Axtarış

The search found 105785 results in 0.049 seconds.

Search results

  1. Bikinili FOTOsu 1 milyon "bəyən" topladı

    Ötən mövsümdə "Halka" serialında rol alan və "Kod adı: Kurşun" üçün kamera qarşısına keçəcək aktrisa Hande Erçel uzun fasilədən sonra İnstaqramında paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisanın şəkli 1 milyon "bəyən" toplayıb. Fotoda Erçel qara çimərlik geyimində yer alıb. Qeyd edək ki, Hande bir izləyicisinin ona yazdığı təhqir şərhindən sonra İnstaqramdan uzaqlaşıb. O, izləyicisini polisə şikayət etmişdi.

    Muxalifet4 - 18-08-2019

  2. London məhkəməsinin qərarı: Nigeriya büdcəsinin üçdə birini bu şirkətə ödəməlidir - 9 MİLYARD DOLLAR...

    Nigeriya hökuməti Britaniyanın “Process & Industrial Development Limited” (P&ID) şirkətinə yerinə yetirilməmiş müqaviləyə görə 9 milyard dollar ödəməlidir. Virtualaz.org xəbər verir ki, bu barədə London Yüksək Məhkəməsi qərar verib. Həmin məbləğ Nigeriyanın 2019-cu il üçün dövlət büdcəsinin gəlirlərinin üçdə birini təşkil edir. Məsələ belədir ki, 10 il əvvəl Nigeriya hökuməti həmin şirkətlə təbii qaz yatağında hasilata dair 20 illik müqavilə bağlayıb. Amma müqavilə üzrə demək olar heç bir iş görməyib. 2012-ci ilin yayında şirkət London məhkəməsinə müraciət edib.

    Muxalifet4 - 18-08-2019

  3. DEPUTAT “RELAX”a GƏLƏN VERGİ İŞÇİLƏRİNİ DÖYDÜRDÜ! – ŞOK GÖRÜNTÜLƏR (Yenilənib)

    Unikal.org-un əldə etdiyi məlumata görə, deputat İqbal Məmmədov Lerik rayonunda yerləşən ona məxsus olan “Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşlarını döydürüb. Yayılan xəbərdə bildirilir ki, yoxlamaya gələn vergi işçiləri və köməyə çağırılan polisləri içəri buraxılmayıb və vergi işçilərinə kütləvi şəkildə fiziki güc tətbiq edilib. Baş vermiş hadisə ilə bağlı Vergilər naziri Mikayıl Cabbarov məlumatlandırılıb və yaxın günlərdə olayla bağlı müvafiq tədbirlərin görüləcəyi deyilir.

    Muxalifet4 - 18-08-2019

  4. Milyarder özünü türmədə öldürüb, yoxsa öldürülüb? - MÜƏMMALAR ARTIR

    Bu adamı “Bütün Amerikanın sutenyoru” adlandırırlar. O, artıq ölüb. Amma Cefri Epşteynin ölümü çox müəmmalıdır və az qala hər kəs onün öldürülməsindən danışır. 

    40 il öncə o, adi bir riyaziyyat müəllimi olub, orta məktəbdə, Donald Barrın direktor olduğu tədris müəssisəində dərs deyib.

    Sonra o, müəllimlikdən əl çəkib, elə işlərlə məşğul olub ki, milyarderə çevrilib.

    Onun senatorlarla, qubernatorlarla, ABŞ-ın keçmiş və indiki prezidentləri ilə yaxın tanışlığı, dostluğu olub, onlara xidmət göstərib.

    Muxalifet4 - 18-08-2019

  5. Şəmkirdə yandırılan ana və qızı Bakıya gətirilir - NAZİRLİK ONLARIN MÜALİCƏSİNİ NƏZARƏTƏ GÖTÜRDÜ

    Səhiyyə Nazirliyi Şəmkirin Sarıtəpə kəndində ailə münaqişəsi zəminində baş verən hadisə zamanı xəsarət alanları nəzarətə götürüb.

    Xatırladaq ki, sərxoş ər gecə saatlarında qaynanası yaşayan evi yandırıb. Bu zaman evdə onun 24 yaşlı həyat yoldaşı, 2 yaşlı oğlu və 54 yaşlı qaynanası olub. Uşaq aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib. Onun anası və nənəsi kritk vəziyyətdə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

    Muxalifet4 - 18-08-2019

  6. DİN və Paş Prokurorluqdan Şəmkirdəki dəhşətli hadisə ilə bağlı AÇIQLAMA

    Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Şəmkir rayonunda törədilmiş dəhşətli cinayətlə bağlı birgə məlumat yayıb.

    Muxalifet4 - 18-08-2019

  7. Bakıda böyük biznesi olan ermənilər... - ŞOK FAKTLAR

    Hazırda paytaxt Bakıda və ölkənin digər bölgələrində xarici şirkətlərə bağlı olan onlarla, yüzlərlə nümayəndəlik fəaliyyət göstərir. Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, bu şirkətlərin başında duranlardan bir-neçəsi erməni millətinə məxsus şəxslərdir. - Rəhbəri erməni olan və Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən biri "Yandex taxi"dir. Bildiyimiz kimi, 2017-ci ilin iyul ayında "Yandex" və "Uber" xidmətləri Rusiya və MDB ölkələrində biznesin birləşdirilməsi barədə saziş imzalayıblar. Müqaviləyə əsasən birləşmiş şirkətdə "Yandex" 59,3% paya malikdir.

    Muxalifet4 - 18-08-2019

  8. Tanınmış azərbaycanlı şair vəfat etdi – 85 YAŞINDA - FOTO

    Şair Oqtay Rzalı vəfat edib.

    Publika.az xəbər verir ki bi rmüddətdir xəstəlikdən əziyyət çəkən Oqtay Rzalı bu gün dünyasını dəyişib.

    Qeyd edək ki, Oqtay Rzalı 1981-ci ildan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureate idi.

    Allah rəhmət eləsin.

    Muxalifet4 - 18-08-2019

  9. Sabah 39 dərəcə isti olacaq

    Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, cənub-şərq küləyi əsəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti olacaq.

    Bakıda gecə 22-24° isti, gündüz 34-36° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq.

    Muxalifet4 - 18-08-2019

  10. Gürcüstan vətəndaşları rus hərbçilər tərəfindən saxlanıldı

    Ötən gün Gürcüstanda Tsxinvali bölgəsinin inzibati sərhədi yaxınlığında Rusiya hərbçiləri Qori rayonunun səkkiz sakinini saxlayıblar.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, həmin şəxslər “sərhədi” qanunsuz keçməkdə təqsirləndirilirlər.

    Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına əsasən Qori sakinləri təcridxanada saxlanılırlar. Gürcüstan vətəndaşları ilə bağlı məhkəmənin keçiriləcəyi gözlənilir.

    Muxalifet4 - 18-08-2019

  11. Siyəzəndə avtomobil qəzası: azyaşlı xəsarət alıb - VİDEO

    Bakı-Quba yolunda xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.
     
    "Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə yolun Siyəzən rayonu ərazisində qeydə alınıb.
     
    "Nissan Sentra" markalı, "90-BP-007" dövlət seriya nişanlı avtomobil ötmə əməliyyatını düzgün yerinə yetirmədiyindən yolun sağ kənarındakı çökəkliyə düşüb. Hadisə zamanı avtomobildə olan bir ailənin azyaşlı övladı yüngül xəsarət alıb.
     
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 18-08-2019

  12. Ermənilər Azərbaycanın daha 140 hektar ərazisini tutduqlarını iddia edir - XƏBƏRƏ MÜDAFİƏ NAZİRLİYİNDƏN REAKSİYA

    Azərbaycan Dövlət Sərhəd Xidmətinin qüvvələrinin Ermənistanla sərhədin Qazax rayonu istiqamətində irəliləməsi və yeni strateji, taktiki mövqelər tutması açıqlanandan sonra düşmən ölkədə də hərəkətə keçiblər. 

    Erməni tarixçi və hərbçi ekspert Artur Yegizaryan özünün Facebook səhifəsində “Azərbaycanla sərhəddə 140 hektar torpaq azad etməyə nail olduqlarını” yazıb.

    Muxalifet4 - 18-08-2019

  13. ​Şabran rayonunda kanalizasiya borusu partladı, qəsəbəni üfunət bürüdü – ŞOK VİDEO

    Şabran rayonunda kanalizasiya sistemi partlayıb, böyük ərazi tullantılar altında qalıb. 
    “Yeni Sabah” xəbər verir ki, Şabran rayonun ümumi kanalizasiya xəttinin V.Abdullayev adına qəsəbəsində zədələnərək partlaması səbəbindən 3 ha ərazi tullantıların altında qalıb. 
    Həmin ərazini üfunət iyi bürüyüb. Ətrafda olan ev  heyvanları da bu sudan içir.
    Qeyd edək ki, tullantılardan yaranmış gölün suyu yaxınlıqdan keçən su kanalına tökülərək, Xəzər dənizinə axır. 

    Muxalifet - 18-08-2019

  14. Vəzifə qrupları üzrə qəbul imtahanının nəticələri AÇIQLANDI

    Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

    Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1501 namizəddən 18 nəfər imtahana gəlməyib.

    Muxalifet - 18-08-2019

  15. Azərbaycanlı xanım müğənni avtomatla şəklini paylaşdı - "Bağdadda..."

    Gənc azərbaycanlı müğənni Vlada Axundova silahla fotosunu paylaşıb.
    Publika.az xəbər verir ki, müğənni əlində avtomat tutduğu fotonu feysbuk səhifəsində paylaşıb.
    O, paylaşımına "Bağdadda sakitlikdir..." sözlərini yazıb.

    Muxalifet - 18-08-2019

  16. Əsəd rejimi humanitar yardımlardan silah kimi istifadə edir – Sənədlər yayıldı

    “Bəşər Əsəd rejimi humanitar yardımları müxalifləri cəzalandırmaq üçün istifadə edir. Bir növ, bu yardımlardan “silah” olaraq istifadə edir.”

    Musavat.com milliyet-ə istinadə xəbər verir ki, bu barədə İnsan hüquqlarının tədqiqi və müdafiəsilə məşğul olan nüfuzlu Human Rights Watch (HRW) təşkilatı məlumat yayıb.

    Muxalifet - 18-08-2019

  17. Azərbaycanlı xanım müğənni avtomatla şəklini paylaşdı - "Bağdadda..."

    Gənc azərbaycanlı müğənni Vlada Axundova silahla fotosunu paylaşıb. Publika.az xəbər verir ki, müğənni əlində avtomat tutduğu fotonu feysbuk səhifəsində paylaşıb. O, paylaşımına "Bağdadda sakitlikdir..." sözlərini yazıb. Muxtar

    Muxalifet4 - 18-08-2019

  18. Ərəblər nəhəng dinozavr skletini Dubaya gətirdilər - 4 MİLYONA SATILIR - FOTO

    2014-cü ildən Dubayın ən iri “The Dubai Mall” ticarət-əyləncə mərkəzinin atriumunu bəzəyən 155 milyon yaşı olan dinozavrın skeleti satışa çıxarılır.

    “Emirates Auction” şirkəti tərəfindən onlayn-auksion vasitəsilə satışa çıxarılacaq skeletin start qiyməti 14,6 milyon dirhəmdir (3,97 milyon dollar).

    Uzunlugu 24,4 metr və hündürlüyü 7 metr olan skeletin çəkisi beş filin çəkisinə bərabərdir. Təqdim olunan skeletin 90 faizi real sümüklərdən ibarətdir.

    Muxalifet4 - 18-08-2019

  19. Zelenski paytaxtı köçürür? – ŞOK İDDİA

    Ukrayna Prezidenti Vladimir Zelenski paytaxtı Kiyevdən başqa şəhərə köçürmək niyyətindədir.

    Qaynarinfo.az xəbər verir ki, bu iddia ilə yəhudi biznesmen, Ukrayna parlamentinin üzvü Vadim Rabinoviç çıxış edib. Onun fikirləri ölkədə müzakirələrə səbəb olub.

    V.Zelenski və digər dövlət rəsmiləri məsələ ilə bağlı açıqlama verməyib.

    Muxalifet4 - 18-08-2019

  20. Makronun arvadının qolu çıxdı

    Fransanın birinci ledisi Bricit Makronun çiyni çıxıb.

    Axar.az xəbər verir ki, bu barədə “Jurnal dü Dimanş” qəzeti məlumat yayıb.

    Qəzet xanım Makronun qayıq gəzintisi zamanı xəsarət aldığını bildirib.

    Qəzetin yazdığına görə, zədəyə baxmayaraq birinci ledi əri Emmanuel Makronla birgə Fransa kommunasının azad edilməsi ildönümü ilə bağlı təşkil olunmuş tədbirə qatılıb.

    Muxalifet4 - 18-08-2019

Pages