Axtarış
The search found 105785 results in 0.046 seconds.
Search results
"ABŞ İranı bombalayacaq, qarşı tərəf də İraqı..." - İləvi
ABŞ-la İran arasında savaş başlasa, İraq da müharibəyə daxil olacaq.
Bu açıqlama ilə İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komissiyasının üzvü Kərim İləvi çıxış edib.
İləvi körfəz bölgəsinin savaşın eşiyində olduğunu, İraq xalqının çətin günlər keçirdiyini qeyd edib:
"Savaş başlayarsa, İraq da bu müharibəyə girər, çünki İraqda ABŞ əsgərləri var. Ehtimal olaraq, ABŞ İranı bombalayacaq, İran da ölkədəki hərbi mövqeləri bombardman edəcək".
O, İraqın İranla ABŞ arasında vasitəçilik etməyə hazır olduğunu da vurğulayıb./AxarMuxalifet - 13-08-2019
Milyarderə böhtan atmaq? - 77 yaşlı keçmiş nazir müavininə qarşı cinayət işi qaldırılıb
Rusiyanın Daxili İşlər Nazirliyi Mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması nazirinin 77 yaşlı keçmiş müavini Sergey Xetaqurova qarşı böhtan atma maddəsilə cinayət işi açıb. Buna səbəb keçmiş nazir müavinin “Soverşenno sekretno” nəşrində yayımlanan məqalədə keçmiş ortağı, milyarder İqor Kesayevlə bağlı səsləndirdiyi fikirlərdir.
Muxalifet - 13-08-2019
Afaq Aslanın deputatla səmimi fotosu gündəm oldu - FOTO
Hər zaman çılpaq fotoları ilə medianın diqqətində olan müğənni Afaq Aslan bu dəfə qapalı geyimdə foto paylaşıb. “Yeni Sabah” xəbər verir ki, müğənninin bu görüntüsü son günlər sosial şəbəkələrdə ən çox paylaşılan foto olub. Burada maraqlı olan təkcə Afaq Aslanın qapalı geyimi deyil, həm də onun millət vəkili Siyavuş Novruzovla birgə fotoqrafa poz verməsi olub. Əlini Siyavuş Novruzovun çiyninə qoyan müğənninin bu görüntüsünə sosial şəbəkələrdə çoxlu sayda rəy yazılıb.
Muxalifet - 13-08-2019
DƏHŞƏT: Azərbaycanda 18 yaşlı qız atasına görə özünü körpüdən belə atdı - VİDEO
Tovuz çayı üzərində salınan körpüdən özünü atan 2001 ci il təvəllüdlü Hüseynova Kifayyət Məhəmməd qızının intihar görüntülərini anbaan videoya çəkiblər.
Muxalifet.az baku.ws-yə istinadən xəbər verir ki, 18 yaşlı K.Hüseynova atasının ölümünə dözməyərək intihara cəhd edib.
Hazırda vəziyyəti ağırdır. Hadisə şahidlərindən birinin təsadüfən çəkdiyi videonu təqdim edirik.
Ürəyi zəif olanların izləməsi məsləhət görülmür.
Muxalifet - 13-08-2019
“Oğlunun başını kəsməyi İbrahimə Tanrı əmr etməyib” – Nəriman Qasımoğlu daşlaşmış ehkama qarşı
Tanınmış ilahiyyatçı alim, “Quran” tərcüməçisi Nəriman Qasımoğlu Qurban bayramının meydana gəlməsinə səbəb olmuş dini rəvayətlə bağlı yeni yorumla çıxış edib.
Muxalifet.az turkustan.info-ya istinadla N.Qasımoğlunun fikirlərini təqdim edir:Muxalifet - 13-08-2019
Öcalanın çağırışına PKK-dan cavab: "Savaş davam edəcək"
Abdullah Öcalanın silahı yerə qoymaq çağırışına qətiyyən əməl etməyəcəyik.
Axar.az xəbər verir ki, bu açıqlama ilə PKK-nin liderlərindən biri olan Duran Qalxan çıxış edib.
Qalxan hücumlara davam edəcəklərini deyib: "Öcalan və HDP problemin həlli üçün ümid yeri yaratsa da, savaş davam edəcək".
Qeyd edək ki, bir müddət öncə PKK lideri Abdullah Öcalan kürd problemini həll etməyə hazır olduğunu bəyan etmişdi.
Muxalifet - 13-08-2019
Novruz Məmmədov bağçalarla bağlı qərar verdi - artıq uşaq götürülməyəcək!
Azərbaycan baş naziri Novruz Məmmədov “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı”nın təsdiq edilməsi haqqında əmr imzalayıb.
Muxalifet.az xəbər verir ki, sənəddə deyilir:Muxalifet - 13-08-2019
Komaya düşən azərbaycanlı xanım jurnalist vəfat etdi
Rusiyada yaşayan azərbaycanlı jurnalist Nazilə Həsənzadə vəfat edib.
Muxlifet.az baku.ws-ə istinadən xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən 35 yaşlı jurnalist dünən həyatla vidalaşıb.
"Aeroport Perm" jurnalının əməkdaşı olan jurnalist ötən ayın sonlarında Bakıya gəlib. Bir neçə gündən sonra qəfildən kəskin baş ağrıları tutub və təcili şəkildə geriyə - yaşadığı Perm şəhərinə geri dönüb.
Səhəri gün komaya düşüb və 15 gündən sonra komadan ayılmadan bu dünya ilə vidalaşıb.Muxalifet - 13-08-2019
Paşinyan ABŞ-da Azərbaycana qarşı təxribata hazırlaşır - Ekspertdən xəbərdarlıq
“Ermənistanın baş naziri Nikol Paşinyan Amerikaya səfərə hazırlaşır. O, sentyabrın 22-də ABŞ-ın Los-Anceles şəhərində ermənilər qarşısında çıxış etməyi planlaşdırır”. Publika.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Los-Anceles İrəvandan sonra bəlkə də ermənilərin ən çox olduğu şəhərlərdən biridir: “Aydındır ki, görüşə Kaliforniyanın digər şəhərlərində yaşayan ermənilər də qatılacaq. Bunun üçün artıq hazırlıq işlərinə başlanılıb. Paşinyanın Amerikadakı ermənilərlə görüşünün bir neçə məqsədi var.
Muxalifet - 13-08-2019
Xəzərdən Azərbaycana qaz kəməri: İran da qarşıdır, Rusiya da...
Türkmənistanın Xəzər sahilindəki Avaza şəhərində ötən gün işini yekunlaşdıran beynəlxalq iqtisadi forum zamanı “Transxəzər” qaz kəməri ideyası da gündəmə gəlib. Virtualaz.org xəbər verir ki, forumda həm Rusiya, həm İran nümayəndələr bu layihəyə qarşı olduqlarını nümayiş etdiriblər.
“İran Xəzər dənizində şərqdən qərbə qaz kəmərlərinin tikintisinə qarşı çıxır, çünki bu regionun ekologiyasına ciddi zərər vura bilər”,-İranın “National Gas Company” şirkətinin nümayəndəsi Bəhruz Namdari Xəzər forumunda çıxışı zamanı bildirib.
Muxalifet - 13-08-2019
İki qardaş bir gündə öldülər
Avqustun 11-də saat 5 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini İ.Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Ə.Məhərrəmovun idarə etdiyi “KamAZ” markalı avtomobilin qoşqusuna vurmuşdur.
Muxalifet.az DIN-ə istinadən xəbər verir ki, nəticədə İ.Əhmədovun sərnişinlərindən həmyerliləri Arif Tanrıverdiyev və onun qardaşı Mübariz hadisə yerində ölmüşlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.Muxalifet - 13-08-2019
“Aqrarkredit” maliyyə göstəricilərini açıqlayıb – 4 illik fasilədən sonra
Səhmləri 100% Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) 4 illik fasilədən sonra maliyyə (audit) hesabatını açıqlayıb. Xatırladaq ki, BOKT sonuncu dəfə 2015-ci ildə ictimaiyyətə hesabat vermişdi.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu il yanvarın 1-nə maliyyə qurumu 13 517,247 milyon manatlıq aktivlərə malik olub. Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 5% azdır.
Muxalifet - 13-08-2019
Azərbaycanda bu ərazilərə qısamüddətli yağış yağacaq - SABAHIN HAVASI
Azərbaycanda avqustun 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Muxalifet.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 27-32° isti, Bakıda gecə 20-22° isti, gündüz 29-31° isti təşkil edəcək.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 60-70%, gündüz 40-50% olacaq.Muxalifet - 13-08-2019
Samir Sadıqovla Fardis Rezvani ABŞ-da dünyanın ən güclü “tankını” hazırladı, mübahisə yarandı - FOTOLAR
ABŞ-da “Rezvani Motors” şirkəti “Tank” adlı yeni cip istehsalına başladığını elan edib. Şirkətin rəhbəri İran əsilli Ferdovsi (Fardis ) Rezvanidir, “Tank”ı dizayn edən isə azərbaycanlı dizayner Samir Sadıqovdur.
Muxalifet4 - 13-08-2019
Nabranda istirahət mərkəzində KÜTLƏVİ DAVA - 7 nəfər...
Xaçmaz rayonu, Nabran qəsəbəsində yerləşən “Sunset” istirahət mərkəzində kütləvi dava baş verib. Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə zamanı mərkəzdə istirahət edən 7 nəfər xuliqanlıq zəminində bir-birlərini döyüblər. Faktla bağlı araşdırma aparılır.
Muxalifet4 - 13-08-2019
Putin Mehriban Əliyevanı mükafatlandırdı
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın "Dostluq" ordeni ilə təltif edilib. Bu barədə "İnterfaks-Azərbaycan" xəbər yayıb. Bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı avqustun 9-da fərman imzalayıb. Fərmana əsasən, Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.
Muxalifet - 13-08-2019
Bu qidalar ağız qoxusunu yox edir - SİYAHI
Ağız qoxusu sizi cəmiyyət içində utandırıb, pis vəziyyətə sala bilər. İnsanlar bu kompleksdən qurtulmaq üçün müxtəlif yolları sınayır, bəzən isə min bir əziyyətlə də olsa buna nail ola bilmir.Ağız qoxusunu soyuducumuzda olan bəsit qidalarla yox edə bilərik. “Ölkə.Az” bu gün oxucularına bu qidaların siyahısını təqdim edir. Bitkilər Bitkilər nəfəsimizi təmizləyib və təravətləndirmə gücünə malikdir. Bunlardan keşniş, tərxun, nanə ən efektiv vasitələrdəndir. Bu bitkilərin çayını dəmləyib, içsəniz, tezliklə bu probleminizi həll edə bilərsiniz.
Muxalifet - 13-08-2019
Şirvanda silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirilib - FOTOLAR
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şirvan şəhərində silahlı şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Muxalifet - 13-08-2019
ABŞ-ın Azərbaycandakı keçmiş səfirindən 11 ilin ETİRAFI: Saakaşvilinin seçimi yox idi
Mixail Saakaşvilinin avqust müharibəsi zamanı xüsusi seçim imkanı yox idi. O, ya Abxaziya və Cənubi Osetiyanı Rusiyaya verməli, ya da müharibəyə başlamalı idi.
Muxalifet.az Axar.az-a istinadən xəbər verir ki, bunu “Amerikanın səsi”nə müsahibəsində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri üzrə sabiq müavini Metyu Brayza deyib.Muxalifet - 13-08-2019
Qəribə vəftiz mərasimi - Yepiskop körpəyə "əzab" verdi - VİDEO
Vəftiz (xaç suyuna salma) mərasimi zamanı çəkilən görüntülər təəccübləndirir.
Muxalifet.az xarici mətbuata istinadla xəbər verir ki, kadrlarda yepiskopun körpəni vəhşicəsinə xaç suyuna salması əks olunub.
O, qızın ağlamağına əhəmiyyət belə vermədən bu hərəkəti bir neçə dəfə təkrarlayıb. Azyaşlı oğlanın anası yepiskopa müdaxilə etməyə çalışıb.
Kadrlar Sankt-Peterburqdakı kilsələrin birində çəkilib.
Milli.Az maraqlı görüntüləri təqdim edir:
Muxalifet - 13-08-2019