Axtarış
The search found 105785 results in 0.025 seconds.
Search results
Arınç Davudoğlu ilə Babacana səsləndi – “Ümid edirəm ki…”
Türkiyə parlamentinin sabiq başqanı Bülent Arınç sabiq Baş nazir Əhməd Davudoğlu ilə sabiq nazir Ali Babacanın yeni partiya qurmasına qarşı çıxıb.
Strateq.az xəbər verir ki, o, adıçəkilən nüfuzlu şəxslərin hakim AKP-dən ayrılmalarının doğru olmadığını deyib: “Hər zaman bunu dedim: mən AKP-nin qurucuyam. Bu partiya 18 yaşına daxil olub. Həyatım boyunca bu partiyada qalacam, ona xidmət edəcəyəm. AKP-dən ayrılaraq, yeni partiya quranlara gəldikdə isə, onlar yalnış yoldadırlar. Onlara bunu demək istəyirəm. Bundan savayı, əlimdən heç nə gəlmir”.
Muxalifet - 16-08-2019
Bacılarının şəkillərini Facebook-da yayan oğlanı GÖRÜN NƏ ETDİLƏR - QİSAS... - FOTO
Qəbilə qızı ilə fotosunu Facebook-a yükləyən gənc qətlə yetirilib.
Milli.Az "Sabah"-a istinadən xəbər verir ki, Ərzurumda Şahin Erhan (23) adlı gənc, eyni qəbilədən olduğu Filiz Erhan adlı qızla bir-birlərini seviblər. Evlənmək istədiklərini öyrənən qızın ailəsi bu evliliyə qarşı çıxıb.
Rədd edilməyi qüruruna sığışdırmayan gənc, intiqam üçün qızla olan fotolarını Facebook-da paylaşıb.Muxalifet - 16-08-2019
Elçin Quliyev Elnarəni təltif etdi
Müğənni Elnarə Xəlilova medala layiq görülüb. O, Azərbaycan Sərhəd Xidmətinin 100 illiyi münasibəti ilə general-polkovnik Elçin Quliyev tərəfindən yubiley medalı ilə təltif edilib. Qeyd edək ki, leytenant rütbəsi daşıyan Elnarə Xəlilova Dövlət Sərhəd Xidmətinin (DSX) Nümunəvi Hərbi Orkestrinin solistidir./Kult
Muxalifet - 17-08-2019
“Rəhim Qazıyev dedi ki, Prezident Aparatını bombalatdıracaq” - SABİQ NAZİR 26 İL ÖNCƏKİ MÜDHİŞ SİRLƏRİNİ AÇIR
Pənah Hüseyndən sensasiya dolu tarixi açıqlamalar; 1993-cü ilin fevralında televiziyada səsləndirilən bəyanatdan sonra Rəhim Qazıyev hərbi təyyarələrlə PA-ya hücuma keçəcəyini deyib; eks-baş nazir: “Gəncədən havaya qalxan prezidentin təyyarəsinə Mingəçevir su anbarını mühafizə edən S20 raketi atıldı”
Muxalifet - 17-08-2019
“Miatsum” bəyanatı danışıqlara nöqtə qoydu - müharibə başlamalıdırmı?
Paşinyanın Xankəndi bəyanatı Köçəryan komandasının da etirazına səbəb oldu; politoloq: “Ermənistan savaş müstəvisinə keçəcək siyasət aparır...”
Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndi şəhərində “Dağlıq Qarabağ Ermənistandır” iddiası ilə çıxış etməsi danışıqların taleyini sual altında qoyub. Hətta bir sıra ermənilərin bəziləri də baş nazirin bu mövqeyinin nə dərəcədə təhlükəli olduğunu anlayırlar.
Muxalifet - 17-08-2019
Rusiyalı hərbi ekspertlər Azərbaycan qüvvələrinin Qazax istiqamətində irəliləməsi haqda - “MÜHARİBƏ RİSKİ ARTIR...”
Xəbər verildiyi kimi Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhədin Qazax rayonundan keçən hissəsində sərhədçilərimizin yeni taktiki və strateji mövqelər tutduğunu, düşmənin aramsız atəşlərinə baxmayaraq bu mövqelərdə möhkəmləndiyini açıqlayıb. Bu haqda iki gün əvvəl KİV-lərdə yayılmış xəbərləri DSX-nin Aparat rəhbəri, general Elçin İbrahimov dünən jurnalistlərə təsdiqləyib. Generalın bildirdiyinə görə bu mövqelər Ermənistan ordusunun həmin istiqamətdəki döyüş postlarına və postlara gedən yollarına daha yaxşı nəzarət etməyə imkan yaradıb.
Muxalifet - 17-08-2019
On il müddətində sərt qış olacaq, temperatur 8 dərəcə düşəcək və... - DƏHŞƏTLİ XƏBƏRDARLIQ
ABŞ və Rusiya arasında tammiqyaslı nüvə müharibəsi təxminən on il müddətində sərt və soyuq qışın hücumuna gətirib çıxaracaq.
Publika.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, belə nəticəyə Ratqersk Universitetinin (ABŞ, Nyu-Cersi ştatı) alimləri gəliblər.Muxalifet - 17-08-2019
10 yaşlı uşaq ailəsinin gözü qabağında parçalandı - DƏHŞƏT VİDEO
Filippində dəhşətli hadisə baş verib.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir timsah qayıqla gəzintiyə çıxan ailəyə dəhşət yaşadıb.
Belə ki, timsah qayıqdakı 10 yaşlı uşağı sürüyərək suya yıxdıqdan sonra yeyib.
Övladını xilas etmək istəyən ata uşağın təkcə başı və ayaqlarını timsahın ağzından çıxara bilib.
Polisin bildirdiyinə görə, uşağın parçalanmış bədəninin digər qalıqları çayın digər tərəfinə axıb.
Deyilənə görə, Flippin əhalisinin artması timsahların bu ərazilərdə yaxın yaşamasına səbəb olub.Muxalifet - 17-08-2019
Bakıda 100 min manatlıq saat oğurlandı
Bakıda avtomobildən ümumi dəyəri 100 min manatdan çox olan bahalı qol saatları oğurlanıb.
Bakupost xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.
Mirzə İbrahimov küçəsində yaşayan Anar Əliyev idarə etdiyi "Niva" markalı avtomobili yaşadığı binanın qarşısında saxlayıb. Ona məxsus avtomobildən hər birinin dəyəri 9 min manat olan 12 qol saatı oğurlanıb.
Hadisəni törədən şəxslər Nəsimi RPİ tərəfindən axtarılır.Muxalifet - 17-08-2019
4 gün iş, 3 gün istirahət... Azərbaycan buna hazırdırmı?
Ekspert: “4 günlük iş rejiminə keçid bilavasitə iqtisadiyyatın inkişafı ilə bağlı olan məsələdir”
Muxalifet - 17-08-2019
Dünya çempionunun həlak olduğu qəzanın - YENİ VİDEOSU
İyun ayının 30-da özünün idarə etdiyi "Niva" markalı maşınla qəzaya düşüb dünyasını dəyişmiş qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu Fərhad Poladovun qəza anını əks etdirən yeni video üzə çıxıb.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, bu görüntülərdə idmançının idarə etdiyi avtomobilin arxadan zərbə almadığı dəqiq müşahidə olunur.
Məlumat üçün bildirək ki, bu günə qədər məhz bu məqam müzakirə mövzusu idi.Muxalifet - 17-08-2019
Bakıda ər arvadını VƏHŞİCƏSİNƏ döydü - Xəstəxanalıq etdi
Bakıda 32 yaşlı qadın əri tərəfindən döyülərək ağır xəsarət alıb.
Hadisə Binəqədi qəsəbəsi, 1-ci mədən küçəsi, korpus 4, mənzil 15 ünvanında baş verib.
Belə ki, 1987-ci təvəllüdlü Quliyeva Brilliant Səməd qızı həyat yoldaşı tərəfindən döyülüb. Qadın hadisə yerinə çağrılan təcili tibbi yardım əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona sifətinin yumşaq toxumalarının əzilməsi yarası diaqnozu qoyulub./ReportMuxalifet - 17-08-2019
Azərbaycanlı aktrisa açıq-saçıq FOTOLARINI paylaşdı
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə paylaşdığı fotolarla yenidən diqqət mərkəzindədir.
Publika.az xəbər verir ki, cazibədar aktrisanın açıq-saçıq geyimdə paylaşdığı fotolar izləyicilərinin müzakirələrinə səbəb olub. Fotolar aktrisanın izləyiciləri tərəfindən bəyənilib.
Nəsrin gecə paltarında çəkdirdiyi fotolarını "Xəbərlərə gülürəm" şərhi ilə paylaşıb.Muxalifet - 17-08-2019
“TANRI ÖLKƏSİ”NDƏ YEVANGELİSTLƏR PREZİDENTİ QORUYUCU HESAB EDİRLƏR – 2020-ci ildə də onlar Trampa səs verəcəklərmi? - TƏHLİL
Elizabet Bruniq
“Washington Post”, 14.08.2019
(ixtisarla)
Yevangelist xristianlar Trampın çağında necə yaşayır və onu 2020-ci ildə yenidən seçəcəklərmi?
Muxalifet - 17-08-2019
Yaşı 14-dən yuxarı olanlarla cinsi əlaqə təcavüz sayılmayacaq - QANUN
Belçika konstitusiyasının təcavüzlə bağlı maddəsində bəzi dəyişikliklər edilib.
Artıq yaşı 14-dən yuxarı olan şəxslər bir-biri ilə könüllü şəkildə cinsi əlaqədə olsa, bu, təcavüz sayılmayacaq.
Lakin yaşı az olan şəxsin cinsi əlaqədə olduğu adam ondan ən çoxu 5 yaş böyük olmalıdır. Məsələn, 14 yaşındakı qız 18 yaşlı oğlanla cinsi əlaqədə olarsa bu adi hal, 25 yaşlı oğlanla cinsi əlaqədə olarsa, pedofillik və təcavüz kimi qiymətləndiriləcək.
Qeyd edək ki, əvvəllər Belçikada bu məsələdə yaş həddi 16 idi. (milli.az)
Muxalifet - 17-08-2019
Rüşvətə görə biri məmur olmaqla üç nəfər saxlanıldı - Gürcüstanda
Gürcüstanda rüşvət üstündə üç nəfər saxlanılıb.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb .
Saxlanılan Tercola şəhər meriyasının Nəzarət xidmətinin baş mütəxəssisi Gela Q. rüşvət almada, digər iki vətəndaş Kaxi K. və Gia M. isə rüşvət vermədə ittiham olunurlar.
İstintaqla müəyyən olunub ki, Kaxi K. və Gia.M. Tercola meriyasının nümayəndəsinə qanunsuz tikintinin müdafiə olunması üçün 1 000 lari məbləğində rüşvət veriblər.Muxalifet - 17-08-2019
MÜHARİBƏ TƏHLÜKƏSİ! - İmran Xandan Hindistana sərt xəbərdarlıq
Pakistanın baş naziri İmran Xan əhalisinin 90 faizi müsəlman olan Cammu və Kəşmirin xüsusi statusunu heç kimlə hesablaşmadan ləğv edən Hindistana etirazını çox sərt şəkildə bildirib. Pakistan prezidentinin “Müharibə etmək məcburiyyətində qalsaq, geri addım atmayacağıq” açıqlamasından sonra Xan Hindistanın faşist taktikasının əhalinin mübarizəsini dayandıra bilməyəcəyini deyib.
Muxalifet - 17-08-2019
Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – VİDEO
Son aylarda dövlət başçısı tərəfindən əmək pensiyaları ilə bağlı qanunvericilikdə dəyişikliklər edilib, əmək haqqı və pensiyaların minimum məbləğində artımla bağlı qərarlar qəbul olunub. Bu qərarlar növbəti aylardan qüvvəyə minəcək və onların iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən əhalinin gəlirlərinə təsirləri gündəmin əsas müzakirə mövzusudur.
Bundan başqa, Azərbaycan iqtisadiyyatında problemli kreditlərin ümumi kredit portfelində həcminin nəzərdə tutulduğu qədər azalmaması, bank faizlərinin hələ də yüksək olması başlıca problem olaraq qalmaqdadır.Muxalifet - 17-08-2019
MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB? – Vəkil sensasiyalı faktlar açıqlayır
“Bu işlər barədə yazdıqlarımı dostum vəkil Elton Quliyevə həsr edəcəm. Əslində bu yazının müəllifi odur. Çünki yazı demək olar ki, bütövlükdə Elton bəyin hazırladığı vəsatət və şikayətlərdən hazırlanıb.
Muxalifet - 17-08-2019
İstanbul üçün DƏHŞƏTLİ ZƏLZƏLƏ XƏBƏRDARLIĞI
Türkiyənin İstanbul bölgəsində dəhşətli zəlzələ gözlənilir.
Publika.az "Sabah"a istinadən xəbər verir ki, alman seysmoloq professor Marko Bohnhoff 17 avqust zəlzələsinin ildönümündə təhlükə xəbərdarlığı ilə çıxış edib.
Onun sözlərinə görə, hər keçən gün İstanbul üçün zəlzələ təhlükəsi artır. “Məsələ zəlzələnin baş verib-verməyəcəyi deyil, nə zaman baş verəcəyidir”.Muxalifet - 17-08-2019