Axtarış
The search found 105785 results in 0.037 seconds.
Search results
ƏRDOĞANLA ZELENSKİNİN QOLBAĞ SÖHBƏTİ – Rusiyanın təbliğat maşını üçün yeni bəhanə yaranıb - VİDEO
Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə ilk rəsmi səfərindən bir həftəyə yaxın vaxt keçsə də, səfərin gedişi və nəticələri hələ də müzakirə olunmaqdadır.
“AzPolitika.info”-nun məlumatına görə, xüsusilə də Rusiyanın hakimiyyətə yaxın KİV-ləri görüş zamanı baş verən kuryoz hadisələri tez-tez “fırlatmaqdan” doymurlar.
Muxalifet - 13-08-2019
Adnan Oktar televiziya yarışmalarındakı qızları təşkilata cəlb edirmiş
“Qızlardan biri soyuq yanaşdığı üçün onu dəlixanaya göndərdi”
Adnan Oktarın cinayətkar dəstəsi ilə bağlı yeni detallar üzə çıxmaqda davam edir.
Türkiyə mediası xəbər verir ki, dəstənin etirafçı üzvlərindən biri ilginc bir həqiqətin üstünü açıb. Deyib ki, “Adnan Oktarın yanına gətirilən qızlar arasında TV-dəki yarışmalardan tanınan iki nəfər də vardı. Oktar bu qızlardan birini dəfələrlə cinsi istismara məruz qoyub”.Muxalifet - 13-08-2019
İŞİD ABŞ ordusunun “ən yaxşı” xüsusi təyinatlısını öldürdü
İraqda ABŞ-ın Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusu öldürülüb.
“Marine Corps Times” xəbər verir ki, komendor-çavuş Skott Koppenhafer İŞİD terrorçularının açdığı atəş nəticəsində həlak olub.
Qeyd edilir ki, 35 yaşlı Kolorado əsilli hərbçi “Sarsılmaz qətiyyət” əməliyyatı çərçivəsində hərbi tapşırığı icra edərkən öldürülüb.
Xüsusi təyinatlıların elit dəstəsinə keçirilməsindən əvvəl Koppenhafer pulemyotçu və snayper kimi xidmət edib. Cəsurluq və hərbi nailiyyətlərinə görə o, iki dəfə “Bürünc ulduz” medalı ilə təltif olunub.Muxalifet - 13-08-2019
İki uşaq anası 25 gündür tapılmır - AXTARILIR
Lənkəranda 24 yaşlı qadın itkin düşüb.
Muxalifet.az-ın xəbərinə görə, rayonun Separadi kənd sakini, 1995-ci il təvəllüdlü Şəhanə Söhrab qızı Məmmədzadə yoxa çıxıb. Ş.Məmmədzadə iyul ayının 20-si səhər saat 10:00 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha evə qayıtmayıb.
Şəkildəki qadını görənlərdən Lənkəran Rayon Polis Şöbəsinə və ya 050-654-73-15 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, Ş.Məmmədzadə ailəlidir və bir uşağı var.
Muxalifet - 13-08-2019
Bu şəxslər təhsil haqqından azaddırlar
Ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqından azad olunan tələbələr kimlərdir?
Muxalifet.az təhsil eksperti Kamran Əsədovun açqıladığı siyahını təqdim edir.Muxalifet - 13-08-2019
Öz rəhbərinə dəhşətli işgəncələr vermiş nankor sovet cəlladı… - FOTOLAR
Hətta ən sərt qanunların hökm sürdüyü “Butırka” türməsində saxlanılanlar “lazımi” ifadələri vermədikdə onları Boris Rodosla qorxudublar. Boris Rodosun adı çəkiləndə göz önünə insan ağlına sığışmayan işgəncələr gəlib. Öz işinin “peşəkarı” olan polkovnik “NKVD”-də ən qansız cəlladlardan biri sayılıb. Boris Rodos 1905-ci ildə Melitopolda (Ukrayna) anadan olub. İbtidai təhsil aldıqdan sonra meyvə-tərəvəz mağazasında fəhlə işləyib, daha sonra xırda alverlə məşğul olan Boris elə öz böyüdüyü şəhərdə siqaret ticarətinə girişib.
Muxalifet - 13-08-2019
“Prezident Aparatının qarşısında intihar edəcəyəm” - KƏBİRƏ MƏMMƏDOVA SAHİBKARI İNTİHARA MƏCBUR EDİR
Bakı şəhər sakini Elsevər Abdullayev tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçi tanınmış iş adamı Kəbirə Məmmədovanın ondan aldığı 60 min ABŞ dollarını qaytarmadığını iddia edir. Zərərçəkmiş deyir ki, hazırda intihar etməkdən başqa yolu qalmayıb: “Cənab Prezident! Sizə zəhmət verməyimə zərurət yaradan tanınmış iş adamı Kəbirə Məmmədova tərəfindən hiylə yolu ilə 60 000 (altmış min) ABŞ dolları pulumun ələ keçirilməsi və bütün səylərimə baxmayaraq ala bilməməyim, üstəlik də təhqir olunmağımdır.
Muxalifet4 - 13-08-2019
Patruşev Yerevanda Paşinyanla danışıqlarda - NƏLƏR MÜZAKİRƏ OLUNDU?
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Ermənistana səfəri başlayıb.
Virtualaz.org bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının Mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, N. Patruşev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla iki ölkənin milli və informasiya təhlükəsizliyi məsələlərini müzakirə edib.
Muxalifet - 13-08-2019
Alim qızından BİABIRÇI PAYLAŞIM: Sinəsi görünən şəklini yaydı - FOTO
"İşte benim stilim" verilişi ilə şöhrət qazanan, Murat Bozla münasibətdə olduğuna görə gündəm olan Bahar Candan yenə gündəmə gəlib.
Milli.Az haberler-ə istinadla bildirir ki, o, sinəsi açıq şəklini şəxsi Instagram hesabına yükləyib. İzləyiciləri modeli təhqir edib, onun eybəcər olduğunu qeyd ediblər.
Onun şəklinə "Belə eybəcər olmağı necə bacarırsan", "İlk 6 ay ərzində ana südü önəmlidir", - tipli rəylər yazılıb.
Qeyd edək ki, Baharın atası alimdir.
Muxalifet - 13-08-2019
Tərtərdə 4 yaşlı uşaq nəfəs borusuna çörək düşməsi nəticəsində ölüb
Tərtər rayonunda 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
“Report”un xəbərinə görə, 2015-ci il təvəllüdlü Aylin Mirzəzadə çörək yeyərkən tikələrdən biri onun nəfəs borusuna düşüb.
Nəticədə uşaq ölüb.
Muxalifet - 13-08-2019
Atambayev dövlət çevrilişinə hazırlıqda ittiham edilir
Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayev dövlət çevrilişinə hazırlaşıb.
RİA Novosti xəbər verir ki, bunu Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayev mətbuat konfransında deyib.
“Mən bunu açıq şəkildə bəyan edirəm! Ona dövlət çevrilişini həyata keçirmək üçün qan tökmək lazım idi”, - o deyib.
Muxalifet - 13-08-2019
Rusiyanın ən nüfuzlu müsəlmanı siyahısında 3 azərbaycanlı
Rusiyanın ən nüfuzlu 100 müsəlmanın adıaçıqlanıb. Qaynarinfo xəbər verir ki, siyahını "Business online” jurnalı hazırlayıb. Siyahıda azərbaycanlılar da yer alıb. "Lukoil" neft şirkətinin prezidenti Vahid Ələkbərov siyahıda 16-cı pilləni tutur. Jurnalın əməkdaşları qeyd edib ki, Ələkbərov indiyədək müsəlman olduğunu açıqlamayıb. Amma onun bu dinə sitayiş etməsi, kilsə və məscidlərə ianə verdiyi iddia olunur. Tanınmış dinşünas və filosof, "Quran”ı rus dilinə tərcümə edən Elmir Quliyev Rusiyanın ən nüfuzlu 100 müsəlmanı arasında 49-cu pilləni tutur.
Muxalifet - 13-08-2019
Kreml və Tehran Əliyev-Putin-Ruhani sammitinin təxirə salınması haqda - YENİ BƏYANAT
Sabah avqustun 14-də Soçidə baş tutması planlaşdırılan Rusiya-Azərbaycan-İran sammitinin təxirə salınması ilə bağlı Kreml yeni bəyanatla çıxış edib. Virtualaz.org TASS-a istinadla xəbər verir ki, prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında sammitin “prezidentlərin qrafiki ilə bağlı” təxirə düşdüyünü bildirib. “Bu üç dövlət başçısının işçi qrafiklərinin daha detallı koordinasiyasının zəruriliyi ilə bağlıdır. Bu diplomatik kanallarla baş verəndən sonra sizə görüşün yeni tarixini deyəcəyik”,-Peskov bildirib.
Muxalifet - 13-08-2019
Ərdoğan İlham Əliyevlə telfonla danışdı: İlk zəngi...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə Azərbaycan prezideti İlham Əliyevə zəng edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatı məlumat yayıb. Məlumatda bildirilir ki, Ərdoğan Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etmiş, xalqımıza firavanlıq arzularını çatdırmışdır.
Muxalifet - 13-08-2019
Ermənistanın müdafiə naziri Azərbaycana təslim olan əsgərdən DANIŞDI
"Mən şəxsən əminəm ki, bizim hərbi qulluqçu Araik Kazaryan yolu azaraq Azərbaycan tərəfinə adlayıb".
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, belə bir açıqlama verən müdafiə naziri David Tonoyan növbəti dəfə riyakarlıq edib.
Çünki Araik Kazaryanın yayılmış şəkillərində onun ağ bayraq qaldıraraq, Azərbaycan tərəfinə təslim olduğu açıq-aşkar görünür.
Muxalifet - 13-08-2019
“...Ağır idarəçiliklə üzləşəcəyik” – Natiq Cəfərli
“Milləti, toplumu, xalqı, siyasi sistem formalaşdırır. İllərdir ki, bu formulu dilə gətiririk, amma hələ də xalqı qınayan insanlara tez-tez rast gəlirik”.
“Yeni Sabah” xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Muxalifet - 13-08-2019
Vladimir Zelenski Rusiyada siyasi təqibə məruz qalanlara vətəndaşlıq vermək istəyir
Ukrayna prezidenti Vladimir Zelenski ölkə vətəndaşlığını almaq istəyən əcnəbi şəxslərin siyahısının genişləndirilməsi haqqında sərəncam imzalayıb.
Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, indi Vladimir Putin rejimində siyasi təqiblərə məruz qalan rusiyalılar, habelə Ukrayna torpaqlarını rus işğalçılarından qoruyan xarici vətəndaşlar da şəxsiyyət vəsiqəsi və milli pasport ala biləcəklər.
Ukrayna prezidentinin rəsmi saytında bu addımın “insan və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi məqsədilə atıldığı” bildirilir.
Muxalifet - 13-08-2019
Atambayevi həbs edən general işdən qovuldu – Xəyanətdə günahlandırılır
Qırğızıstanda baş verən son iğtişaşlarla bağlı araşdırmalar və həbslər davam edərkən, ölkə rəhbərliyi gözlənilməz qərar verib. Qırğızıstan mətbuatında daxili işlər nazirinin müavini Kursan Asanovun vəzifəsindən azad olunduğuna dair rəsmi məlumat yayımlanıb. Maraqlıdır ki, general-mayor rütbəsi daşıyan K.Asanov məlum iğtişaşların təşkilində günahkar bilinən sabiq prezident Almazbek Atambayevin həbsi əməliyyatına rəhbərlik etmiş və özü şəxsən Atambayevlə söhbət etdikdən sonra onun təslim olmasına nail olmuşdu. Həmin əməliyyata dair kadrlarda Asanovun sabiq prezidentlə söhbəti əks olunub.
Muxalifet - 13-08-2019
Ərdoğandan müsəlman liderlərini telfonla təbrik etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qurban bayramı münasibətilə bəzi ölkələrin liderləriylə telefonla danışıb.
Unikal.org-un məlumatına görə, Ərdoğan Qurban bayramı münasibətilə Malayziya baş naziri Mahathir Məhəmməd, Fələstin Dövlət Başçısı Mahmud Abbas, Qırğızıstan prezidenti Sooronbay Ceenbekov və Qazaxıstanın Qurucu prezidenti Nursultan Nazarbayev ilə telefonla danışıb.
Liderlər qarışılıqlı olaraq bir-birlərini və xalqlarını təbrik ediblər.
Muxalifet - 13-08-2019
DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – Dövlət Yol Polisində şok dəyişiklik
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsində daha bir kadr islahatına imza atıb.
“Avtosfer.az” saytına xəbər verir ki, nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini, məşur polkovnik Müşfiq Rəhimov tutduğu vəzifədən azad edilib. Onun yerinə hələ ki, təyinat olmayıb.
Muxalifet - 13-08-2019