Axtarış
The search found 105785 results in 0.054 seconds.
Search results
“30 İLDİR HALVA YEYƏN ERMƏNİLƏRƏ…” – “O atalar sözünün bizə daha çox dəxli oldu…”
“Azərbaycan hakimiyyətinin Pakistana dəstək verəcəyinə inanmıram”.
Muxalifet.az-ın məlumatına görə, Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Pakistanın Azərbaycandakı səfiri Səid Xan Möhməndin rəsmi Bakıya ünvanladığı bəyanatı şərh edərkən belə deyib. Partiya sədri “ovqat.com” saytına açıqlamasında bu barədə danışıb.
Xatırladaq ki, səfir ölkəsinin müstəqilliyinin 73-cü ildönümünə həsr olunan mətbuat konfransında çıxış edərək, Azərbaycanı Kəşmir məsələsində Pakistana dəstək verməyə çağırmışdı.Muxalifet - 15-08-2019
Rusiya ordusunda xidmət edən azərbaycanlı faciəvi şəkildə öldü
Rusiyada azərbaycanlı gənc faciəli şəkildə həlak olub.
Həzrət Hüseynov Rusiya Ordusunda hərbi xidmət keçirmiş. Orduda “Ural” markalı avtomobilin sürücüsü olan azərbaycanlı dostuna yardım edərkən yoldan keçən yük maşının altında qalıb.
Həzrət Hüseynov aldığı xəsarətlər nəticəsində yerindəcə keçinib. Hüseynov Həzrət Rafiq oğlu 1998-ci il martın 26-da Azərbaycanın Xaçmaz rayonunda anadan olub. /Modern.azMuxalifet - 15-08-2019
Çayçı Beynəlxalq Bankın on milyonlarla dollarını mənimsəyib?
Bu gün Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin və onunla birlikdə təqsirləndirilənlərin ikinci cinayət işi üzrə məhkəmədə vəkillər müdafiə çıxışları ediblər. Virtualaz.org xəbər verir ki, Cahangir Hacıyevin ikinci cinayət işində dostu, keçmiş deputat Dünyamin Xəlilov və bacanağı İsmayıl Hidayətzadədən başqa daha 19 nəfər də var ki, onlar heç nədən xəbərləri olmadığını deyirlər. Ancaq o adamların adına Beynəlxalq Bankdan on milyonlarla kreditlər götürülüb.
Muxalifet - 15-08-2019
ƏSRLƏRİN SUALI – “Qurbanlıq kim olub, İsmayıl, yoxsa İsaq?”
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu.
Muxalifet - 15-08-2019
Bakıda yol qəzası - Prospektdə tıxac yarandı
Bakıda yol qəzası olub. Bu barədə Muxalifet.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, hadisə Ziya Bünyadov prospektində baş verib. Metronun "Koroğlu" stansiyası istiqamətində baş vermiş qəza nəticəsində prospektdə sıxlıq yaranıb.
Muxalifet - 15-08-2019
Saakaşvili Azərbaycana gəlmək istəyir
"Bir neçə günlüyə Ukraynaya gəlmişəm. Dünən Mixail Saakaşvili ilə onun yaşadığı Odessa şəhərində görüşdük. Görüşümüz yüksək əhvalda keçdi. Xeyli məsələləri müzakirə etmək şansımız oldu”.
Muxalifet.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvili ilə birgə çəkdirdiyi və sosial şəbəkədə paylaşdığı şəkillərdən danışarkən deyib.Muxalifet - 15-08-2019
Türkiyədə hərbi hissəyə HÜCUM - Əməliyyat keçirildi
Türkiyənin cənub-şərqindəki Hakkari vilayətində hərbi hissəyə hücum olub.
Hücum PKK terror təşkilatının silahlıları tərəfindən törədilib.
Hadisə nəticəsində hərbi hissədə xəsarət alan olmayıb.
Qeyd olunur ki, hücumdan sonra Türkiyə qoşunları lokal əməliyyatlara başlayıb.
Əməliyyatlar nəticəsində iki terrorçu zərərsizləşdirilib. /Trend
Muxalifet - 15-08-2019
İrəvandan fərari əsgərin bədənindəki yaralarla bağlı həyasız iftira: “Azərbaycan edib”!
Ermənistanın İstintaq Komitəsi avqustun 12-də döyüş postunu tərk edərək Azərbaycana sığınan fərari erməni əsgəri Kazaryan Aro Xaykoviçin bədənindəki yaralarla bağlı böhtan xarakterli bəyanatla çıxış edib. Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, bəyanatda erməni əsgərin öz mövqeyini tərk edənə qədər bədənində heç bir yaranın olmadığı, bu yaraların “yeni” olduğu bildirilib. Bəyanatdan belə anlaşılıb ki, fərari əsgərin bədənindəki yaraları Azərbaycan tərəfi edib.
Muxalifet - 15-08-2019
Qubanın icra başçısının keçmiş müavini İNTİHAR ETDİ
Qubada intihar hadisəsi baş verib.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, rayon sakini, 1959-cu il təvəllüdlü Canpolad Abbasov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.
Qeyd edək ki, C.Abbasov uzun müddət Qubada müxtəlif vəzifələrdə işləyib. O, bir müddət Quba rayon İcra Hakimiyyəti başçısının müavini olub.Muxalifet - 15-08-2019
Paşinyan baş məsləhətçilərini və köməkçisini işdən qovdu
Ermənistanın baş naziri Nikol Paşinyan iki baş məsləhətçisinin vəzifəsindən azad edilməsi ilə bağlı qərar verib.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Arsen Qasparyan və Aram Qaribyanın işdən azad edilməsinin səbəbi açıqlanmır. A.Qasparyan uzun müddət Ermənistan XİN-də, Yaxış Şərq istiqaməti üzrə çalışıb. 1992-97-ci illərdə Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi ilə bağlı Ermənistanda yaradılmış nümayəndə heyətinə daxil edilib. 2006-2018-ci illərdə isə Mayami universitet və kollecində dərs deyib.
Muxalifet - 15-08-2019
HONQ KONQDA HƏYƏCAN SİQNALI! - Tanklar və zirehli texnika küçələrə yeridildi - VİDEO
Çin, etiraz aksiyalarının davam etdiyi Honq Konqun sərhədindəki Şenzen şəhərində keçirdiyi hərbi təlim ilə etirazçıları təhdid edib.
Etirazların səbəbi Honq Konqdakı dustaqların Çinə təhvil verilməsidir.
Muxalifet - 15-08-2019
Dövlət Yol Polisi ləğv edilir? – Vaqif Əsədov AÇIQLAMA VERDİ
“Dövlət Yol Polisinin ləğv olunacağı ilə bağlı məndə məlumat yoxdur. Əgər Daxili İşlər naziri Vilayət Eyvazov bu addımı atarsa, bizə əmrə əməl etmək düşər. Biz verilən göstərişi qətiyyətlə yerinə yetirməklə vəzifələndirilmişik”.
Muxalifet.az xəbər verir ki, Teleqraf.com-a açıqlamasında bu sözləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov yol polisi sisteminin ləğv olunacağı barədə mediada yayılan xəbərlərə münasibət bildirərkən deyib.Muxalifet - 15-08-2019
“Vaşinqton-İrəvan münasibətləri son 30 ilin ən soyuq dövrunu yasayır” - ZAUR MƏMMƏDOV
“Paşinyan sentyabr ayında ABS-a planlaşdırdığı səfəri zamanı Tramp ilə görüşmək üçün erməni diasporasının və lobbiçilərinin köməyinə ümid edir. Son 1 il ərzində Ermənistanın yeni hakimiyyətindən heç kimə ABS-a səfərləri zamanı nə Tramp, nə Pompeo, nə də Bolton ilə görüşmək müyəssər olmayıb”. Bakı Politoloqlar klubunun rəhbəri Zaur Məmmədov deyib.
“Tramp Nikol ve onun ətrafındakılar qarşı-qarşıya oturmağa belə maraqlı deyil”
Muxalifet - 15-08-2019
Ombudsman nümayəndələri fərari erməniyə baş çəkdi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanununa uyğun fəaliyyət göstərən Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Müdafiə Nazirliyinin Hauptvaxtına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.
Muxalifet3 - 15-08-2019
ABŞ Türkiyə sərhədində yeni aviabaza yaradır
ABŞ Suriyanın şimalında, Rəsul Ayn şəhərində aviabaza yaradacaq.
Muxalifet.az xəbər verir ki, bazanın yerləşəcəyi ərazi (Tel Erkam) Türkiyə ilə, daha dəqiq desək Şanlıurfanın Ceylanpınar ilçəsi ilə həmsərhəddir.
Bildirilir ki, 5 km-lik sahədə inşa ediləcək hərbi obyekt gələn aydan istifadəyə hazır olacaq.
Qeyd edək ki, ABŞ-ın Suriyanın şimalında 26 hərbi bazası yerləşir.
Muxalifet3 - 15-08-2019
Rusiyanın ən bahalı və ən ucuz otellərinin siyahısı açıqlandı
Rusiyanın ən bahalı və ən ucuz otellərinin siyahısı açıqlanıb.
Muxalifet.az Azərtac-a istinadən xəbər verir ki, TASS informasiya agentliyinin məlumatına görə, ölkənin ən bahalı oteli Vladivostok şəhərində yerləşir. Şəhərdə otelin nömrəsi 5954 rubldur ki, bu da Rusiyadakı orta göstəricidən 1,5 dəfə çoxdur. Ən ucuz otel isə (2574 rubl) Volqoqrad şəhərindədir.
Vladivostokdan başqa bahalı otellər Aluşta, Moskva, Krasnoyarsk və Sankt-Peterburq şəhərlərindədir. Ucuz otelləri isə Novosibirsk, Krasnodar, Rostov və Voronej şəhərlərində tapmaq olar.Muxalifet - 15-08-2019
Yol polisinin daha bir məşhur adamı işdən çıxarıldı
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsində daha bir islahata imza atıb.
Muxalifet.az xəbər verir ki, nazirin əmri ilə Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini, polkovnik Müşfiq Rəhimov tutduğu vəzifədən azad edilib. Onun yerinə hələ ki, təyinat olmayıb.Muxalifet - 15-08-2019
Filippində DƏHŞƏTLİ HADİSƏ - Timsah 10 yaşlı uşağı uddu
Filippinin Palavan əyalətində timsah 10 yaşlı uşağı yeyib.
Redaktor.az-ın məlumatına görə, həmin uşaq qayıqda öz qardaşları və bacısı ilə gedərkən timsah onlara hücum edib və uşağı aparıb.
Hadisə nəticəsində qayıqda olan digər uşaqlar xəsarət almayıb. Kənd sakinləri uşağın axtarışlarına çıxsa da bir nəticəsi olmayıb. /trend/Muxalifet - 15-08-2019
Azərbaycanda gənc həkimin hamilə qadınlarla bu görüntüləri GÜNDƏM OLDU - VİDEO
Azərbaycanlı həkim-ginekoloq Aysel Paşayevanın sosial şəbəkədə paylaşılan videosu böyük marağa səbəb olub.
O, hamilə qadınları başına yığaraq onlarla birlikdə rəqs edib və sonra əməliyata aparıb. Gənc həkimin pozitiv videosu izləyicilər tərəfindən müsbət qarşılanıb.
Qeyd edək ki, bir müddət öncə daha bir azərbaycanlı həkim Ruslan Xanbutayev oxşar videosu sosial mediada gündəm olmuşdu.Muxalifet - 15-08-2019
"Bandotdel"in tutduğu "bariqalar"larla səmimi fotosu yayılan polisləri Vilayət Eyvazov CƏZALANDIRDI - FOTO
Bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulan narkotacirlərin polis zabitləri ilə səmimi fotosu yayılmışdı.
Muxalifet.az criminal.az-a istinadən xəbər verir ki, DİN rəhbərliyi həmin zabitlərin əməlini polis adına yaraşmayan hərəkət kimi qiymətləndirib və sərt tədbir görüb.
Şabran rayon Polis Şöbəsinin Post-patrul xidmətinin rəisi Zəbişah İsmayılov və cinayət-axtarış bölməsinin əməliyyatçı Çingiz Musayevdən polis sıralarından xaric edilib.Muxalifet - 15-08-2019