Axtarış

The search found 105785 results in 0.027 seconds.

Search results

  1. General Əli Nağıyev birinci dəfə müəllim işləyib - DTX rəisinin ilk rəsmi DOSYESİ

    Əli Nağıyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yeni rəisi təyin olunmasından iki aya yaxın vaxt ötür. Ekspertlər ölkə başçısının 20 iyun 2019-cu il tarixli sərəncamı ilə DTX-nın sükanı arxasına keçən Əli Nağıyevin təyinatını son illər ən uğurlu kadr dəyişikliklərindən biri kimi qiymətləndiriblər. Modern.az saytı DTX-dan general-leytenant Əli Nağıyevin tərcümeyi-halını əldə edib. Bu, Əli Nağıyevin indiyə kimi açıqlanan ilk rəsmi tərcümeyi-halıdır.

    Muxalifet - 15-08-2019

  2. STALİN KİMİ ÖLMƏK, YAXUD XRUŞŞOV KİMİ DEVRİLMƏK... - Rusiya və Çin prezidentlərini də bu aqibət gözləyirmi?

    Nina Xruşşova

    “Project Syndicate”, 14.08.2019

    Honq-Konq və Moskvada davam edən küçə etirazları, şübhəsiz, Çin prezidenti Si Zinpin və Rusiya prezidenti Vladimir Putinin avtoritar duetinin gözünü qorxudub. Uzun illərdən sonra ən böyüyü olan Moskva aksiyaları Putinin yuxusunu qaçırıb, yoxsa onları bu qədər vəhşiliklə dağılmazdı. Xalqla dialoq aparmaq əvəzinə, Putin hər şeyə nəzarət etdiyini nümayiş etdirir, hətta sevimli motosikletli quldurlarla fotolar çəkdirir.

    Muxalifet - 15-08-2019

  3. Bu rayonlar qazsız qalacaq

    Bu gün Bakının bəzi rayonlarında və Beyləqan rayonunda təbii qazın verilişində məhdudiyyətlər yaranacaq.
    Bu barədə Muxalifet.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
    Bildirilir ki, orta təzyiqli qaz xətlərində sazlama işlərinin aparılması məqsədilə bu gün saat 10:00-dan etibarən Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində, saat 12:00-dan etibarən Binəqədi rayonunun bir hissəsi və bir neçə sənaye müəssisəsində, həmçinin saat 14:00-dan etibarən Beyləqan rayonunun mərkəzində təbii qazın təchizatı dayandırılacaq.

    Muxalifet - 15-08-2019

  4. Dünya tarixində bu silahı ilk dəfə Türkiyə tətbiq etdi və... - ÇİN PİLOTSUZ DÖYÜŞ TƏYYARƏSİ VURULDU - FOTO

    Türkiyə Liviyada feldmarşal Xəlifə Haftara dəstək üçün Birləşmiş Ərəb Əmirlikləri tərəfindən göndərilən, Çin istehsalı olan pilotsuz döyüş təyyarəsini lazer silahı ilə vurub.

    Virtualaz.org “ArmyRecognition” saytına istinadən xəbər verir ki, bununla da Türkiyə lazer silahını döyüş şəraitində tətbiq edən ilk ölkə olub.

     

    Muxalifet - 15-08-2019

  5. Bakı metrosunda İNSİDENT: Qadın tələbənin üstünə hücum çəkərək saçlarını yolub

    Tələbə atasına “gedək buralardan” deyə qışqırıb Bu gün səhər saatlarında Bakı metrosunda insident yaranıb. Hadisə metronun “Elmlər Akademiyası” stansiyasında baş verib. AzNews.az-ın əməkdaşının gözləri qarşısında baş verən insident Qax rayonundan tələbə adını alan və Bakıya universitetə sənəd verməyə gələn tələbə ilə orta yaşlı qadın arasında yaşanıb. Stansiyada qatar dayanan anda qadın tələbənin üstünə hücum çəkərək saçlarını yolub. Bunu görən ata qızını qadının əlindən almaq istəyib. Lakin qarşı tərəfdən tələbə qıza atılan yumruqların bir neçəsi kişiyə dəyib.

    Muxalifet - 15-08-2019

  6. Prezidentlərin görüşü niyə təxirə düşdü? - POLİTOLOQLARDAN ŞƏRH

    Nəzakət Məmmədova: “Putin paytaxtı qoyub getmək istəmir”

    Elxan Şahinoğlu: “Dağlıq Qarabağla bağlı fikir mübadiləsi olmayacaqdı”

    Muxalifet - 15-08-2019

  7. Naz Mila ilə evlənmək istəyən bəy niyə intihar edib? - AÇIQLANDI

    Xəbər verdiyimiz kimi, Zuhal Topalın təqdimatında yayımlanan izdivac proqramında məşhurlaşan bəy namizəd Uğur Doğan intihar edib.

    O sosial şəbəkədə video paylaşaraq izləyiciləri ilə sağollaşdıqdan sonra zəhər içərək özünü öldürüb.

    Muxalifet - 15-08-2019

  8. «FARS KORFƏZİNDƏ İSRAİLƏ YER YOXDUR!» – İraq İranı dəstəklədi

    İraq Amerika Birləşmiş Ştatlarının (ABŞ) Fars korfəzində ticarət gəmiçiliyinin müdafiəsi məqsədilə yaradacağı istənilən hərbi-dəniz koalisiyasında İsrailin iştirakının qəti şəkildə əleyhinədir. Bu barədə avqustun 13-də İraq ərəb dövlətinin xarici işlər naziri Mühəmməd Əli əl-Həkim bəyan edib («Əl-Cəzirə» telekanalı).

    Muxalifet - 15-08-2019

  9. Azərbaycanda işdən çıxarılan məşhur məhkəmə hakimi vəfat etdi

    Bakı Apelyasiya Məhkəməsinin məşhur hakimlərindən biri olmuş Mirpaşa Hüseynov vəfat edib.
    40 ildən çox məhkəmə orqanlarında çalışmış və keçən il təqaüdə göndərilən M.Hüseynov dünyasını dəyişib. O, son olaraq Bakı Apelyasiya Məhkəməsinin hakimi olub.
    Qeyd edək ki, M.Hüseynovun oğlu hazırda Nəsimi rayon Məhkəməsinin hakimidir./Publika

    Muxalifet - 15-08-2019

  10. ​Saakaşvilidən SENSASİION İDDİA: Tiflisin sürətlə ələ keçirilməsi üçün Rusiyaya hərbi yol açılacaq

    Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Rusiya-Gürcüstan sərhədinə qədər çəkiləcək Kobi-Qudauri avtomobil yolu layihəsini tənqid edib.
    Saakaşvili bununla bağlı Feysbuk hesabında yazıb.
    “Bu avtomagistral yolun tikiləcəyi halda Tiflisin sürətlə ələ keçirilməsi üçün Rusiyaya hərbi yol açılacaq. Bu tikinti Rusiyanın maraqlarına uyğundur və turizmin buraya heç bir aidiyyəti yoxdur”, - o bildirib.

    Muxalifet - 15-08-2019

  11. İranda təyyarə qəzası - 2 NƏFƏR HƏLAK OLDU

    İranın şimalındakı Semnan ostanında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

    Bu barədə “Fars” agentliyi məlumat yayıb.

    “Bu, ikiyerlik təlim təyyarəsi idi. Bu gün səhər baş verən qəza nəticəsində iki heyət üzvü ölüb”, - agentlik bildirib.

    Muxalifet - 15-08-2019

  12. Paşinyan oliqarxlardan asılı vəziyyətə düşüb - Baş nazir təxribat və çevriliş qorxusundan qətiyyətli addım ata bilmir - TƏHLİL

    İlin birinci yarısının ən böyük 1000 vergiödəyicisinin siyahısı dərc edilib. Siyahıda olanlar elə keçmişdəki həmin adlardır – böyük sahibkarların, oliqarxiya qaydaları ilə işləyən inhisarçıların şirkətləridir. Ermənistan iqtisadiyyatının əsasını, oxunu oliqarxiya təşkil etməkdə davam edir. O, keçmişdə əsasən kölgədə, qismən qanuni sahədə fəaliyyət göstərirdisə, bu gün qanuni sahədədir, ola bilər, ümumiyyətlə kölgədə deyildir. Ancaq problem, ilk baxışda göründüyü kimi, onda deyil ki, oliqarxiya kölgədə, yoxsa qanuni sahədə fəaliyyət göstərir.

    Muxalifet - 15-08-2019

  13. ŞOK: Azərbaycanlı qızlardan NÖVBƏTİ BİABIRÇILIQ: Bu dəfə... - VİDEO

    Xəbər verdiyimiz kimi bir neçə ay bundan öncə sosial şəbəkələrdə üç çılpaq qadının içki məclisindən videosu yayılmışdı. Qeyd edək ki, həmin videodakı qızlardan birinin nişanlı olduğu qeyd edilirdi. Bir çox tanınmışlar münasibət bildirmişdi. 
    BiG.AZ xəbər verir ki, video bir çoxları tərəfindən tənqid edilsə də amma özlərini o qızlara bənzədənlərdə tapıldı. Belə ki, bir neçə gün öncə daha bir 3 qızıb biabırçı videosu yayılıb. Onlar o, videoda 3 qızın geri qayıtdığını söyləyib:"Qızlar gəlin, deyin, gülün, yeyin, için, göstərin, amma verməyin ha". 

    Muxalifet - 15-08-2019

  14. YOL POLİSİ LƏĞV EDİLİR? - Vilayət Eyvazov inqilabi dəyişikliklərə hazırlaşır

    Daxili İşlər naziri Vilayət Eyvazov artıq start verdiyi kadr islahatları ilə kifayətlənməyəcək, həm də ciddi struktur dəyişikliyi edəcək.

    Muxalifet - 15-08-2019

  15. BAKIDA TOYDA KÜTLƏVİ DAVA: 4 nəfər... - VİDEO

    Bakının Binəqədi rayonunda kütləvi dava olub.

    “Report” xəbər verir ki, 9-cu mikrorayonda yerləşən “Üzeyir” şadlıq sarayında dava zamanı 4 nəfər bıçaqlanıb.

    Bunlar Hüseynov Seymur Hidayət oğlu (28 yaş), Hüseynov Telman Allahverdi oğlu (40-a yaxın), Ağababalı Elton Mahir oğlu (27) və İbrahimov Mahir Ağababa oğludur (57). Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlar əməliyyat olunublar.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 15-08-2019

  16. Stüardessa uçuşdan sonra bu xəstəlikdən öldü

    İsrailin EI AI aviaşirkətinin stüardessası uzun sürət uçuşdan sonra qızılca xəstəliyindən ölüb.
    Bakupost "The Mirror" nəşrinə istinadən xəbər verir ki, 43 yaşlı qadın Rotem Amitay Nyu-Yorkdan Tel-Əvivə martın 26-da uçub, uçuşdan bir neçə gün sonra isə stüardessanın birdən-birə qızdırması qalxıb və o, koma vəziyyətinə düşüb. Həkimlər qadına ölümə gətirib çıxaran ensefalit və beyin ödəmi diaqnozu qoyublar. İsrailin Səhiyyə Nazirliyi stüardessanın harada yoluxduğunu müəyyən edə bilməyib, lakin qadının uşaq vaxtı qızılca əleyhinə peyvənd qəbul etdiyini qeyd edib.

    Muxalifet - 15-08-2019

  17. “Amay Abdulla” ilə Binəqədi sakinləri arasında gərginlik

    Binəqədi rayon Atatürk prospekti ünvanında yerləşən binanın sakinləri ilə “Amay Abdulla” kimi tanınan iş adamı Abdulla Abdullayev arasında gərginlik yaşanır.

    Bu barədə Yenisabah.az-a binanın sakinləri məlumat verib.

    Onların sözlərinə görə, yaşadıqları 283 mənzilli bina 2002-ci ildə Abdulla Abdullayev tərəfindən tikilib. Lakin bina tam olaraq təhvil verilməyib. 2015-ci ildə sakinlər toplaşaraq məsələni müzakirə ediblər və nəticədə bu qərara gəliblər ki, öz vəsaitləri hesabına tamamlanmamış işləri bitirsinlər.

    Muxalifet - 15-08-2019

  18. Qarabağlılardan ATƏT-ə ÇAĞIRIŞ: Paşinyan sayıqlayır!

    “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi və səfər zamanı səsləndirdiyi təxribatçı bəyanata etiraz olaraq ATƏT-in Minsk Qrupunun həmsədlərinə məktub ünvanlayıb. Muxalifet.az-ın xəbərinə görə, məktubda deyilir: "5 avqust 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib, “Pan-Ermənistan” oyunlarının açılışına qatılıb.

    Muxalifet - 15-08-2019

  19. XƏBƏRDARLIQ: Azərbaycan, Qazaxıstan və Kanada banklarına fişinq hücumu başlayıb

    Azərbaycanın aparıcı bankı - "Kapital Bank" ASC-yə qarşı fişinq hücumu başlanıb. "Report" xəbər verir ki, bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə məxsus Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (KİMM) açıqlamasında bildirilir. Məlumatda deyilir ki, “Facebook” sosial şəbəkəsində “Kazxchkasbd” adlı səhifə yaradılıb.

    Muxalifet - 15-08-2019

  20. "Mübariz İbrahimovu cinayətkar adlandıran vicdansızlar" - Mariya Stadnik

    Dünya və Avropa çempionu Mariya Stadnik Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan yazıb.

    Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, qadın idmançımız Mübariz İbrahimovu cinayətkar adlandıranları da vicdansız adlandırıb:

    Muxalifet - 15-08-2019

Pages