Axtarış

The search found 105785 results in 0.05 seconds.

Search results

  1. Qatarlarının hərəkətində ləngimələr niyə yaranıb? - AÇIQLANDI

    Kəskin hava şəraiti ilə əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı marşrutunda hərəkət edən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb. “Azərbaycan Dəmir Yolları” QSC mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova Muxalifet.az-a açıqlamasında bildirib ki, ləngimələrin yaranmasına səbəb hava şəraiti ilə əlaqədar olaraq, bütün qatarların hərəkətinə surət məhdudiyyətinin qoyulmasıdır.

    Muxalifet - 9-08-2019

  2. Bakıda küçənin ortasında ölən şəxsin VİDEOSU - Ürəyi zəif olanlar baxmasın

    3 gün əvvəl Bakı şəhər Qaradağ rayonu ərazisində baş vermiş ağır yol qəzasının videosu yayılıb. Publika.az xəbər verir ki, Bakı-Ələt magostral yolunun Sahil qəsəbəsindən keçən hissəsində minik avtomobili yolu keçməyə çalışan orta yaşlı kişini vurub. Ağır xəsarət alan şəxs hadisə yerində vəfat edib. Bildirilir ki, qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə ərazidən uzaqlaşsa da, sopnradan onun kimliyi müəyyənləşib.

    Muxalifet - 9-08-2019

  3. Saathesabı dərs deyən müəllimlərə ŞAD XƏBƏR

    Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ndə dəyişiklik edilməsi barədə qərar verib. Muxalifet.az xəbər verir ki, Baş Nazir Novruz Məmmədovun imzaladığı qərarla "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri” artırılaraq yeni redaksiyada təsdiqlənib. Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

    Muxalifet - 9-08-2019

  4. Dmitri Medvedev Qırğızıstana gəldi - FOTOLAR

    Rusiyanın Baş naziri Dmitri Medvedev Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Qırğızıstana gəlib.

    Muxalifet.az xəbər verir ki, Qırğızıstan Prezidenti Sooronbai Jeenbekov Dmitri Medvedev ilə görüşüb.

    Tərəflər arasında iqtisadi, siyasi və digər əlaqələr barədə müzakirə aparıldığı açıqlanıb. Amma nədənsə sabiq prezident Almazbek Atambayevin saxlanılması və ölkədə baş verən son hadisələr barədə müzakirə aparılması ilə bağlı hər hansı açıqlama verilməyib.

    Muxalifet - 9-08-2019

  5. “Türklər olmasaydı ruslar Batumini zəbt etmişdi” - Saakaşvili 11 illik SİRRİ AÇDI

    “Gürcüstanın keçmiş prezidenti Mixayıl Saakaşvilinin 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin 11-ci ildönümü ilə əlaqədar Britaniyanın Müharibə və Sülhün İşıqlandırılması İnstitutuna verdiyi müsahibə Cənubi Qafqaz regionunda ümumilikdə, qlobal miqyasda geosiyasi mübarizə, aparıcı ölkələrin yanaşması və geosiyasi mövqelərinin öyrənilməsi, aydınlaşdırılması baxımından çox maraqlıdır. Saakaşvili deyib ki, Rusiyanın Batumini zəbt etməsinin qarşısını alan əsas amil Türkiyə ordusunun sərhəddə səfərbər olması olub”. Muxalifet.az xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.

    Muxalifet - 9-08-2019

  6. Türkiyəni ziyarət edən Ermənistan vətəndaşlarının sayı artıb

    Son illər Türkiyəni ziyarət edən Ermənistan vətəndaşlarının sayı artıb.

    “Report” “news.am”a istinadən xəbər verir ki, bu məlumatı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi yayıb.

    Bildirilib ki, cari ilin yanvar-iyun dövründə Türkiyəni ziyarət edən Ermənistan vətəndaşlarının sayı 23 min 160 nəfər olub. Bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 15 faiz çoxdur.

    Cari ilin iyun ayında Türkiyəyə Ermənistanın 5 min 67 vətəndaşı səfər edib. Bu, hesabat dövrü ilə müqayisədə 22 faiz çoxdur.

    Muxalifet - 9-08-2019

  7. Həbsdən çıxan kişidən ŞOK ETİRAF: "Arvadımı qısqandığım üçün baltaladım" - TƏFƏRRÜAT

    Bərdə rayonunda həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Şahvələd Nadirxanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Muxalifet.az teleqraf-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim hakim Nural Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən Şahvələd Nadirxanov özünü qismən təqsirli bilib. O, arvadını qıqsqanclıq zəminində öldürməyə cəhd etdiyini vurğulayıb. Növbəti məhkəmə iclası avqustun 26-na təyin edilib.

    Muxalifet - 9-08-2019

  8. On milyonlarla dolları talayıb həbs olunan bankir Zeynalovun yeni fırıldaqları üzə çıxdı - “ONUN ÜZÜNDƏN AİLƏM DAĞILDI, EVSİZ QALDIM...”

    “Günaybank”ın keçmiş əməkdaşı Xalidə Məmmədova həmin bankın keçmiş sədr müavini Emin Zeynalovun qurduğu maliyyə fırıldağının toruna düşdüyünü deyir. Hansı ki, virtualaz.org artıq E.Zeynalovun “Günaybank”a ciddi ziyan vuran on milyonlarla dollarlıq maliyyə maxinasiyaları  haqda yazıb. Lakin indi belə məlum olur ki, Zeynalov nəinki bankın pullarını talayıb, üstəlik “təmənnasız kömək” adı ilə bir çoxlarını da aldadıb pullarını ələ keçirib.

    Muxalifet - 9-08-2019

  9. "Paşinyan meymunluq edir, ona yerini göstərmək lazımdır" - Aqil Abbas

    "Nikol Paşinyan meymunluq edir, insanlarımızın əsəbləri ilə oynayır. Ona konkret yerini göstərmək lazımdır". 
    Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas bildirib. 
    Deputat deyib ki, əslində Paşinyan bu cür addımları ilə özünü pis vəziyyətdə qoyur:

    Muxalifet - 9-08-2019

  10. Atambayev xüsusi təyinatlılara belə təslim oldu - VİDEO

    Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin saxlanılması ilə bağlı keçirilən əməliyyat zamanı onun xüsusi təyinatlılara təslim olmasını əks etdirən video görüntülər yayılıb.

    Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, "Nastoyaşeye vremya" agentliyi tərəfindən yayılmış videoda görünür ki, təslim olmazdan əvvəl Atambaev xüsusi təyinatlı dəstənin rəisindən tələb edir ki, onun tərəfdarlarını vurmasınlar.

    Muxalifet4 - 9-08-2019

  11. “Bakcell” abonentlərdən YAP-ın vəsiqəsini tələb edir - ANALOQU OLMAYAN ÖZBAŞINALIQ

    Azərbaycanda “Bakcell” abunəçiləri şirkət tərəfindən heç bir biznes qaydalarına uyğun gəlməyən tələblə üz-üzə qalıblar.

    Muxalifet.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bununla bağlı son günlər sosial şəbəkələrdə kütləvi etirazlar yayılmaqdadır. Şirkət müştərilər qarşısına hətta bir sıra dövlət idarələrinin qoymadıqları tələbi irəli sürürlər.

    Muxalifet4 - 9-08-2019

  12. Küçələr selə təslim oldu... - Yağışlı Bakıdan mənzərələr – Foto, Video

    Dünəndən başlayaraq yağmağa başlayan güclü yağış Bakı küçələrində fəsadlar yaradıb. Şimşək və göy gurultusu ilə müşayiət olunan leysan xarakterli yağış nəticəsində paytaxtın bəzi küçə və yollarında böyük gölməçələr yaranıb. Bu isə sakinlərin hərəkətini məhdudlaşdırıb. Sosial şəbəkələrdə yayılan videolarda sakinlərin yolu keçməyə yer tapmadıqları, avtomobillərin isə yaranan gölməçələrdən çətinliklə keçdikləri aydın görünür. Həmin görüntüləri təqdim edirik:

    Muxalifet - 9-08-2019

  13. ​SON DƏQİQƏ: Xəzərə düşən MİQ-29 təyyarəsi tapıldı

    Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib.
    Muxalifet.az  xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
    Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.

    Muxalifet - 9-08-2019

  14. ​Gürcüstanda kriminal avtoritetlər SAXLANILDI

    Gürcüstanın Kutaisi şəhərində cinayətkar qruplaşmanın 4 üzvü saxlanılıb.
    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Muxalifet - 9-08-2019

  15. “Azərbaycan türklərinin milli varlığına sahib çıxamlıyıq”- MÜXALİF PARTİYA HAKİMİYYƏTƏ ÇAĞIRIŞ ETDİ: “İranda yaşayan soydaşlarımızın şərəf və ləyaqəti alçaldılır...”

    Son vaxtlar İranın rəsmi şəxsləri, eləcə də İran elitasına daxil olan insanlar Kütləvi İnformasiya Vasitələrinə verdiyi açıqlamalarda, yeni ortaya çıxan əsərlərdə Azərbaycan türklərinin tarixi siyasi şəxsiyyətlərinin, eləcə də İranda yaşayan soydaşlarımızın şərəf və ləyaqətinin alçaldılmasına yönəlik səylər ənənə halını alıb.

    Muxalifet4 - 9-08-2019

  16. "WhatsApp"da möhtəşəm YENİLİK

    Dünyanın ən məşhur mesajlaşma proqramı olan "WhatsApp" tətbiq edəcəyi növbəti yeniliklə istifadəçilərini sevindirəcək. Muxalifet.az redaktor.az-a istinadən bildirir ki, proqrama İnstaqram-ın ən sevilən özəlliyi olan "Boomerang" əlavə olunacaq. Nəticədə istifadəçilər çəkdikləri qısa videolara "Boomerang"la sürət verə biləcəklər. Yenilik təqribən 7 saniyəlik videolarda istifadə olunacaq. Hazırlanan videolar həm göndəriləcək, həm də proqramın "Hekayə" hissəsində paylaşıla biləcək.

    Muxalifet4 - 9-08-2019

  17. Bakıda QORXUNC HADİSƏ - Ana və 6 aylıq uşağı...

    Aeroport yolu, Sabunçu keçidinin yanında avtoqəza baş verib.
    Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində ana və 6 aylıq uşağı xəsarət alıb: "30 yaşlı qadın alın nahiyəsinin kəsilmiş yarası və 6 aylıq qızı qapalı kəllə beyin travması və təpə sümüyünün zədələnməsi xəsarətləri ilə hadisə şahidlərinin köməkliyi ilə Pedriatriya institutuna gəliblər. Təcili Yardıma çağırış Pedriatriya İnstitutuna olub.
    Yaralılar Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda müalicələri davam edir".

    Muxalifet - 9-08-2019

  18. BAKIDA İLGİNC ANLAR: Avtobusda çətirlə əyləşməli oldu - VİDEO

    Xəbər verdiyimiz kimi, dünəndən paytaxt ərazisində yağan güclü yağış bir sıra problemlərə səbəb olub.
    “Yeni Sabah” xəbər verir ki,güclü yağış avtobuslardan da yan keçməyib. 
    Bakıda fəaliyyət göstərən avtobuslardan bəzilərinin içərisinə yağış suyu tökülüb. Sosial şəbəkələrdə yayılan videoda da belə avtobuslardan birindəki vəziyyət öz əksini tapıb. Sərnişinlər avtobusda çətirlə oturmağa məcbur qalıblar. 
    Videoya şərh yazan şəhər sakinləri də oxşar hadisə ilə qarşılaşdıqlarını bildiriblər. 
     

    Muxalifet - 9-08-2019

  19. 300 erməni Qarabağdakı oyunlara etiraz etdi, boykot qərarı verdi - “BU SİYASİ QƏRARDIR VƏ BİZİ MƏYUS ETDİ...”

    Türkiyə erməniləri Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində təşkil etdikləri və avqustun 5-də açılışı olan “panerməni oyunlarına” qatılmaqdan imtina edib.

    Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, həmin oyunlara qatılmağa hazırlaşan 300 nəfərlik heyət yarışların Yerevanda deyil, işğal altındakı Dağlıq Qarabağda keçiriləcəyini öyrənən kimi boykot qərarı veriblər. Və Yerevandakı otel və bilet rezervasiyalarını ləğv ediblər.

    Muxalifet - 9-08-2019

  20. Azərbaycanda yayda da qar yağacaq, fəsillər olmayacaq - Coğrafiya İnstitutu

    "Azərbaycanda avqust ayı üçün belə havanın müşahidə olunması iqlim dəyişikliyinin nəticəsidir”. 
     
    Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov bildirib.

    R. Məmmədov deyib ki, regionda küləklərin sürəti dəyişir: “Bu, böyük bir siqnaldır. Çünki iqlim dəyişmələri hər şeydə təzad yaradır. Bu iqlim dəyişikliyi kənd təsərrüfatına, insanların sağlamlığına mənfi təsir göstərə bilər. Ona görə də iqlim dəyişikliyinə, belə hallara hazırlıqlı olmaq və adaptasiya olunmaq lazımdır”.

    Muxalifet - 9-08-2019

Pages