Axtarış

The search found 105785 results in 0.029 seconds.

Search results

  1. Vağzalda QƏTLİAM: kişi və qadını öldürdü, ikiaylıq körpəni...

    Almaniyanın İzerlon şəhərinin vağzalında kişi insanlara bıçaqla hücum edib.
    Muxalifet.az Publika.az-a istinadən xəbər verir ki, “Bild” nəşrinin məlumatına görə, hadisə nəticəsində iki nəfər - kişi və qadın həlak ölüb.
    Hücum anında qadının qucağında ikiaylıq uşaq olub. Onun zərər çəkmədiyi bildirilir.
    Cinayətkar tutulma zamanı müqavimət göstərməyib. O, yerə oturaraq polisin gəlməsini gözləyib.
    İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, cinayətkar öldürülmüş qadının keçmiş əri olub.

    Muxalifet - 19-08-2019

  2. Ramzan Kadırov: "Atam Çeçenistanı Rusiyaya birləşdirməkdən imtina etdi"

    Çeçenistan Respublikasının ilk prezidenti Axmat-Hacı Kadırov Rusiya rəhbərliyi ilə danışıqlar zamanı ümumxalq referendumu keçirilmədən Rusiyaya birləşmək barədə sənədi imzalamaqdan imtina edib.

    Virtualaz.org bildirir ki, bu barədə onun oğlu, Çeçenistanın hazırkı rəhbəri Ramzan Kadırov jurnalist Ruslan Qurbanovla On TV YouTube kanalında yayımlanan müsahibəsində danışıb.

    Muxalifet - 19-08-2019

  3. Piton ilan iti BELƏ UDDU - DƏHŞƏTLİ VİDEO

    Hindistanın Radjastxan əyalətinin Udaypur şəhərinin ətrafında maraqlı hadisə qeydə alınıb.

    Muxalifet - 19-08-2019

  4. ​Türkiyənin hərbi təyyarələri İraqın şımalında raket zərbəsi endirib

    Türkiyə İraqın şimalında Metin regionunda PKK terrorçularının obyektlərinə raket zərbəsi endirib. “Anadolu” Milli müdafiə nazirliyinə istinadən xəbər verir ki, zərbə nəticəsində 2 terrorçu məhv edilib. Aviasiya “Pəncə” antiterror əməliyyatının ştabı ilə əlaqədə hərəkət edib. Türkiyə ordusu mayın 27-dən İraqın şımalında antiterror əməliyyatı keçirir. PKK silahlılarına qarşı aviasiyadan və artilleriyadan da istifadə olunur.

    Muxalifet - 19-08-2019

  5. ​Bu da gəncəli Şaban - VİDEO

    Azərbaycanlı gənc Elşən Mirzəliyev "Şaban” ləqəbi ilə məşhurlaşan türk aktyoru Kemal Sunalı parodiya etməklə tanınır. Dost-tanışları ona "Gəncəli Şaban" deyirlər. Xezerxeber.az-ın məlumatına görə, 22 yaşlı Gəncə sakini Elşən Mirzəliyev uşaq vaxtlarından Kemal Sunalın yaratdığı obrazları sevərək izləyib. Sonralar sevdiyi aktyoru yamsılamaq fikrinə düşüb. Şabanın parodiyası onda ilk dəfədən uğurlu alınıb. Hətta personajın hərəkətləri, rəqsləri və oxuduğu mahnıları belə parodiya etməyə başlayıb. Bununla da ətrafdakıların maraq və rəğbətini qazanıb. Elşən arada başqa şəxsləri də parodiya edir.

    Muxalifet - 19-08-2019

  6. ABŞ Çernobıl faciəsi ilə bağlı DƏHŞƏTLİ SİRRİ AÇDI: SSRİ gizlədirdi - FOTO

    ABŞ Çernobıl Atom Elektrik Stansiyasında qəza haqqında kəşfiyyatın hesabatını məxfilikdən çıxardıb. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Milli Təhlükəsizlik Arxivinin sənədinə istinadən “RİA-Novosti” agentliyi bildirib. 2 may 1986-cı il tarixi qoyulmuş məxfi məruzə ABŞ dövlət katibi Corc Şults üçün onun müavini Morton Abramovis tərəfindən yazılıb. Qeyd edilir ki, qəzadan sonrakı birinci günlərdə Amerika xüsusi xidmət orqanları SSRİ-nin açıqladığından daha çox insanın öldüyünü fərz edir.

    Muxalifet - 19-08-2019

  7. “Qrenlandiya satılmır” – Danimarkanın baş naziri

    Danimarkanın baş naziri Mette Frederiksen Qrenlandiyanın ABŞ-a satılması ehtimalını istisna edib. “Report” xəbər verir ki, bu barədə o, yerli mətbuata verdiyi müsahibəsində bildirib.

    Onun sözlərinə görə, Qrenlandiya satılmır.

    Frederiksen, Danimarkanın digər ticarət mövzularında əməkdaşlıq üçün açıq olduğunu ifadə edib.

    Baş nazir ümid edib ki, ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı almaq istəyi ilə bağlı verdiyi açıqlamalar ciddi deyil.

    Muxalifet - 19-08-2019

  8. 16 yaşlı yeniyetmə bütün ailə üzvlərini öldürüb sonra intihar etdi

    Rusiyada dəhşətli qətl hadisəsi baş verib. Ulyanovsk vilayətində 10-cu sinif şagirdi yeniyetmə anası, kiçik bacısı və qardaşı da daxil olmaqla bütün ailəsini öldürüb.

    16 yaşlı qatil daha sonra özü də intihar edib. Yerli mətbuatın məlumatına görə, o, özünə qəsd etməmişdən əvvəl məktub yazıb və bildirib ki, ölməyə istəyib və yaxınları onun üçün narahat olmasınlar deyə onları da özü ilə aparmağa qərar verib.

    Yeniyetmənin sinif yoldaşları və qonşularının bildirdiyinə görə təbiətcə sakit olan şəxs məktəbdə də kifayət qədər uğurlu şagird olub.

    Muxalifet - 19-08-2019

  9. Ürək xəstəliklərinin səbəbi bəlli oldu

    Ürək xəstəliklərinin yayılmasının əsas səbəbi fast food restoranlar imiş.

    Muxalifet.az ölkə.az-a istinadən bildirir ki, kardioloqlar bu əlaqəni Yeni Cənubi Uels sakinlərinin məlumatlarının təhlilinin nəticələrinə əsasən müəyyənləşdirib.

    Belə ki, hər yeni fast food müəssisəsi üçün ildə dörd yeni infarkt hadisəsi qeydə alınıb. Ümumilikdə, 3070 nəfər 2011-2013-cü illərdə ürək çatızmazlığı ilə xəstəxanaya yerləşdirilib. Bu isə mütəxəssislərin diqqətini cəlb edib.

    Muxalifet - 19-08-2019

  10. Türkiyəyə qarşı amansız plan - "Ayı hücumu"

    Türkiyənin Konya şəhərində keçirilən əməliyyat zamanı PKK-nın daha bir amansız planı üzə çıxıb.
    Suriyalı bir ailənin maşınının yük hissəsinə baxan polis müxtəlif əşyalarla yanaşı, oyuncaq ayı da aşkar edib.
    Oyuncağın içinə baxış keçirilən zaman kustar üsulla hazırlanmış bomba tapılıb.
    Məlumata görə, sözügedən bomba ticarət mərkəzlərindən birində partladılacaqmış.
    Bombanın PKK tərəfindən hazırlandığı bildirilib./Axar

    Muxalifet - 19-08-2019

  11. Yanacaq daşıyan maşın PARTLADI - 10 nəfər öldü

    Uqandada yanacaq daşıyan avtomobilin partlaması nəticəsində azı 10 nəfər ölüb.

    Unikal.org-un məlumatına görə, yük maşını Rubirizi dairəsi yaxınlığında avtobusla toqquşduqdan sonra aşıb.

    Qeyd olunub ki, Rubirizi vilayətində idarəetməni itirən sürücü avtomobili iki avtobusa vurduqdan sonra yaxınlıqdakı mağazalara çırpıb.

    Hadisə zamanı partlayış, daha sonra isə yanğın da baş verib. Bildirilir ki, dağıntılar altında onlara insan qalıb. Ölənlərin sayının artacağı istisna edilmir. İnsident bir neçə ticarət məntəqələrinin yaxınlığında qeydə alınıb.

    Muxalifet - 19-08-2019

  12. Kolleclərə ixtisas seçimi başa çatır

    Bu gün ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatır.
    Dövlət İmtahan Mərkəzindən Muxalifet.az-a  verilən məlumata görə, abituriyentlərin ixtisas seçimi avqustun 15-dən 19-dək aparılır. Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

    Muxalifet - 19-08-2019

  13. Havanın temperaturu 39 dərəcə olacaq

    Bu gün Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub-şərq küləyi əsəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,

    Havanın temperaturu gecə 20-24° isti, gündüz 32-37° isti, Bakıda gecə 22-24° isti, gündüz 34-36° isti təşkil edəcək.

    Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq.

    Muxalifet - 19-08-2019

  14. Bakı metrosunda HƏYƏCANLI ANLAR: 9-11 yaşlarında olan qız polislərə yaxınlaşaraq...

    Səhər saatlarında Bakı Metropoliteninin "Neftçilər" stansiyasında qız uşağı ağlayaraq anasının onu döydüyünü və buna görə də evdən qaçdığını deyib. Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, uşaq üçüncü sinifdə oxuduğunu, Masallı rayonundan olduqlarını, hazırda isə Bakıxanov qəsəbəsində qaldıqlarını bildirib. Azyaşlı ağlayaraq evə getmək istəmədiyini, yaxınlarından heç kimin nömrəsini bilmədiyini deyib. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli faktı saytımıza təsdiqləyib.

    Muxalifet - 19-08-2019

  15. İranda saqqal taxıb stadiona gedən qızlardan son xəbər

    İranda saqql taxaraq futbol stadionuna daxil olduqdan sonra həbs edilən 6 qızdan 4-ü azadlığa buraxılıb.

    “Yeni Sabah” xəbər verir ki, Zəhra Xoşnəvaz, Leyli Mələki, Hədiyyə Mərvəsi və Furuq Əlayidir adlı xanımlar girov qarşılığında müvəqqəti olaraq azad olunublar. 

    Digər iki qız haqda isə hələlik heç bir məlumat yoxdur. 4 qızın azad olunmasında isə azarkeşlər aktivlik nümayiş etdirərək buna nail olublar.

    Qızlardan biri “Eqtesadi cahan” (Dünya iqtisadiyyatı) qəzetinin müxbiridir. İran qanunlarına əsasən, qadının stadiona getməsi qadağandır.

    Muxalifet - 19-08-2019

  16. Sumqayıtda təbii qazın verilişində məhdudiyyətlər olacaq

    Sumqayıtın bir sıra yaşayış məntəqələrində təbii qazın verilməsində məhdudiyyətlər olacaq. Sumqayıt Qaz İstismarı Sahəsindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq bu gün saat 10:00-dan saat 17:00-dək şəhərin 42, 47, 48, 49, 50, 51-ci məhəllələrinin, 11, 12, 13, 20, 21-ci mikrorayonlarının, Corat qəsəbəsi, Novxanı, Saray, Corat və Metallurq bağlarının qaz təchizatı dayandırılacaq. Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

    Muxalifet - 19-08-2019

  17. Düşmən Tərtər, Ağdam, Goranboy, Füzuli rayonlarını ATƏŞƏ TUTDU

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

    Muxalifet - 19-08-2019

  18. Əri tərəfindən yandırılan qadın öldü

    Avqustun 18-də Şəmkirin Sarıtəpə kəndində keçmiş ərin evi yandırması nəticəsində yanıq xəsarəti alan 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı bu gün səhər saat 6.20 aldığı xəsarətlərdən dünyasını dəyişib. Bu barədə Muxalifet.az-a Səhiyyə Nazirliyindən məlumat verilib. Həkimlərin səyinə baxmayaraq, bədəninin 70 % (4-cü dərəcəli) yanığı ilə kritik vəziyyətdə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırılan 24 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

    Muxalifet - 19-08-2019

  19. Gəncədə 10-cu sinif şagirdi özünü öldürdü - Bir gündə iki İNTİHAR

    Gəncə şəhərində bir gün ərzində iki nəfər intihar edib.
    Avqustun 18-də Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü İlqar Əliyev yaşadığı evin həyətində özünü asaraq intihar edib.
    Həmin gün 15 yaşlı qız da canına qəsd edib. Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü M. Nəbiyeva yaşadığı evdə özünü asıb.
    M. Nəbiyeva 10-cu sinif şagirdi olub./qafqazinfo

    Muxalifet - 19-08-2019

  20. "Qarabağ"ın oyununun vaxtı dəyişdirildi

    Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli açıqlanıb. Muxalifet.az PFL-ə istinadən bildirir ki, turun qarşılaşmaları üç günü əhatə edəcək. “Qarabağ” avrokuboklarda iştirak etdiyinə görə mövcud əsasnaməyə uyğun olaraq oyunu bir gün sonraya keçirilib.

    Ağdamlıların “Qəbələ” ilə matçı avqustun 24-də deyil, ertəsi baş tutacaq.

    Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

    Azərbaycan Premyer Liqası

    Muxalifet - 19-08-2019

Pages