Axtarış
The search found 105785 results in 0.046 seconds.
Search results
Bakıda öküz iki nəqliyyat vasitəsini BUYNUZLADI - FOTO
Bakıda öküz iki nəqliyyat vasitəsini əzib. Muxalifet.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb. Onun sözlərinə görə, paytaxtın Ziya Bünyadov prospektində yola çıxan öküz bir avtomobili və motosikleti vurub.
Muxalifet4 - 9-08-2019
Qum qasırğası İranın vilayətini iflic etdi
İranın cənub-qərbində yerləşən Sistan və Bəlucistan vilayətində qum qasırğası nəticəsində 75 nəfər xəstəxanaya müraciət edib. Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəlucistan vilayətinin fövqəladə hallar idarəsinin baş direktoru Əbdürrəhman Şəhnəvazi deyib. Ə.Şəhnəvazinin sözlərinə görə, qum qasırğası əsas yollardan birinin 5 saat bağlanmasına, Zabol aeroportunda 2 uçuşun ləğv edilməsinə səbəb olub.
Muxalifet4 - 9-08-2019
Bu müdaxilənin qarşısı alınacaq - Zaxarova
Qərbin media qrumlarının Rusiyanın daxili işlərinə müdaxiləsinin qarşısını almaq üçün hər cür tədbir görüləcək. Muxalifet.az xəbər verir ki, bunu Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirib. Zaxarova ABŞ diplomatları və Almaniya KİV-lərinin Rusiyanın daxili işlərinə müdaxilə etməsi üçün ölkələri tərəfindən istifadə edildiyini və Moskvanın bunun qarşısını alacağını söyləyib.
Muxalifet3 - 9-08-2019
Cəzaçəkmə müəssisəsinə bu yolla narkotik keçirtmək istədilər
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 16 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Cinayət Məcəlləsinin 177.2.3-cü və 67.1-ci maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Rəsulov Taleh Çingiz oğlu ilə qısamüddətli görüşə gəlmiş dayısı Sabirabad rayon sakini Qələndərov Pərviz Əhməd oğlunun üzərinə baxış keçirilib. Baxış zamanı onun cibində gizlədilmiş bükülünün içərisində 0,168 qram heroin aşkarlanıb.Muxalifet3 - 9-08-2019
Slovakiya təhlükədə: Vəba yenidən qayıtdı...
Slovakiyanın şərqindəki Trebişov bölgəsində yenidən Afrika donuz vəbası qeydə alınıb.
Muxalifet.az xəbər verir ki, bölgədə daha iki yoluxma halı təsdiqlənib.
İyulun sonunda xəstəliyin rəsmi olaraq təsbit edilməsindən sonra Slovakiyanın şərqində dörd yoluxma halı qeydə alınmışdı. İlk yoluxma halı Macarıstanla həmsərhəd olan Kosiç bölgəsində, sonrakı iki yoluxma isə ondan bir neçə kilometr məsafədə yerləşən Somotorda və Rad kəndində baş vermişdi.
Baytarlıq təhlükəsizlik tədbirlərinə görə, bu kəndlərdəki donuzlar istehlak prosesindən kənarlaşdırılaraq məhv edilməlidir.Muxalifet3 - 9-08-2019
Rusiyalı ekspert: "Nikol Paşinyanın erməni xalqına vəd yox, hesabat verməyinin vaxtıdır"
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda verdiyi bəyanatlarla qəsdən Azərbaycanı müharibəyə təhrik edərək işğalçıdan dönüb məzluma çevrilmək istəyir.
Bu barədə “Report”a rusiyalı politoloq Vitali Arkov bildirib.
Onun fikrincə, N.Paşinyan ölkədə iqtisadiyyatın çökdüyü bir vaxtda öz reytinqini bərpa etmək təlaşındadır: “Paşinyanın iqtisadi sahədə möcüzə yaratmaqda acizliyi elə bəri başdan bəllidir, amma əhalinin yoxsulluqda yaşayan çoxluğunu hər cür nağılla aldatmaq çətin deyildi”.
Muxalifet - 9-08-2019
Qızğın öküz Bakını ayağa qaldırdı – ŞOK VİDEO
Xəbər verdiyimiz kimi, bu gün Ziya Bünyadov prospektində qəssabdan qaçan öküz xeyli müddət nəqliyyatın hərəkətini iflic edib.
“Yeni Sabah” xəbər verir ki, hadisənin şok videosu yayılıb. Qızğın öküz prospektdə nəinki qaçıb, insanlara hücum edib, maşınları əzib.
Öküzün ram olunmasına yol polisi, post patrul xidməti cəlb olunub. Küçədə uzun müddət davam edən qaç-qovdan sonra öküz saxlanılıb.
Həmin videonu təqdim edirik:Muxalifet - 9-08-2019
İldırım vuran adamın bədənində nə baş verir? - Həkim açıqladı
“"İldırımlar maşınları vurmaz, çünki təkərlər rezindir" fikri doğru deyil. Düzdür ki, avtomobil metal karkası fizikada Faraday qəfəs kimi ildırıma qarşı müqavimət göstərir. Elektriki maşının üzərində yayır və yerə oturur. Maşında olarkən ildırım çaxırsa, metal hissələrə toxunmayın. Amma çox güclü elektrikdə təkərlər və rezinin keçiriciliyi daha da artır. İldırımın elektriki metal hissələrə paylandıqdan sonra təkərlər vasitəsilə yerə ötürülür. Yəni ildırım çaxan zaman təkərlər, rezin ayaqqabılar, məsələn, qaloş sizi ildırımdan qoruya bilməz”.
Muxalifet - 10-08-2019
ERMƏNİSTAN NÖQTƏNİ QOYDU: Azərbaycanın Qarabağı azad etməsinə nə mane olur?
Ermənistan işğal olunmuş ərazilərlə bağlı yeni təxribatçı planı işə salır; ekspert: “Rusiya çalışır ki, Qarabağda ”nə hərb, nə də sülh" olsun..." İşğalçı Ermənistanın Azərbaycan ərazilərindəki həyasızlıqlarının miqyası getdikcə artmaqdadır. İrəvan bugünlərdə Qarabağa Arazboyu əraziləri birləşdirəcək yeni Qafan-Xocavənd yolunun çəkilişinə başlayacağını elan edib. Bununla da işğalçı Qarabağı Ermənistana birləşdirən üçüncü yolun reallaşmasına və Arazboyu işğal edilmiş ərazilərin məskunlaşdırılmasına nail olmaq istəyir.
Muxalifet - 10-08-2019
SON DƏQİQƏ: Bakıda toyda KÜTLƏVİ DAVA: 100 nəfər... - VİDEO
Bakı şəhərində keçirilən toy məclisində kütləvi dava olub.
Muxalifet.az Criminal.az-a istindadən xəbər verir ki, dava Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ''Kristal'' şadlıq sarayında baş verib.
Toy məclisində başlayan dava daha sonra şadlıq sarayının həyətində daha da böyüyüb. Məclisində iştirak edən yüzə yaxın qonaq əlbəyaxa olub.
Hadisə yerinə Sabunçu rayon Polis İdarəsinin 13-cü bölməsinin əməliyyat qrupu gəlib. Polisin müdaxiləsindən sonra dava edən şəxslər sakitləşdirilib.
Davanın hansı səbəbdən baş verməsi məlum deyil.Muxalifet - 10-08-2019
Türkiyədən Qarabağ və Krım məsələsində prinsipial mövqe - separatçılığa növbəti zərbə
Ankaradan postsovet məkanındakı separatizmlə bağlı önəmli mesaj; Türkiyə erməniləri Xankəndindəki oyunları boykot etdi - Paşinyana şok; Ərdoğan Krımda məscidin açılışına gedəcəkmi?..
Muxalifet - 10-08-2019
İngiltərə Premyer Liqasının açılış matçında darmadağın - VİDEO
İngiltərə Premyer Liqasının 2019/2020 mövsümünün 1-ci turunun ilk oyunu "Liverpul" və "Norviç" komandaları arasında keçirilib. Muxalifet.az xəbər verir ki, "Liverpul" rəqibini 4-1 hesabı ilə darmadağın edib. Oyunun ən maraqlı epizodlarını və qollarını təqdim edirik.
Muxalifet - 10-08-2019
Qarabağ üçün Ankara-Moskva tandemi
Ən yaxşı təzə - unudulmuş köhnədir; müharibədən qaçmağın optimal yolu: Türkiyə-Rusiya ortaq “Yol xəritəsi”; politoloq deyir ki... Qarabağ danışıqları rəsmi İrəvanın təxribatçı mövqeyi ucbatından bir az da dalana girdi. Ermənistanın baş naziri Nikol Paşinyanın sülh prosesi ilə bir araya sığmayan və savaşı yaxınlaşdıran son bəyanatları iki ölkə arasında ən aşağı səviyyəli rəsmi danışıqları belə, faktiki surətdə mənasız edib. Müharibə ehtimalını kritik nöqtəyə çatdırıb.
Muxalifet - 10-08-2019
Rəqqasə Nərmin Tunisin prezidenti olmaq qərarına gəldi
Tunisdə 21 yaşlı effektli şouları ilə tanınan müğənni və göbək rəqsi ifaçısı olan Nərmin Sfar sentyabrın 15-də baş tutacaq prezident seçkilərinə namizədliyini irəli sürür.
Bu barədə Sfar özünün 294 min abunəçisi olan “Instagram” səhifəsində məlumat verib.
Rəqqasə artıq 35 min seçicinin imzasını toplayıb ki, bu da seçkilərdə iştirak üçün labüd olan minimum saydan üç dəfə çoxdur.Muxalifet - 10-08-2019
Yəməndə Prezident Sarayına hücum olub – 30 nəfər ölüb, 75 nəfər yaralanıb
Yəmənin Aden şəhərində Cənubi Yəmən Keçid Şurası qüvvələrinə qarşı bir qrup silahlı şəxsin hücumu zamanı baş verən atışmada 30 nəfər ölüb.
APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, hazırda Prezident Sarayı düşərgəsi Keçid Şurasının nəzarətindədir. Şura öz qüvvələrini səfərbər edərək “İslax” partiyasına qarşı birləşməyə çağırış edib.
Muxalifet - 10-08-2019
Hacıqabulda 27 yaşlı gəncdən DƏHŞƏTLİ ƏMƏL
Hacıqabul sakini intihar edib. Muğan qəsəbə sakini, 1992-ciil təvəllüdlü Əhmədli Qüvvət Taqət oğlu evdəkilərin yatmasından istifadə edərək çölə çıxıb həyətdəki ağacların birindən özünü asaraq intihar edib. Onun ağacdan asılmış meyiti səhər saatlarında yaxınları tərəfindən aşkar edilib. Deyilənlərə görə, Qüvvət Əhmədli axşam yeməyindən sonra doğmaları ilə xeyli zarafatlaşıb, deyib-gülüb. İntihar hadisəsinin baş vermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır./Report
Muxalifet - 10-08-2019
Milyonçu nişanlısını yoldan çıxaracaq KİŞİ AXTARIR
Adını açıqlamaq istəməyən bir ingilis milyonçu nişanlısının sədaqətini təsdiq edə biləcək kişi axtardığını bildirib. Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, milyonçu iş adamı nişanlısını yoldan çıxarana pul mükafatı verəcəyini bildirib. Qadının sədaqətindən şübhələnən iş adamını bu addımı atmağa məcbur edən məsələ nişanlısının toy məsələsində tələskən olması və boşanacaqları halda ondan təzminat istəməyəcəyi iddiası olub.
Muxalifet - 10-08-2019
Normal bədən çəkisinin hesablanma qaydası - Bunu bilirdiniz?
Artıq çəki son illər hər kəsin, xüsusilə də xanımların ən çox mübarizə apardığı məsələlərdəndir. Arıqlamaq üçün ən müxtəlif üsullar olsa da, sağlam arıqlamaq daha düzgündür.
Muxalifet - 10-08-2019
“Hələ bu cür əxlaqsız dövr olmayıb” – Akif İslamzadə
Muxalifet.az təkrarolunmaz ifaçı Akif İslamzadənin “Yeni Müsavat”a müsahibəsini təqdim edir. Xatırladaq ki, iki gün öncə onun 71 yaşı tamam olub:
- Akif bəy, bu yaşda özünüzü necə hiss edirsiniz?
- Özümü şükür ki, yaxşı hiss edirəm, hər şey yaxşıdır.
- “Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim”. Bu ifanız hələ də qəlblərdə sevilir, dinlənilir. Mahnıda ifa etdiyiniz kimi, ötən günləriniz üçün gələcək günlərinizi qurban verərdinizmi?
Muxalifet - 10-08-2019
Türkiyə günə TƏŞVİŞLƏ OYANDI: 6,5 ballıq zəlzələdən sonra...
Türkiyənin Dənizli şəhərində zəlzələ olub.
Muxalifet.az xəbər verir ki, yerli vaxtla səhər saat 07:26-da 3,6 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Zəlzələnin episentri 5 km dərinlikdə yerləşib.
Qeyd edək ki, bir neçə gün öncə Dənizlidə 6,5 bal gücündə güclü zəlzələ baş vermişdi.Muxalifet - 10-08-2019