Axtarış
The search found 105785 results in 0.079 seconds.
Search results
VİLAYƏT EYVAZOVDAN DAHA BİR ƏMR – İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib
İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator vəzifəsinə təyinat olub.
APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator təyin edilib.
Qeyd edək ki, V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin edilənədək həmin vəzifəni icra edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Muxalifet - 13-08-2019
"Qarabağ" Çempionlar Liqası ilə vidalaşdı
"Qarabağ" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb.
Muxalifet.az xəbər verir ki, Azərbaycan çempionu bir həftə qazandığı üstünlükdən yararlana bilməyib.
Kiprin APOEL klubu ilə qarşılaşan təmsilçimiz Bakıda 0-2 hesabı ilə uduzmaqla, turnirin pley-off mərhələsinə yüksələ bilməyib. Hər hissədə bir dəfə fərqlənən qonaqlar, "Qarabağ"ın ümidlərini puça çıxarıb.Muxalifet - 13-08-2019
Bakıda zəncirvari qəza baş verib, yeddi maşın toqquşub
Bu gün axşam saatlarında Bakıda zəncirvari yol qəzası baş verib. “Report” xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Ziya Bünyadov prospektində yerləşən tuneldə qeydə alınıb.
Qəza zamanı yeddi avtomobil toqquşub. Zəncirvari qəza həmin yolda uzun tıxaca səbəb olub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Muxalifet - 13-08-2019
Biləcəri deposunda FACİƏ: iki qatarın arasında qalaraq öldü
Bu gün Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən vaqon deposunda bədbəxt hadisə baş verib. 27 yaşlı Məmmədzadə Əli Niftəli oğlu iş zamanı depoda iki qatarın arasında sıxılmış vəziyyətdə qalıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. /Report.
Muxalifet - 14-08-2019
Mübariz Mənsimovun "Məmməd Əmin Rəsulzadə" tankeri batdı
Türkiyənin "Denizhaber" portalına məlum olub ki, Mübariz Mənsimovun bir ərzaq tankerindən quru yük vasitəsinə çevrilən gəmisi ilk səfərində başqa bir Doric Warrior gəmisi ilə toqquşub.
Virtualaz.org “Denizhaber”ə istinadən xəbər verir ki, toqquşma nəticəsində "Məmməd Əmin Rəsulzadə" gəmisinin kapitanı fəlakət siqnalı verib.
Sahil mühafizəsinin baş idarəsi toqquşma yerinə üç yedək və üç xilasetmə gəmisi göndərib.
Hadisə ilə əlaqədar digər gəmi və tankerlərin hərəkəti və fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Muxalifet - 14-08-2019
Hövsan qızlarına sataşanı BU GÜNƏ QOYDULAR: Nə demişəmsə özümə demişəm, nəslimlə... – VİDEO 18+
Sosial şəbəkədə Hövsan sakinləri və xüsusən bu kənddən olan qızlarla bağlı xoşagəlməz ifadələr işlədən gənc cəzalandırılıb. 20-25 yaşlı gənc, kənd camaatı tərəfindən tapılaraq ondan üzr istəməsi tələb edilib. Sözügedən şəxs kənd sakinlərinin tələbinə əməl edib: "Özümdə olmamışam, nə demişəmsə özümə demişəm, nəslimlə qələt etmişəm. İnsan səhvini başa düşəndə çox peşman olur. Çox peşmanam. Analar, bacılar, xahiş edirəm, məni üzrlü sayın". Sözügedən videonu təqdim edirik. Qeyd: Videoda qeyri-etik ifadələr var. Olke.az
Muxalifet - 14-08-2019
Əlillərə verilən prezident təqaüdü bu halda dayandırıla bilər!
Xəbər verdiyimiz kimi, Azərbaycanın baş naziri Novruz Məmmədov “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi haqqında qaydaları təsdiqləyib.
Unikal.org mövzunun aktuallığını nəzərə alaraq qaydalarda nəzərdə tutulmuş bəzi nüansları oxucuların diqqətinə çatdırır.
2. Təqaüdün təyin edilməsi üçün müraciət edilməsi, onun təyin olunması və təyin olunmasından imtina edilməsi
Muxalifet - 14-08-2019
Jirinovskidən NATO qırıcılarına SƏRT REAKSİYA: "Onları vurmaq lazımdır" - VİDEO
Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Müdafiə naziri Sergey Şoyqunun Kalininqraddan Moskvaya qayıdarkən onun olduğu təyyarəyə Baltik dənizinin neytral suları üzərində NATO-ya məxsus F-18 qırıcıların yaxınlaşması ilə bağlı məlumata münasibət bildirib.
Muxalifet - 14-08-2019
2023-cü il PLANI: "Ərdoğansız Türkiyə" layihəsi...
Onların Türkiyə idarəçiliyinə gəlməsi mümkün deyil.
Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş spikeri Məhməd Əli Şahin sabiq baş nazir Əhməd Davudoğlunun yeni partiya yaradacağı ilə bağlı iddiaları şərh edərkən deyib.Muxalifet - 14-08-2019
Tanınmış azərbaycanlı yazıçı vəfat etdi
Tanınmış yazıçı Naməddin Mirzəxanlı vəfat edib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, beyin insultu keçirən yazar dünyasını dəyişib.
O, dünən dəfn edilib.
Qeyd edək ki, Naməddin Mirzəxanlı “Axirət günü”, “Yuxuma gir, ana”, “Təmiz hava”, “Manqurtlar”, “Cəhənnəmi” görmüş adam”, “Allahın dərgahında” povestlərinin, “Övliya”, “Sevgi quraqlığı” romanlarının və onlarla digər nəsr əsərlərinin müəllifi idi.
Allah rəhmət eləsin!Muxalifet - 14-08-2019
2 rayonda qaz olmayacaq - SƏBƏB
Bu gün səhər saat 09:00-dan işlər başa çatanadək Şəmkir rayonunun Çinarlı qəsəbəsi və bir neçə kənddə qaz təchizatı dayandırılır.
"Azəriqaz” İB-dən Muxalifet.az-a verilən məlumata görə, bu müddət ərzində Qaz İxrac İdarəsinin "Qazıməmməd-Qazax” magistral qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi və digər işlər icra ediləcək.
Bu gün həmçinin saat 10:00-dan 18:00-dək Lənkəran qaz paylayıcı stansiyasında ölçü qovşağının dəyişdirilməsi ilə əlaqədar olaraq Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatında məhdudiyyətlər olacaq.Muxalifet - 14-08-2019
Bu gün UEFA Super Kubokunun sahibi müəyyənləşəcək
Bu gün Türkiyənin İstanbul şəhərində UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.
“Report”un məlumatına görə, “Vodafone Park”da İngiltərənin iki təmsilçisi – “Liverpul” və “Çelsi”komandaları üz-üzə gələcək. Ötən mövsüm “Liverpul” İspaniyanın paytaxtı Madriddə keçirilmiş final matçında “Tottenhem”i 2:0 hesabı ilə yenərək, Çempionlar Liqasının qalibi olub. “Çelsi” isə Bakı Olimpiya Stadionunda təşkil olunmuş Avropa Liqasının həlledici qarşılaşmasında “Arsenal”ı darmadağın edib – 4:1.
Muxalifet - 14-08-2019
Onlar da ÇL-də mübarizəni dayandırdı - Gecənin sürpriz nəticələri
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulub.
Muxalifet.az xəbər verir ki, bununla da pley-off mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyənləşib.
Maraqlıdır ki, "Porto", "Seltik", "Bazel", Kiyev "Dinamo"su kimi klublar mübarizəni dayandırmalı olub.Muxalifet - 14-08-2019
Məhərrəm ayı BU TARİXDƏ başlayacaq
Bu il üçün Məhərrəm ayının başlanacağı tarix açıqlanıb.
Hicri təqvimi üzrə 1441-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə təsadüf edəcək.
Məhərrəm ayının 10-cu günü, yəni Aşura sentyabrın 10-dur.
Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək.
Sentyabrın 29-da Məhrrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.
Muxalifet - 14-08-2019
“Qırmızı körpü”dən Türkiyəyə yeni yol: cəmi 4 saata çatacaqsız
Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” məntəqəsindən başlayaraq Gürcüstandan keçməklə Türkiyə ilə sərhəddəki “Sarpi” sərhəd keçid məntəqəsinə qədər olan avtomobil magistralının 200 kilometri artıq inşa olunub. Qalan 230 kilometr hissədə tikinti işləri davam edir.
Muxalifet.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin müavini, Avtomobil Yolları Departamentinin rəhbəri İrakli Karselidze departamentin bu gün keçirilən hesabat yığıncağında məlumat verib.Muxalifet - 14-08-2019
Bakıda daha 2 ictimai çimərlik yaradıldı
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın nəcib təşəbbüsü ilə paytaxtımız Bakı şəhərində ictimai çəmərliklərin yaradılması işləri davam edir.
Muxalifet - 14-08-2019
Sabiq icra başçısının Londondakı TOPDAĞITMAZ SƏRVƏTİ - Kərimovlar ailəsi ölkə xaricinə milyonlar daşıyıb - FOTOFAKT
Azərbaycan mediasında adı daha çox Salyan rayonunun “kiçik padşahı” kimi təqdim olunan sabiq icra başçısı Tahir Kərimov ölkə xaricində də böyük biznesə sahibdir.
Muxalifet - 14-08-2019
Azərbaycanda Çeçenistan vətəndaşının öldürülməsi ilə bağlı YENİ XƏBƏR
Dünən axşam saatlarında Sumqayıt şəhərində Çeçenistan vətəndaşının qətlə yetirilməsi hadisəsi ilə bağlı cinayət işi açılıb.
Sumqayıt şəhərinin sənaye zonasında, Gübrə zavodunun yaxınlığında Rusiya Federasiyası Çeçenistan Respublikasının vətəndaşı 1975-ci il təvəllüdlü Bislan Bakayevin bıçaqlanaraq öldürülməsi hadisəsi ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş açılıb.
Artıq hadisəni törədən şəxs saxlanılaraq istintaqa təhvil verilib.Muxalifet - 14-08-2019
DİM: Bu il bütün ixtisas qruplarında yüksək bal toplayanların sayı ötən illə müqayisədə az olub
Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr edib.
Muxalifet - 14-08-2019
Qaradağda AĞIR QƏZA: ölən və xəsarət alanlar var
Qaradağ rayonu, Müşfiq qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az xəbər verir ki, içərisində 5 nəfərin olduğu minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Xəsarət alanlar - 71 yaşlı Abdullayeva Zenfira Tarix qızı və onun nəvəsi, 14 yaşlı Həsənova Rəqsanə Fəzail qızı Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər./apa/Muxalifet - 14-08-2019