Axtarış

The search found 105785 results in 0.025 seconds.

Search results

  1. İtaliyada meteoritin düşmə anı - VİDEO

    İtaliyanın Sardiniya adasının Torre Qrande bölgəsinə meteorit düşüb.

    Axar.az xəbər verir ki, meteoritin düşmə anı avtomobillərdən birindəki kamera tərəfindən qeydə alınıb.

    Göy cisminin düşməsi nəticəsində gecə saatlarında səma anidən aydınlanıb.

    İtaliya mediası meteoritin dənizə düşdüyünü, hadisənin İspaniya və Fransanın bəzi bölgələrində də göründüyünü yazıb.

    Muxalifet4 - 18-08-2019

  2. Güləşçimiz dünya çempionatında medal qazandı

    Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatında təmsilçimiz bürünc medal qazanıb.
    Muxalifet.az xəbər verir ki, güləşçimiz Əsgər Əlizadə (60 kiloqram) üçüncü yer uğrunda Qırğızıstan idmançısı Alastan Xanjarbek Uluya 11:2 hesabı ilə qalib gələrək, bürünc medala sahib olub.
    Qeyd edək ki, dünya çempionatı davam edir.
     

    Muxalifet3 - 18-08-2019

  3. ​"Çuxur"un məşhur aktyoru "Mançester Siti"də - Foto

    Türkiyənin məşhur "Çuxur" serialında "Vartolu" rolunu canlandıran aktyor Erkan Kolçak Köstendil İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Pep Quardiyola ilə görüşüb.
    Muxalifet.az xəbər verir ki, aktyor görüş zamanı çəkilmiş fotosunu sosial şəbəkə hesabında paylaşıb.
    "Siti" forması geyinib klubun məşqinə qatılan "Vartolu" komandanın heyətində yer alan türk futbolçu İlkay Gündoğanla da söhbətləşib.

    Muxalifet3 - 18-08-2019

  4. Malakandda partlayış: 6 ölü, 17 yaralı

    Pakistanın Malakand bölgəsində sülh komitəsinin rəsmisinin maşınına hücum edilib.
    Muxalifet.az xəbər verir ki, hücum zamanı bombanın partladılması nəticəsində 6 nəfər həlak olub, 17 nəfər yaralanıb.
    Hələ ki heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.
     

    Muxalifet3 - 18-08-2019

  5. ​Hindistandan qərar: Kəşmirdə 4 min nəfər saxlanıldı

    Hindistan hökuməti Kəşmirin xüsusi statusunu ləğv etdikdən sonra bölgədə 4 min nəfər polis tərəfindən saxlanılıb.
    Muxalifet.az xəbər verir ki, bunu “Frans Press” agentliyinə açıqlamasında adının gizli saxlanılmasını istəyən hindistanlı hakim deyib.
    O, avqustun 5-dən bu günə kimi saxlanılan şəxslərin İctimai Təhlükəsizlik Qaydasına uyğun olaraq 2 il müddətinə həbs edilə biləcəyini söyləyib.
    Qeyd edək ki, Hindistan hökuməti avqustun 5-də Cəmmu və Kəşmir ştatının xüsusi statusunu ləğv edib.
     

    Muxalifet3 - 18-08-2019

  6. Ordumuz düşmənin istənilən... - Müdafiə Nazirliyi

    Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mətbuatının yaydığı xəbərə münasibət bildirib.

    Muxalifet - 18-08-2019

  7. Azərbaycana kilosu 1000 dollara satılacaq ət gətiriləcək - Bu heyvanlar bahalı pivə içir, masaj olunur

    Heyvanların süni yolla mayalandırılması onun məhsuldarlığını və dözümlülüyünü artırmaq məqsədi daşıyır. Əsasən xaricdən gətirilənlərlə yanaşı Azərbaycanda yetişdirilən cins heyvanların süni mayalandırılması ilə bu sahə inkişaf etdirilir. Dünyada və ölkəmizdə ətə olan təlabatın artması az heyvan saxlamaqla çox məhsul almağı diktə edir. Buna görə də fermerlər cins heyvanlara üstünlük verirlər. Bu heyvanlar ətlik və südlük olmaqla fərqlənir. Əsasən qapalı şəraitdə bəslənən bu heyvanları saxlamaq adi vətəndaşa sərf etməsə də, fermer təsərrüfatı saxlayan şəxslər bu heyvanlara üstünlük verirlər.

    Muxalifet - 18-08-2019

  8. ​Rəqqasə Fatimənin qızının toyu oldu - FOTOLAR

    Tanınmış rəqqasə Fatimə Fətəliyeva ötən gün qızı Aydana toy edib. Toy məclisi şəhərin məşhur restoranlarından birində baş tutub. Məclisə Fatimənin sənət yoldaşları və yaxınları dəvət alıb.

    Muxalifet - 18-08-2019

  9. Türkiyədən PKK terrorçularına qarşı əməliyyat

    Türkiyədə PKK terrorçularına qarşı əməliyyat keçirilib.
    Muxalifet.az xəbər verir ki, Mardin vilayətində təşkil edilən əməliyyat zamanı PKK-ya kömək etməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb.
    Məlumata görə, sözügedən 10 nəfər ifadə vermək üçün bölməyə gətirilib.
     

    Muxalifet3 - 18-08-2019

  10. Bakıda "avtoş"luq edən taksinin görüntüləri - DYP avtomobilinin qarşısında - VİDEO

    Bakıda taksi sürücülərinin hol-hərəkəti qaydalarını kobud şəkildə pozması adi hala çevrilib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu dəfə Sabunçu rayonu Zabrat qəsəbəsi rəazisində "Lada Priora" markalı avtomobilin yolda avtoxuliqanlıq etməsinin görüntüləri yayılıb. Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olan taksi işarəsi vurulmuş qara rəngli avtomobil yoldakı digər avtomobillərə təhlükəli vəziyyət yaradaraq sərt manevrlər edib. Yüksək sürətlə hərəkət edən "Lada Priora" yol polisi avtomobilinin qarşısından keçərək uzaqlaşıb.

    Muxalifet - 18-08-2019

  11. Türklərin, azərbaycanlıların və yəhudilərin qanına susamış iğdırlı “Dro” - İĞDIR UNİVERSİTETİNİN DOSENTİ ERMƏNİ FAŞİSTDƏN YAZIR...

    Türkiyənin İğdır Universitetinin dosenti Sözer Akyıldırım “Yeşil İğdır” adlı yerli qəzetdə I Dünya müharibəsi illərində türklərə və azərbaycanlılara, daha sonra II Dünya müharibəsi dövründə yəhudilərə qarşı kütləvi qətliamlar törətmiş erməni faşistdən-“Dro” ləqəbli Drasamat Kanayandan yazır.

    Muxalifet - 18-08-2019

  12. ​Rusiya Tu-160-ları niyə havaya qaldırıb? - Şoyqu açıqladı

    Tu-160 bombardmançı təyyarələrin Çukotka bölgəsində uçuşu ABŞ-a və qonşu dövlətlərə sataşmaq xarakteri daşımır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib.
    O, uçuşların normal və planlı olduğunu söyləyib.
    Şoyqu bu uçuşlardan ABŞ-ın xəbərdar olduğunu bildirib.
     

    Muxalifet3 - 18-08-2019

  13. Almaniyada bıçaqlı şəxs vağzalda toplaşanlara hücum etdi - 2 ÖLÜ, 2 YARALI

    Almaniyada bir nəfər bıçaqla insanlara hücum edib.

    REN TV-nin məlumatına görə, hadisə İzerlon şəhər vağzalında baş verib.

    İnsanların kütləvi toplaşdığı əraziyə əlindəki bıçaqla hücum edən şəxs iki nəfəri öldürüb, daha iki nəfər isə yaralanıb.

    Yaralananların arasında azyaşlı uşaq da olub.

    Hadisəni tərədən şəxs daha sonra sakitcə yerə oturaraq polislərin gəlməsini gözləyib.

    Qeyd edək ki, olayın hansı səbəbdən baş verməsi haqqında məlumat verilməyib.

    Muxalifet4 - 19-08-2019

  14. Gürcüstanda baş nazir də qadın ola bilər

    Yaxın gələcəkdə Gürcüstan hökumətində kadr dəyişikliklərinin həyata keçirilməsi planlaşdırılır.

    Bu barədə “Front News International” nəşri məlumat yayıb.

    Qeyd olunub ki, Regional İnkişaf və İnfrastruktur naziri Maya Tskitişvili Baş nazir, hazırda Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin müavini olan Aleko Tabatadze isə Daxili İşlər naziri olacaq .

    Milli Təhlükəsizlik naziri postu isə hazırda Daxili İşlər naziri olan Georgi Qaxariyaya tapşırılacaq.

    Muxalifet4 - 19-08-2019

  15. Azərbayacanlılar girov müqabilində azad oluna bilər - GÜNEYDƏ

    Güney Azərbaycanda 6 milli-mədəni fəal mühakimə olunub. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Marağa zindanında saxlanılan Həkimə Əhmədi, Məhərrəm Vəlipur (Xoşnam), Əbülfəz Fəkuri, Əkbər Əzizi, Qulamrza Rəşidi və Məhəmmədrza Qurbaninin məhkəmə iclası keçirilib. Məlumata görə, fəallar barəsində daha əvvəl çıxarılan həbs qərarı avqustun 24-də girov vermək qərarı ilə əvəzlənə bilər. Qeyd edək ki, adı çəkilən fəallar 10 aydan çoxdur Marağa zindanında saxlanılırlar.

    Muxalifet4 - 19-08-2019

  16. İsrail İran hədəflərini vurdu, İraq hava məkanını bağladı

    İraq öz hava məkanını beynəlxalq koalisiyanın və digər bütün silahlı qruplaşmaların təyyarələri üçün bağlı elan edib.

    Muxaıifet.az virtualaz.org-a istinadən bildirir ki, bu haqda İsrailin hərbi-kəşfiyyat dairələrinə bağlı "Debka" saytı İraqdakı mənbələrdən əldə etdiyi informasiyaların analizi əsasında yazır. Bildirilir ki, İraqın hava məkanını bağlaması İsrail təyyarələrinin son aylarda bu ölkə ərazisindəki İran hərbi hədəflərinə endirdiyi raket zərbələri ilə əlaqəlidir.

    Muxalifet4 - 19-08-2019

  17. Aprel döyüşlərinin iştirakçısı evləndi - VİDEO

    Aprel döyüşlərində yaralanan Yaşar Ağayevin toyu olub.

    Muxalifet.az-ın "Xəzər xəbər"ə istinadən məlumatına görə, İsmayıllıda keçirilən toyda Respubilikanın bütün bölgələrindən qonaqlar, qohumlar və Yaşar Ağayevin döyüş yoldaşları iştirak ediblər. Elza Xaliqova adlı xanımla ailə quran qazi öz toyunda bəy geyimi əvəzinə xidmətdə olduğu formanı seçib.

    Muxalifet4 - 19-08-2019

  18. "Səbail" - "Zirə" oyunundan sonra insident baş verib - FOTO

    Futbol üzrə Azərbaycan Premyer Liqasının I turunda "Səbail"in evdə "Zirə"ni 1:0 hesabı ilə məğlub etdiyi oyundan sonra insident baş verib. "Report"un məlumatına görə, polislər mix-zonaya daxil olan daun sindromlu azarkeşdən ərazini tərk etməyi xahiş ediblər. Lakin həmin şəxs çıxışa yaxınlaşarkən qapının şüşəsinə yumruqla vuraraq qırıb. Özünün isə əli xəsarət alıb. Həmin şəxs daha sonra arenanı tərk edib.

    Muxalifet4 - 19-08-2019

  19. "Qapımıza təyin olunmuş penalti qərəzli idi" - Şefik Tiqruca

    "Oyuna yaxşı başladıq. Bir neçə futbolçumuz, xüsusən, Xulio Rodriges qol imkanlarından yararlana bilmədi. İkinci hissədə isə nə olduğunu bilmədik. Bəlkə də gücümüz çatmadı. Nəticədə boş zonalar verməyə başladıq və penaltidən qol buraxdıq".

    Bunu "Zirə"nin futbolçusu Şefik Tiqruca səfərdə "Səbail"ə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının I tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

    Muxalifet4 - 19-08-2019

  20. Yezidi kürdlərinin lideri, AZƏRBAYCANA OD “PÜSKÜRDÜ” - Qarabağ ermənilərindir. Biz Azərbaycana bir qarış da torpaq verməyəcəyik

    Yerevanda ürəyindən ağır əməliyyat keçirən yezidilərin başçısı Əziz Tonoyan erməni hakimiyyətindən də şikayətləndi, amma sonra yaltaqlanmağa başladı : “Qoy bu günkü erməni hakimiyyəti yezidilərə fərq qoymasın və bizə qarşı görməməzlik etməsin. Bizə çoxları kwrd deyirlər. Bununla da bizi kürdləşdirmək istəyirlər. Biz kürd deyilik, biz yezidiyik. Kürdlər müsəlmandırlar. Bizim onlarla heç bir əlaqəmiz yoxdur. Mən yezidi xalqının tarixini yazan bir aliməm. Bu gün 60 kənddə yezdi dilində dərs keçilir.

    Muxalifet - 19-08-2019

Pages