Axtarış

The search found 105785 results in 0.026 seconds.

Search results

  1. Bəşəriyyət süni ət inqilabının astanasındadır

    Dünya İqtisadi Forumu: "On il ərzində dünya ət bazarında süni ətin payı 30 faizi keçəcək"

    Hamının heyvan kəsib ətini bölüşdüyü Qurban bayramı diqqəti bəşəriyyətin istehlakında mühüm yer tutan bu məhsula yönəldib. Hazırda dünya ət bazarında hansı proseslər gedir? Hansı yeni trendlər var ki, ət yeməyi sevən Azərbaycan da onları nəzərə almalıdır?

    Muxalifet - 13-08-2019

  2. Keçmiş silahdaşı İvanişviliyə qarşı hərəkat yaradır - “Layiqli Gürcüstan naminə"

    Yalnız azad, gənc insanların ittifaqı güclü ölkə yarada bilər.
    Muxalifet.az
    yerli KİV-ə istinadən bildirir ki, bunu öz Facebook səhifəsində “TBC Bank”ın təsisçisi Mamuka Xazaradze yazıb.
    O özünün yeni hərəkatını sentyabrda yaradacağını və “Layiqli Gürcüstan naminə” adlandıracağını bildirib: “Əgər güclü Gürcüstan qurmaq istəyiriksə, xalqa öz ləyaqətini qaytarmalıyıq”. Bu, Georgi Çkondidelinin sözləridir və biz məhz xalqın ləyaqətini geri qaytarmaqdan başlamalıyıq”.

    Muxalifet - 13-08-2019

  3. 19 nəfərin xəsarət aldığı yol qəzası ilə bağlı cinayət işi açıldı

    Hacıqabulda mikroavtobusun qəzaya düşməsi faktı ilə bağlı cinayət işi başlanıb.
    Muxalifet.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
    Hazırda cinayət işi üzrə digər zəruri istintaq hərəkətləri davam etdirilir.

    Muxalifet - 13-08-2019

  4. İnsan alverində təqsirləndirilən Natəvan beynəlxalq axtarışa verildi

    Azərbaycanda insan alveri cinayət əməllərinə görə təqsirləndirilən qadın "İnterpol" xətti ilə axtarışa verilib.
    Muxalifet.az
    -ın Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytına istinadən məlumatına görə, Tovuz rayon sakini, 1983-cü il təvəllüdlü Kazımova Natəvan İbrahim qızının barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2018-ci ildə axtarış elan edilib və həbs qətimkan tədbiri seçilib.
    N.Kazımova İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

    Muxalifet - 13-08-2019

  5. ​Babacan və Davudoğlunun Ərdoğana qarşı ŞOK PLANI: Meral Akşener açıqladı

    “Yeganə çatışmazlığımız mühafizəkar dindarlardan dəstək ala bilməməyimizdir. Çünki Ərdoğan dindarlarla bizim aramıza böyük bir divar çəkib”. Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu İyi partiyanın başqanı Meral Akşener deyib. Partiya başqanı sabiq nazirlər Ali Babacan və Əhməd Davudoğlunun yeni siyasi partiya quruculuğundan danışıb: “Babacan və Davudoğlunun partiyası vasitəsilə Ərdoğanın qurduğu bu divarı aşaraq, asanlıqla inanclı kəsimin dəstəyini təmin edə biləcəyik. Çünki kimsə onlarla bizim aramıza divar qura bilməz.

    Muxalifet - 13-08-2019

  6. "Kamaz" dərəyə aşdı: sürücü yaralandı, oğlu...

    Muğanlı-İsmayıllı yolunda bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 17:00 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun 61-ci kilometrliyində, İsmayıllı rayonu ərazisində qeyd alınıb. “HOVA” markalı, 99 CZ 905 dövlət nömrə nişanlı yük avtomobili yoldan çıxaraq 20 metr hündürlükdən dərəyə aşıb. Nəticədə sürücü xəsarət alıb, onun oğlu isə aşan avtomobilin təkərinin altında qalaraq dünyasını dəyişib.

    Muxalifet - 13-08-2019

  7. Amerikanın sıxışdırdığı Əsəd və Ərdoğan barışacaqlarmı? – "Onlar yenidən eyni cəbhədə ola bilərlər" – TƏHLİL

    Stanislav Tarasov

    regnum.ru, 12.08.2019

    Türkiyənin ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CXP) lideri Kamal Kılıçdaroğlu “Habertürk” qəzetinə müsahibədə bildirib ki, “ölkə prezidenti Rəcəb Tayib Ərdoğanın Suriya prezidenti Bəşər Əsədlə hər hansı ilkin şərtsiz görüşməli olduğu an çatıb”.

    Muxalifet - 13-08-2019

  8. İran daha iki yeni hərbi texnikasını təqdim etdi - MİNAYA DÜŞƏRKƏN SIRADAN ÇIXMIRLAR

    Avqustun 13-də İranın Müdafiə nazirinin iştirakı ilə yeni istehsal olunan iki hərbi texnikanın təqdimatı keçirilib. İranın müdafiə sənayesi “Rəəd” və “Əras” tipli zirehli avtomobilləri istehsal edərək Müdafiə Nazirliyinə təqdim edib. Mərasimdə çıxış edən İranın Müdafiə naziri general Əmir Xətami qeyd edib ki, bu hərbi maşınlar tam olaraq İranın milli istehsalıdır. Avtomobillərin heç bir detalı xaricdən gətirilməyib. Onun sözlərinə görə, bu zirehli maşınlar minaya düşərkən sıradan çıxmır.

    Muxalifet - 13-08-2019

  9. DÜNYA SAVAŞ TARİXİNDƏ İLK DƏFƏ - Türkiyənin istehsal etdiyi lazer silahı ilə vurdular

    Muxalifet.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Liviyada Hafterin Milli Ordusuna dəstək üçün göndərdiyi, Çin istehsalı olan “Wing Loong II” markalı Silahlı Pilotsuz Uçuş Aparatının Türkiyə istehsalı olan lazer silahı ilə Misrata şəhərinin üzərində uçarkən vurulduğu bildirilir. Hava hücumundan lazer müdafiə sistemini ASELSAN şirkəti istehsal edib.

    Məlumatı “ArmyRecognition” adlı hərbi xəbər saytı yayıb.

    Bu, dünya müharibə tarixində ilk belə hadisədir.

    Muxalifet - 13-08-2019

  10. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikol Paşinyanla görüşüb

    Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

    APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

    “Nikolay Patruşev və Nikol Paşinyan təhlükəsizlik, iqtisadiyyat, investisiya sahələrində Rusiya və Ermənistan arasında əməkdaşlıq məsələlərini, həmçinin beynəlxalq gündəmi müzakirə ediblər”, - deyə mətbuat xidmətinin məlumatında bildirilib.

    Muxalifet - 13-08-2019

  11. "Mənim şəkil çəkdirməyə və yaxud başqa şeyə həvəsim yox idi..." - SİYAVUŞ NOVRUZOV AFAQ ASLANLA FOTOSU HAQDA

    Deputat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov Musavat.com-a müsahibə verib. Muxalifet.az bildirir ki, deputat meğənni Afaq Aslanla yayılan fotosu haqda danışıb. Müsahibəni ixtisarla təqdim edirik:

    Muxalifet4 - 13-08-2019

  12. FHN-dən ƏHALİYƏ MÜRACİƏT: “Qadağan olunmuş yerlərdə çimməyin!” – VİDEO

    Yay aylarında insanların istirahətini təmin etmək üçün çimərliklər ideal istirahət zonası hesab edilir. İsti havalarda sərinlənmək həvəsi insanları daha çox çimərliklərə üz tutmağa vadar edir. Bu zaman çimərlik ərazilərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə də ciddi ehtiyac yaranır.

    Muxalifet - 13-08-2019

  13. Rusiyalı diplomatı Ukraynadan qovdular

    Ukraynada rusiyalı diplomat arzuolunmaz şəxs elan edilib. RİA Novosti xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. Qeyd edilir ki, Rusiyanın Lvovdakı Baş konsulluğunun əməkdaşı 2014-cü ildə Rusiya xüsusi xidmət orqanları tərəfindən işə cəlb olunmuş yerli sakindən müəyyən məlumat əldə edib. Diplomat artıq ölkəni tərk edib, ukraynalı isə dövlətə xəyanət işi üzrə şübhəli bilinir. Onu 15 ilədək həbs cəzası gözləyir.

    Muxalifet - 13-08-2019

  14. Erməni politoloq Paşinyanı SƏRT TƏNQİD ETDİ: "Qarabağ Azərbaycandır, Vəssalam"

    "4 gün əvvəl "Qarabağ Ermənistandır, Vəssalam" sözlərinin bəyan edilməsi, 3 gün əvvəl isə Xarici İşlər nazirliyi vasitəsilə Qarabağ probleminin həlli, həmçinin Azərbaycanı da qane etməlidir xatırladılması?...". 
    Demokrat.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni politoloq Andranik Tevanyan öz "Facebook" səhifəsində yazıb. 

    Muxalifet - 13-08-2019

  15. Daha 2 dövlət idarəsində işləyənlərin maaşı artırıldı - 1710 MANATA ÇATDI

    “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb. Bununla bağlı Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib. Dəyişikliyə əsasən, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılaraq aşağıdakı kimi olub: Sıra №-si Vəzifələrin adı Aylıq vəzifə maaşı (manatla) 1. Direktor 1540 2. Direktorun müavini 1230 3. Şöbə müdiri, kompüter mərkəzinin müdiri, redaksiya müdiri, baş mühasib 900 4.

    Muxalifet - 13-08-2019

  16. ​Xəzərdə artilleriya atışı yerinə yetirildi - "Dəniz kuboku -2019"

    “Dəniz kuboku - 2019” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin heyətləri Xəzər dənizinin döyüş hazırlığı poliqonunda “Artilleriya atışlarının yerinə yetirilməsi üzrə yarış” mərhələsində “Kiçik ölçülü dəniz hədəfi üzrə artilleriya atışı” çalışmasını yerinə yetiriblər.
    Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
    Çalışmanın icrası zamanı dəniz hədəfi qismində xüsusi quraşdırılmış gəmi lövhəsi istifadə edilib. Atışlar təxminən 3000 metr məsafədən artilleriya qurğularından yerinə yetirilib.

    Muxalifet3 - 13-08-2019

  17. Qadın piyadanı avtomobil vurdu - Şəmkirdə

    Şəmkirdə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzasl baş verib. 

    Hadisə rayonun Yeni Həyat kənd ərazisində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil qadın piyadanı avtomobil vurub.

    Müxtəlif bədən xəsarətləri alan piyada elə hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 13-08-2019

  18. Qarabağlı “Rəşid Cambulski”yə qarşı “Putin qanunu” tətbiq edildi - “NƏ QANUN? BÜTÜN ÖMRÜM QANUNSUZLUQLA KEÇIB...” - VİDEO

    atarıstanın Kazan şəhərində 53 yaşlı “vor zakon” Rəşid Xaçatryana (Cambulski) qarşı Rusiyada bu yaxınlarda prezident Vladimir Putinin təşəbbüsü ilə qəbul edilmiş və “vor zakon” statusu daşımağa görə cinayət məsuliyyətini nəzərdə tutan qanun tətbiq edilib. Virtualaz.org xəbər verir ki, bu haqda Tatarıstan Daxili İşlər Nazirliyi bildirir.

    Muxalifet - 13-08-2019

  19. Azərbaycan ordusu Ermənistanla sərhəddə yeni əraziləri nəzarətə götürüb

    “Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax rayonu istiqamətində döyüş mövqelərini irəli çəkərək, neytral ərazidəki yüksəkliklərdə yeni mövqelər yaradıb və böyük bir ərazini tam nəzarət altına götürüb”. “Yeni Sabah” xəbər verir ki, bunu hərbi ekspert, “AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov bildirib. Bu gün Qazax rayonunun Ermənistanla sərhəd mövqelərinə səfər edən R.Süleymanov deyib ki, düşmənlə döyüş aparılaraq, irəli çəkilən mövqerlərimizdən Ermənistan Respublikası ərazisindəki mövqelər nəzarət altındadır.

    Muxalifet - 13-08-2019

  20. ABŞ Ermənistan şirkətlərinə qarşı sanksiyalar tətbiq etdi - İRANA GÖRƏ

    ABŞ Ticarət Nazirliyi Ermənistandan iki şirkəti - Yerevan Telekommunikasiya Tədqiqat İnstitutunu (YerTTİ) və “Markel” Qapalı Səhmdar Cəmiyyətini (QSC) “qara siyahı”ya salıb.

    Virtualaz.org Ticarət Nazirliyinin saytına istinadən bildirir ki, YerTTİ məhsulları ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun Ticarət Nəzarəti Siyahısından lazımi lisenziyalar olmadan alıb və təkrar ixrac edib.

    Bundan başqa, YerTTİ-nin icraçı direktoru və "Markel" QSC-nin prezidenti olan şəxs ABŞ-ın sanksiyaları altında olan İran təşkilatı ilə bizneslə məşğul olur.

    Muxalifet - 13-08-2019

Pages