Axtarış
The search found 105785 results in 0.039 seconds.
Search results
20 İLLİK KRİMİNAL OLİQARXİYA İLƏ İSLAHAT MÜMKÜNDÜRMÜ? – Paşinyanın “yenilər”i də “köhnələr”dən ibarətdir
Ermənistan Baş naziri Nikol Paşinyan Stepanakertin (Xankəndi – tərc.) “Dirçəliş” meydanında çıxış edərkən, ölkənin strateji inkişaf hədəflərini açıqlayıb: 2050-ci ilədək əhalinin sayının 5 milyona çatdırılması, ÜDM-in 15 dəfə artırılması, 1,5 milyon iş yerinin açılması, səhiyyənin maliyyələşdirilməsinin 20 dəfə artırılması, 10 milyard dəyərində olan 5 texnoloji şirkətin qurulması, erməni ordusunun dünyanın ən döyüş qabiliyyətli 20 ordusu sırasına daxil edilməsi və s.
Muxalifet - 10-08-2019
Amerikalı milyarder həbsxanada intihar etdi
Amerikalı milyarder Ceffri Epşteyn həbsxanada yatdığı kamerada intihar edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “ABC” telekanalı xəbər verib.
Bu ilin iyul ayında həbs edilən milyarder orada hakim qarşısına çıxacağı günü gözləyirmiş. Cinayətləri sübut olunacağı təqdirdə onu 40 ildən çox həbs müddəti gözləyirdi.
Muxalifet - 10-08-2019
Türkiyə Kiprin şimalında qazma işlərini dayandırır?
Türkiyənin “Yavuz” geoloji kəşfiyyat gəmisi Şimali Kiprin sahillərində neft və qaz axtarışlarına başlayıb.
Trend-in məlumatına görə, bunu Türkiyənin Energetika və Təbii ehtiyatlar naziri Fateh Dönmez deyib.
Onun sözlərinə görə, ərazidə 1700 metr dərinliyində quyular qazılıb.
Nazir əlavə edib ki, kəşfiyyat işləri 2,5-3 ay ərzində davam edəcək:
“Biz qanuni hüquqlarımıza uyğun olaraq qazma işlərini davam etdirəcəyik”.
Muxalifet - 10-08-2019
Amerikalılar nüvə silahını da çıxarsın – Alman deputat
Amerikalılar öz qoşunlarını çıxarmaq istəyirsə, onda nüvə silahlarını da aparmalıdırlar.
Axar.az xəbər verir ki, bunu Almaniya Bundestaqının deputatı Ditmar Barç ABŞ-ın Berlindəki səfiri Riçard Qrenellin Pentaqonun öz bazalarını Polşaya yerləşdirə biləcəyi ilə bağlı açıqlamasına cavab olaraq deyib.
Deputatın sözlərinə görə, ABŞ Almaniyadakı nüvə arsenalını Polşaya deyil, yalnız öz ölkəsinə yerləşdirə bilər:
Muxalifet - 11-08-2019
Bakı-Qazax yolunda DƏHŞƏTLİ QƏZA: 19 nəfər...
Kürdəmir- Şirvan avtomobil yolunda ağır yol qəzası baş verib. Trend-in məlumatına görə, avtomobil yolunda hərəkətdə olan iki avtobus və bir minik avtomobili toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində 19 nəfər müxtəlif xəsarət alıb. Yaralılardan 10 nəfər Şirvan rayon Mərkəzi Xəstəxanasına, 9 nəfər isə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Kürdəmir MRX-dan Trend-ə bildiriblər ki, hadisə nəticəsində xəsarət alan 6 qadın, 2 kişi və bir azyaşlı oğlan xəstəxanaya gətirilib.
Muxalifet - 11-08-2019
Azərbaycanda zəlzələ oldu
Bakı vaxtı ilə saat 07:29-da Zaqatala stansiyasindan 16 km cənub-qərbdə, Zaqatala ərazisində zəlzələ olub.
Muxalifet.az AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib.Muxalifet - 11-08-2019
Bu şəxslərin maaşları artırıldı - SİYAHI
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib.
Muxalifet - 11-08-2019
Övladlarının andiçmə mərasiminə gedən ata-ana yol qəzasına qurban getdi - QAXDA 3 ÖLÜ, 5 YARALI
Ötən gün axşam saatlarında Qax rayonunda baş vermiş ağır yol qəzasında ölən və yaralananların adları məlum olub. İki avtomobilin toqquşması nəticəsində Akif Ağayev, onun həyat yoldaşı Leyla Ağayeva və bacısı oğlu Tural Nəzərov həyatlarını itirib. Eyni zamanda Asya Ağayeva, Sevda Mirzəyeva və Zaqatala sakini Kərimzadə Çağrı Tərlan oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Ölənlər Qaxdan hərbi xidmətdə olan övladlarının sabah keçiriləcək andiçmə mərasiminə gedirlərmiş. *** Qax rayonunda ağır yol qəzası baş verib.
Muxalifet - 11-08-2019
AZƏRBAYCANDA YENİ BANK QALMAQALI – Emin Zeynalovu kimlər məhv etmək istəyir...
Azərbaycan yeni bir bank qalmaqalının ərəfəsindədir. Həm də aydın görünür ki, bunu görən, hiss edənlər var və həmin şəxslər gündəmə gələ biləcək hüquqi məsuliyyətləri ilə bağlı məsələdən yayınmaq üçün "günah keçisi” yaratmağa və bütün cinayətləri ona yükləməyə çalışırlar. Bu "günah keçisi” isə bir zamanlar böyük prespektivlər vəd edən gənc bankir Emin Zeynalovdur. Bu şəxs gənc yaşlarında "Kapital Bank” ASC-nin Xəzinədarlıq departamentinin direktoru olub.
Muxalifet4 - 11-08-2019
Azərbaycanda meyvə və tərəvəz ixracı artıb
2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan meyvə və tərəvəz ixracını keçən ilin eyni dövrü ilə müqayisədə 15 faiz artırıb və ya nağd şəkildə 318.4 milyon dollara çatdırıb. Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən məlumat verir. Hesabat dövründə plastik və ondan hazırlanan məhsulların ixracı 103,3 milyon, pambıq lifinin ixracı 75,7 milyon, kimya məhsulları 45,6 milyon, alkoqollu və alkoqolsuz içkilər 15,5 milyon, pambıq iplik 14,6 milyon dollar dəyərində olub.
Muxalifet - 11-08-2019
19 nəfərin yaralandığı Hacıqabul dəhşəti: bir nəfərin qolu amputasiya edilib - YENİLƏNİB
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirovun virtualaz.org-a bildirdiyinə görə, qəza nəticəsində 19 nəfər yaralanıb.Muxalifet4 - 11-08-2019
Separatçı qüvvələr prezident sarayını ələ keçirdilər
Yəməndə Cənub Keçici Şurasının separatçı qüvvələri prezident sarayı Maaşiki uğurla ələ keçirdiklərini bəyan ediblər.
Muxalifet.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə RİA informasiya agentliyinə bu ölkədəki hərbi mənbələrdən məlumat verilib.
Xatırladaq ki, səhər saatlarında separatçılar paytaxtın əsas obyektlərini ələ keçirə bilmişdilər. Günorta saatlarında Səudiyyə Ərəbistanının hərbi təyyarələri separatçıların mövqelərini bombalamışdılar.
Prezident Əbd Rabbuh Mənsur Hadinin Səudiyyə Ərəbistanında olduğu bildirilir.
Muxalifet4 - 11-08-2019
Moskvada daha 136 nəfər saxlanılıb - ETİRAZ AKSİYASI
Moskvada keçirilən mitinqlərdən sonra icazəsiz yürüşə çıxan 136 nəfər polis tərəfindən saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb. “Moskvanın mərkəzində təşkil olunan qeyri-qanuni mitinqdə müxtəlif qanun pozuntularına yol verən 136 nəfər saxlanılıb”, – məlumatda bildirilib. Qeyd edək ki, bundan əvvəl Moskva rəhbərliyi Saxarov küçəsində 10 və 11 avqust tarixlərində 100 min nəfərin iştirakı ilə gözlənən iki mitinqin keçirilməsi üçün icazə vermişdi. Təşkilatçılar sonradan 11 avqust mitinqini keçirməkdən imtina etdiklərini açıqlamışdı.
Muxalifet4 - 11-08-2019
Bakıda dəhşətli hadisə - ÖLƏNLƏR VƏ YARALANANLAR VAR
Bu gün səhər saatlarında Bakıda dəhşətli yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyi bildirir ki, nazirliyin "112" qaynar telefon xəttinə Qaradağ rayonunda “Mercedes” markalı minik avtomobili və “КамАЗ” markalı yük avtomobilinin toqquşması barədə müraciət daxil olub.
Muxalifet4 - 11-08-2019
Azərbaycanda erkən nigahın əsas səbəbi - MOVHUMAT
-Mehriban xanım, son günlər ard-arda Zaqatala və Cəlilabad rayonlarında iki 17 yaşlı qızın intiharı erkən nikah problemini yenidən gündəmə gətirib. Sosial şəbəkələrdə və mediada həmin qızların zorla ərə verilməyə etiraz olaraq özlərini öldürdüklərinə dair fikirlər var. Niyə hələ də Azərbaycanda erkən nikah problem olaraq qalır? Səbəb nədir? Bu problemdən əziyyət çəkən qızlar çoxdurmu?
Muxalifet4 - 11-08-2019
Pirşağıda beş villanın hasarı söküldü - SƏBƏB...
Politoloq Elxan Şahinoğlu Pirşağıda bağ evində yaşayır. Yerli hakimiyyət beş villanın digər sakinlərin dənizə keçidinin qarşısını kəsən hasarını sökdükdən sonra dünən o, ilk dəfə Xəzərin sahilindən piyada keçə bilib. Villa sahibləri özləri üçün "öz sahillərini" - bahalı evdən birbaşa dənizə çıxış və "öz çimərliklərində" çimmə imkanı yaradıblar. Elxan indi artıq hamı üçün açılan sahildə gəzişib və 20-30 metr daş hasarın söküldüyünü hesablayıb. Ən maraqlısı odur ki, o, bu villalarda heç kimin olmadığını görüb.
Muxalifet4 - 11-08-2019
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - 2570 manata çatdı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Belə ki, Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib.
Muxalifet4 - 11-08-2019
Şəbnəm yol qəzasında ağır yaralanıb? - Açıqlama
Müğənni Şəbnəm Tovuzlunun qəzaya düşməsi barədə xəbərlər yayılıb. Muxalifet.az musavat.com-a istinadən bildirir ki, bu gün Bakı-Qazax yolunda yol baş verən qəzanın səbəbkarının ifaçının olduğu bildirilib. Hətta qəza zamanı Şəbnəm Tovuzlunun da xəsarət aldığı iddia edilib. Yayılan məlumatlarla bağlı musavat.com saytına açıqlama verən müğənni xəbəri yalanlayıb: "Yalan xəbərdir. Mən qəza törətməmişəm. Qəzada da ağır yaralanmamışam. Qohum-qonşu bayaqdan mənə zəng edir, narahatdırlar. Xahiş edirəm ki, haqqımda bu cür yalan xəbərlər yazılmasın. Yaxınlarım narahat olur.
Muxalifet - 11-08-2019
Dənizdə batan 4 uşaq qardaş övladları imiş...
Nardaran çimərliyində 4 uşağın batması ilə nəticələnən faciənin təfərrüatları məlum olub.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili "Qafqazinfo"ya açıqlamasında bildirib ki, batan uşaqlar iki qardaşın övladları olub.
Qardaşlardan birinin iki qızı, digərinin isə qızı ilə oğlu boğulub. Onlardan 3-nün cəsədi sudan çıxarılıb, Cəfərzadə Zeynəbin meyitinin axtarışları isə davam etdirilir.Muxalifet - 11-08-2019
Sumqayıtda mebel sexində yanğın olub, xəsarət alan var - YENİLƏNİB, VİDEO
10 avqust 2019-cu il tarixdə saat 16:58-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində mebel sexində yanğın olması barədə məlumat daxil olub.
Muxalifet - 11-08-2019