Axtarış
The search found 105785 results in 0.049 seconds.
Search results
İrəvanın blefi, Bakının fürsəti: danışıqlara son, yoxsa...
Ekspertlər Paşinyanın son sərsəmləməsinin ardınca Qarabağda sülh və müharibə şanslarını dəyərləndirdilər; politoloq: “Ermənistanı mütləq ağır itkilərə məruz qoymaq lazımdır ki...” Ermənistanın baş naziri Nikol Paşinyanın iki gün əvvəl Xankəndində keçirilən mitinqində verdiyi təxribatçı açıqlama hər şeydən öncə bir sualı aktual edib: bu düşüncədə olan Ermənistan rəhbəri ilə Qarabağa dair sülh danışıqlarını davam etdirməyin lüzumu qalırmı? Suala sözsüz ki, həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri cavab verməlidirlər.
Muxalifet - 8-08-2019
SON DƏQİQƏ: Sumqayıt yolunda iki AVTOBUS TOQQUŞDU: yaralananlar var - VİDEO
Səhər saatlarında turizm şirkətlərindən birinə məxsus avtobusla sərnişin avtobusu toqquşub.
Oxu.Az xəbər verir ki, hadisə Xırdalan dairəsi adlanan ərazidə baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən saytımıza bildirilib ki, Bakı-Sumqayıt yolu qəza səbəbindən bağlanıb:
“Turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan avtobus toqquşub. İlkin məlumata görə, turizm şirkətinə məxsus avtobusun sürücüsü idarəetməni itirərək, sərnişin avtobusuna çırpılıb.Muxalifet - 8-08-2019
Kartlar bloklandı, əhali cərimələndi - “Azərsu” araşdırır
Suraxanı rayonu Əmircan qəsəbəsi X.Bayramov küçəsində yaşayan gənc yazar Vəli Əfəndiyev burada illər əvvəl sakinlərin öz vəsaitləri hesabına çəkdikləri su xəttinə görə cərimələndiklərini, sayğac kartlarının bloklandığını bildirib.
Bu barədə Axar.az-a danışan V.Əfəndiyev qeyd edib ki, küçə sakinləri uzun illər bu problemdən əziyyət çəkib və çıxış yolu kimi vahid su xətti çəkiblər:Muxalifet - 8-08-2019
Səməd Seyidovdan Paşinyana SƏRT SÖZLƏR: “Kişisənsə...”
Deputat, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov "Yeni Müsavat”a geniş müsahibə verib. Muxalifet.az həmin müsahibəni təqdim edir: - Səməd bəy, ABŞ-ın Azərbaycana 100 milyon dollar məbləğində yardım ayırmaq qərarı erməniləri kifayət qədər narahat edib. Vaşinqtonun Azərbaycanla bağlı qərarına müxtəlif prizmalardan yanaşılır. Sizdəki məlumat və ehtimallar nədən ibarətdir? - Bu, sadəcə, hansısa bir cizgi deyil.
Muxalifet - 8-08-2019
Azərbaycanlı aktrisanın maşında BİABIRÇI görüntüləri yayıldı - VİDEO
Aktrisa tənqid hədəfi olub Məşhur azərbaycanlı aktrisa Çimnaz Sultanova avtomobildə görüntülənib. Mini və dekolteli libasda maşınında pozlar verən aktrisanın görüntüləri birmənalı qarşılanmayıb. Aktrisa tənqid hədəfi olub. Sözügedən görüntüləri sizə təqdim edirik:/aznews.az
Muxalifet - 8-08-2019
"Azərsun"un avtomobili qəzaya uğradı, elektrik dirəyi aşdı - VİDEO
Bakıda iki yük avtomobili toqquşub.
Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, Bakı Şəhər İşığı Elektrik Şəbəkə Müəssisəsinə məxsus "ZİL-130" markalı yük avtomobili "Azərsun Holdinq"ə məxsus "İSUZU" markalı yük avtomobili ilə toqquşub.
Nəticədə, hər iki avtomobilə ziyan dəyib. Zərbənin gücündən idarəetmədən çıxan "ZİL" markalı yük avtomobili yolun kənarındakı elektrik dirəyinə çırpılıb və dirəyi aşırıb. Elektrik dirəyinin yolun hərəkət hissəsinə aşması nəticəsində prospektə nəqliyyət hərəkətində məhdudiyyətlər yaranıb.Muxalifet - 8-08-2019
Avroliqa oyunu: Yəmən yəhudiləri bakılılara qarşı
Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Neftçi” bu gün İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq
Muxalifet - 8-08-2019
"Türkiyə Krımın ilhaqını tanımır" - ƏRDOĞAN
"Türkiyə Krımın ilhaqını tanımayıb və tanımayacaqdır".
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşü zamanı deyib.
"Türkiyə Krımın ilhaqını tanımayıb və tanımayacaqdır. Krım tatarı qardaşlarımız, Türkiyə və Ukrayna arasındakı tarixi və insani bağların əhəmiyyətli bir ünsürüdür", - deyə prezident bildirib.
Onun sözlərinə görə, Krımda əsas hüquq və azadlıqların müdafiəsi Ankara üçün prioritet olaraq qalır.Muxalifet - 8-08-2019
“Gənclik”də dəhşət: maşını insanların üstünə sürdü - Video
“Gənclik" metrostansiyası yaxınlığındakı yol-nəqliyyat hadisəsinin baş vermə anı kameraya düşüb.
Muxalifet.az "Baku.ws"yə istinadən xəbər verir ki, kadrlardan göründüyü kimi avtomobil digər maşınların arasında manevr edir və qəfil dayanacağa doğru hərəkət edir.
İdarəetməni itirərək dayanacağa çırpılan avtomobil səki ilə gedən 22 yaşlı qızla 23 yaşlı oğlanı vurub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qıza ilkin diaqnoz kimi sol bazunun travması, oğlana alının kəsilmiş yarası qoyulub.Muxalifet - 8-08-2019
“Özünü ümummilli lider kimi aparır, Qarabağ məsələsində məzənnəni qaldırır...”
Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 5-də Xankəndində keçirilən “ümumerməni” mitinqində çıxışı zamanı irəli sürdüyü tezislər heç erməni ekspert çevrələrində də müsbət qarşılanmayıb. Xəbər verildiyi kimi Paşinyan Qarabağı Ermənistana birləşdirməyi nəzərdə tutan “miatsum” şüarını yenidən gündəmə gətirib və deyib: “Qarabağ Ermənistandır, nöqtə”.
Muxalifet - 8-08-2019
Azərbaycanda vəfat edən yüksək vəzifəli məmurun FOTOLARI - Tanınmış şəxsin qardaşı imiş
Xəbər verdiyimiz kimi paytaxtda fəaliyyət göstərən Şuşa rayon Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin direktoru Nazim Xudiyev dünyasını dəyişib.
Nazim Xudiyev 62 yaşında evində ürəktutmadan vəfat edib. Qeyd edək ki, o, jurnalist İlham Cəmiloğlunun böyük qardaşı idi.
BiG.AZ Nazim Xuduyevin fotolarını təqdim edir:Muxalifet - 8-08-2019
Almazbek Atambayev: "Girov götürdüyümüz polis əməkdaşlarını buraxacağıq"
Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayev onu saxlamaq məqsədi ilə Koydaş kəndində keçirilən əməliyyatda iştirak edən və girov götürdükləri təhlükəsizlik qüvvələri əməkdaşlarını azad edəcəklərini bildirib.
“Report” xəbər verir ki, A.Atambayev deyib: “Onlar kimlərinsə övladlarıdır, bunu anlayıram. Onları mütləq buraxacağıq. Çoxunu dünən buraxmışıq”.
Muxalifet - 8-08-2019
Xanım millət vəkilinin iclasa 5 aylıq körpəsilə gəlməsi QALMAQAL YARATDI - FOTO
Qadın millət vəkili Züleyxa Həsən Milli Məclisin iclasında 5 aylıq körpəsi ilə birlikdə gəlib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, hadisə Keniyada baş verib. Milli Məclisin sədri Xristofer Omulele parlamentdə körpəyə qulluq etmək üçün uyğun yer olmadığını bildirib və deputatdan salonu tərk etməsini tələb edib. Lakin deputatın yoldaşları bu qərara sərt reaksiya göstərib. Züleyxa Həsən mühafizəçilər tərəfindən məcburi çölə çıxarılıb. Çox sayda millət vəkili Züleyxaya dəstək olmaq üçün salonu tərk edib. Milli Məclisin işinə müvəqqəti fasilə verilib.
Muxalifet - 8-08-2019
Avtobus qəzası ilə bağlı BNA-dan AÇIQLAMA
Xəbər verdiyimiz kimi Bakı-Sumqayıt yolunda avtomobil qəzası baş verib.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Muxalifet.az-a bildirib ki, BNA qəza ilə bağlı araşdırma aparıb:
Muxalifet - 8-08-2019
SƏHİYYƏ SİSTEMİNDƏ DAHA BİR RƏZALƏT - Təcili Tibbi Yardım xidmətinə ayrılan dərmanlar mənimsənilir
“Ən yaxşı halda ayrılan 10 adda dərmandan yalnız biri təcili yardım həkimlərinə gəlib çatır, özü də bir qutu yox, cəmi bir ampul”
“Bu səbəbdən məcbur qalıb öz maddi vəsaitimizlə lazım olan dərmanları alırıq ki, bizdən imdad gözləyən insanlara təcili yardım göstərə bilək”
Muxalifet - 8-08-2019
Yol polisində bahalı nömrələri kim satır? – Açıqlama
“Adından da görünür ki, bu, məhz dövlət qeydiyyat nişanıdır və o, heç bir halda digər şəxslər tərəfindən bir-birinə satıla bilməz”.
Bunu DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Avtosferə müsahibəsində bahalı nömrələrlə bağlı sualı cavablandırarkən deyib.
O, qeyd edib ki, artıq 8 ilə yaxındır ki, “Dövlət rüsumu haqqında” qanuna edilmiş dəyişikliyə əsasən, nömrələrdə əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasına görə dövlət qeydiyyat nişanlarının satışı həyata keçirilir.
Muxalifet - 8-08-2019
Azərbaycan Kəşmirlə bağlı fövqəladə toplantıya çağırıldı - Bakının mövqeyi nədir?
Fərəc Quliyev: “Kəşmiri Dağlıq Qarabağla müqayisə etmək olmaz” Elçin Mirzəbəyli: “Yaranmış vəziyyət kifayət qədər ciddi və təhlükəlidir” Hindistan prezidenti Ram Nat Kovind Cəmmu Kəşmir ştatını xüsusi statusdan məhrum etməklə bağlı fərman imzalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, parlamentin 366 deputatı təşəbbüsün lehinə, 66-sı isə əleyhinə səs verib. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Kəşmirlə bağlı fövqəladə iclas çağırıb. 1news.az xarici mətbuata istinadla xəbər verir ki, iclası bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək.
Muxalifet - 8-08-2019
Erməni hərbçi özünü asdı
Ermənistan Silahlı Qüvvələrinin hərbçisi Samvel Melkumyanın cəsədi Gümrüdə asılmış vəziyyətdə tapılıb.
“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan “Facebook” səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, gizirin cəsədi evdə tapılıb. S.Melkumyan hərbi hissələrin birinin orkestrində xidmət edib. Hadisənin təfərrüatı barədə məlumat verilmir.
Saytın əldə etdiyi məlumata görə, hərbçinin 32 yaşı olub. O, Gümrüdə müqavilə əsasında hərbi xidmətdə olub.Muxalifet - 8-08-2019
Kimlər qurban kəsməlidir? - QURBAN HAZIRLIQLARI
Azərbаycаnda Qurban bayramı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının verdiyi fətvaya uyğun olaraq 12-13 avqustda qeyd ediləcək. Qurban bayramının namazı isə avqustun 12-si səhər saatlarından etibarən məscidlərdə qılınmağa başlanacaq.
Hər il olduğu kimi bu bayram günündə də müsəlmanlar qurbanlıq heyvanlar kəsəcəklər.
Bəs heyvan kəsimi zamanı diqqət edilməli məqamlar nələrdir?Muxalifet - 8-08-2019
“Paşinyanın yalanı erməni xalqını çətin vəziyyətə salacaq” - Politoloq
“Ermənistanın Baş naziri N.Paşinyan Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi elan etdi. Bununla da o, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə müharibə elan etdi; ATƏT MQ-nin əsas təyinatı Dağlıq Qarabağın statusun müəyyən olunmasıdır. Paşinyanın həmsədrlərin ortalığa qoyduğu variantı rədd etməsinə ATƏT MQ-nin reaksiya verib-verməyəcəyi özündən asılıdır. Həmsədrlərin mövqeyinin Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın davranışına təsir edəcəyi şəksizdir”. Demokrat.az xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu bildirib.
Muxalifet - 8-08-2019