Axtarış
The search found 105785 results in 0.027 seconds.
Search results
DİQQƏT! Əcnəbilərlə evlənən qızları bu təhlükələr gözləyir...
Son vaxtlar əcnəbilərlə ailə quran vətəndaşlarımızla bağlı problemlər tez-tez gündəmə gəlir. Əcnəbilərlə rəsmi nikah olmadan ailə quran azərbaycanlı xanımlar aliment, yaşayış icazəsi, eləcə də övlada atanın soyadının verilməsi kimi problemlərlə qarşılaşırlar. Bəs görəsən, bu problemlərin həll edilməsi üçün hansı addımlar atılmalıdır?
Muxalifet.az bildirir ki, məsələ ilə bağlı axar.az-a danışan sabiq deputat Aqil Səmədəbəyli Türkiyədə bu istiqamətdə problem yaşayan soydaşlarımıza dəstək olduğunu bildirib.
Muxalifet4 - 17-08-2019
Rusiya Ermənistana sabiq millət vəkilini təhvil verməyi rədd edib
Rusiya Baş Prokurorluğu Ermənistan Məhkəmə Qərarlarının İcbari İcrası Xidmətinin sabiq rəhbəri, Respublikaçılar Partiyasından keçmiş millət vəkili Mihran Poğosianı ölkəsinin hüquq-mühafizə orqanlarına təhvil verməyi rədd edib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatrian özünün “Facebook” səhifəsində yazıb. O, qarşı tərəfin 1993-cü ildə qəbul edilmiş Mülki, Ailə, Cinayət İşlərinə Dair Hüquqi Yardım və Hüquqi Münasibətlər Konvensiyasına istinad etdiyini diqqətə çatdırıb.
Muxalifet4 - 17-08-2019
“Poroşenko Ukraynadan 8 milyard qaçırıb” – MİLYARDERDƏN ŞOK İDDİA
Ukraynanın eks-prezidenti Pyotr Poroşenko müxtəlif yollarla ölkədən 8 milyard dollar pul çıxarıb. Bunu “Strana.ua” saytına müsahibəsində amerikalı milyarder Sem Kislin deyib. Onun sözlərinə görə, Poroşenko təkcə bir dövlət şirkətindən 700 milyondan 800 milyon dollara qədər vəsait çıxarılıb. O bu vəsaitlərin kommersiya banklarının yenidən maliyyələşdirilməsi görüntüsüylə çıxarıldığını, sonradan isə pulların fərqli adamların ciblərinə girdiyini bildirib.
Muxalifet4 - 17-08-2019
Azərbaycanda baba nəvəsi ilə “avtoşluq” etdi – VİDEO
Astarada “təmiz hava” aylığı çərçivəsində reyd keçirilib.
Oxu.az xəbər verir ki, reyd zamanı ciddi qayda pozuntusuna yol verərək, həm nəqliyyatın, həm də piyadaların hərəkəti üçün təhlükə törədən sürücü saxlanılıb.
Rayon sakini Camal İbrahimov 102 xidmətinə müraciət edərək, dənizkənarı parkın yaxınlığında maşınla təhlükəli manevrlər edərək özü və nəvəsinin həyatını riskə atan sürücü haqqında şikayətçi olub.
Nəticədə, polis tərəfindən avtoxuliqanlıq edən sürücü saxlanılıb.
Muxalifet4 - 17-08-2019
Dünya bu dəhşətli silaha maraq göstərir - BMT narahatdır
BMT yeni dəhşətli silah növünün – ultramanevrli hipersəsli uçan aparatların yayılacağından narahatdır. ABŞ, Çin və Rusiyanın fəal şəkildə hazırladıqları və sınaqdan keçirdikləri bu aparatların beynəlxalq sülhə və təhlükəsizliyə böyük təhdid olacağı bildirilir.
Muxalifet4 - 17-08-2019
Qurban Qurbanovdan inqilabi yenilik - ƏSAS HEYƏTƏ 5 GƏNC QATILDI
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu mövsümdən başlayaraq ilk dəfə olaraq əlavə 5 gənc futbolçunu əsas komandada oynatmaq qərarı verib.
Muxalifet4 - 17-08-2019
Qadın 1,5 km hündürlükdən düşüb sağ qaldı
Kanadanın şərqində 30 yaşlı qadın paraşütdən tullanarkən təhlükə ilə üzləşib.
“Newsweek”in məlumatına görə, qadının paraşütü açılmayıb. Ehtiyat paraşüt də işləməyib.
1,5 km hündürlükdən meşəyə düşən qadını ağacların budaqlarının arasında tapıblar.
Elə ağaclara ilişməyi də onun həyatını xilas edib.
Hazırda qadın çoxsaylı sınıqlarla xəstəxanadadır.
Yerli hüquq-mühafizə orqanlarının sözlərinə görə, bu, qadının ilk paraşütlə tullanması deyil.
Muxalifet4 - 17-08-2019
"Real"ın 100 milyonluq transferi 1 ay oynamayacaq
"Real"ın zədəli futbolçusu Eden Hazardın durumu ciddidir.
Muxalifet.az qol.az-a istinadən xəbər verir ki, əzələsində problem olan belçikalı yarımmüdafiəçi 3-4 həftə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Real" Hazardı bu yay "Çelsi"dən 100 milyon avroya transfer edib.
Muxalifet4 - 17-08-2019
Kökəldiyi üçün tənqid olunan aktrisaya tanınmışlardan DƏSTƏK - FOTO
Doğumdan sonra kökələn türk aktrisası Fahriye Evcen sosial şəbəkələrdə ciddi tənqid olunur. Tanınmış aktrisaya Türkiyənin məşhur insanlarından dəstək mesajları gəlir. Həyat yoldaşı Burak Özçivitlə hava limanında görüntülənən aktrisaya Kanal D ekranlarında yayınlanan Müge ve Gülşənlə 2. Sayfa aparıcıları #fahriyeçokgüzelsin həştəqi başladıb. Bundan sonra bir çox gözəl mesaj alan Fahriyeyə tanınmış isimlərdən də dəstək gecikməyib. Aktrisa Vildan Atasever Evcenin fotosunu "Sən hər halinlə gözəlsən. Hər şeydən önəmlisi Karan bəbəyin biricik anasısan" şərhiylə yayınladı.
Muxalifet4 - 17-08-2019
25 bankı, şirkətləri, çoxlu sayda avtomobili, evləri… - SABİQ PREZİDENTİN SƏRVƏTİ AÇIQLANDI
Qırğızıstanın Baş Prokurorluğu istintaqa cəlb edilən keçmiş Prezident Almazbek Atambayevin və ailə üzvlərinin həbs qoyulmuş əmlakları, səhmləri, bank hesabları və digər mal varlıqlarının siyahısını yayımlayıb. Həmin siyahıda bahalı avtomobillər, qiymətli kağızlar, aksiya sənədləri, evlər və s. yer alır.
Muxalifet.az həmin siyahını təqdim edir:
Bank hesablarının siyahısı:
1. “Qırğızkommersbank” ASC
2. ““Qırğızıstan” Kommersiya Bankı” ASC
3. “Optima Bank” ASC
Muxalifet4 - 17-08-2019
SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! - Bu avtomobillərin qapısını 5 saniyəyə açmaq mümkündür
Avtomobil istehsalında təhlükəsizlik sistemi ildən-ilə təkmilləşdirilir, bununla da avtomobil oğrularının qarşısında daha çətin “vəzifə” qoyulur. Bunu sübut və təkzib etməkdən ötrü “What Car” nəşrinin ekspertləri Böyük Britaniya bazarının yeddi ən populyar avtomobilini seçərək onların qapısını açmağa cəhd ediblər.
Muxalifet4 - 17-08-2019
Sərnişin avtobusu qəzaya uğradı: 1 ölü, 32 yaralı
Rusiyanın Perm şəhərində sərnişin avtobusu divara çırpılıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, qəza nəticəsində 1 nəfər həlak olub, 10-u uşaq olmaqla 32 nəfər isə xəsarət alıb.
Muxalifet4 - 17-08-2019
14 yaşlı qız 18 yaşlı oğlanla cinsi əlaqədə olarsa, adi hal sayılacaq... - QANUN QƏBUL OLUNDU
Belçika konstitusiyasının təcavüzlə bağlı maddəsində bəzi dəyişikliklər edilib.
Artıq yaşı 14-dən yuxarı olan şəxslər bir-biri ilə könüllü şəkildə cinsi əlaqədə olsa, bu, təcavüz sayılmayacaq.
Lakin yaşı az olan şəxsin cinsi əlaqədə olduğu adam ondan ən çoxu 5 yaş böyük olmalıdır. Məsələn, 14 yaşındakı qız 18 yaşlı oğlanla cinsi əlaqədə olarsa bu adi hal, 25 yaşlı oğlanla cinsi əlaqədə olarsa, pedofillik və təcavüz kimi qiymətləndiriləcək.
Qeyd edək ki, əvvəllər Belçikada bu məsələdə yaş həddi 16 idi./milli.az
Muxalifet4 - 17-08-2019
DƏHŞƏT! - Cənnətə getsin deyə 6 yaşlı oğlunu gölə atdı
Türkiyədə, Əskişəhərdə ana 6 yaşlı oğlunu gölə atıb.
Türkiyə mətbuatı xəbər verir ki, 24 yaşlı Gülşah A. adlı qadın "Cənnətə getsin" deyə qışqırıb oğlunu gölə atıb. Özü də ardından gölə tullanıb.
Ətrafdakı insanlar tərəfindən ana və oğlu sudan çıxarılıb və xəstəxanaya yerləşdirliblər.
Ananın psixoloji problemlərinin olduğu müəyyən edilib.
Qadının əri ilə problemlərinin olduğu, işləmək üçün Əskişəhərə gəldiyi bildirilir.
Muxalifet4 - 17-08-2019
Hökumətdən islahatlar tələb edən qadınlar edam edildi - ÖLKƏDƏ ETİRAZ BAŞ QALDIRDI
Bəhreyndə iki siyasi fəalın edam edilməsi ölkə daxilində olduğu kimi, beynəlxalq təşkilatların da narazılığına səbəb olub.
Belə ki, siyasi fəallar Əli əl-Ərəb və Əhməd əl-Melal kütləvi aksiyalara rəhbərlik edərək hökumətdən islahatlar aparmasını tələb edirdilər. Onlar terrorçularla əməkdaşlıqda ittiham edilərək ölüm hökmünə məhkum edilmişlər. Məhkəmənin qərarı özünü gözlətmədən icra edilib ki, bu da ölkədə etirazlara səbəb olub.
Muxalifet4 - 17-08-2019
İstanbulda güclü leysan bir sıra problemlər yaradıb
İstanbulda bu gün səhər saatlarından etibarən yağan leysan bir sıra problemlər yaradıb.
Belə ki, yağan güclü yağış səbəbindən şəhərin bir çox istiqamətlərində yolları və piyada alt keçidlərini su basıb. Bu səbəbdən Eminönü və Aksaray bölgələrində tramvayların hərəkəti dayandırılıb. Şəhərin Bahçelievler rayonunda yol çöküb.
Gəmi səfərləri təxirə salınıb.
Hidrometeoroloqların proqnozlarına görə, yağışın avqustun 18-i səhər saatlarınadək davam edəcəyi gözlənilir.
Muxalifet4 - 17-08-2019
FETÖ-də çatırtı səsi “namussuzluq”, “şərəfsizlik” iddialarına qarışdı: “Təşkilatda çeteleşmə gedir”
Türkiyədə bəzi FETÖ üzvləri həbs edildikdən sonra cinayətlərini boyunlarına alaraq, öz əqidə yoldaşlarını ələ verib və xaricə sığınıblar. Mühacirətlərindən sonra isə FETÖ öz satqınlarını yenidən camaat sıralarına qəbul edib.
Bu iddia ilə FETÖ-ya üzvlükdə adı hallanan Əmrə Yigit çıxış edib.
Muxalifet4 - 17-08-2019
Azərbaycana qarşı qapalı “separatizm” taktikası - “Hacı Davud” adı altında gündəmə gətirilən saxta tarix
Dağıstana, Çar Rusiyasına və sonunda Osmanlı dövlətinə xəyanət etmiş Hacı Davud adlı birisini son 30 ildə tarixi qəhrəmana çevirmək üçün yüzlərlə məqalə, onlarca kitab yazılılıb. Hətta onunla bağlı ağla gəlməyən əfsanələr uydurulur. Bütün bunlar azmış kimi, öz kürsüsünü qorumaq və mənsub olduğu xalqın adından siyasi alver məqsədilə “Hacı Davud adına Xalq Hərəkatı” adlı bir qurum da yaradılıb. Bu adı mifləşdirmək üçün, Dağıstandan gizli şəkildə Azərbaycanın Qax rayonuna gələrək məzarların birindən onun başsız bədəninin sümüklərini Dağıstana aparıblar.
Muxalifet4 - 17-08-2019
Paşinyan Sarkisyanı da həbsə göndərir... - KÜRƏKƏNİ AÇIQLAMA VERDİ
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan tezliklə həbs edilə bilər: hazırki hakimiyyətin addımlarının məntiqi belədir, bu barədə onun kürəkəni, Ermənistanın Vatikanda keçmiş səfiri Mikael Minasyan bildirib. Sputnik Armenia-nın məlumatına görə, dünən Minasyan öz Facebook səhifəsində yazıb ki, 2018-ci ilin aprel-may aylarında Ermənistanda obyektiv olaraq yetişən inqilab deyil, hakimiyyət dəyişikliyi baş verib. Onun sözlərinə görə, "indi ən təhlükəlisi başlaya bilər - acınacaqlı nəticələri olacaq dərin ictimai məyusluq formalaşa bilər".
Muxalifet4 - 17-08-2019
Maqnit qasırğası kimlərə daha çox təsir edir? – Həkimlərdən XƏBƏRDARLIQ
Geomaqnit qasırğalarının orqanizmə bir çox mənfi təsirləri ola bilər. Bu, daha çox ürək, qan-damar və sinir sisteminə mənfi təsir edir. Atmosfer təzyiqində baş verən dəyişikliklər artıq çəkili, ürək-damar problemlərindən əziyyət çəkənlər, infarkt keçirmiş şəxslər üçün daha çox narahatlıq yaradır.
Muxalifet.az e-tibb.az-a istinadən bildirir ki, bunu kardioloq Oqtay Musayev deyib. Onun sözlərinə görə, qeyd olunan xəstəliklərdən əziyyət çəkən, eləcə də yaşlı insanlar elektromaqnit dalğalarında olan dəyişiklikləri daha çox hiss edirlər.
Muxalifet4 - 17-08-2019