Axtarış
The search found 105785 results in 0.037 seconds.
Search results
“Rövşən Lənkəranski”nin varisi Azərbaycana gəlir - FOTO
Mərhum avtoritet “Rövşən Lənkəranski”nin varisi “Şeyx ” ləqəbli çeçenistanlı kriminal avtoritet Xamzat Qastamirov Azərbaycana gəlir. Muxalifet.az Gununsesi.org-a istinadən bildirir ki, bu barədə adıçəkilən şəxsə məxsus sosial şəbəkə hesablarından məlumat yayılıb. Məlumatda deyilir: “Mən nə qədər ki sağam, hər il mənəvi qardaşım olan Rövşənin qəbrini ziyarət edəcəm. Bununla bağlı mənə şərait yaradanlara təşəkkürümü bildirirəm”. Xatırladaq ki, “Lənkəranski” ləqəbli kriminal avtoritet Rövşən Caniyev 18 avqust 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilib.
Muxalifet - 12-08-2019
PUTİNİN “BUREVESTNİK”İ PARTLAYIB? – Rusiyada məxfi hərbi obyektdə qəzadan şübhələnirlər
Arxangelsk vilayətinin Severodvinsk şəhəri yaxınlığında baş verən qəza təkcə Rusiyada deyil, onun şimal qonşularında da böyük narahatçılığa səbəb olub. “AzPolitika” xarici KİV-lərə istinadla xəbər verir ki, mütəxəssislər hadisənin baş verdiyi qapalı hərbi obyektdə ciddi nüvə sızıntısı qeydə alındığından şübhələnirlər.
Muxalifet - 12-08-2019
"Qarabağ" - APOEL: pley-offa bir addım qaldı - YENİLƏNİR
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.
Təmsilçimiz “Qarabağ” da mərhələnin cavab oyununa çıxacaq. Qurban Qurbanovun komandası Bakıda APOEL-i qəbul edəcək.
Kiprdə keçirilən ilk görüşdə 2:1 hesablı qələbə qazanan Ağdam təsmilçisi pley-offa vəsiqə üçün yaxşı şans əldə edib.
Muxalifet - 13-08-2019
Ermənistanın Müdafiə Nazirliyi Araik Kazaryanın Azərbaycana qaçması haqda
Ermənistan Müdafiə Nazirliyi bir hərbçisinin Azərbaycan ərazisinə keçməsi faktını etiraf edib.
“Avqustun 12-də, saat 12:00 radələrində Müdafiə Ordusunun bölmələrindən birinin mühafizə zonasından cənub-şərq istiqamətində, hələlik aydınlaşdırılmamış şəraitdə hərbi qulluqçu Araik Kazaryan döyüş mövqeyini tərk edib”,-deyə nazirliyin məlumatında bildirilir.
Eyni zamanda, “Sputnik Ermənistan” agentliyi Araik Kazaryanın 2019-cu ilin yanvar ayında ordu sıralarına çağırıldığını yazıb.Muxalifet - 13-08-2019
Həcc ziyarətində 28 türkiyəli zəvvar vəfat edib
Builki Həcc ziyarəti mövsümündə müqəddəs torpaqda 28 türkiyəli zəvvar vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Diyanət İşləri başqanı Əli Ərbaş məlumat verib.Muxalifet - 13-08-2019
DƏHŞƏT: Masallıda yol polisini bıçaqlayıb “X5”-lə qaçdılar - FOTO
Avqustun 9-da, axşam saat 23:45 radələrində Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Muxalifet.az avtosfer.az-a istinadən xəbər verir ki, Cəlilabad rayon Yol Polisi Bölməsinin əməkdaşı Rauf Sübhan oglu Məmmədov adları və kimlikləri tam bəlli olmayan Yardımlı rayon sakinləri tərəfindən bıçaqlanıb.
Aralarında yaranan insident zamanı həmin şəxslər Rauf Məmməfova bir neçə bıçaq zərbəsi vurduqdan sonra idarə etdikləri "BMW-X5" markalı avtomobillə hadisə yerindən qaçıblar.Muxalifet - 13-08-2019
"Binə" ticarət mərkəzi yanır
"Binə" ticarət mərkəzində yanğın olub. Muxalifet.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində "Binə" ticarət mərkəzində mağazaların birində yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb. Əlavə məlumat veriləcək.
Muxalifet - 13-08-2019
Cinlər diyarına səyahət - Astaradan ÖZƏL GÖRÜNTÜLƏR - VİDEO
Azərbaycanın gözəl guşələrindən biri də Astara rayonudur.
Muxalifet.az bildirir ki, sözügedən rayonla bağlı "Bir Bax" Yutub kanalında yayımlanan maraqlı video olduqca diqqət çəkir.
Redaktor.az həmin görüntüləri təqdim edirik:Muxalifet - 13-08-2019
Nadir Qafarzadə Həcc ziyarətinə gedənləri QINADI: “Müqəddəs ziyarətgahları biznes obyektlərinə çevirməyək”
Müğənni Nadiq Qafarzadə Səudiyyə Ərəbistanına Həcc ziyarətinə gedənlər üçün maraqlı fikirlər səsləndirib.
Muxalifet.az “axşam.az”a istinadən xəbər verir ki, sosial şəbəkədə paylaşım edən ifaçı zəvcarları qınayıb:
“Allah qəbul etsin! Amma olmaz ki, o qədər pul ödəyib getməkdənsə, həmin pulları buradakı ehtiyacı olanlara, xəstə, kasıb ailələrə verək? Ərəb kralı özünə hər il 20 milyard pul qazanır.Muxalifet - 13-08-2019
Venesuelada seçki tarixini təyin edəcək bir komissiya yaradılacaq
Venesuela Milli Təsis Assambleyası parlament seçkilərinin tarixini təyin edəcək bir komissiya yaradacaq.
Trend-in məlumatına görə, bu komissiya konstitusiyaya və ölkədəki siyasi vəziyyətə əsasən müddəti müəyyənləşdirəcək.
Bildirilir ki, Milli Assambleyaya seçkilərin bu il də keçirilə biləcəyini istisna edilmir.
Qeyd edək ki, iyul ayında Venesuela prezidenti Nikolas Maduro parlament seçkilərinin çox qısa bir zamanda keçirilə biləcəyini, ölkə hakimiyyətinin buna hazır olduğunu açıqlamışdı.
Muxalifet - 13-08-2019
Deputatın ticarət mərkəzi üzə çıxdı - Sənəd
"Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputat Azər Badamov Qusarda ticarət mərkəzi tikdirib".
Muxalifet.az arqument.az-a istinadən xəbər verir ki, bu barədə araşdırmaçı Cavanşir Həsənli məlumat yayıb.Muxalifet - 13-08-2019
20 лет с Владимиром Путиным
В феврале 2000 года на Всемирном экономическом форуме в Давосе американская журналистка Труди Рубин (Trudy Rubin) осмелилась вслух поинтересоваться тем, что в течение нескольких месяцев обсуждалось в кулуарах. Ее вопрос «Who is Mr Putin?» вошел в историю. В зале сначала воцарилась тишина, потом кое-где послышались смешки, а российские делегаты погрузились в молчание. Тогда, за месяц до президентских выборов, было известно в первую очередь то, кем Путин будет: все понимали, что власть перейдет к нему.
Muxalifet - 13-08-2019
ABŞ Türkiyəyə təzyiqi davam etdirsə... - Baçev
ABŞ Türkiyəyə təzyiq göstərməyə davam edərsə, sifarişləri də itirə bilər.
Bu açıqlama ilə Bolqarıstanın iqtisadi eksperti Stanislav Baçev çıxış edib.
Türkiyənin inkişaf proqramından danışan bolqar ekspert bunları deyib:
"Ardıcıllıq və davamlılıq yalnız tarixlərini xatırlamaqla qalmayıb, eyni zamanda dərs çıxaran güclü dövlətlərə xas xüsusiyyətlərdir. Ankara şərtlərini diktə edəcək səviyyəyə çatıb. Türkiyənin çox sayda sərnişin təyyarəsi, eləcə də sifarişləri var, əgər ABŞ təzyiqi davam etdirsə, bu sifarişlərindən də ola bilər"./axarMuxalifet - 13-08-2019
Ən “zəhmətkeş” deputatımızın otelləri üzə çıxdı - FOTOLAR
“Naftalanın deputatı Mahir Aslanov ötən il mətbuata açıqlama vermişdi ki, “təmsil etdiyi” rayonda sanatoriya-filan tikdirmir, adında heç bir istirahət mərkəzi, biznes-filan yoxdur. Səsi Rumıniyadan gəlir, deyir maaşa baxıram. Oğlu “Maserati” ilə avtoşluq edəndə deyirdi ki, biz zəhmətkeş insanlarıq. İndi sizə təqdim etdiyim sənədlərə baxın”.
Muxalifet.az xəbər verir ki, jurnalist Cavanşir Həsənli araşdırıb ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən əldə olunan sübutlar deputatın mətbuata və ictimaiyyətə yalan dediyini təsdiq edir.Muxalifet - 13-08-2019
Atambayev çevrilişə hazırlaşıb, xüsusi təyinatlı onun silahı ilə öldürülüb - RƏSMİ İTTİHAM
Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayev dövlət çevrilişinə hazırlaşıb.
“RİA Novosti” xəbər verir ki, bunu Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayev mətbuat konfransında deyib.
“Mən bunu açıq şəkildə bəyan edirəm! Ona dövlət çevrilişini həyata keçirmək üçün qan tökmək lazım idi”, - o deyib.
O.Opumbayev qeyd edib ki, eks-prezident öz iqamətgahında toqquşmalara hazırlaşıb:Muxalifet - 13-08-2019
Nüfuzlu azərbaycanlı həkim Kalininqradda faciəli şəkildə həlak oldu - AXUNDOVUN CƏNAZƏSİ BU GÜN VƏTƏNƏ GƏTİRİLİR...
Rusiyanın Kalininqrad vilayətinin cənubunda bazar günü avqustun 11-də səhər saatlarında baş vermiş avtomobil qəzası zamanı nüfuzlu azərbaycanlı həkim həlak olub. Virtualaz.org “Komsomolskaya Pravda” nəşrinə istinadən xəbər verir ki, 63 yaşlı otorinolarinqoloq Tengiz Hüseynağa oğlu Axundovun idarə etdiyi “Folksvagen Polo” avtomobili idarəetmədən çıxaraq qarşı hərəkət zolağına keçib və eyni markadan olan digər avtomobillə toqquşub.
Muxalifet - 13-08-2019
ŞOK İDDİA: “Azərbaycanda 80 min adam Rusiya Xüsusi Xidmət orqanlarından maaş alır” - VİDEO
Əvəz Zeynallının təqdimatında “Əyri oturaq, düz danışaq!” layihəsinin qonağı yazıları ilə oxucuların sevgi hörmətini qazanan, müstəqil jurnalist Aydın Caniyevdir. Aydın Caniyev indiyədək səsləndirilməsi qadağan olan bir çox faktları açıqlayır. O deyir ki,”Rusiyada bizə illərlə məlumat veridiyi kimi 4 milyon azərbaycanlı deyil, cəmi 2 min azərbaycanlı yaşayır.” Politoloq Jirinovskinin, “Rusiya topdan və pərakəndə satılır, amma satılıb, qurtarmır.” Ifadəsini xatırladan qonağımız bir vacib məqama da toxundu: “Moskva qaralıb.
Muxalifet - 13-08-2019
Polis bazardan pul yığır? – Video
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) polis əməkdaşının Xətai rayonunda yarmarkada satıcılardan pul yığması ilə bağlı yayılan məlumata münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, xaricdən idarə edilən saytlardan birində yer alan iddia həqiqətə uyğun deyil:
Muxalifet - 13-08-2019
Bu insanlara XƏBƏRDARLIQ: Xərçəng riskini azı iki dəfə artırır
Böyük Britaniyada Bristol Universitetinin alimləri aydınlaşdırıblar ki, artıq çəki və piylənmə xərçəngin inkişafı riskini ən azı iki dəfə yüksəldir.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda “MedicalXpress”in açıqlamasında deyilir.Muxalifet - 13-08-2019
Türkiyədə PKK-nın daha 4 terrorçusu öldürüldü
Türkiyədə PKK terrorçularına qarşı növbəti əməliyyat keçirilib.
Məlumata görə, əməliyyat ölkənin cənub-şərqində, Hakkari vilayətində, Yüksəkova ərazisində keçirilib. Jandarm qüvvələrinin də cəlb edildiyi əməliyyat zamanı 4 terrorçu məhv edilib.
“Report” xatırladır ki, daha əvvəl İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyalətinin Makı şəhərində İnqilab Keşikçiləri Qvardiyası ilə terrorçu PKK-nın İrandakı silahlıları arasında baş verən atışma nəticəsində 2 qvardiyaçı ölüb.Muxalifet - 13-08-2019