Axtarış

The search found 105785 results in 0.043 seconds.

Search results

  1. "Bney Yehuda"nın baş məşqçisi: "Bakıdakı 2:2 hesabını yaxşı nəticə saymırıq”

    İsrailin "Bney Yehuda" klubunun baş məşqçisi Yossi Abukasis "Neftçi" ilə sabah keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçından öncə jurnalistlərin suallarını cavablandırıb. Virtualaz.org-un Təl-Əvivə ezam olunmuş əməkdaşı xəbər verir ki, baş məşqçi keçirdiyi mətbuat konfransında əvvəlcə Bakıdakı oyundan danışıb: "İlk oyundakı çıxışımızdan razıyam. Xüsusən də ilk yarıdan. Amma çempionat başlamamışdan öncə bizə 3-4 yeni oyunçu lazımdır".

    Muxalifet - 14-08-2019

  2. Cəbhənin Qazax istiqamətində nə baş verir?

    Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə, o cümlədən də onlayn mediada Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının Qazax rayonunda irəlilədiyi barədə məlumatlar yayılır. Xəbər rəsmən təsdiq olunmasa da, DSX tərəfindən yeni dörd sərhəd döyüş məntəqəsi yaradıldığı qeyd olunur. Hətta ehtimal olunur ki, Azərbaycan ordusu bu yaxınlarda aprel döyüşləri kimi növbəti hərbi əməliyyatlara hazırlaşır.

    Muxalifet - 14-08-2019

  3. DƏHŞƏT: İcra başçısı şəhid ailəsinə iylənmiş Qurban əti göndərdi - BİABIRÇI GÖRÜNTÜLƏR

    Qaradağ rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Qurban bayramında şəhid ailəsinə keyfiyyətsiz ət göndərib. 
    Bu barədə sosial şəbəkələrdə yayılan videoda şəhid ailəsi bildirib. 
    Videoda qeyd olunur ki, bayram sovqatı Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan şəhid ailəsinə göndərilib. Ancaq Qurban payı vaxtı keçmiş və iylənmiş ət olub. 
    Şəhid ailəsi onlara göstərilən bu cür hörmətsizliyə görə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova müraciət edib:

    Muxalifet - 14-08-2019

  4. Misir Osmanlı ilə 113 il öncəki anlaşmanı niyə pozdu?

    Misir hökuməti ötən ay Cənubi Sinay yarımadasında yerləşən Talabin kəndindəki bədəvi evlərini yerlə-yeksan edib. Bu barədə "Midl İst Monitor" nəşrində Amelia Smitin imzası ilə məqalə dərc edilib. 

    Muxalifet - 14-08-2019

  5. “ÖPÜŞ ƏVƏZİNƏ NEFT…” – “Qarımış” Rusiya-Belarus ittifaqı çat verməyə başlayıb

    Hələ 1999-cu ildə Rusiya ilə Belarus arasında ittifaq dövlətinin yaradılması haqqında müqavilə imzalananda çoxları bu ölkələrin yaxın bir neçə ildə birləşəcəyini düşünürdülər. Üzərindən 20 il ötməsinə və həmin ittifaqın bir növ “qarımasına” baxmayaraq, Rusiyaya çox yaxın siyasətçi sayılan Aleksandr Lukaşenkonun ölkəsi Rusiya ilə birləşməkdən daha çox uzaqlaşmağa çalışan kimi görünür.

    Muxalifet - 14-08-2019

  6. CBS News: ABŞ-ın İran siyasəti uğursuzdur

    ABŞ-ın CBS News telekanalı rəsmi Vaşinqtonun İrana qarşı Fars körfəzində hərbi donanmadan ibarət koalisiya yaratmaq cəhdinin uğursuzluğa düçar olması haqqında reportaj yayımlayıb.

    Muxalifet - 14-08-2019

  7. Ermənistan tərəfinin məsuliyyətsiz ritorikası münaqişənin sülh yolu ilə həllinə yönələn bütün səyləri heçə endirə bilər

    Zöhrab Mnatsakanyan Nikol Paşinyanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində səsləndirdiyi absurd bəyanatı bir daha təkrarlaması, əslində, onu beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrləri qarşısında pis vəziyyətə salır. Həqiqətən də, bu cür məsuliyyətsiz ritorika nəinki beynəlxalq hüquqa və beynəlxalq vasitəçilərin mövqeyinə tamamilə ziddir, eyni zamanda, münaqişənin sülh yolu ilə tənzimlənməsinə yönələn bütün səyləri heçə endirə bilər.

    Muxalifet - 14-08-2019

  8. Sevinc bu libasda klip çəkdirdi - VİDEO

    Müğənni Sevinc Ağaşirinova yeni klipini təqdim edib. "Ölkə.Az" xəbər verir ki, sənətçinin "Çek-çek" adlanan mahnıya çəkilmiş klipdəki geyim tərzi diqqət çəkib. O, ekran işini sosial media hesabından izləyiciləriylə paylaşıb. Qeyd edək ki, S.Ağaşirinova Türkiyədə yaşayır.

    Muxalifet - 14-08-2019

  9. Bakıda bu ərazilər tam söküləcək - Siyahı

    Paytaxtda söküləcək qəzalı binalarla bağlı yekun qərar qəbul olunub.

    Muxalifet.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq şöbəsindən məlumat verilib.

    Bildirilib ki, Bakının altı rayonunda kəskin qəzalı binalar söküləcək: "Kəskin qəzalı binalar Bakı şəhərinin Binəqədi rayonunda iki ünvanda yerləşir. Bunlar 8-ci mkr, Ağasadıq Gəraybəyli küçəsi 41, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A ünvanındakı köhnə yaşayış binalarıdır. Digər bina isə Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi 150 ünvanında yerləşir.

    Muxalifet - 14-08-2019

  10. Erməni əsgərin Azərbaycan tərəfinə qaçmasının DƏHŞƏTLİ SƏBƏBLƏRİ

    Kazaryan Aro Xaykoviçin işğal altındakı Dağlıq Qarabağ bölgəsinə yerləşdirilmiş erməni hərbi birləşmələrindən fərarilik edərək, ağ bayraqla Azərbaycan tərəfinə təslim olması Nikol Paşinyan hakimiyyətinin erməni ordusu haqda yaratmaq istədiyi mifi dağıtdı. Nikolun “dünyanın ən güclü 20 ordusundan biri etmək istədiyi erməni ordusu” təkcə qeyri-qanuni münasibətlər, zorakılıq və dəhşətli hadisələrin yaşandığı yox, həm də mövcud vəziyyətə dözməyən əsgərlərin döyüş postunu tərk etməsi hallarının mütəmadi olaraq baş verdiyi hərbi birləşmədir.

    Muxalifet - 15-08-2019

  11. Türkiyə Naxçıvanı nəzarətə götürür, Ermənistan isə...

    Qardaş ölkə muxtar bölgənin təhlükəsizliyini gücləndirir - Bakıya müjdə; ABŞ-a səfərə hazırlaşan Paşinyana isə okeanın o tayından bəd xəbər gəldi - İrəvan şokda...

    Bu gün - avqustun 15-dən Türkiyə və Azərbaycan arasında birbaşa hava dəhlizinin açılması gözlənilir. Bu haqda Türkiyənin Dövlət Hava Meydanları İdarəsinin rəhbəri Hüseyin Keskin məlumat verib. Onun sözlərinə görə, bu xüsusda danışıqlar artıq yekunlaşıb.

    Muxalifet - 15-08-2019

  12. “Ramil Səfərov “erməni oğlan, çıx bayıra” deyə bağırırdı”

    Tanınmış vəkil Adil İsmayılov Macarıstanda erməni zabitini qətlə yetirdiyinə görə ömürlük həbs cəzası alan, 8 il 6 ay cəza çəkdikdən sonra Azərbaycana ekstradisiya olunan və prezident tərəfindən azadlığa buraxılan Ramil Səfərov haqda növbəti yazısını yazıb. 

    Muxalifet.az vəkilin yazısını təqdim edir: 

    Muxalifet - 15-08-2019

  13. Sabirabadda ağır qəza - 2 ölü, 4 yaralı

    Sabirabad rayonunun Nərimankənd kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

    Muxalifet.az APA-ya istinadən xəbər verir ki, "Kia" və "QAZ-24" markalı avtomobillər toqquşub. Nəticədə "QAZ-24"-ün sürücüsü, Sabirabad rayonunun Soltanabad kənd sakini, 1972-ci il təvəllüdlü Bağırov Vüqar Səfər oğlu və "Kia"-nın sərnişinlərindən biri həlak olub. "Kia"-nın sürücüsü, İmişli rayonunu Kürdmahmudlu kənd sakini, 1955-ci il təvəllüdlü Xudiyev Əlibrahim Əliş oğlu də digər sərnişinlər yaralanıblar.

    Muxalifet - 15-08-2019

  14. ​SON DƏQİQƏ: Vəzifəli şəxs intihar etdi - FOTO

    Qaxda intihar hadisəsi baş verib.
    Muxalifet.az
    xəbər verir ki,  "Qafqazinfo"nun məlumatına görə, şəhərin C.Cabbarlı küçəsində yaşayan Feyzullayev Musa Feyzulla oğlu yaşadığı evdə özünü asaraq intihar edib. Onun meyitini anası səhər saatlarında aşkarlayıb. 
    Qeyd edək ki, M. Feyzullayev Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışırdı.

    Muxalifet - 15-08-2019

  15. Qurban bayramı haqda min illik YANLIŞ - İlahiyyatçı açıqladı

    Hər il Qurban bayramı ərəfəsində bu bayramın mahiyyəti ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Artıq bayram geridə qalsa da, bu mövzu ətrafında müzakirələr hələ də davam edir. Bəzi dinşünaslar iddia edir ki, İbrahim peyğəmbərin gördüyü yuxu nəticəsində övladını kəsmək cəhdi vəhy deyil, yuxunun yanlış yozulmasıdır. Deyilənə görə, əslində bu, İbrahim peyğəmbərin yaşadığı dövrün bütpərəstliyinə əyilməsi ilə bağlıdır. Muxalifet.az xəbər verir ki, bu iddialarla bağlı Axar.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, Qurban verməyin tarixi çox qədimdir.

    Muxalifet - 15-08-2019

  16. Bakının müharibə haqqı, Paşinyanın Qarabağ fiaskosu

    Bakı həmsədr ölkələrin tərkibinə yenidən baxılmasını tələb edə bilər; amerikalı analitik: “ABŞ, Azərbaycan da daxil, keçmiş sovet respublikaların ərazi bütövlüyünü tanıyır...” Bir neçə gün öncə işğalçı Ermənistan ordusunun əsgəri Aro Kazaryanın ağ bayraq qaldırıb Azərbaycan tərəfə keçməsi haqda məlumat verilib. Bildirilir ki, erməni hərbçisinin fərariliyinin səbəbi xidmət keçdiyi hissədə ona qarşı dözülməz münasibət olub və o da işgəncələrə tab gətirməyərək Azərbaycan tərəfə keçib. Bunu onun bədənindəki zorakılıq izlərindən də asanca görmək olardı.

    Muxalifet - 15-08-2019

  17. Bu gündən ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb

    Bu gündən Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb.

    “Report” xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər (həmçinin subbakalavrlar) avqustun 15-dən 27-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

    Muxalifet - 15-08-2019

  18. Həbib Nurməhəmmədovun əmisi oğlu UFC-də debüt edəcək

    Həbib Nurməhəmmədovun əmisi oğlu Əbubəkr Nurməhəmmədov UFC turnirində debüt edəcək.
    Onun döyüşü haqqında məlumatı məğlubedilməz UFC çempionu H.Nurməhəmmədov öz “Instagram” hesabında qeyd edib:
    “Bu mənim qardaşım Əbubəkr Nurməhəmmədovdur. Onun kimisi daha yoxdur. Onun növbəti döyüşü noyabrda Moskvada, UFC turnirində baş tutacaq”.
    Qeyd edək ki, daha əvvəl Əbubəkrin ilk çıxışının Əbu-Dabidə, Həbibin də iştirak etdiyi turnirdə olacağı deyilirdi. Lakin həmin vaxt idmançı travma səbəbindən turnirə qatıla bilməmişdi.

    Muxalifet - 15-08-2019

  19. Evsizlər üçün əlçatmaz olan ipoteka kreditləri: dünyada və bizdə faizlər

    Ekspert bildirdi ki, Azərbaycanda ipoteka kreditləri ilə bağlı vəziyyət, hələ ki, ürəkaçan deyil

    Muxalifet - 15-08-2019

  20. ŞOK: Azərbaycanın bu kəndində əcaib varlıqlar sakinləri təşvişə salıb - VİDEO

    Ucar rayonunun Çiyni kəndinin sakinləri bir neçə gündür ki, qəribə varlıqla üzləşdiklərini deyirlər.
    Kənd sakinləri iddia edir ki, bir neçə gündür kənddə qəribə varlıq ortaya çıxıb. Xüsusən də gecələr həyətlərə girir, küçələrdə insanların qabağına çıxır. İnsanlar başdan ayağa tüklü olan bu canlının nə olduğunu müəyyən edə bilmirlər. O, həm də çox sürətlə qaçır.
    Sakinlər deyir ki, onlar ehtiyat etdiyindən gündüzlər əllərində ağac parçaları ilə gəzirlər. Onların sözlərinə görə, naməlum varlıq hündür divarlara da dırmaşır.

    Muxalifet - 15-08-2019

Pages