Axtarış
The search found 105785 results in 0.026 seconds.
Search results
Məhbuslar Lefortovo türməsindən iki variantda çıxırdılar – ya ölü, ya da dəli kimi
Bu məkanın nəinki özü, adı belə insanlarda qorxu, xof yaradıb. 1930-cu illərdən başlayaraq “cəhənnəm” adını alan bu türmə on minlərlə insanın həyatına son qoyub...
Moskvanın mərkəzindən çox da uzaqda yerləşməyən Lefortovo həbsxanası hələ SSRİ-nin yaranmasından əvvəl, 1881-ci ildə tikilib. Memar Kozlovun layihəsi əsasında inşa edilən türmə həmin dövrdə kiçik çinli hərbçilərin cəzaçəkmə müaəssisəsi kimi fəaliyyət göstərib.
1920-ci ildən həbsxananın rəsmi adı Moskva Lefortovo türməsi, 1924-cü ildən isə Xüsusi Təyinatlı Təcridxana olub.
Muxalifet - 16-08-2019
Rus ordusu İdlibi bombaladı - 124 min insan Türkiyə sərhədinə gəldi - FOTO
Bəşər Əsəd qüvvələri və Rusiya ordusu Suriyanın İdlib bölgəsinin cənub hissəsini bombalayıb.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, bombardman nəticəsində xeyli sayda dinc insanın həlak olduğu deyilir. Qurban Bayramı günlərində İdlib bölgəsinin cənub hissəsi bombardman edilib və nəticədə 124 mindən çox Suriya vətəndaşı öz evlərini tərk etmək məcburiyətində qalıb. Hazırda 124 min insan Suriya-Türkiyə sərhədindəki düşərgələrə köçmək məcburiyətində qalıb.
Muxalifet - 16-08-2019
Ermənilərin EKOLOJİ TERRORU: Tərtər, Ağdam, Bərdə və Goranboy susuz qala bilər - VİDEO
Azərbaycanın işğal altındakı torpaqlarında qurulmuş qondarma Dağlıq Qarabağ rejimi növbəti təxribata əl atıb.
Separatçı qurumun “keçmiş baş naziri” Araik Arutunyan Sərsəng su anbarı ilə bağlı 100 milyon dollarlıq layihənin start götürdüyünü bildirməsindən sonra, ərazidə tikinti-bərpa işləri başlayıb. Layihə keçmiş Ağdərə rayonu ərazisində yerləşən Sərsəng su anbarından işğal altındakı ərazilərə 4 su kanalının çəkilməsi yolu ilə 10 min hektar ərazinini suvarılmasını nəzərdə tutur. Arutunyan tikinti işlərinin 2,5 ilə yekunlaşacağını proqnozlaşdırıb.Muxalifet - 16-08-2019
DƏHŞƏT: Bakıda 120-lik yolda maşın qadını vurub kənara atdı - ANBAAN VİDEO
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Muxalifet.az Avtosfer.az-a istinadən xəbər verir ki, aeroport yolunda gənc qadın avtomobillərin sürətlə hərəkətdə olduğu magistral yolu keçməyə çalışır.
Bu zaman sürətlə gələn maşın onu vuraraq bir neçə metr kənara atır. Zərbənin gücündən qadın yerindəcə keçinir.
Qeyd edək ki, bir çox hallarda insanlar bir az məsafə qət etməsinlər deyə yerüstü piyada keçidlərini qoyub yolu nəzərdə tutulmayan hissədən keçməyə cəhd edirlər. Nəticədə bu cür ağır fəsadlar baş verir. Videonu təqdim edirik.Muxalifet - 16-08-2019
AQTA saxta spirtli içki emal edən sex aşkarladı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində monitorinqləri davam etdirir.
AQTA-nın mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilən monitorinqlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bərdə rayonu C.Məmmədquluzadə küç. ev 80 ünvanında yerləşən yaşayış sahəsində qanunsuz fəaliyyət göstərən spirtli içkilərin emalı sexi aşkarlanıb.
Muxalifet - 16-08-2019
CƏBHƏDƏ ERMƏNİ TƏXRİBATI: Əsgərimiz snayperlə vuruldu
Avqustun 15-i saat 21:30 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçumuz yaralanıb.
Muxalifet - 16-08-2019
Məmmədəmin Rəsulzadə küçəsinin adı dəyişdirilib?
Sosial şəbəkələrdə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin adının Bakının Sabunçu rayonundakı küçədən götürülməsi barədə məlumat yayılıb.
Yusif Süleymanov adlı istifadəçi İnternetdə yazıb ki, küçəyə uzun illər SSRİ Dövlət Planına rəhbərlik edən bakılı Nikolay Baybakovun adı verilib.
Öz növbəsində, Sabunçu rayon icra hakimiyyətindən Turan-ın sorğusuna birbaşa cavab verilməyib.
Muxalifet - 16-08-2019
Qırğızıstan məhkəməsi Atambayev barədə QƏRAR ÇIXARDI
Qırğızıstanın Bişkek şəhər məhkəməsi sabiq prezident Almazbek Atambayev haqqında həbs-qətimkan tədbiri qərarını qüvvədə saxlayıb. Trend-in məlumatına görə, A.Atambayev avqustun 26-dək həbsdə qalacaq. Bundan əvvəl, Bişkek Pervomaysk rayon məhkəməsi eyni hökmü vermişdi. Xatırladaq ki, avqustun 7-i axşam saatlarında Almazbek Atambayevin saxlanması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb. Avqustun 8-i A.Atambayev saxlanılıb.
Muxalifet - 16-08-2019
ŞOK: Kral ilan özü özünü uddu - VİDEO
ABŞ-n Pensilvaniya ştatında sürünənlər üçün sığınacaqda Kronos adlı kral ilan öz quyruğunun 25 santimetrini udub.
Muxalifet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, videoçarxda Jesse, ac olan kral ilanını xilas edir.
Bildirilir ki, kral ilanlarına daha çox ABŞ-da rast gəlinir və onlar digər ilan növləri ilə qidalanırlar. Heyvansaxlama məntəqəsinin işçilərinin sözlərinə görə, bu ilanlar digər ilanlarla qidalansalar da, 15-illik təcrübələrində ilanın özünü udması faktı ilə ilk dəfə rastlaşıblar.Muxalifet - 16-08-2019
SİRR QUTUSU OLAN QADININ YERİ BİLİNDİ: Rotşildlər onu qaçıraraq, Fransa kəşfiyyatının nəzarətində saxlayır; əlində 9 min görüntü var - ARAŞDIRMA
Ərgün Dilər
“Takvim”, Türkiyə, 16 avqust 2019-cu il
Bu barədə dəfələrlə yazdım. Eyni nöqtədən irəliləməyə davam edərək dünyanın zirvəsində – damında olanları anlamağa çalışaq. Burada gərginlik pik həddinə çatıb. İndi isə buradakı mövcud duruma baxaq.
Tarixin ən böyük çınqıllı yoluna girdik. Bu yolda Rotşild ailəsi, Pentaqon, ABŞ prezidentləri, nazirləri, bir çox general və iş adamları qəza edəcək. Bunu bilmək üçün kahin olmağa ehtiyac da yoxdur.
Muxalifet - 16-08-2019
Bakıda itkin düşən uşaqlar görün haradan tapıldı
Bakının Binəqədi rayonu, 3-cü mədən küçəsi, korpus 76 ünvanında itkin düşən, bacı və qardaş - 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu tapılıb.
Muxalifet - 16-08-2019
“Niva”larda təhlükə aşkarlandı: alışma verə bilər
Almaniyada 1500 ədəd “Lada 4x4” avtomobili geri çağırılıb.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı motor.ru saytı yayıb. Söhbət 2017 və 2018-ci illərdə bu ölkədə satılmış maşınlardan gedir.
Sözügedən avtomobillərin geri çağırılmasına səbəb isə onların istehsalı zamanı yol verilmiş səhv olub. Məlum olub ki, yolsuzluq avtomobillərində generatorun kabeli düzgün yerləşdirilməyib. Bu da, öz növbəsində, alışma yarada bilər.
Qeyd edilir ki, geri çağırılan “Niva” sahiblərinin maşınları ödənişsiz təmir ediləcək.
Muxalifet - 16-08-2019
Kriminal aləmdə maraqlı gəlişmə: “Qanuni oğru” öz adından imtina etdi
Bu ilin avqust ayının 5-də kriminal aləmdə “Muxa Lyuberetski” adı ilə tanınan Oleq Muxametşin adlı moskvalı Moskva şəhər Baş polis idarəsinin rəisi adına ərziə yazaraq “qanuni oğru” adından imtina etdiyini bildirib.
“Primecrime.ru” saytının verdiyi məlumata görə, o, bu addımını “sadəcə özünü bu adda hesab etmədiyini” yazmaqla kifayətlənib.
Muxalifet - 16-08-2019
“Strateji əhəmiyyətli yüksəkliklər, yeni mövqelər tutulub” – DSX-nın Aparat rəhbəri
“Bir müddət əvvəl Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tərkibində Qazax Əlahiddə Sərhəd Diviziyası yaradılıb, Azərbaycan-Ermənistan sərhədinin Qazax ərazisindən keçən hissəsində sərhəd hissələri tərəfindən xidmət təşkil edilib. Həmin ərazilərdə son aylarda gərginlik müşahidə olunub”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri, general-mayor Elçin İbrahimov deyib.
Muxalifet - 16-08-2019
Yol polisinin ləğv xəbəri haqda nazirlikdən açıqlama
Daxili İşlər Nazirliyi (DİN) kütləvi informasiya vasitələrində Dövlət yol polisi qurumunun ləğv ediləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.
Muxalifet - 16-08-2019
İlham Əliyevdən Elçin Quliyevlə bağlı sərəncam
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikası sərhəd mühafizə orqanlarının yaranmasının 100 illiyi münasibətilə və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:
Muxalifet - 16-08-2019
Zelenski RİA-ya müsahibədən imtina etdi
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə verməkdən imtina edib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisindən məlumat verilib.
“Ukrayna prezidentinin ofisi müraciətinizə görə sizə təşəkkür edir. Təəssüf ki, Prezident Vladimir Zelenskinin iş qrafiki dolu olduğu üçün müsahibənin götürülməsi hələlik mümkün deyil”, - məlumatda bildirilib.
Qeyd edək ki, RİA Novosti agentliyi Vladimir Zelenskinin ofisinə müsahibə almaq üçün müraciəti iyulun sonunda etmişdi.Muxalifet - 16-08-2019
“Nar”-ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!
Ölkə əhalisini yüksəkkeyfiyyətli 4G şəbəkəsi ilə təmin edən “Nar”, 4G texnologiyalı baza stansiyalarının sayını artırmaqda davam edir. Mobil operatorun quraşdırdığı LTE baza stansiyaları sayəsində artıq Qobustan və Xızı sakinləri də 4G şəbəkəsi ilə təmin olunub. Aparılan şəbəkə təkmilləşmə işlərinin nəticəsi olaraq 55-ə yaxın rayon 4G baza stansiyası ilə təmin edilib. Belə ki, “Nar” son 3 ayda 600-dən çox 4G texnologiyalı, 40-a yaxın isə 3G texnologiyalı baza stansiyası quraşdırıb. Bununla da, “Nar”-ın 4G baza stansiyalarının sayı 2300-ü, 3G baza stansiyalarının sayı isə 2700-ü ötüb.
Muxalifet4 - 16-08-2019
İstanbulda dəhşətli qətl: eşitmə əngəlli gəncin boğazını kəsib yandırdılar
Ötən həftə İstanbulun Sultanbəyli ərazisində yoxa çıxan Abdülkadir Elgen adlı gəncin cəsədi aşkar edilib.
Musavat.com türkiyə mediasına istinadən xəbər verir ki, eşitmə əngəlli gənc cinayət qurbanı olub.
Muxalifet - 16-08-2019
PUTİNDƏN SONRAKI RUSİYA – Kreml uğrunda artıq mübarizə artıq başlayıb!
Son 5 ildə Rusiya paytaxtında xeyli dəyişikliklər baş verib. Moskvalılar əvvəllər ərzaq məhsullarını küçələrin küncündəki yöndəmsiz mağazalardan alırdılar. Amma bu gün əksər mağazalar sağlam qida təqdim edən gözəl məkanlara çevrilib.
Muxalifet - 16-08-2019