Axtarış

The search found 105785 results in 0.048 seconds.

Search results

  1. Abid Şərifovun şirkəti 6 aydır maaş vermir - FƏHLƏLƏR TƏTİLƏ BAŞLAYIB

    Moldovada Ungena-Kişnyov avtomobil yolunun təmirini həyata keçirən Azərbaycan şirkəti “EVRASCON” 6 aydır fəhlələrin maaşını vermir. Moldova mənbələri xəbər verir ki, fəhlələr aylardır maaş ala bilmədiklərinə görə tətilə başlayıblar. Onlar deyirlər ki, şirkətin işçilər və digər təchizatçı şirkətlər qarşısında nəhəng borcları yaranıb, rəhbərlik maaşların nə zaman veriləcəyini demir. “Ötən şənbə günündən tətilə başlamışıq. Şirkət rəhbərliyinə sorğu göndərmişik və onların obyektlərdəki rəislərini xəbərdar etmişik.

    Muxalifet - 14-08-2019

  2. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”

    “Hazırda pilotun axtarışları sürətlə davam etdirilir. Əvvəlki günlərlə müqayisədə bu gün hava şəraiti normaldır və axtarışlara mane olmur”

    Bunu Azvision.az -a açıqlmasında MiQ-29 təyyarəsi ilə qəzaya uğrayaraq Xəzər dənizinə düşən pilot Rəşad Atakişiyevin qaynatası, tanınmış politoloq Qabil Hüseynli deyib.

    Muxalifet - 14-08-2019

  3. 23 nəfər istindən öldü,13 minə yaxın insan xəstəxanalara yerləşdirildi

    Yaponiyada ötən həftə ərzində günvurma nəticəsində azı 23 nəfər ölüb, 13 minə yaxını isə xəstəxanalara yerləşdirilib.

    Yaponiya bütün ölkə ərazisində davam edən istilərdən əziyyət çəkir. Bir sıra rayonlarda havanın temperaturu 39 dərəcə selsiyə çatır.

    Zərərçəkən və ölən insanların əksəriyyəti əsasən evdə qənaət məqsədilə kondisioneri işlətməyən yaşlılardır. /Trend

    Muxalifet - 14-08-2019

  4. Azərbaycan Ordusuna təslim olan fərari erməni hərbçisi ilə bağlı danışıqlar aparılır - BQXK

    Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistan Ordusunun fərari hərbçisi ilə bağlı ikitərəfli danışıqlara başlayıb.

    BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova apa-ya açıqlamasında bildirib ki, təmsil etdiyi komitə bu məsələ ilə bağlı aidiyyəti qurumlarla ikitərəfli dialoq aparır.

    Muxalifet - 14-08-2019

  5. İRANDA XƏZƏR DƏNİZİ İLƏ BAĞLI NARAHATLIQ: təməl xətt çəkilsə, ona daha az pay düşəcək - TƏHLİL

    Fəramərz Dəvar

    “Iran Wire”, 05.08.2019

    Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından bir il sonra İran ictimaiyyəti ölkə ərazisinin geniş bir hissəsinin taleyi ilə bağlı narahatlıqlarını ifadə edib.

    Muxalifet - 14-08-2019

  6. Elman Rüstəmov dünyada ikinci yeri tutdu

    Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov dünya mərkəzi banklarının sədrlərinin reytinqində B kateqoriyada qərarlaşıb.

    “Report” xəbər verir ki, bu barədə “Global Finance” jurnalının hazırladığı “Central Banker Report Cards 2019” hesabatında qeyd edilib.

    Hər il hazırlanan hesabatda bu il ümumilikdə 94 ölkənin mərkəzi bankının sədri yer alıb. Sədrlərin dərəcələndirliməsi “A”dan “F”dək müəyyənləşib ki, bu zaman onların inflyasiyaya nəzarət, iqtisadi inkişaf məqsədləri, məzənnə sabitliyi və faizin idarə edilməsi sahələrində uğurları nəzərə alınır.

    Muxalifet - 14-08-2019

  7. ​Rəsulzadə gəmisi qəsdən vurulub? – SENSASİON İDDİA

    “Dünən gecə "Məhəmməd Əmin Rəsulzadə" gəmisinin batması barədə xəbər yayıldı. Gəmi çox yaxınlarda təqdim edilmişdi və həm Mübariz Mənsimov, həm Rəsulzadə adına qıcığı olanlar tərəfindən tənqid olunmuşdu”. “Yeni Sabah” xəbər verir ki, bunu sosial şəbəkədə ictimai fəal Bəxtiyar Hacıyev yazıb.

    Muxalifet - 14-08-2019

  8. “Torpaqlarımızı işğaldan azad etmək üçün hazırlaşmalıyıq” - Siyavuş Novruzov

    “Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax rayonu istiqamətində döyüş mövqelərini irəli çəkməsi başlanan prosesin davamıdır. Azərbaycan ordusu bundan əvvəl də müəyyən əraziləri nəzarətə götürüb. Bu proses davam edir. Bilirsiniz ki, qarşı tərəfdə kəndlərimiz var, yandırılıb... Bir sözlə, biz hazırlaşmalıyıq, torpaqlarımızı işğaldan azad etmək üçün hazır vəziyyətdə olmalıyıq”.

    Bunu “Report”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.

    Muxalifet - 14-08-2019

  9. İRƏVAN ŞOKDA: ABŞ Ermənistana sanksiya tətbiq etdi

    ABŞ-ın Ticarət Nazirliyi “qara siyahı”ya saldığı ölkələrin adlarını açıqlayıb.
    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, siyahıda Ermənistanın da adı var.
    Sanksiyalar siyahısında Ermənistandan iki şirkət yer alıb: İrəvan Elmi-Tədqiqat Rabitə İnstitutu QSC (İrNİSS) və “Markel” QSC.
    Məlumata görə, İrNİSS lisenziyasız ABŞ-ın Sənaye və Təhlükəsizlik Bürosunun Ticarət Nəzarəti Siyahısından (CCL) mallar alaraq təkrar ixrac edib.

    Muxalifet - 14-08-2019

  10. Azərbaycanda nişanlı gənc özünü qoz ağacından asdı - Yaxın günlərdə toyu olacaqdı

    İsmayıllıda intihar hadisəsi baş verib. 
    Muxalifet.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, hadisə rayonun Şəbyan kəndində qeydə alınıb. 
    1986-cı il təvəllüdlü Piriyev Səbuhi Arif oğlu özünü həyətdə olan qoz ağacından asaraq intihar edib.
    Kənd sakinlərinin sözlərinə, özünü öldürən S.Piriyev nişanlı olub və yaxın günlərdə toyu olacaqmış.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 14-08-2019

  11. “Maaşla yaşayan deputatam, seçicilərim də məni yaxşı anlayır” - DEPUTAT QURBAN KƏSMƏMƏSİNİ PULSUZLUQLA ƏLAQƏLƏNDİRDİ

    Azərbaycanda avqustun 12-13-də Qurban bayramı qeyd olundu. İmkanlı şəxslər, niyyət edən insanlar qurban kəsərək, yoxsullara, maddi imkanı aşağı olan şəxslərə qurban əti payladılar.

    Deputatlar arasında da qurban kəsənlər, kəsməyənlər olub. Modern.az-ın Milli Məclisin üzvləri arasında keçirdiyi sorğudan məlum olub ki, deputatların böyük əksəriyyəti Qurban bayramında imkansız ailələri sevindiriblər.

    Muxalifet - 14-08-2019

  12. Beyləqanda qanlı dava - 1 nəfər öldürüldü

    Beyləqan rayonunda qətl hadisəsi baş verib.
    Hadisə rayonun Kəbirli kəndində qeydə alınıb.
    Hələlik şəxsiyyəti məlum olmayan Beyləqan sakini həmyerlisi Savalan Qasımova bir neçə bıçaq zərbəsi vurub. Yaralı S.Qasımov xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər.
    Rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır./Report

    Muxalifet - 14-08-2019

  13. Rus gözəlinə görə taxtdan imtina edən kraldan şok qərar: Boşanmamış ikinci dəfə evlənir

    Özündən 24 yaş kiçik rus gözəli Oksana Voevodina ilə evlənən və buna görə ailəsinin təzyiqi ilə taxtdan imtina etməli olan Malayziya kralı, sultan V Məhəmmədlə bağlı şok iddialar gündəmə gəlib. 

    “Yeni Sabah” xarici mediaya əsasən xəbər verir ki, V Məhəmmədin ailəsinin ona uyğun gödüyü başqa bir gəlin namizədi ilə evlənməyə hazırlaşdığı iddia olunub. Maraqlısı odur ki, o, Oksanadan hələ boşanmayıb. Oksananın vəkili bildirib ki, boşanma prosesi hələ nəticələnməyib və bu halda V Məhəmmədin yenidən ailə qurması ilə əsla razılaşmayacaqlar.

    Muxalifet - 14-08-2019

  14. "Qarabağ"la oyunu səbrsizliklə gözləyirik" - "Linfild"in baş məşqçisi

    “Futbolçularım tapşırıqları meydanda yaxşl icra edirlər. Onlar “Qarabağ”la oyunları səbirsizliklə gözləyirlər”.
    Qol.az BBC-yə istinadən xəbər verir ki, bu sözləri Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Şimali İrlandiyanın “Linfild” klubunun baş məşqçisi Devid Hili deyib.
    O, Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Sutyeska” (Monteneqro) ilə cavab oyunundan (3:2) sonra "Qarabağ"la keçiriləcək görüşləri qısaca şərh edib: “Növbəti həftə böyük oyunumuz olacaq. Buna görə çox şadam. Ancaq asan olmayacaq".

    Muxalifet - 14-08-2019

  15. Rövşən Məmmədov şöbə müdirini vəzifəsindən azad etdi - AzTV-dən AÇIQLAMA

    “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr dəyişiklikləri davam edir. 
    “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, AzTV-nin sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədov şirkətin Maliyyə və iqtisadiyyat şöbəsinin rəisi Natiq Kərimovu tutduğu vəzifədən azad edib. 
    Onun yerinə Elmar Əliyev təyin olunub. 
    Onu da nəzərə çatdıraq ki, işdən çıxarılan şöbə rəisi Natiq Kərimovu bir müddət əvvəl bu vəzifəyə Rövşən Məmmədov özü təyin etmişdi.

    Muxalifet - 14-08-2019

  16. BİABIRÇILIQ: Azərbaycanda ər arvadını başqa kişi ilə yataqda tutdu - VİDEO(+18)

    Azərbaycanda daha bir biabırçı xəyanət videosu yayılıb. BiG.AZ xəbər verir ki, hansı bölgədə baş verdiyi bəlli olamayan videoda qadın başqa kişi ilə cinsi münasibətdə olarkən əri və onun ailəsi tərəfindən tutulub. Həmin kadırları oxucularımıza təqdim edirik:

    Muxalifet - 14-08-2019

  17. Azərbaycanlı toy kortejində "Range Rover"dən çıxıb atəş açdı - CİNAYƏT İŞİ QALDIRILDI

    Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında toy kortejində olan azərbaycanlı “Range Rover” markalı avtomobildən travmatik silahla havaya atəş açıb. Virtualaz.org Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə avqustun 11-də Kolpinsky şossesində, Puşkin rayonu istiqamətində baş verib. Bu barədə hadisə şahidləri yerli polis şöbəsinə məlumat veriblər. Onların sözlərinə görə, qafqaz əsilli bir nəfər avtomobilin lyukundan çıxaraq tapançadan havaya bir neçə dəfə atəş açıb. Əməliyyat nəticəsində həmin şəxs saxlanılıb, onun 34 yaşlı azərbaycanlı olduğu bildirilir.

    Muxalifet - 14-08-2019

  18. DİLİMİZ - MİLLİ KİMLİYİMİZ! - Dil, ünsiyyət, kültür və millət

    II YAZI       

    Aynur TALIBLI, Tarix və mədəniyyət araşdırmaçısı, İstanbul, 2019

    Muxalifet4 - 14-08-2019

  19. “GÜNAY BANK”DA MÜDHİŞ MALİYYƏ FIRILDAQLARI - Mahmud Məmmədov hər əməliyyata görə 600 min dolları necə qazanıb...

    Azərbaycan dövlətinin maliyyə sabitliyini təhlükəyə salan "Azərbaycan Beynəlxaql Bankı”nda baş verən müdhiş maliyyə cinayətləri ifşa olduqdan sonra belə qənaət yaranırdı ki, belə hallara bir daha yol verilməməsi üçün ciddi tədbirlər görüləcək.

    Muxalifet4 - 14-08-2019

  20. Atambayevin həbsi Qırğızıstanı bölüb: ölkəni yeni çevrilişlər gözləyir – TƏHLİL

    Viktoriya Panfilova “Nezavisimaya gazeta”, 14.08.2019 Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) başçısı Orozbek Opumbayev bildirib – Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev dövlət çevrilişi planlaşdırıb, “ona qan gərək idi”. Bu səviyyədə məmurun bəyanatı Atambayev uğrunda və ona qarşı olanların onsuz da parçalandığı cəmiyyətdə durumu kəskinləşdirə bilər. Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevə elan edilən kütləvi iğtişaşların təşkili və qəsdən adamöldürmə ittihamına hələ planlaşdırılmış dövlət çevrilşi də əlavə olunub.

    Muxalifet4 - 14-08-2019

Pages