Axtarış
The search found 105785 results in 0.026 seconds.
Search results
Bakıda özünü bank işçisi kimi tanıdan şəxsin ŞOK FIRILDAĞI
Bakıda vətəndaşların bank hesablarındakı pulu mənimsəyən şəxs tutulub.
Avqustun 14-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən bankomatların birinin qarşısında özünü bankın əməkdaşı kimi təqdim edən şəxs vətəndaşların kartlarını digər kartla dəyişdirərək pullarını mənimsəyib. Cinayətdə şübhəli bilinən Bakı şəhər sakini F.Nuriyev Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
O, sonrakı araşdırmaların aparılması üçün 13-cü PB-yə təhvil verilib./PublikaMuxalifet - 15-08-2019
Bakının mərkəzində qadına qarşı İYRƏNC ƏMƏL
Bakıda qadına qarşı soyğunçuluq edilib.
Muxalifet.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 13-də Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini N.Ələsgərovaya zor tətbiq edib mobil telefonunu, habelə içərisində 30 manat və bankomat kartları olan pul kisəsini alıb.
Nəsimi rayonu 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ucar rayon sakini S.İsmayılov saxlanılıb.
Araşdırmalar davam etdirilir.Muxalifet - 15-08-2019
Almaniyadakı mühacir azərbaycanlı özünə qəsd edib - son iki ayda dördüncü intihar hadisəsi
Bu barədə Almaniyada fəaliyyət göstərən “Leqat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev sosial şəbəkədəki şəxsi səhifəsində məlumat yayıb.
Mərkəz rəhbərinin sözlərinə görə, hadisə Almaniyanın İbbenburen şəhərində qeydə alınıb. Belə ki, qaçqın statusu üçün müraciət edən Hüseyn adlı şəxs Dublin sazişinə əsasən, İtaliyaya getməkdən imtina edib. Polis əməkdaşları onu zorla aparmaq istəyən zaman o, hər iki qolunu kəsici alətlə doğrayıb.
Muxalifet - 15-08-2019
ATAMBAYEVİN OĞLU KADIR HAKİMİYYƏTƏ ULTİMATUM VERDİ: “Ölkədən qaçmaq niyyətində deyiləm, tərəfdarlarımızla əlaqə yaradırıq”
Rüstəm Həlimov
kloop.kg, 13.08.2019
“Atambayevin evinə hücum planlaşdırılmış fitnəkarlıqdır”
Muxalifet - 15-08-2019
Qarabağ erməniləri Nikol Paşinyanın Xankəndindəki çağırışlarını tənqid edib
“Ermənistanın baş naziri Nikol Paşinyan sələfi Serj Sarqsyanın səhvlərini təkrar etməməli və bütün qarabağlıların adından danışmamalıdır”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Qarabağ ermənisi Artur Ağacanovun rəhbərlik etdiyi “Alban Avtokefal Kilsəsinin və türk-xristianlarının irsinin bərpası üzrə hərəkat”ının bəyanatında bildirilib.
Sənəd Tbilisidə təsis olunan “Ümumqafqaz Evi” beynəlxalq sülhməramlı qeyri-hökumət təşkilatının təqdimat tədbirində oxunub.
Muxalifet - 15-08-2019
Bir ucdan sökülən Bakıda kirayə qiymətləri kəllə-çarxa qalxacaq?
Xəbər verdiyimiz kimi, paytaxt Bakının altı rayonunda kəskin qəzalı binalar söküləcək.
Bəs bu daşınmaz əmlak bazarına necə təsir edəcək? Kirayə bazarında qiymət artımı olacaq mı?
Bu barədə “Yeni Sabah”a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı kompensasiya ödənildiyi halda, qiymət artımının qaçılmaz olduğunu deyib:
Muxalifet - 15-08-2019
Deputatlar tətildən qayıdır – MM-in ilk iclasının vaxtı bəlli oldu
Milli Məclisin 2019-cu ilin payız sessiyasında işə başlayacağı və sessiyanın ilk plenar iclasının vaxtı məlum olub.
Parlamentin aparatı avqustun 30-dan tətildən qayıdır. MM-in payız sessiyasında ilk plenar iclası sentyabrın 30-da baş tutacaq.
Komitələr isə qanun layihələrinin plenar iclasa tövsiyəsi ilə bağlı müzakirələrə sentyabrın 8-dən başlayacaq./BakuPostMuxalifet - 15-08-2019
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI AÇIQLANDI
Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.
Muxalifet.az xəbər verir ki, əmrə əsasən, məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu avqustun 26-dan başlayacaq. Bu proses sentyabrın 25-dək davam edəcək.
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 2014-cü ildə anadan olmuş uşaqlar qəbul olunurlar.Muxalifet - 15-08-2019
Bakıda oğul atasının “Lexus"unu oğurladı
Avqustun 14-də Xətai rayonu ərazisindən Bakı şəhər sakini F.Novruzova məxsus “Lexus” markalı avtomobil qaçırılıb.
Muxalifet.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hadisəni törətmiş onun oğlu Qobustan rayonu ərazisində saxlanılmışdır.
Araşdırmalar RPİ tərəfindən aparılır.
Muxalifet - 15-08-2019
“Məni dünyanın ən gözəl qadını etdin” – Nigarın gizli sevgilisi kimdir?
Müğənni Nigar Camal ilk dəfə sevgilisi ilə bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, Bodrumda istirahətdə olan sənətçi video paylaşaraq, sevgilisinə təşəkkür edib: "Bir gün özümü vurulmuş hiss etdim. Gülüşlərimin səbəbi isə onu düşünməyim idi. Mənə etdiklərinə və hisslərinə görə çox sağ ol, sevgilim. Məni dünyanın ən gözəl qadını etdin. Harada olmağımın fərqi yoxdur, mən hər zaman səninəm. Çox sağ ol ki, hər dəfə fırtınadan sonra göy qurşağım oldun".
İfaçı sevgilisinin kimliyini gizli saxlayır. Iddialara görə, Nigarın sevgilisi Rusiyada yaşayan iş adamıdır.
Muxalifet - 15-08-2019
"Övlad sınağı çox olmadımı"?! - Azərbaycanlı telejurnalist iki övladını itirdi
Telejurnalist Elyar Sadıqovun yeni doğulmuş körpələri vəfat edib.
12 avqustdan 13 avqusta keçən gecədə Respublika Perinatal Mərkəzində dünyaya gələn üçəmlərdən ikisinin ömrü yarım gün sürüb.
İlk dəfə ata olmağın sevincini yaşayan və saatlar sonra iki övladını itirən Elyar kədərini belə ifadə edib:
Muxalifet - 15-08-2019
Damlanın intim videosu belə "çəkilib"? - Şok faktlar - Foto
Keçən il gözlənilmədən internetdə yayılan bir video az qala Damlanın həyatını qaraldacaqdı. Müğənni Damla (Məsumə Əliyeva) olduğu iddia edilən qadının intim görüntüləri aylarla sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Müğənni özü və onu yaxından tanıyanlar həmin qadının Damla olmadığı barədə dəfələrlə müxtəlif xəbər portalları və telekanallarda açıqlama verərək gəzən söz-söhbətin böhtandan başqa bir şey olmadığını bəyan etdilər. Muxalifet.az "Milli.Az"a istinadən xəbər verir ki, bu açıqlamalardan sonra həmin gənc qadının Damla olmadığına inananlar da oldu, inanmayanlar da.
Muxalifet - 15-08-2019
Tanınmış vəkil Nuşirəvan Səfərovu məhkəməyə verdi - Yol polisindən 300 min tələb edir
Vəkillər kollegiyasının üzvü, tanınmış vəkil Bəhruz Bayramov Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinə qarşI məhkəmə iddiası qaldırıb.
Muxalifet.az Gununsesi.org-a istinadən xəbər verir ki, buna səbəb bir neçə ay əvvəl yol polisinin vəkili guya sərxoş avtomobil idarə edərkən saxlaması və onun barəsində yalan məlumatları KİV vasitəsi ilə ictimailəşdirməsi olub.
Sonradan bəlli olub ki, Bəhruz Bayramov heç də yol polisinin iddia etdiyi kimi sərxoş avtomobil idarə etməyib, ayıq sürücü xidmətindən yararlanıb.Muxalifet - 15-08-2019
“Qızlarını həkimə aparmırlar ki, görən olar, qız evdə qalar”
“Bizdə gənc qızları tibbi müayinədən keçirmək intihar kimi bir şeydir. Nə qədər qeyri-ciddi səslənsə də, valideynlər qızlarını həkimə aparmaqdan qorxurlar”.
Muxalifet.az xəbər verir ki, bu sözləri məşhur pediatr Vaqif Qarayev sosial şəbəkədə yazıb. Həkimin sözlərinə görə, heç oğlanlar da tibbi müayinəyə meyilli deyil:
“Ailələr düşünür ki, birdən görən olar, qız evdə qalar. Nəticədə bəzi ciddi xəstəliklər vaxtında aşkarlanmır. Xüsusilə də, son illərin bəlası-sonsuzluq. Ailə qurulur, tez də dağılır.Muxalifet - 15-08-2019
Müsəlmanlara qarşı növbəti soyqırımı başlaya bilər - BAŞ NAZİR AÇIQLADI
Hindistanın Cammu və Kəşmir ştatında müsəlmanlara qarşı Srebrenitsada (Bosniya və Hersoqovina) olduğu kimi etnik təmizləmə başlaya bilər.
Bu məlumatı öz Tvitter səhifəsində Pakistan Baş naziri İmran Xan paylaşıb.
Onun sözlərin görə, bu ssenari reallaşacağı təqdirdə islam dünyası radikallaşacaq:
“Dünya Srebrenitsada olduğu kimi növbəti dəfə Kəşmirdə müsəlmanların etnik təmizlənməsini səssiz müşahidəmi edəcək? Dünya ictimaiyyətini xəbərdar etmək istəyirəm ki, baş verənlər islam dünyasını radikallaşdıracaq”./axar.az
Muxalifet - 15-08-2019
Azərbaycanlı deputat Saakaşvili ilə GÖRÜŞDÜ: “Onsuz Gürcüstanın gələcəyi yoxdur”
Gürcüstan parlamentinin deputatı Azər Süleymanov ölkənin sabiq prezidenti Mixail Saakaşvili ilə görüşüb. O bu barədə öz feysbuk profilində fotolar paylaşıb.
Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasından millət vəkili olan A.Süleymanov “Yeni Müsavat”a görüş barədə sensasion açıqlamalar verib.
- Azər bəy, Saakaşvili ilə görüşünüz hansı zərurətdən doğdu?
Muxalifet - 15-08-2019
EMİN ƏFƏNDİYEVİN “İSLAHATLARI” VƏ LƏKƏLİ KOMANDASI – “Nazirin bütün bunlardan xəbəri olsaydı…”
“Rabitəçilər dəfələrlə qeyd edirlər ki, “Azərpoçt”dakı hazırkı komanda ölkə rəhbərliyinin etimadını doğrultmaq iqtidarında deyil. “Azərpoçt” MMC-nin Baş direktoru və onun gətirdiyi kadrların son 1 ildə poçt-rabitə sektorundakı fəaliyyəti bunu tam şəkildə sübut edir…” Bu fikirlər rabitə sektorundakı bir qrup narazı şəxsin “AzPolitka.info”ya göndərdikləri növbəti məktubda qeyd olunub.
Muxalifet - 15-08-2019
Bakıda şadlıq evində 4 nəfərin bıçaqlanması ilə bağlı RƏSMİ MƏLUMAT
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu ötən gün Binəqədidə toyda baş vermiş insidentlə bağlı birgə açıqlama yayıb. Bakı şəhər Prokurorluğundan açıqlamada deyilir: “Avqustun 14-də saat 23:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi 4 saylı ünvanda yerləşən “Üzeyir” şadlıq sarayında qonaqlar arasında yaranmış mübahisə zamanı Seymur Hüseynov, Mahir İbrahimov, Telman Hüseynov və Elton Ağababayev kəsici alətlə yetirilməyə xarakterik müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Muxalifet - 15-08-2019
"Mənə əl qaldırıb, icazəsiz otağımıza girirdi" - Keçmiş gəlinindən Elşadla bağlı ittihamlar
"Elşad Qarayev həmişə bizim ailəmizə qarışıb. Deyir, əlimdə səs yazıları var. Ər-arvadın söhbətinin səs yazısı səndə nə gəzir? Təhqir ediblər, təhqir eşidiblər. Bəs məndə olan səs yazılarana nə deyir? Rəvanla danışanda gəlib qapının arxasında bizə qulaq asırdı. Sonrada qəfil qapını açırdı, icazəsiz içəri daxil olurdu ki, eşitdim siz dalaşırsız".
Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Rəvan Qarayevin boşandığı xanımı Günay deyib. Ailəsinin dağılmasında qayınatası, müğənni Elşad Qarayevi günahlandıran Günay onun ittihamlarına cavab verib:
Muxalifet - 15-08-2019
Parkda qarşılaşdığı keçmiş sevgilisini və onun yanındakı oğlanı GÜLLƏLƏDİ
Türkiyədə parkda rastlaşdığı keçmiş sevgilisi və onun yanında olan oğlanı güllələyib öldürən şəxs saxlanılıb. Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, şahidlərin dediklərinə görə, həddən artıq içkili olan Məhəmməd G. yoldan keçəndə keçmiş sevgilisi Merve Kotanı Ekim Türkmen adlı oğlanı parkda oturanda görüb. Sonra adıçəkilən şəxslər arasında mübahisə yaranıb.Sonra üzərindəki silahı çıxaran Məhəmməd G 20 yaşlı qızı və onun yanındakı oğlana dəfələrlə atəş edib. Sonra hadisə yerinə polis və təcili yardım çağırılıb. Hər iki şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Muxalifet - 15-08-2019