Axtarış
The search found 105785 results in 0.025 seconds.
Search results
Prokurorluqda işləmək istəyənlərin imtahan nəticələri AÇIQLANDI
Dövlət İmtahan Mərkəzi (DİM) Baş Prokurorluq ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq, prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
DİM-dən Muxalifet.az-a verilən məlumata görə, Bakı İdman Sarayında təşkil olunan imtahan saat 10:00-da başlayıb və 3 saat davam edib.Muxalifet - 9-08-2019
MAĞAZASINI SU BASAN SAHİBKAR ŞEİR QOŞDU: Onun gölməçə içərsində dediyi şeir... - VİDEO
Ötən gündən başlayaraq yağan intensiv yağış paytaxtın ən böyük ticarət mərkəzlərindən olan “Sədərək”də yüzlərlə mağazaya ziyan vurub.
Yağış ticarət mərkəzində müxtəlif fəsadlara yol açıb.
Səhər saatlarında mağazalarını açan sahibkarlar əsl sürprizlə qarşılaşıblar. Mağazalara suyun dolması nəticəsində əsaəsn geyim malları tam yararsız hala düşüb.
Alış-verişə gələnlər ticarət mərkəzinin ərazisinə girə bilməyiblər.
Dükan sahibləri, satıcılar mağalara və anbarlara dolan suyu təmziləməyə çalışsalar da, hələlik buna nail ola bilməyiblər.Muxalifet - 9-08-2019
Adnan Oktarla bağlı YENİ FAKTLAR ortaya çıxdı
Adnan Oktarın gizli silahlı qrupu haqda yeni faktlar üzə çıxıb.
Məlum olub ki, dəstə üzvlərinin öz aralarındakı mesajları şifrəli sözlərdən ibarət olub. “Qızlarla birgə olmaq” əvəzinə “kataloq”, “növbə tutma” əvəzinə “maç”, “pul” yerinə isə “poğaça”, yaxud “light cola” deyirmişlər.
Hətta Adnan Oktar əvəzinə “dayı”, “yazar” və digər kəlimələrdən istifadə edilib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu açıqlamanı artıq 3 ildir ki, dəstənin danışıqlarını dinləməyə alan hüquq mühafizə orqanları bildirib.Muxalifet - 9-08-2019
Atambayevin oğlu da istintaqa çağırıldı
Dünən saxlanılmış Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevin oğlu da istintaqa çağırılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə RİA Novosti-yə eks-prezidentin vəkili Sergey Slesaryev məlumat verib. O, bildirib ki, Atambayevin oğlu Seyidbek ifadəsi alınması üçün Daxili İşlər Nazirliyinə dəvət edilib.
Vəkil bildirib ki, hazırda ifadə verən Seyidbekin konkret olaraq hansı iş üzrə sorğu-sual edildiyi məlum deyil.Muxalifet - 9-08-2019
MÜHARİBƏYƏ BAŞLAMALIYIQMI? - Savaşın qarşısında duran YEGANƏ MANEƏ
“Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə “Qarabağ Ermənistandır” açıqlamasından sonra Azərbaycan cəmiyyətində ən çox səslənən sual budur: “Müharibəyə başlamalıyıqmı?” Bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Poitoloq bildirib ki, Nikol Paşinyan “Qarabağ Ermənistandır” deməklə əslində Azərbaycanın Qarabağ davasında haqlı olduğunu beynəlxalq aləmə göstərdi: “Çünki illərdir beynəlxalq aləmə başa salmağa çalışırdıq ki, Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır, separatçılar təkbaşına torpaqlarımızı işğal edə bilməzdilər, buna gücləri çatmazdı.
Muxalifet - 9-08-2019
Nəqliyyat xidmətinin “Nabran yolçuluğu” - Sərnişinlərdən mənzil başına çatanda əlavə haqq alınır
Yay aylarında insanların ən çox üz tutduqları yerlərin istirahət-əyləncə mərkəzlərinin olmasını vurğulamaqla “Amerika kəşf etmiş olmuruq”. Doğma Azərbaycanımızda bu amacla üz tutulan başlıca məkanlardan birinin də Nabran oduğu gizlin deyil. Tam əminliklə deyə bilərik ki, Nabran yurdumuzun dincəliş-əyləncə mərkəzidir. Özəlliklə iyunun sonlarından Nabrana Bakıdan və digər yerlərdən turistlərin köçü başlanır.
Muxalifet4 - 9-08-2019
Bakıda ana və azyaşlı oğlu itkin düşdü
Bakıda ana və azyaşlı oğlu itkin düşüb.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Quliyeva Firuzə və oğlu, 1 yaşlı Quliyev Əli yaşadıqları Nərimanov rayonu Böyük Şor qəsəbəsindəki evlərindən çıxaraq bir daha geri qayıtmayıb. Onların yaxınları bu barədə Nərimanov Rayon Polis İdarəsinə müraciət edib. İtkin düşən şəxslərin axtarışı davam etdirilir.
Muxalifet - 9-08-2019
Elnur Aslanovun daha bir yaxın qohumu yüksək vəzifədə çalışır
Prezidentin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin sabiq müdiri Elnur Aslanovun daha bir yaxın qohumu yüksək vəzifədə çalışdığı məlum olub. Unikal.org-a daxil olan məlumata görə, Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev Elnur Aslanovun bacanağıdır.
Muxalifet - 9-08-2019
Türkiyədə fahişəlik edən azərbaycanlı qadınların sayını bilən var? - BİR ÇOXU QUL KİMİ İŞLƏDİLİR…
Türkiyədə yaşamaq icazəsi almaq üçün yaşlı kişiləri tora salan azərbaycanlı qadınlardan ibarət dəstə ifşa olunub. Dəstə üzvləri təxminən 60-75 yaşlı varlı kişiləri tora salıb, onlarla evləndikdən və Türkiyədə yaşama icazəsi aldıqdan sonra boşanaraq fahişəliklə məşğul olublar.
Türkiyə mətbuatı tez-tez yaşlı kişiləri aldadan, həmçinin fahişəliklə məşğul olan azərbaycanlı qadınlardan yazır. Baxmayaraq ki, bəzən də əksinə olur, qadınlar tora düşürlər.
Muxalifet - 9-08-2019
Prezident xalqı təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Muxalifet.az həmin təbriki təqdim edir:“Hörmətli həmvətənlər!
Muxalifet - 9-08-2019
Bərdədə QANLI OLAY: Ahıl kişilər bir-birini bıçaqladı
Bərdə rayonunda bıçaqlanma olub. Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Lənbəran kəndi ərazisində baş verib. Belə ki, kənd sakinləri - 1953-cü il təvəllüdlü Şəmsəddin Səlimovla 1957-ci il təvəllüdlü Elman Qasımov mübahisə ediblər. Mübahisə zəminində hər iki tərəf evdən götürdükləri mətbəx bıçağı ilə bir-birini bıçaqlayıblar. Hər iki şəxs qarın və bud nahiyələrindən bir neçə bıçaq zərbəsi alıb. Hadisə zamanı hər iki ahıl kişi çoxlu qan itirib və huşsuz vəziyyətdə yerə yıxılıblar.
Muxalifet - 9-08-2019
Umayra Tağıyeva: "Avqustun 11-də ölkədə güclü külək əsəcək"
Avqustun 9-u günün birinci yarısınadək Bakıda və Abşeron yarımadasında yağış yağıb.
“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
O qeyd edib ki, düşən yağıntının miqdarı Zabratda 6 mm (aylıq normanın 98 %-i), Bakıda 4 mm (aylıq normanın 66 %-i), Maştağada 4mm (aylıq normanın 52 %-i), Binədə 3 mm (aylıq normanın 49 %-i), Çilov adasında 2 mm, Sumqayıt, Pirallahı, Neft Daşlarında 1 mm olub. Digər rayonlarda əsasən zəif yağış qeydə alınıb.
Muxalifet - 9-08-2019
“GALENVAGEN”İN TƏKƏRİ ALTINDA ƏZİLƏN MƏHKƏMƏ… – Onun nəvəsi kimdən artıq idi?
Azərbaycanda bizneslə məşğul olan, yaxud olmaq istəyən xarici iş adamlarının ən birinci iradı həmişə ölkəmizdəki məhkəmə-hüquq sistemilə bağlı olub. Biz hələ öz vətəndaşlarımızı demirik. Hüquq sistemimiz, məhkəmələrimiz o qədər açıq-aşkar qanunsuz, ədalətsiz əməllərə, qərarlara imza atıb, o qədər günahsız, yaxud cüzi qanunsuz əməli olan “sahibsiz” vətəndaşları zindana göndərib, əvəzində canilərin, rüşvətxorların, dələduzların “üzünə gülüb” ki…
Muxalifet4 - 9-08-2019
Ermənilər Qarabağı viran qoyur - “Azərkosmos”peyk görüntülərini yaydı - FOTOLAR
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) və “Azərkosmos” ASC birgə açıqlama yayıb.
Muxalifet.az-ın xəbərinə görə, açıqlamada deyilir:
Muxalifet4 - 9-08-2019
Keçmiş icra başçısı barəsində cinayət işi başlanıldı - RAMİZ YEDİYAROV NƏDƏ İTTİHAM EDİLİR?
Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ramiz Yediyarov barəsində cinayət işi başlanılıb. Muxalifet.az E-huquq.az-a istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 222-2.1-ci (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddəsi ilə ittiham irəli sürülüb. Artıq cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün Gədəbəy Rayon Məhkəməsininə göndərilib. Cinayət işi hakim Marif Kazımovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. Zərərçəkmiş qismində Gədəbəy Rayon İcra Hakimiyyəti tanınır.
Muxalifet4 - 9-08-2019
Dənizə düşən qırıcı təyyarəmizi türk xilasedicilər tapıb - RƏSMİ AÇIQLAMA - FOTOLAR
Türkiyə Respublikası Dəniz Qüvvələri Komandanlığında xidmət edən 10 nəfərlik Sualtı Axtarış-Xilasetmə Briqadası (Sualtı Arama Kurtarma Timi - SAK) Xəzər dənizinə düşmüş MİQ-29 hərbi təyyarəsinin bəzi hissələrini tapıb. Briqada hərbi təyyarənin qalıqlarının və Azərbaycan Hərbi Hava Qüvvələrin pilotu Rəşad Atakişiyevin tapılmasına kömək məqsədilə İstanbuldan Bakıya gəlib. Təyyarənin əsas hissəsinin dənizdən çıxarılması üçün hazırlıq işləri gedir.
Muxalifet4 - 9-08-2019
Güləşçimiz erməni dünya çempionunu məğlub etdi və FİNALA YÜKSƏLDİ
Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə "Qran-pri" turniri davam edir.
Virtualaz.org bildirir ki, “Qran-pri”nin yarımfinalında Azərbaycan güləşçisi Rafiq Hüseynov (82 kq) erməni rəqibi, dünya çempionu Maksim Manukyana 9:1 hesabı ilə qalib gələrək finala yüksəlib.
Qeyd edək ki, final görüşü sabah keçiriləcək.
Muxalifet4 - 9-08-2019
Koçaryanın tərəfdarları yenidən Yerevan küçələrinə çıxdılar - AKSİYA
Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın tərəfdarları Yerevanda etiraz aksiyası keçiriblər.
Yerli KİV-lər xəbər verir ki, Ombudsman aparatının qarşısında baş tutan aksiyada Koçaryanın iki yüzə yaxın tərəfdarı iştirak edib. Etirazçılar sabiq prezidentin tezliklə həbsdən azad olunmasını tələb ediblər.
Sabiq deputat, aksiyanın təşkilatçılarından biri Qaqik Baqdasaryan Koçaryanın siyasi məhbus olduğunu və qanunsuz həbs edildiyini bildirib.
Muxalifet4 - 9-08-2019
Kreml Paşinyana xəbərdarlıq etdi - Bişkek görüşünün PƏRDƏARXASI
Qırğızıstanda keçmiş prezidentin həbsi ilə bağlı yaşanan olaylara baxmayaraq, Bişkekdə Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrin baş nazirlərinin toplantısı keçirilib. Toplantı çərçivəsində Rusiyanın baş naziri Dmitri Medvedyev erməni həmkarı Nikol Paşinyanla görüşüb. Hər iki baş nazir iki ölkə arasındakı münasibətlərin dinamikasından razılığını bildirib. Görüşdə bu cümləyə zəruri əlavə də edilib: “Rusiya-Ermənistan strateji əlaqələrinin gücləndirilməsi və inkişafı üçün fəal iş davam etdirilməlidir”.
Muxalifet4 - 9-08-2019
Tramp KXDR liderindən məktub aldı
ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Indan məktub aldığını bəyan edib.
Muxalifet.az Azərtac-a istinadən xəbər verir ki, "Röyters" agentliyi Trampın bu sözlərini sitat gətirib: “Mən dünən Kim Çen Indan çox yaxşı məktub almışam. Zənn edirəm ki, bizim yeni görüşümüz olacaq”.
Bununla belə, Ağ evin sahibi belə bir görüşün nə vaxt baş tuta biləcəyini dəqiqləşdirməyib.
Muxalifet4 - 9-08-2019