Axtarış
The search found 105785 results in 0.028 seconds.
Search results
Azərbaycanda köhnə avtomobillər istismardan çıxarılır - VİDEO
İstismar müddəti bitmiş, köhnə avtomobillərin dövriyyədən çıxarılması, yəni utilizasiyası ilə bağlı işlər sürətləndirilir.
"Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapan bu məsələ diqqət mərkəzindədir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, dövlət proqramında qeyd edilib ki, utilizasiya prosesinin məqsədi yol hərəkəti və ekoloji təhlükəsizliyi təmin etmək, yerli avtomobil istehsalını stimullaşdırmaqdır.
Muxalifet4 - 18-08-2019
"Dedilər, oğlun könüllü döyüşüb, sizə birdəfəlik pul düşmür" - ŞƏHİD ANASI
"O pul bir şey deyil, sadəcə hamı soruşur, deyirlər, bəs sizə niyə vermədilər?” "Oğlum 1992-ci ildə Ağdərənin çaylı kəndində şəhid olub. Ona şəhid adı da verilib. İllərdir müavinət də alırıq. Ancaq di gəl ki, sonuncu sərəncamdan sonra bütün şəhid ailələrinə verilən birdəfəlik qanpulu bizə düşmədi. Müraciət etdik, dedilər ki, sizin övladınız döyüşə könüllü gedib, ona şamil edilmir. Biz bilmiş olduq ki, vətən üçün könülsüz döyüşmək lazım imiş”. Kürdəmirin Qaraqocalı kəndinin sakini Gülnar Zamanova belə deyir. Onun oğlu Sehran Qəniyev 15 yaşında evdən qaçıb könüllü Qarabağa döyüşməyə gedib.
Muxalifet4 - 18-08-2019
Almaniyadan sığınacaq istəyən azərbaycanlıların sayı açıqlandı
2014-cü ildən 2019-cu ilin ilk 6 ayına kimi Almaniyadan sığınacaq istəyənlərin sayı 14471 nəfərə çatıb.Muxalifet4 - 18-08-2019
Azərbaycanlı jurnalist “Azad KİV” beynəlxalq mükafatın laureatı olub
"Regionda mətbuat azadlığı sahəsində vəziyyət acınacaqlıdır''Muxalifet4 - 18-08-2019
Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı - YENİLƏNİB
Ötən gün Göyçayda toy karvanında baş vermiş ağır qəzanın videosu yayılıb. Oxu.az-ın bölgə müxbirinin əldə etdiyi videonu təqdim edirik. 20:51 Göyçayda eyni vaxtda bir yolda iki qəza baş verib. Məlumata görə, digər qəzada iki "VAZ-21011" markalı avtomobil toqquşub. İki yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Muxalifet4 - 18-08-2019
Gürcü hökmdarı Tamaranın nəvəsinin qəbri Türkiyədə tapıldı - FOTO
Arxeoloqlar Türkiyədə yeni kəşfə imza atıblar.
RİA agentliyi xəbər verir ki, ilkin ehtimala görə qəbir gürcü hökmdarı Böyük Tamaranın nəvəsi Gürcü-Xatuna məxsusdur. Bu barədə Gürcüstanın Türkiyədəki səfirliyindən məlumat verilib.
"Ərzurum şəhərinin Pasinler rayonunda arxeoloji qazıntılar aparılıb. Nəticədə sultan İkinci Əlaəddin Keyqubad və onun anası Tamaraya (Gürcü-Xatun ləqəbli) məxsus olduğu ehtimal edilən iki sərdabə tapılıb", - deyə məlumatda bildirilir.
Muxalifet4 - 18-08-2019
“Paşinyan bu təxribatçı çıxışı ilə Ermənistanı müharibəyə sürükləyir...” - ERMƏNİ DEPUTATIN SENSASİON MƏQALƏSİ
Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 5-də Xankəndindəki mitinqdəki çıxışı nəinki Azərbaycanda, elə düşmən ölkənin özündə də neqativ reaksiyalara səbəb olub. Virtualaz.org qeyd edir ki, Paşinyanın olduqca avantürist bəyanatlar verərək Dağlıq Qarabağı Ermənistanın təkib hissəsi elan etməsinin, “miatsum” şüarını yenidən gündəmə gətirməsinn müharibəni qaçılmaz edəcəyi barədə Yerevanda da narahatlıq keçirirlər.
Muxalifet4 - 18-08-2019
Polis olmaq istəyənlərin nəzərinə! - Müsabiqə elan edildi
Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsi vakant mülki işçi vəzifələrinə (polisə ictimai dəstək) xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Muxalifet4 - 18-08-2019
"Həyat mənasız olduğu üçün artıq yaşaya bilmirəm” - İNTİHAR EDƏN GƏNCİN MƏKTUBU TAPILDI
Bu gün səhər saatlarında Neftçala rayonunun Bala Surra kəndində intihar hadisəsi baş verib. Belə ki, 24 yaşlı kənd sakini Sabir Əli oğlu Ələkbərov özünü həyətlərindəki tikintisi yarımçıq qalmış hamamda asaraq intihar edib. S.Ələkbərov intihar etməzdən əvvəl məktub yazıb qoyub. Məktubda deyilr: “Mənim ölümümdə heç kəsi günahkar bilməyin. Həyat mənasız olduğu üçün artıq yaşaya bilmirəm”. Onun dünən axşam toy məclisindən qayıdaraq yatdığı və səhər oyandıqdan sonra intihara əl atdığı deyilir. Sabir Ələkbərov sakit təbiətli gənc olub. Atası təqaüddə olan polis əməkdaşıdır.
Muxalifet4 - 18-08-2019
İranda bığ yapışdırıb stadiona gedən qızlar həbs olundu
İran futbol çempionatını izləmək üçün süni bığ və saqqal yapışdırıb stadiona keçən 6 qız həbs edilib.
Teleqraf.com xəbər verir ki, qızlardan biri “Eqtesadi cahan” (Dünya iqtisadiyyatı) qəzetinin müxbiridir. İran qanunlarına əsasən, qadının stadiona getməsi qadağandır.
Həbs olunan qızlar inzibati qaydada cəza alacaqlar.Muxalifet4 - 18-08-2019
Boşandığı arvadının evini yandırdı, 2 yaşlı uşağı öldü - YENİLƏNİB
Şəmkirdə yaşayış evində yanğın baş verib.
Hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb.
Ümumi sahəsi 30 kv. metr olan bir otaqlı evdə baş verən yanğını söndürmək üçün əraziyə Şəmkir Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub. Alov söndürülsə də, evin bütün yanar konstruksiyaları yanaraq yararsız hala düşüb.
Muxalifet4 - 18-08-2019
Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib? - BAŞ NAZİR ARAŞDIRILMASINI TAPŞIRIB
20 il öncə - 1999-cu ilin 17 avqust tarixində Türkiyənin Mərmərə regionunda 7,5 bal gücündə baş verən dəhşətli zəlzələ ilə bağlı bu günə kimi müxtəlif ağlasığmaz versiyalar səsləndirilib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, o dönəm baş nazir olmuş Bülənt Əcəvit bu zəlzələnin hərbi hücum ola biləcəyi ehtimalının araşdırılması üçün tapşırıq vermişdi.
Muxalifet4 - 18-08-2019
CHP sədrindən Əsədlə bağlı skandal açıqlama
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu iqtidarın Suriya ilə bağlı siyasətini tənqid edib. Axar.az xəbər verir ki, partiya lideri Türkiyənin Suriyaya müdaxiləsi nəticəsində YPG və PKK kimi problemlərin ortaya çıxdığını bildirib: “YPG-PKK bəlası var, deyirlər. Bəs, bu bəlanı yaradan sən deyilsən? Suriyada nə işin var? "Problemi həll et" deyirik, "Suriyanın ərazi bütövlüyü" deyir. Harada axtarırsan ərazi bütövlüyünü? Ya Rusiyada, ya da ABŞ-da... Bəşər Əsəd hakimiyyəti hələ də oradadır”, - deyə CHP sədri bildirib.
Muxalifet4 - 18-08-2019
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
ABŞ ordusuna məxsus strateji kəşfiyyat aparatı (PUA) Qara dəniz üzərində və Krım sahillərində uçuş həyata keçirib.
Bu barədə “Planradar” məlumat yayıb.
İtaliyadakı aviabazadan qalxan “Qlobal Hauk” adlı aparat Donbas xəttində monitorinq keçirərək Rusiya sərhədinə yaxınlaşıb.
Qeyd edək ki, ABŞ və NATO-ya məxsus uçuş aparatlarının müntəzəm olaraq Rusiya sərhədlərində uçması barədə məlumatlar yayılır.
Muxalifet4 - 18-08-2019
“Azərbaycanda əsas problemlərdən biri şəxsi həyatın toxunulmazlığı ilə bağlı pozuntulardır” - HESABAT
Demokratik Təşəbbüslər İnstitutunun araşdırma qrupu Azərbaycanda şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların istifadəsi sahəsində qanunvericiliyin və təcrübənin təhlilini aparıb. Təhlil beynəlxalq hüquq normalarına uyğunluq nöqteyi-nəzərdən aparılıb.
Mənbə kimi sosial şəbəkələrdən (Facebook, Google və YouTube) və onlayn mətbuatdan istifadə olunub. Araşdırma obyekti fərdi məlumatların müdafiəsi üzrə öhdəlikləri olan dövlət orqanları və ticari qurumlar olub.Muxalifet4 - 18-08-2019
Səudiyyə Ərəbistanının neft yataqlarına hücum edildi
Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih bildirib ki, Yəməndə İran tərəfdarı Husi üsyançılarının şənbə günü Səudiyyə Ərəbistanının neft yatağına dron hücumunun məqsədi qlobal neft təchizatını kəsmək olub.
Husilərin şənbə günü Səudiyyə Ərəbistanının şərqində neft yatağına hücumu nəticəsində kiçik yanğın baş verib, lakin dövlət neft şirkəti Saudi Aramco bu yanğının neft hasilatına heç bir təsirinin olmadığını bildirib.
Muxalifet4 - 18-08-2019
Məscidə hücum edən şəxsin evindən qadın meyiti tapıldı
Norveçdə yerləşən “Əfqani Əl-Nur İslam Mərkəzi” məscidinə hücumun qarşısını alan Məhəmməd Rafiq və Məhəmməd İqbal Yavenin fədakarlığı polis rəisi və Barum Bələdiyyə başçısı tərəfindən yüksək qiymətləndirilib. Türkiyə mətbuatı xəbər verir ki, Norveç polisi hər iki müsəlmanı qəhrəman adlandıraraq onlara çiçək dəstəsi verib. Polis rəisi Bite Qanqas Muhammedlə İqbala təşəkkür edərək deyib ki, bu fədakarlıqları ilə çox sayda insanın həyatını xilas ediblər. Barum Bələdiyyə başçısı Lisbet Hammer Kroq da “qəhrəman”larla görüşərək minnətdarlığını bildirib.
Muxalifet4 - 18-08-2019
Onun ilk cinayətinə hamı "halal olsun" dedi... - ÖLÜMÜNƏ İSƏ HEÇ KİM İNANMADI
""Oğru" kütlələrdə rəğbət, sadiqlik, vəfa, etibar və bu kimi gözəl başqa keyfiyyətlər yarada bilərsə, deməli, ömürünü əbədiləşdirən insanlar qismində yaşamış olacaq. Bu isə fiziki ölümdən sonra əbədiləşdirilməyin qarantına çevrilər" - Rövşən Lənkəranski
1975-ci ilin yanvarın 27-də dünyaya gələn Rövşən Canıyevin yolu atasının dayandığı yerdən başlayıb. Və bu yol onu sonradan "Kriminal dünyanın tacı" olmağa qədər aparıb. On minlər, bəlkə də yüz minlərin sevimlisi, onların, yüzlərin düşməni olub...
Muxalifet4 - 18-08-2019
Bakıda metronun qarşısında biabırçı görüntülər - VİDEO
Son vaxtlar Bakının bəzi hissələrində küçə itlərinin sayında artım müşahidə edilir.
Publika.az xəbər verir ki, əsasən şəhərin kənar hissələrində, eləcə də mikrorayonlarda küçə itlərinə çox rast gəlinir. Bugünlərdə Binəqədi rayonu ərazisində - metronun "Azadlıq prospekti" stansiyasının qarşısında küçə itlərinin piyada keçidindən keçərək metrostansiya istiqamətinə hərəkət etməsi diqqət çəkib. Həmin görüntüləri təqdim edirik.
Muxalifet4 - 18-08-2019
Amerikalılar rusların "Ölü əl"ini istəyirlər
ABŞ-a kütləvi nüvə hücumunun dəf edilməsi üçün Sovet-Rusiya istehsalı olan "Perimetr" avtomatik idarəetmə kompleksinin analoqu lazımdır. "Sputnik Azərbaycan" bildirir ki, qərbdə "Dead Hand" - "Ölü əl" adlandırılan "Perimetr" kompleksinin xüsusiyyətləri haqda War on the Rocks nəşrində amerikalı hərbi mütəxəssislər Adam Louter və Kertis MakGiffin yazıblar.
Muxalifet4 - 18-08-2019