Axtarış

The search found 105785 results in 0.057 seconds.

Search results

  1. Keçmiş icra başçısı haqda şok ittihamlar... – DETALLAR AÇIQLANDI

    Gədəbəyin sabiq icra başçısı Ramiz Yediyarovun məhkəmə prosesi qalqamallı keçə bilər. Buna səbəb Ramiz Yediyarovun qanunsuz əməlləri ilə üzləşən sahibkarların zərərçəkən kimi tanınmalarına çalışmalarıdır. Məlumat üçün deyək ki, Ramiz Yediyarov Cinayət Məcəlləsinin 222-2.1-ci (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham edilir. Artıq istintaq yekunlaşıb və iş baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilib. Cinayət işində Gədəbəy Rayon İcra Hakimiyyəti də zərərçəkən qismində tanınıb.

    Muxalifet4 - 14-08-2019

  2. Sumqayıtda DƏHŞƏT - 66 yaşlı kişi özünü yandırdı

    Sumqayıtda 66 yaşlı kişi özünü yandırıb.

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 1953-cü il təvəllüdlü Ağalarov Pənah Şirin oğlu üzərinə benzin tökərək özünü yandırıb.

    Dərhal yaxınlıqdakı şəxslərin köməyi ilə alov söndürülüb. Hadisə nəticəsində P. Ağalarovun bədəninin bir hissəsi yanıb. O, dərhal xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 14-08-2019

  3. Azərbaycanda silahlı insident – Ehtiyatsızlıqdan qonşusunu güllələdi

    Xaçmaz rayonunda silahlı incident qeydə alınıb.
    Muxalifet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 12-də Xaçmaz rayonu Yeni Həyat kəndində yayaşayan R.Kamilov sağ və sol baldır nahiyəsindən qırma yaraları ilə xəstəxanaya gətirilib.
    Araşdırmalar zamanı R.Kamilovun xəsarəti qonşusu Q.Binaliyevın yaşadığı evin həyətində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən alması müəyyən edilib.

    Muxalifet - 14-08-2019

  4. “Baş nazir Xankəndində Qarabağla bağlı fikirlərini dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Zöhrab Mnatsakanyan

    Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan baş nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndindəki çıxışı zamanı səsləndirdiyi avantürist, təhrikedici bəyanatları dəstəkləyib.

    Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, Mnatsakanyan bu haqda Yerevanda uruqvaylı həmkarı Rudolf Nin Novoa ilə keçirdiyi brifinq zamanı danışıb.

    Paşinyan avqustun 5-də Xankəndində demişdi: “Artsax (Dağlıq Qarabağa verilən qondarma ad,-red.) –Ermənistanın ayrılmaz tərkib hissəsidir, nöqtə.”

    Muxalifet - 14-08-2019

  5. “Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib

    Adətən İosif Stalinin iş günü köməkçisi və şəxsi katibi Aleksandr Poskrebışevin məruzələri və təqdim etdiyi sənədlərlə başlayıb. 1939-cu ilin əvvəllərində adi iş günlərinin birində də Poskrebışev sənədlərlə kabinetə daxil olub, keçiriləcək görüşlər və tədbirlər haqqında məlumat verib, imza atılacaq sənədləri qovluqda təqdim edib və əlindəki heç də kiçik olmayan zərfi kabinetin sağ tərəfində olan şkafın siyirməsinə qoyub. Diqqətini qarşısındakı qovluqdan ayırmayan Stalin Poskrebışevdən soruşub:

    - Aleksandr Nikolayeviç, siyirməyə qoyduğunuz nədir?

    Muxalifet - 14-08-2019

  6. "Fəlakət" mərcə girdi, yolun ortasında görün neylədi - Video

    Aktyor Elşən Orucov rejissor Emil Abdullayevlə mərcə girib.

    O, nəqliyyatın sıx olduğu yerdə, Qız qalasının qarşısında maşınlara əhəmiyyət verməyərək qaçıb.

    "Emil dedi ki, edə bilməzsən, dedim edərəm" deyə, Elşən sosial media hesabında yazıb.

    Maraqlısı isə odur ki, sənətçi bunu edərkən "Bozbash Pictures" serialındakı "Fəlakət" obrazında olub.

    Elşənin bu görüntüsü sosial şəbəkədə müzakirə edilib.

    Muxalifet - 14-08-2019

  7. ​“Qarabağ”ın oyununda Ermənistan bayrağı dalğalandırılmayıb - Polisdən TƏKZİB

    Sosial şəbəkələrdə və bəzi idman informasiya saytlarında Bakıda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi üzrə keçirilən oyun zamanı azerkeşlərin rəqib komandaya hücum çəkməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
    Demokrat.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
    O bildirib ki, oyun yüksək təhlükəsizlik şəraitində başa çatıb, heç bir neqativ hal baş verməyib:

    Muxalifet - 14-08-2019

  8. Dağıstanlı məşhur "avtoş" 19 yaşlı gənci vurub öldürdü - VİDEO

    Təhlükəli manevrləri, sürət həddini aşması, qorxulu ötmə əməliyyatlarına dair çoxsaylı videoları ilə məşhur olan “avtoş” Mahmud İmanəliyev 19 yaşlı gənci avtomobillə vurub öldürüb.

    Bu barədə "Komsomolskaya Pravda" nəşri məlumat yayıb. Qəza hadisəsi yerli sakinlərin qəzəbinə səbəb olub. Hadisənin gecə saatlarında Maxaçkalanın Akuşinski prospektində baş verdiyi bildirilir. Şahidlərin dediyinə görə, 19 yaşlı gəncə zərblə çırpılan maşın onu 30 metr kənara atıb. Sükan arxasındakı şəxsin sürət həddini iki dəfə aşması məlum olub.

    Muxalifet4 - 14-08-2019

  9. ​Qəzaya uğramış təyyarəmiz parça-parça olub

    Qəzaya uğrayan təyyarənin axtarışı üçün daha münasib hava şəraiti formalaşıb. Dalğıclar suyun altında artıq sərbəst şəkildə işləyə bilirlər.
    Bu sözləri Lent.az -a Xəzər dənizində qəzaya uğrayan təyyarənin pilotu Rəşad Atakişiyevin qayınatası, tanınmış politoloq Qabil Hüseynli deyib.

    Muxalifet - 14-08-2019

  10. Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu - FOTOLAR

    ABŞ Hərbi Dəniz Donanmasının kapitanı Kavon Həkimzadə "USS Harry S.Truman" aviadaşıyıcısının komandanı təyin olunub.

    Bu barədə "Facebook" sosial şəbəkəsində politoloq Şahin Cəfərli məlumat yayıb.

    Məlumata görə, Həkimzadənin atası iranlı, anası amerikalıdır. Ailə islam inqilabından sonra İranı tərk edib. Həmin vaxt K.Həkimzadə 11 yaşında olub.

    30 ildir donanmada xidmət edən Həkimzadə bundan əvvəl ABŞ 6-cı donanmasının flaqmanı "Mount Whitney" gəmisinin komandiri idi.

    Muxalifet4 - 14-08-2019

  11. Rusiyanın orden və medallarını almış Azərbaycanın dövlət xadimləri – SİYAHI

    Ötən gün Rusiya Federasiyasının prezidenti Vladimir Putinin imzaladığı fərmanla Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Dostluq” ordeni ilə təltif edilib. Birinci vitse-prezident bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və gücləndirilməsində göstərdiyi xidmətlərə görə layiq görülüb.

    İndiyə kimi kimi Rusiyanın dövlət  mükafatı, orden və medalları ilə təltif olunan xeyli azərbaycanlı ictimai-siyasi xadim olub.

    Muxalifet - 14-08-2019

  12. Rusiya əleyhinə mitinqlər Tiflisə baha başa gəldi - Burcanadzedən ŞOK AÇIQLAMA

    “Gürcüstan hakimiyyəti rus turistlərin ölkəmizə gəlməkdən imtinasını ciddiyə almır, bunun bizə böyük zərər verdiyi isə göz qabağındadır”.
    Muxalifet.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin keçmiş sədri, müxalifətdə olan Demokrat Hərəkatın lideri Nino Burcanadze deyib.
    Eks-spiker Rusiyadan gələn turist axınının zəifləməsindən dəyən ziyanın gizlədildiyini və bu ziyanın 10 dəfə çox olduğunu bildirib:

    Muxalifet - 14-08-2019

  13. Bakıda maşın aşdı - Sürücünün arvadı öldü

    Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, avqustun 13-də saat 17 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini R.Həsənovun idarə etdiyi “VAZ-21099” markalı avtomobili aşıb.

    Nəticədə R.Həsənovun sərnişinlərindən, həyat yoldaşı Zeynəb hadisə yerində ölüb, digər bir sərnişini isə xəstəxanaya yerləşdirilib.

    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    Muxalifet - 14-08-2019

  14. Bakıda 16 yaşlı yeniyetmə burun əməliyyatı zamanı öldü

    Bakıda özəl klinikalardan birində rinoplastika (burun estetik əməliyyatı) nəticəsində növbəti ölüm faktı qeydə alınıb. Muxalifet.az xəbər verir ki, bunu Oxu.Az-a Yasamal rayon Polis İdarəsindən bildiriblər. Məlum olub ki, hadisə Kazım Kazımzadə küçəsində yerləşən "Uniklinika"da baş verib. Burada avqustun 13-ü saat 19:00-da əməliyyat zamanı 2003-cü il təvəllüdlü paytaxt sakini Xurşudov Mirəhməd Ağasəf oğlu ölüb. Hazırda Yasamal rayon prokurorluğu faktla bağlı araşdırma aparır. Həmin klinika ilə əlaqə saxlasaq da, əməkdaşlar məlumat verməkdən imtina etdilər.

    Muxalifet - 14-08-2019

  15. Erməniləri qorxuya salan PUA nümayiş olundu

    Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaranmasının 100 illiyi ilə bağlı Bakıda keçirilən hərbi sərgidə "Harop" adlanan pilotsuz uçuş aparatlarının (PUA) buraxıcı qurğusu nümayiş etdirilib.

    Muxalifet - 14-08-2019

  16. Azərbaycanda 2 qardaşdan DƏHŞƏTLİ ƏMƏL – 1 nəfər öldürüldü, digəri isə…

    Daxili İşlər Nazirliyi Beyləqan rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb.
    Muxalifet.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 13-də Beyləqan rayonunun Yuxarı Kəbirli kəndi ərazisində kənd sakinləri E.Mürşüdov və onun qardaşı Şəmistan ilə S.Qasımov və M.Yusifov arasında baş vermiş münaqişə zəminində E.Mürşüdov bıçaqla S.Qasımova və M.Yusifova xəsarət yetirib.
    Nəticədə S.Qasımov hadisə yerində ölüb, M.Yusifov isə xəstəxanaya yerləşdirilib.

    Muxalifet - 14-08-2019

  17. ​Ali məktəblərdə 5785 plan yeri boş qalıb, 2369-u pulsuzdur - SEÇİM BAŞLAYIR

    Tələbə adı qazanan şəxslər avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
    Muxalifet.az bildirir ki, təhsil eksperti Kamran Əsədovun modern.az-a verdiyi məlumata görə, bu il ali məktəblərə ayrılan 47966 plan yerindən 20189 yer dövlət sifarişli idi. 

    Muxalifet - 14-08-2019

  18. Gürcüstandan Azərbaycana 4 kiloqram qızıl keçirmək istədi – Sərhəddə saxlanıldı

    Gömrük əməkdaşları külli miqdarda qızıl bəzək əşyalarının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

    Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə
    etdiyi “Mercedes-Benz E240” markalı avtomobil saxlanılıb və həmin şəxs sorğu-sual olunub.

    Muxalifet - 14-08-2019

  19. ​Bakıda yük maşını Polis Şöbəsinə çırpıldı - FOTO

    Bakıda “Hyundai” markalı yük maşını Polis Şöbəsinin qapısına çırpılıb.
    Oxu.Az xəbər verir ki, hadisə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin həyətində baş verib. 
    Nəticədə idarənin divarının bir hissəsi dağılıb. 
    Hadisə nəticəsində xəsarət alan olmayıb.

    Muxalifet - 14-08-2019

  20. ​“Düşmənə təsir göstərmək üçün daha ciddi hərbi əməliyyatlara ehtiyac var”

    Etibar Məmmədov: “Belə xırda şeylərlə Ermənistana təsir göstərmək olmaz”

    Muxalifet - 14-08-2019

Pages