Axtarış
The search found 105785 results in 0.029 seconds.
Search results
“Neftçi” - “Bney Yehuda” oyunu heç-heçə başa çatıb -YENİLƏNİB
Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları davam edir.
APA-nın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Neftçi” də növbəti sınağına çıxıb.
Ölkəmizin ən titullu klubu İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşır. Bakı təmsilçisi ilk görüşü evdə keçirir.
Muxalifet - 8-08-2019
Rusiyanın baş naziri Dmitri Medvedev Qırğızıstana səfər edib
Rusiyanın baş naziri Dmitri Medvedev avqustun 9-da Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Qırğızıstanın Çolpan-Ata şəhərinə gedib.
APA “Interfax”a istinadən xəbər verir ki, iclasdan qabaq baş nazirin Qırğızıstan prezidenti Sooranbay Jeenbekovla görüşəcəyi planlaşdırılır.
Bundan başqa Medvedev Belarus, Ermənistan və Qırğızıstanın baş nazirləri Sergey Rumas, Nikolay Paşinyan və Muhammetkalı Abılqaziyevlə də görüşəcək.
Muxalifet - 8-08-2019
Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO
Avqustun 7-də axşam radələrində Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin Koy-Taş kəndindəki evinə hücum edərkən əsir götürülən xüsusi təyinatlıların ilk görüntüləri yayılıb.
Məlumata əsasən, yerli vaxtla saat 21:00-da xüsusi təyinatlılar Qırğızıstanın keçmiş prezidentinin iqamətqahına daxil olublar. Saat 22:00-da isə sabiq dövlət başçısının tərəfdarları evə daxil olub, xüsusi təyinatlıların müqavimətini qıraraq onları evdən çıxarmağa başlayıblar.Muxalifet - 8-08-2019
Qırmızı işıqdan keçən 90-NC-500 nömrəli "Range Rover" qəzaya düşdü - VİDEO
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, taksi kimi istifadədə olan "Ravon" və "Range Rover" markalı avtomobillər toqquşub. Hadisə şahidlərinin verdiyi məlumata görə, Nəsibbəy Yusifbəyli küçəsi ilə hərəkətdə olan 90-NC-500 dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü qırmızı işıqdan keçib. Nəticədə qəza baş verib.
Muxalifet - 9-08-2019
Dünya yeni böhran astanasında: neftin qiyməti sürətlə düşür
ABŞ-la Çin arasında başlayan ticarət müharibəsi ölkəmizi də təhdid edir; Azərbaycan gözlənilən təhlükədən necə çıxacaq; ekspert bildirir ki... Dünyanın iki nəhəng iqtisadiyyatına malik ABŞ-la Çin arasındakı ticarət müharibəsi fonunda dünya neft bazarında qiymətlərin sürətli enişi davam edir. Avqustun 7-də bu ilin yanvarından bəri ikinci dəfə dünya bazarında “Brent” markalı neftin 1 barelinin qiyməti 58 dollardan aşağı düşüb. Dünən gün ərzində ucuzlaşma davam edib - 57.45 dollar. Bloomberg-in məlumatına görə, bu qiymətə birjalarda sentyabr-oktyabr ayları üçün müqavilələr bağlanıb.
Muxalifet - 9-08-2019
Rus qızları niyə gözəl olur? – Səbəblər açıqlandı
Dünyada qadınlar arasında rusların gözəllikləri bir başqadır. Əksər kişilərin valeh olduğu rus qadınlar niyə bu qədər gözəldir? Bir çoxlarını maraqlandıran sualın cavabını təqdim edirik: Bəli, rus qadınlar həqiqətən çox gözəldir. Bir də bu gözəlliklərini illər keçdikcə itirdikləri deyilir. Təbidir, illər keçdikcə kim yaşlanmır və gözəlliyini bir az da olsun itirmir ki? Yenidən rus qadınların gözəlliyinə qayıtsaq... Birinci səbəb yaşadıqları coğrafiyadır Soyuq bölgələrdə yaşayanlar günəş işığına çox məruz qalmadıqları üçün bədənləri ağ olur.
Muxalifet - 9-08-2019
Həmin Rusiya silahı İranda göründü, Fars körfəzi qarışdı
ABŞ Müdafiə Nazirliyi bildirir ki, İran öz sahilboyu ərazilərində radioelektron mübarizə və radioelektron siqnalları pozmaq üçün sistemlər yerləşdirib. Və bu sistemlər bütün Fars Körfəzi regionunda qlobal naviqasiya sistemi GPS-in işini poza bilər.
Muxalifet - 9-08-2019
FƏRHAD ƏLİYEVLƏ HACI MƏMMƏDOVUN ÜZLƏŞDİRİLMƏSİ VƏ… – “İdarə rəisinin qəbulundan çıxıb Zamirəni oğurlamağa getmişdi…”
“Çoxumuz Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabını oxumuşuq. Ada görə bu kitaba borcluyam. Sadəcə, mən eşitdiklərim və oxuduqlarım deyil, ancaq şəxsən gördüklərim və bildiklərim barədə yazacam”. Tanınmış vəkil Adil İsmayılov bir neçə gün əvvəl özünün “facebook” səhifəsindən vəkillik fəaliyyəti dövrü gördüklərini və bildiklərini qələmə alaraq, oxucularla bölüşəcəyinin anonsunu məhz bu sözlərlə vermişdi. Artıq bir neçə yazı paylaşan Adil İsmayılov, yaxın keçmişimizdə baş vermiş hadisələrlə bağlı sensasiyalı məlumatlar və faktları açıqlayır.
Muxalifet - 9-08-2019
Killer məşhur müğənnini öldürdüyünü ETİRAF ETDİ - FOTO
Ömürlük cəza alan "Tver canavarları" dəstəsinin qatili olan Aleksandr Aqeyev, avqustun 6-da müğənni Mixail Kruqun evində baş verən istintaq eksperimentində iştirak edərək sənətçini öldürdüyünü etiraf edib.
"Ölkə.Az" Rusiya mətbuatına istinadən xəbər verir ki, istintaq araşdırması zamanı məlum olub ki, Aqeyevin bu işdə əlinin olmasını dəstənin digər killeri Aleksandr Osipov açıqlayıb. Ageev ifadəsində qətli törətdiyini etiraf edib..Muxalifet - 9-08-2019
Süpürgəçilikdən prezidentliyə yüksələn gitaraçı-siyasətçi: Atambayev kimdir?
İlk dəfə iqtidarı könüllü təhvil verən keçmiş prezident qırğız qırğınına görə həbsin astanasında; ABŞ hərbi bazasını çıxaran, Putin layihəsinə qoşulan, Gülənin məktəblərini bağlamayan sabiq rəhbərin dosyesi və uğursuz “Medvedyev projesi”... “Anam mənim həyatımda xüsusi rol oynayıb. Anam olmasaydı, mən nailiyyətlərimin heç yüzdə birini də əldə edə bilməzdim”, - vaxtilə qırğız xalqının keçmiş prezidenti Almazbek Atambayev belə deyirdi.
Muxalifet - 9-08-2019
"Bayern Münxen"dən “qol yağışı” - 23-0 - VİDEO
"Bayern Münxen" yoxlama matçında eyni ölkənin "Rottaq-Eqern" klubu ilə qarşılaşıb. Muxalifet.az xəbər verir ki, 23:0 hesabı ilə bitən qarşılaşmada Bavariya rəqibini qol yağışına tutub.. Ən çox qolu yarımmüdafiəçi Korentin Tolisso vurub. O, rəqibin qapısından dörd qol keçirib. Bavariyanın aktivinə yazılan qollardan birini isə "Rottaq-Eqern"in futbolçusu Dietrix öz qapısından keçirib.
Muxalifet - 9-08-2019
Azərbaycanda 3 nəfərin öldüyü hadisə ilə bağlı YENİ XƏBƏR: Cinayət işi açıldı - YENİLƏNDİ
Tovuzda 3 nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, fFvasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.Muxalifet - 9-08-2019
ŞAD XƏBƏR: Bu şəxslərin maaşı artırıldı
Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.
Muxalifet.az-ın apa-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarda müvafiq dəyişiklik edib.Muxalifet - 9-08-2019
Yağış Bakıda məktəbin hasarını aşırdı – Video
Ötən gecədən başlaayan güclü yağış Bakıda dağıntıya səbəb olub. “Yeni Sabah” xəbər verir ki, Bakı şəhəri Xətai rayonu R.Məmmədov adına 269 nömrəli tam orta məktəbin hasarı sel sularının təsiri nəticəsində aşıb. Hadisə yerindən görüntünü təqdim edirik:
Muxalifet - 9-08-2019
“Səsimi yazmırsınız ki...“ - SOCAR-ın idarə rəisi jurnalisti TƏHQİR ETDİ
AFN.az saytının redaktoru Həbibə Abdulla SOCAR-ın prezidenti Rövnəq Abdullayevə "AÇIQ MƏKTUB" yazıb. Muxalifet.az onun sosial şəbəkədəki səhifəsində paylaşdığı həmin müraciətini təqdim edir: *** Hörmətli Rövnəq müəllim! Yazıb diqqətinizə çatdırıram ki, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev özümün və çalışdığım "Azerbaijan Favorite News" (AFN) saytının ünvanına təhqir səsləndirib. Belə ki, 07.08.2019-cu il tarixində redaksiyamıza V.Əliyev və oğlu Orxan Əliyevlə bağlı prokurorluq orqanlarına şikayət edən bir qrup şəxs tərəfindən müraciət daxil olub.
Muxalifet - 9-08-2019
“Sədərək” ticarət mərkəzi su altında qaldı – VİDEO
Axşam saatlarından yağan güclü yağış paytaxtı sel-su altında qoyub.
Yağıntının ən çox düşdüyü yerlərdən biri də Bakının Qaradağ rayonudur.
Muxalifet.az xəbər verir ki, vətəndaşların baku.ws-in "qaynar xətti”nə verdikləri məlumata görə, Lökbatanda yerləşən "Sədərək” ticarət mərkəzi su altında qalıb.Su mağazalara dolub. Dükan sahibləri, satıcılar mağalara və anbarlara dolan suyu təmziləməyə çalışsalar da, hələlik buna nail ola bilməyiblər.Muxalifet - 9-08-2019
Şəki Xan Sarayına giriş bərpa edildi
Bu gündən Dövlət Turizm Agentliyinin tabeliyindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib.
Agentlikdən verilən məlumata görə, yerli və xarici mütəxəssislərin, digər dövlət orqanlarının müsbət rəylərindən sonra sarayın fəaliyyətinin bərpa olunmasına qərar verilib:
"Dövlət Turizm Agentliyi yerli və xarici turistləri yenidən saray ərazisində görməkdən məmnun olacağını bildirir və onları Şəki Xan Sarayını ziyarət etməyə dəvət edir".Muxalifet - 9-08-2019
Teleaparıcı Zaur Kamal SOYUNDU, tənbeh edildi - Deyəsən səni də pozdular - FOTO
Teleaparıcı Zaur Kamalın son paylaşımı müzakirə obyektinə çevrilib. İstirahətdən foto paylaşan aparıcı sərt şəkildə tənqid edilib. Belə ki, Zaurun hovuzdan yarıçılpaq fotosunu “İnstaqram”da paylaşmağı başına bəla olub. Aparıcının bu görünüşü izləyicilər tərəfindən bəyənilməyib. “Özün açıq-saçıq geyinənlərə lağ edirdin, nə oldu? Onlar deyəsən səni də pozdular”, ”Bu nədir belə? Heç səndən gözləməzdim. Adın-sanın var, get əyninə paltar geyin” - deyə ona sərt şəkildə fikirlərini bildiriblər. Sözügedən fotonu təqdim edirik:
Muxalifet - 9-08-2019
Qaradağ rayon icra hakimiyyəti hər il bizdən “rüsum” olaraq qoyun-quzu alırdı... – bu il 3000 manat istədilər, gücümüz çatmadı... - VİDEO
Qarabağdan, Qaradağa sığınan 50 nəfər köçkünü Qaradağ icra hakimiyyəti köçürdür
Muxalifet - 9-08-2019
Əli Həsənovun nəvəsi bəraət aldı
Baş nazirin müavini Əli Həsənovun nəvəsi, iki nəfərin ölümünə səbəb olmuş yol qəzası törətməkdə təqsirləndirilən Nail Allahverdiyevin haqqındakı qərar dəyişib. Muxalifet.az bizimyol.info-ya istinadən xəbər verir ki, Ali Məhkəmə N.Allahverdiyevin üzərində olan azadlıqdan məhrumetmə cəzasını götürüb və onun 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən dərhal azad edilməsi barədə qərar çıxarıb.
Muxalifet - 9-08-2019