Axtarış
The search found 105785 results in 0.035 seconds.
Search results
Rusiyanın Türkiyəyə bu təklifi ŞOK effekt yaradacaq - CAVAB GÖZLƏYİR
Türkiyə hakimiyyəti “Su-35” çoxməqsədli qırıcılarının alınması haqqında Rusiyanın təklifini qiymətləndirir.
Muxalifet.az publika.az-aistinadən xəbər verir ki, bu haqda hərbi mənbəyə istinadən “Yeni Şəfəq” nəşri bildirib.
Nəşrin yazdığına görə, silahların alınmasına cavabdeh olan Türkiyə hakimiyyət orqanları Müdafiə Sənayesi katibliyi, hava qüvvələri komandanlığı və digər maraqlı idarələrdən Rusiyanın təklifinin qiymətləndirməsini istəyib. Əgər müsbət rəylər alınarsa, Rusiya ilə bu mövzuda danışıqlara start veriləcək.Muxalifet - 12-08-2019
Mövlud Çavuşoğlu: "Fərat çayının şərqini terrorçulardan təmizləməkdə qərarlıyıq"
Türkiyənin təhlükəsizlik qüvvələri Suriya ərazisində və İraqın Şimalında antiterror əməliyyatlarını davam etdirəcək.
Muxalifet - 12-08-2019
Kolumbiyada aviaşou zamanı faciə: iki hərbçi həlak oldu - VİDEO
Kolumbiyanın Medelyin şəhərində keçirilən aviaşou zamanı iki hərbçi həlak olub.
TASS xəbər verir ki, faciə hərbi paradda baş verib.
Hava nümayişi zamanı iki hərbçi Kolumbiya bayrağını əllərində tutaraq vertolyotdan trosla sallanıb. Hansısa məqamda tros qırılıb və hər iki hərbçi böyük yüksəklikdən yerə düşüb.
Hazırda paradın keçirildiyi zona bağlanıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Muxalifet - 12-08-2019
Baş nazirdən işədüzəltmə firmaları haqda yeni tələblər
Baş Nazir Novruz Məmmədov “İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər”i təsdiq edib.
Muxalifet.az xəbər verir ki, qaydalar “Məşğulluq haqqında” qanuna uyğun olaraq hazırlanıb və Azərbaycanda işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, vətəndaşların xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydasını və həmin hüquqi şəxslərə dair tələbləri müəyyən edir.
Muxalifet - 12-08-2019
Rəsmi Kiyev Putinin Krıma səfərinə etiraz edib
Ukrayna Rusiya Prezidenti Vladimir Putinin Krıma səfərinə rəsmi etirazını bildirib.
APA “voice america”ya istinadla bildiri ki, Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, bu səfər Rusiya rəsmilərinin, Ukrayna tərəfinin razılığı olmadan ilhaq edilmiş Krıma əvvəlki səfərləri kimi Ukraynanın ərazi bütövlüyü və suverenliyinin kobud şəkildə pozulması deməkdir.
Qeyd edək ki, Putin avqustun 10-da Krıma səfər edib. O, “Gecə canavarları” klubunun Sevastopolda təşkil etdiyi şouda iştirak edib.
Muxalifet - 12-08-2019
Nardaran çimərliyində batan 4 uşaqdan sonuncusunun meyiti tapldı
Avqustun 10-da Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsinin qeyri-çimərlik (nəzarətsiz) ərazisində batan 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının axtarışları başa çatıb.
Z.Cəfərzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Sözügedən hadisə zamanı əmiuşağı olan iki bacı və bacı-qardaş dənizdə batıb. Uşaqlardan üçünün meyiti həmin gün tapılsa da, Cəfərzadə Zeynəbin meyitini tapmaq mümkün olmamışdı./ReportMuxalifet - 12-08-2019
Müsəlmanlarla yahudilər arasında TOQQUŞMA: 60-dan cox insan... - VİDEO
Qüdsün Məbəd dağında Qurban bayramıni qeyd etməyə toplaşan müsəlmanlarla yahudilər arasında toqquşma baş verib.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, ibadətgahın önünə toplaşan yahudilərlə müsəlmanlar arasında mübahisə yaranıb.
Bunun qarşısını almaq üçün işə polis müdaxilə edib. Hüquq-mühafizə əməkdaşları kütləni dağıtmaq üçün işıq sacan qumbaralardan istifadə ediblər.
Hadisələr nəticəsində 60-dan cox insan xəsarət alıb.Muxalifet - 12-08-2019
Azərbaycanda bayram namazı qılındı
Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınıb.
Muxalifet.az xəbər verir ki, bu gün səhər saatlarında yüzlərlə insan məscidlərdə namaz qılıb, dualar edib. Bayram namazından sonra qurbanlıq heyvanların kəsilməsinə başlanılıb.
Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.
Muxalifet - 12-08-2019
Masallıda andiçmədən qayıdan ailə QƏZAYA DÜŞDÜ, ölən və yaralananlar var - FOTO
Masallıda “VAZ” markalı iki minik avtomobili toqquşub, bir nəfər dünyasını dəyişib.
Hadisə gecə yarısı köhnə Ələt-Astara magistralının Masallı rayonundan keçən hissəsində qeydə alınıb.
Liman şəhər sakini, 23 yaşlı Nicat Əzimlinin sükanı arxasında olduğu 10 LT 617 dövlət qeydiyyat nişanlı “Vaz 2107” markalı maşın qarşıdan gələn 44 yaşlı Mürşüd Nəsirovun idarə etdiyi 10 EC 733 dövlət qeydiyyat nişanı "Vaz 2106" markalı avtomobillə toqquşub.Muxalifet - 12-08-2019
“Mübariz Mənsimova qarşı bu cür hallar aradan qalxsın” - MİLLƏT VƏKİLİ
"Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adının böyük bir gəmiyə verilməsi vətəndaş kimi məni qürürlandırdı.Mən buna görə, "Palmali” şirkətlər qrupunun rəhbəri həmyerlimiz Mübariz Mənsimova təşəkkür edirəm. Bu gün onun gəmiləri dünya sularında "Heydər Əliyev”, "Zərifə Əliyeva”, "Məhəmmməd Əmin Rəsulzadə”, "Bəxtiyar Vahabzadə”, "Mübariz İbrahimov” və başqa dahi şəxsiyyətlərimizin adı altında üzür. Azərbaycanın dahi şəxsiyyətləri dünya miqyasında bu yolla əbədiləşdirilərək tanıdılır.
Muxalifet - 12-08-2019
“Foreign Brief”: “Paşinyan müharibəyə hazırlaşmaq üçün Rusiyadan daha çox texnika istəyə bilər...” - PATRUŞEVİN SƏFƏRİ, REGİONDA ARTAN GƏRGİNLİK
Bu gün Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Yerevana səfər edəcək. Virtualaz.org xatırladır ki, Rusiyanın xarici siyasətinin formalaşmasında əsas söz sahiblərindən biri olan Patruşevin Yerevana səfəri əvvəlcədən planlaşdırılsa da Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda səsləndirdiyi son avantürist bəyanatları ilə bağlı regionda artan gərginliyə təsadüf edir. Gözlənilir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Yerevanın Qarabağ ətrafında deeskalasiya riskini kəskin artıran addımlarını da müzakirə edə bilər.
Muxalifet - 12-08-2019
Azərbaycanda 19 nəfərin xəsarət aldığı qəzadan QANDONDURAN GÖRÜNTÜLƏR - VİDEO
Gəncəyə hərbi hissəyə gedən mikroavtobusun qəzaya düşdüyü ərazidə çəkilən görüntülər yayılıb.
Videoda qəzadan sonrakı dəhşətli mənzərə əks olunur.
Qeyd edək ki, ötən gün Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə nəticəsində 19 nəfər yaralanıb. 10 nəfər Şirvan xəstəxanasına aparılıb 9 nəfər Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.BAKU.WS
Muxalifet - 12-08-2019
Sabunçuda ər hamilə arvadına 19 bıçaq VURDU
Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, üç aylıq hamilə olan 1988-ci il təvəllüdlü Maştağa qəsəbə sakini Məmmədova Günay ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.
Yaralı "təcili yardım" maşını ilə xəstəxanaya yerləşdirilərək, həkim nəzarətinə götürülüb. Üzərində 19 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilən qadın cərrahi əməliyyat olunub. O, vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib.
Muxalifet - 12-08-2019
Kadırov oyun zamanı mikrafonla hakimi söydü - VİDEO
Çeçenistan prezidenti Ramzan Kadırov hərəkəti ilə növbəti dəfə gündəmə gəlib.
Qaynarinfo xəbər verir ki, o, Rusiya Premyer Liqasının V turunda keçirilən "Axmat" - "Spartak" oyununda qalmaqala səbəb olub. Belə ki, baş hakim Aleksey Suxoyun idarəçiliyindən narazı qalan Kadırov "Axmat Arena"da keçirilən matçın 82-ci dəqiqəsində mikrafonu əlinə alaraq "Hakim, prezervativdir" qışqırıb.
Qeyd edək ki, qarşılaşma "Axmat"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Kadırov 2013-cü ildə də eyni üsulla hakimi təhqir etmişdi.Muxalifet - 12-08-2019
Beriyadan iki dəfə yaxşılıq görən aktrisa onun arzusunu yerinə yetirməyib – 25 illik həbs cəzası, bəraət, qətl...
O, bu zəngi gözləyirdi və yaxşı bilirdi ki, Lavrenti Beriya ona etdiyi köməkliyin əvəzini istəyəcək, nəyin bahasına olursa-olsun istədiyini ondan alacaq...
Beləliklə, gecədən xeyli keçmiş həmin zəng Zoya Fyodorovanın mənzilində sükutu pozub:
- Sizinlə danışan polkovnik Sarkisovdur, Lavrenti Pavloviçin köməkçisi. Sabah günorta saat 3-də sizin arxanızca maşın gələcək. Beriya sizinlə görüşmək istəyir.
Muxalifet - 12-08-2019
Bu müharibə bir neçə saat davam edəcək - DƏHŞƏTLİ SSENARİ
Rusiya ilə dəniz döyüşləri başlasa, ABŞ donanması ilk saatlardaca məhv ediləcək. Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə ABŞ-ın “Nəşnl İnterest” dərgisi çıxış edib. Nəşr ABŞ-a Rusiya sərhədinə yaxın yerdə keçirilən hərbi təlimlə bağlı xəbərdarlıq edib. “Azov dənizində və Qara dənizdə İkinci Dünya müharibəsindən qalmış 18 min mina var. Əgər təsadüf nəticəsində NATO gəmiləri bu minalardan birinə toxunsa, Rusiya ilə dəniz döyüşləri başlayacaq və bu, NATO qüvvələrinin məğlubiyyəti ilə başa çatacaq”, - yazıda bildirilib.
Muxalifet - 12-08-2019
Zərifdən sərt çıxış: "Özümüzə hörmət etməsək..."
Əgər biz müsəlmanlar bir olsaq, Fələstində yaşanan zülmün qarşısını ala bilərik.
Axar.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
"Bizim üçün mübarək bir gündə Əqsa məscidində yaşanmış olaylara səssiz qala bilmərik. ABŞ Fələstin-İsrail arasında gərginliyi bitirmək adı ilə "Əsrin anlaşması" deyilən bir fikir ortaya atıb. Əgər biz özümüzə hörmət etməsək, şərəfimiz yenə belə alçaldıcı hücuma məruz qalacaq", - Zərif bildirib.
Muxalifet - 12-08-2019
İcra hakimiyyəti orqanlarının mühasiblərinin maaşları ARTIRILDI
İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib.
Muxalifet - 12-08-2019
ƏHALİNİN NƏZƏRİNƏ: Polis əməliyyata başladı - Bakıda bəzi küçələrdə, eləcə də metro çıxışlarında...
Bakıda bəzi küçə və prospektlərdə, eləcə də metro çıxışları qarşısında qanunsuz küçə ticarətinin qarşısı alınıb.
Muxalifet - 12-08-2019
Moskvadakı mitinqlərə görə “Google” Kremlin hədəfində
Rusiya Kaliforniyada mənzillənən Google şirkətini Moskva etirazlarına görə günahlandırdığı Qərb qurumlarının siyahısına salıb. Kreml onları moskvalıları icazəsiz etirazlara çağırmaqda günahlandırır.
Rusiyanın media tənzimləyicisi olan “Roskomnadzor” avqustun 11-də yaydığı bəyanatda Google-nun YouTube videopaylaşım platformasının yürüşləri təbliğ etdiyini bildirib. Bundan bir gün öncə isə son 8 ildə Kremlə qarşı ən böyük etiraz keçirilib.
Muxalifet - 12-08-2019