Axtarış
The search found 105785 results in 0.029 seconds.
Search results
Xalq artisti Qurana əl basıb, tövbə etdi - SƏBƏB
Xalq artisti, tanınmış aktyor Qurban İsmayılov keçmişi ilə bağlı etiraf edib.
Muxalifet.az yenicag.az-a istinadla xəbər verir ki, aktyor illər öncə içkiyə qurşandığını və bu vərdişdən xilas olmaq üçün tövbə etdiyini bildirib:Muxalifet - 19-08-2019
Bakıda yol polisi zəncirvari qəza törətdi
Bakıda yol polisi avtomobilinin iştirakı ilə qəza baş verib.
Hadisə paytaxtın Yasamal rayonu ərazisindəki Bakı Dairəvi Yolda qeydə alınıb.
Muxalifet - 19-08-2019
Nöqsanlara görə şöbə rəisi işdən çıxarıldı - FOTO
Tovuz rayon Təhsil Şöbəsinin rəisi Validə Hüseynova tutduğu vəzifədən azad edilib.
Muxalifet.az baku.ws-ə istinadən xəbər verir ki, V.Hüseynova işində yol verdiyi kobud nöqsanlara görə işdən çıxarılıb.
Qeyd edək ki, 54 yaşlı şöbə rəisi 2012-ci ildən bu vəzidə çalışıb. Hələlik Tovuz rayon Təhsil Şöbəsinin rəisi vəzifəsinə təyinat olmayıb.Muxalifet - 19-08-2019
“Bizim gəmilərə toxunmasanız yaxşıdır...” - TRAMPIN İRANA MƏSLƏHƏTİ
ABŞ prezidenti Donald Tramp İrana daha bir xəbərdarlıq edib. Bu barədə Reuters məlumat yayıb. O, bildirib ki, İran su üzərində olan heç bir Amerika gəmisinə toxunmasa yaxşıdır.
ABŞ prezidenti hesab edir ki, İran tərəfi ABŞ ilə Cəbəllütariqdə tutulan tanker barədə danışmaq istəyir, lakin dialoqa necə başlayacağını bilmir.
"İran necə başlamağı bilmir, çünki qürurlu xalqdır",- deyə, Tramp bildirib.
Muxalifet - 19-08-2019
SON DƏQİQƏ: Millət vəkilinin oğlu saxlanıldı - “Relax”dakı davaya görə
Lerikdə "Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı 6 nəfər tutulub.
Ötən gün "Relax” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gələn Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstəriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilməyib və qarşıdurma yaranıb.Muxalifet - 19-08-2019
Azərbaycanda 2 yaşlı uşağın ölümü ilə bağlı DƏHŞƏTLİ FAKTLAR
Ötən gün Tərtər rayonunun Azadqaraqoyunlu kəndində 2 yaşlı uşağın ölümü ilə nəticələnən dəhşətli hadisənin təfərrüatları məlum olub.
28 noyabr 2017-ci il tarixində anadan olmuş Xəlilzadə Üzeyir Fədail oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi səhlənkarlıq səbəbindən baş verib.
Belə ki, 2 yaşlı uşaq yaşadığı evin arxasında kustar üsulla hazırlanmış su artezianının yanında oynayarkən qurğuya gedən elektrik naqilini dartaraq qırıb. O, naqili arteziyanın yanında olan su vedrəsinə salıb. Nəticədə azyaşlı cərəyan hadisə yerindəcə vəfat edib.Muxalifet - 19-08-2019
ANKARA QƏTƏRDƏ İKİNCİ HƏRBİ BAZA AÇIR: Yaxın Şərqdə Türkiyə-Qətər-İran-Rusiya pasyansı baş tutacaqmı? – TƏHLİL
Türkiyə prezidenti Qətərdə türk hərbi bazasında
Stanislav Tarasov
regnum.ru, 18.08.2019
Ankara və Doha Qətərdə ikinci hərbi bazanın tikintisini bitirir. Türkiyənin “Hürriyet” nəşrinin xəbər verdiyi kimi, o, Türkiyənin artıq Əmirliklərdə 2015-ci ildən olan və Türkiyə quru qoşunları və HHQ bölmələrinin yerləşdiyi “Tarik bin Ziyad” bazası ilə yanaşı Dohadan güneydə yerləşəcək.
Muxalifet - 19-08-2019
İran tankeri qalmaqalı: Cəbəllütariqdə saxlanmış gəmi buraxılıb
İyul ayından indiyə kimi Suriyaya neft daşımaqda şübhəli bilinən və Cəbəllütariq boğazında saxlanan İran gəmisi limanı tərk edib.
Müşahidə altında olan gəminin Aralıq dənizinin şərqi ilə hərəkət edərək Yunanıstanın Kalamata limanına üz tutub.
Cəbəllütariq boğazı gəmi üzərindən həbs qərarını götürdükdən bir gün sonra ötən cümə günü Amerika Birləşmiş Ştatları gəmi üzərinə həbs qoyub.
Muxalifet - 19-08-2019
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi
Azərbaycanda “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”ı təsdiq edilib.
Trend-in məlumatına görə, Baş nazir Novruz Məmmədov tərəfindən təsdiq edilən qaydaya əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin mediasiya xərcləri dövlət büdcəsində bu məqsədlər üçün Mediasiya Şurasına nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.
Muxalifet - 19-08-2019
Mətanət Əsədova ilə məşhur falçının gizli görüntüləri yayıldı - VİDEO
Müğənni Mətanət Əsədova cənub bölgəsində baxıcı kimi məşhur olan Molla Məmmədsəfanın qəbuluna gedib.
Görüntülərdə Məmmədsəfanın döşəyin üstündə yayxanmış vəziyyətdə, Əsədovanın isə onun ayaqları altında bardaş qurduğunu görürük.
İfaçı ilə falçı arasındakı dialoqu təqdim edirik:
Məmmədsəfa: - Min dərd var, məndə min beş yüz dərman var. Bir dəfə də oxu, get!
Mətanət Əsədova: - Hə, oxuyum, sonra baxarsan da.
- Orada, o o...ların yanında necə oxuyurdun, mənimçün də elə oxu.- Nə oxuyum səninçün? Mahnı, yoxsa muğam?
- Muğam.
Muxalifet - 19-08-2019
Sərhəddə meşədə güclü YANĞIN
Quba və Şabran rayonlarının sərhədində meşə massivində güclü yanğın başlayıb.
Muxalifet.az "Report"a istinadən xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Muxalifet - 19-08-2019
“Qaçqınkom”un iki sektor müdiri cəzalandırıldı
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.
Muxalifet - 19-08-2019
DƏHŞƏT: 20 günlük sevgilisini küçənin ortasında doğradı - ŞOK SƏBƏB - VİDEO
Qadın ona dondurma yeməyə qoymadığı üçün sevgilisini dəhşətli şəkildə qətlə yetirdi.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Çində baş verib. Vang adlı qadın 20 günlük sevgilisi ilə alış-verişə çıxıb. Həmin vaxt qadın küçədəki dondurma satılan yerdə dayanaraq dondurma almaq istəyib.
Lakin sevgilisi Zhang adlı gənc qıza kök olduğu üçün dondurma almağa icazə verməyib. Bu zaman onların arasında mübahisə düşüb. Əsəbləşən qadın yaxınlıqdakı mağazaya girərək iki qayçı alıb küçədə gözləyən sevgilisinə hücum edib.Muxalifet - 19-08-2019
Niderland səfiri: "Yermakovun Qafqazla bağlı fotoları tarixi əhəmiyyətə malikdir" - VİDEO
“Dmitri Yermakovun Qafqazla bağlı fotoları ötən dövrün insanlarını, həyat tərzini, yaşadıqları mühiti əks etdirdiyinə görə şübhəsiz ki, tarixi əhəmiyyətə malikdir”.
Bunu “Report”a Niderland Krallığnın Azərbaycandakı səfiri Onno Kervers rusiyalı fotorəssam Dmitri Yermakovun Bakıda keçirilən sərgisi barədə danışarkən bildirib.
Muxalifet - 19-08-2019
Putinin siyasətində ŞOK GƏLİŞMƏ: Separatçı bölgə geri qaytarılır
“Rusiya Moldovadakı separatizmi bu ölkənin ərazi bütövlüyü çərçivəsində həll etmək istəyir. Ötən həftə XİN rəhbəri Lavrov bununla bağlı “top”un Kişinyovda olduğunu bildirdi”.
Bunu politoloq Zaur Məmmədov deyib.
Ekspert qeyd edib ki, NATO və Avropa İttifaqının getdikcə Rusiya sərhədlərinə yaxınlaşdığını görən Moskva Dnestryanı bölgənin Moldova tərkibində geniş muxtariyyət alması müqabilində Kişinyovun bloklara qoşulmayacağının zəmanətini istəyir:Muxalifet - 19-08-2019
İqbal Məmmədov "Relax”dakı davadan DANIŞDI
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı İqbal Məmmədovun rəhbəri oluğu "Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşları döyülüb.
Muxalifet.az xəbər verir ki, millət vəkili İqbal Məmmədov məsələ ilə bağlı Unikal.org-a özəl açıqlama verib.
O "Relax” İstirahət Mərkəzində baş verən hadisəni təxribat adlandırıb:Muxalifet - 19-08-2019
“Yekə arvadsan” - Nigar Camal elə bir VİDEOSUNU yaydı ki…
Türkiyədə yay tətilinə çıxan müğənni Nigar Camal sosial şəbəkədə diqqət mərkəzinə düşüb. Teleqraf.com xəbər verir ki, müğənni İnstaqram hesabında Bodrumda qaldığı mehmanxanada çəkdirdiyi videogörüntüsünü paylaşıb. Nigar izləmə rekordu qıran videonu “Tətil bitdi, yay da bitir, zəhləm getmiş payız gəlir” qeydi ilə paylaşıb. İzləyiciləri onun paylaşımına “Allah ağıl versin, yekə arvadsan, bu nə hərəkətdir?”, “Payız gəlir deyə, yəqin sonuncu dəfə soyunur”, “Niyə alt paltarını görməliyik həmişə?” rəylərini yazıblar. Videonu təqdim edirik:
Muxalifet - 19-08-2019
EPŞTEYNİN YAXIN ŞƏRQ ƏLAQƏLƏRİ: siyahıda kimlərin adı var?
Xlo Benua
“Middle East Eye”, 15.08.2019
Seksual cani Ceffri Epşteynin iyul ayında həbsi dünyanı diksindirib və onun həbsxanada intihar etməsi planetin ən varlı və ən güclü insanları ilə əlaqələri barədə gümanları daha da artırıb.
Epşteyn Florida ştatının məhkəməsi tərəfindən yetkinlik yaşına çatmayan şəxsi fahişəliyə cəlb etməyə görə məhkum edilmişdi.
Muxalifet - 19-08-2019
Xəzərə düşən hərbi təyyarəmizin "qara qutusu" tapıldı - FOTOLAR
Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb.
Bu barədə Muxalifet.az Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən bildirir.
Hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədi ilə “qara qutunun” texniki vəziyyəti öyrənilir.
Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.
Muxalifet - 19-08-2019
Xalq artisti ƏMƏLİYYAT OLUNACAQ
Xalq artisti Könül Xasıyeva əməliyyat olunacaq.
Bu haqda xanəndə özü Axşam.az-a açıqlamasında deyib. O bildirib ki, sentyabrda onu iki əməliyyat gözləyir.
Əməliyyatı gerçəkləşdirməkdə ona aparıcı Hacı Nuran Hüseynov maddi kömək edəcək. K.Xasıyeva həm öd kisəsini kəsdirəcək, həm də qadın xəstəliyindən əməliyyat olunacaq.Muxalifet - 19-08-2019