, O.Əliyevə isə döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hər iki yaralı əməliyyat edilib.
Muxalifet - 19-06-2019