Axtarış
The search found 105785 results in 0.049 seconds.
Search results
Nura illər öncə çəkilən yarıçılpaq FOTOsunu paylaşdı - Əxlaqsızın böyüyüdür
Bodrumda istirahətdə olan Nura Suri oradan paylaşdığı çimərlik fotolarına görə onu tənqid edənlərə sərt cavab verib.
Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, cazibədar ifaçı illər öncə yerli jurnallardan birinin üz qabığında çıxan yarıçılpaq fotosunu İnstaqram hesabından paylaşaraq açıq-saçıq geyiminə görə ona "əxlaqsız" nəzəri ilə baxanları susdurub.
Nura həmin şəxslərin onun barədə dedikləri neqativ fikirlərin əhəmiyyətsiz olduğunu qeyd edib:Muxalifet - 12-08-2019
S-400-lərin ikinci partiyası Türkiyəyə nə vaxt gətiriləcək? - Tarix AÇIQLANDI
Türkiyəyə S-400 zenit-raket komplekslərinin ikinci partiyasının tədarükü avqust-sentyabrda həyata keçiriləcək.
Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bəyan edib.
Müdafiə naziri qeyd edib ki, Türkiyənin öz hava məkanını müdafiə etməyə ehtiyacı var.
Qeyd edək ki, iyulun 12-də S-400-lərin ilk partiyası Rusiyadan Türkiyəyə tədarük olunub./trendMuxalifet - 12-08-2019
"Şaban"ın oğlundan atası ilə bağlı duyğusal paylaşım
Türkiyəli aktyor Kemal Sulalın oğlu Ali Sunal atası ilə bağlı paylaşım edib.
Qızını yeni qucağına alan aktyor sosial şəbəkədə "Canım atam. Mən də ata oldum. bilirəm ki, sən də nəvəni görüb hiss edirsən. Mən də sənin kimi ailə rəisi olacağam. Narinimi səninlə böyüdəcəyəm" deyə, yazıb.
Onun bu paylaşımı izləyiciləri hüznləndirib. Onlar əfsanəvi aktyoru gözəl sözlərlə yad ediblər.Muxalifet - 12-08-2019
“İstədiyimiz vaxt Fars körfəzində istənilən gəmini ələ keçirərik...” - İRAN ADMİRALI HƏDƏLƏDİ, TOQQUŞMA RİSKİ ARTIR
İran hakimiyyəti Fars körfəzində istənilən vaxt istənilən gəmini ələ keçirə bilər, hətta onu Amerika və ya Britaniya qüvvələri müşaiyət etsə belə. Belə təhdidlə İranın İnqilab Keşikçiləri Korpusunun dəniz qüvvələrinin komandanı, admiral Əlirza Tangsiri çıxış edib. İran televiziyasında çıxışı zamanı admiral bildirib ki, İnqilab Keşikçilərinin dəniz qüvvələri Hörmüz boğazında və Fars körfəzində təhlükəsizliyi müstəqil şəkildə təmin etməyə qadirdir. Və hansısa xarici köməyə ehtiyacı yoxdur.
Muxalifet - 12-08-2019
Gürcüstan hökuməti doludan ziyan görən azərbaycanlılara yardım edib
Gürcüstan hökuməti azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun təbii fəlakətdən ziyan görən kəndlərinə yardım edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, doludan ziyan görən 400-ə yaxın ailə üçün metal dam örtükləri alınıb.
Bunun üçün mərkəzi büdcədən 660 min lari (226 min dollar) vəsait ayrılıb. Dam örtükləri mərhələli şəkildə sakinlərə paylanılacaq.
Muxalifet - 12-08-2019
Nazir Ramiz Zeynalovun müavinini vəzifədən azad etdi
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazov tutdugu vəzifədən azad olunub.
Muxalifet.az avtosfer.az-a istinadən xəbər verir ki,, Mübariz Şahbazov daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnaməyə uyğun olaraq yaş həddinə görə təqaüdə göndərilib.
Nazirin digər əmri ilə Baş DYP İdarəsinin rəis müavini postuna polkovnik-leytenant İlham Rəcəbov gətirilib. İlham Rəcəbov buna qədər Baş İdarənin Texniki şöbəsinin rəisi vəzifəsində çalışırdı.
Muxalifet - 12-08-2019
Deputatlar qurban kəsib imkansızlara paylayır? - SORĞU
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Qurban bayramı ilə əlaqədar Azərbaycan məscidlərində bayram namazı qılınıb.
Oxu.Az Milli Məclisin bir neçə deputatı arasında qurban kəsib-kəsməməsi ilə bağlı sorğu keçirib.
Deputat Vahid Əhmədov bildirib ki, hazırda təmsil etdiyi Quba rayonundadır və qurban kəsərək Quba sakinlərinə paylayıb.
Millət vəkili Kamilə Əliyeva isə Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib və qurban kəsdiyini əlavə edib:Muxalifet - 12-08-2019
Həkimdən ŞOK SÖZLƏR : “Bu qidaları yeməyin!”
Qidalanma bizim ən təbii tələbatımızdır. Düzgün və sağlam qidalanmaq orqanizmin sağlamlığı üçün vacib şərtdir. Bəs ətdən, süddən və bir çox qidalardan imtina edən vegeterianların qidalanması hansı formada olmalıdır? Loğman İsmayıl Vəliyev Publika.az-a vegeterianların qidalanmasından, vegeterian olmaqla daha sağlam yaşamağın mümkünlüyündən danışıb.
Muxalifet - 12-08-2019
Coco-Cola şirkətinin sponsorluğu ilə Xocalı hava limanında "Artsax Eyrfest" festivalı - VİDEO
Coco-Cola şirkətinin sponsorluğu ilə Xocalı hava limanında "Artsax Eyrfest" festivalı keçiriıib. Muxalifet.az həmin tədbirin video görüntüsünü təqdim edir:
Muxalifet - 12-08-2019
SON DƏQİQƏ: Təmas xəttində erməni hərbi qulluqçusu saxlanıldı - FOTOLAR
Avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, ilkin dindirilmə nəticəsində müəyyən olunub ki, düşmən hərbiçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir.
Muxalifet - 12-08-2019
Qurbanov: "Rəqiblə bağlı diqqətli olmalıyıq"
"Həqiqətən vacib oyuna çıxırıq. Rəqiblə bağlı diqqətli olmalıyıq". Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Ağdam klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Kiprin APOEL klubu ilə qarşılaşacaq. Sabah Bakıda baş tutacaq cavab oyunu öncəsi mətbuat konfransı keçirən Q.Qurbanov bildirib ki, rəqibin baş məşqçisi dəyişdiyindən diqqətli olmalıdırlar: "Onun işi barədə futbolçularımıza lazımı qədər məlumat vermişik. Sabah yaxşı oyun, yaxşı nəticəylə sizləri sevindirməliyik. Narahatlıq mütləq var. Xüsusilə baş məşqçi dəyişəndə, məndə narahatlıq var.
Muxalifet - 12-08-2019
Ermənilər Şuşadakı məcsidi kimin üçün təmir edirlər? - AÇIQLAMA
"Dostum Kamal Əli “ermənilər Şuşa məscidini niyə təmir edirlər” sualına cavab axtarır. Bu suala mən də günlərdir cavab tapmağa çalışıram. Erməni separatçıları Şuşanı 27 ildir işğal altında saxladıqları halda dağıtdıqları məscidin bərpasına niyə bu il başlayıblar? Bu qərarı indi niyə veriblər? Bu suallara da cavab tapmağa çalışmalıyıq".
Demokrat.az xəbər verir ki, bu fikirləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.Muxalifet - 12-08-2019
"Əxlaqı geyimlə ölçənlər əxlaqsızın böyüyüdür" - Nura Suridən SƏRT SÖZLƏR
"Mənim 2000-ci illərdən bəri internetdə belə fotolarım var və bu, məni narahat etmir".
Muxalifet.az bildirir ki, bu sözləri müğənni Nura Suri bikinili şəkillərini nəzərdə tutaraq yazıb.
Sənətçi əxlaqın geyimlə ölçülməsinə qarşı çıxdığını bildirib:
"Əgər fotolarım kimisə narahat edirsə, baxmasın. Kimsə əxlaqı açıq-saçıq geyimlə ölçürsə, özü əxlaqsızın böyüyüdür. Özümə və həyat tərzimə arxayınam. Tanımadığım bədniyətli insanların fikri vecimə deyil. Əgər olsaydı, belə şəkillər paylaşmazdım. Hamınıza xoşbəxt olmağı arzu edirəm"./axşam.azMuxalifet - 12-08-2019
DYP sürücülərə müraciət etdi
Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi Qurban bayramı münasibətilə səfərə çıxan sürücülərə müraciət edib.
İdarədən verilən məlumatda bildirilir ki, Baş Dövlət Yol Polisi İdarəsi hər bir yol hərəkəti iştirakçısını Qurban bayramı münasibətilə təbrik edərək səfərə çıxan sürücülərə yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edir:Muxalifet - 12-08-2019
Generalın yeni müavini Əhmədzadənin kürəkənidir?
Xəbər verdiyimiz kimi, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polkovnik Mübariz Şahbazov tutdugu vəzifədən azad olunub. Onun yerinə polkovnik-leytenant İlham Rəcəbov gətirilib.
İ. Rəcəbovla bağlı “Yeni Sabah”a məlumat verən mənbə bildirib ki, yeni müavin Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin kürəkənidir. O, bu vaxta qədər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində şöbə rəisi olub.
Muxalifet - 12-08-2019
PREZİDENTİ HƏBSƏ GÖNDƏRƏN “QANUNİ OĞRU” – Atambayevə qənim kəsilən çeçenin heyrətamiz tarixçəsi
Hazırda Qırğızıstanda onun barəsində müsbət fikirdə olan kiməsə rast gəlmək çoz çətindir. Belələri olsa-olsa onun hansısa həbsxananın küncündə varlığını sürdürən keçmiş “silahdaşları” ola bilər.
Muxalifet - 12-08-2019
Bu ölkədə binanın damı çökdü: 3 ölü, 8 yaralı
Tailandın turizm mərkəzlərindən olan Puket adasında inşası davam edən ikimərtəbəli binanın çökməsi nəticəsində üç fəhlə ölüb.
Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində 8 nəfər yaralanıb. Ölənlərin hər üçü Myanmadan olan mühacir fəhlələrdir.
Hadisə yerində axtarış işləri davam etdirilir. Hələlik qəzanın başvermə səbəbləri dəqiq bilinmir.
Muxalifet3 - 12-08-2019
Sabirabadda ağır qəza: Azyaşlı uşaq öldü...
Sabirabad rayonunda azyaşlı uşağın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə Qaratoğay kəndi ərazisində qeydə alınıb. “Mersedes” markalı avtomobilin aşması nəticəsində sürücünün maşında olan iki yaşlı nəvəsi hadisə yerində ölüb. Sürücü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet3 - 12-08-2019
Rusiya qırıcılarının sayı açıqlandı - Rəqibləri ŞOKA SALACAQ
Hazırda Rusiya Hava-kosmik qüvvələrinin tərkibində 1,8 min təyyarə var.
Bu barədə "TASS" agentliyi açıq mənbələrə və xüsusi sənədlərə əsasən məlumat yayıb.
Bildirilir ki, Rusiya 800-dən artıq qırıcıya (Су-27, Су-30, Су-33, Су-35, МиГ-29, МиГ-31 və onların modifikasiyası) malikdir.
Muxalifet - 12-08-2019
Goranboyda avtomobil aşdı - Ölən və yaralanan var
Goranboy rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hərəkətdə olan "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet - 12-08-2019