Axtarış

The search found 105785 results in 0.033 seconds.

Search results

  1. Paşinyanın "oyunlarına" qatılanlar "qara sıyahı"ya SALINACAQ

    Bu oyunlarla bağlı Azərbaycanın işğal olunmuş ərazilərinə gələcək iştirakçılar nəzarətdə saxlanılacaq və orada hər hansı bir xarici ölkənin vətəndaşı və ya jurnalist iştirak edərsə, onlara etiraz ediləcək. Həmin şəxslər Xarici İşlər Nazirliyinin "qara sıyahı"sına da daxil edilə bilər. Unikal.org-un məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən "Pan-Ermənistan oyunları" ilə bağlı danışarkən deyib.

    Muxalifet - 7-08-2019

  2. Azyaşlı nənəsini maşınla vurdu - Azərbaycanda bədbəxt hadisə

    Lənkəranda azyaşlı uşaq öz nənəsini avtomobillə vurub. Bədbəxt hadisə ötən gecə şəhərin M. M. Axund küçəsi 190 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 8 yaşlı uşaq, babası Zaur Bahadır oğlu Ağayevin evinin həyətində saxladığı avtomobili hərəkətə gətirib və ehtiyatsızlıqdan nənəsi, 1952-ci il təvəllüdlü Zahirə Dilşad qızı Ağayevanın üzərinə sürüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və meyit aidiyyəti üzrə təhvil verilib.

    Muxalifet - 7-08-2019

  3. Qəddar mayor Faxradyan əsgərləri yerə uzadır və bellərində gəzir... - AĞDƏRƏDƏKİ HƏMİN HƏRBİ HİSSƏDƏ BAŞ VERƏNLƏR

    Azərbaycanın işğal altındakı Ağdərə rayonu ərazisində, Madagis kəndi ərazisində yerləşən erməni hərbi hissəsində zabitlərin əsgərlərə qarşı ardı-arası kəsilməyən qəddarlıqları qeydə alınır. Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, hərbi hissənin zabitlərinin bir qismi barədə cinayət işi qaldırılıb, digərləri müxtəlif cinayətlərə görə məhkum edilib. Amma xidmətdən azad edilməyiblər və hələ də hərbi hissədə qulluq edirlər.

    Muxalifet - 7-08-2019

  4. Şəmkirdə “Hummer”ini və özünü yandıran Həsənovun 100 min borcu varmış... - AVTOMOBİLƏ HƏBS QOYULMUŞDU

    Ötən gün şəmkirdə “Hummer” markalı avtomobilini və özünü yandıran Fuad Həsənovun 100 min dollardan çox borcu olub. Bu barədə virtualaz.org-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov məlumat verib. F.Həsənovun borc məsələsi ilə əlaqədar 2013-cü ildən etibarən Şəmkir rayon məhkəməsində məhkəmə çəkişmələri başlayıb. İki il öncə isə məhkəmənin qərarı ilə avtomobilinə borc qarşılığı olaraq həbs qoyulub və müvəqqəti cərimə dayanacağına yerləşdirilib.

    Muxalifet4 - 7-08-2019

  5. Şagirdi intihar etmiş məktəbin direktorunun işi üzrə təkrar məhkəmənin vaxtı məlum olub

    Səbail rayon Məhkəməsində Bakıdakı 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsinə dair keçmiş müddətin bərpası üçün müraciətə baxılıb.

    APA-nın məlumatına görə, məhkəmədə zərərçəkənin nümayəndələrinin müddətin bərpası ilə bağlı müraciəti təmin edilib və iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

    Bakı Apelyasiya Məhkəməsində iş hakim Mirzəli Abbasovun icraatına verilib. Şikayətə avqustun 8-də baxılacaq.

    Muxalifet - 7-08-2019

  6. “Onlara deyin ki, bizim insanlarımızı öldürməsinlər” - ZELENSKİ TƏCİLİ PUTİNƏ ZƏNG ETDİ

    Ukrayna prezidenti Vladimir Zelenski Donbassda dörd nəfər ukraynalı hərbçinin həlak olması ilə əlaqədar Rusiya prezidenti Vladimir Putin ilə telefonla danışdığını bildirib.

    Zelenski deyib: “Mən bu gün səhər, indicə Rusiya prezidenti Vladimir Putin ilə bu barədə danışdım. Təcili ona zəng edib dedim ki, bu, (atəş açılması – red.) bizi sülhə yaxınlaşdırmır. Sizdən çox xahiş edirəm, qarşı tərəfə təsir göstərəsiniz ki, bizim insanlarımızı öldürməyi dayandırsınlar”.

    Muxalifet4 - 7-08-2019

  7. “Qarabağı azad etmək üçün Putinlə təcili danışıqlara başlamalıyıq...” – RUSİYAPƏRƏST DEPUTAT

    Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair son bəyanatına münasibət bildirib.

    Muxalifet4 - 7-08-2019

  8. Polis bölməsinə HÜCUM: 95 yaralı, çox sayda ölü var

    Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib. Mirvais Meydan bölgəsində yerləşən polis bölməsinə təşkil edilən bombalı hücumda 95 nəfər yaralanıb. Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Nüsrət Rəhimi bildirib ki, partlayışdan əvvəl polis şəhərdəki İŞİD terror təşkilatının sığınacaqlarına əməliyyat təşkil edib. Hücumun məsuliyyətini Taliban hərəkatı öz üzərinə götürüb. Təşkilatdan verilən açıqlamada çox sayda polisin həlak olduğu bildirilib.

    Muxalifet - 7-08-2019

  9. Zelenski daha iki ölkə rəhbəri ilə danışmaq istəyir - MAKRON VƏ MERKELLƏ

    Ukrayna Prezidenti Vladimir Zelenski Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkellə Donbasdakı vəziyyətlə bağlı əlaqə yaratmaq niyyətində olduğunu açıqlayıb.

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Zelenski bu barədə jurnalistlər keçirdiyi brifinqdə deyib.

    Zelenski həmçinin “Normand formatı” çərçivəsində təcili görüş keçirmək istəyini dilə gətirib.

    Muxalifet - 7-08-2019

  10. ​Bakıdakı güllələnmə hadisəsi ilə bağlı RƏSMİ AÇIQLAMA

    Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.
    Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, avqustun 5-də Nərimanov rayonunun Atatürk prospektində naməlum şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini Z.Sədiyevin sağ ayaq nahiyəsinə odlu silahdan açdığı atəşlə xəsarət yetirib.
    Z.Sədiyev xəstəxanaya gətirilib, vəziyyəti qənaətbəxşdir.

    Muxalifet - 7-08-2019

  11. İsraildən ağlagəlməz KÖRFƏZ HƏMLƏSİ: Netanyahu hərəkətə keçdi

    İsrail körfəz ölkələri ilə münasibətlərini tez vaxtda normallaşdırmaq niyyətindədir.
    Publika.az xəbər verir ki, bu iddia ilə İsrailin “Yedioth Ahronoth” qəzeti çıxış edib.
    Qəzetin məlumatına görə ölkənin Xarici işlər naziri Yisrael Katz körfəz ölkələri ilə sülh razılaşmaları imzalamaq istəyir.

    Muxalifet - 7-08-2019

  12. Qurban bayramı namazının vaxtı açıqlandı - Azərbaycanda

    Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.

    Muxalifet.az xəbər verir ki, bayram namazı avqustun 12-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınacaq.

    Eyni zamanda, Azərbaycanın bütün məscidlərində bayram namazı qılınacaq.

    Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazını Təzəpir məscidində qılacağı gözlənilir.

    Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür. 

    Muxalifet - 7-08-2019

  13. “Qurban Qurbanov nazir təyin olunsun!” – Deputatdan təklif

    “Vaxtilə mən “Qarabağ”la oyunlara gedəndə gördüm ki, futbolçular mahnı oxuyurlar. Soruşdum ki, niyə oxuyursunuz? Dedilər, qıraqdakı söyüşləri eşitməmək üçün oxuyuruq ki, ancaq öz səsimişi eşidək”.
    Bu sözləri “Yeni Sabah”a açıqlamasında millət vəkili Aqil Abbas APOEL - “Qarabağ” (1:2) oyunundakı erməni təxribatından danışarkən deyib. Deputat cavab qarşılaşmasında “Qarabağ” azarkeşlərini stadiona Şimali Kipr Türk Dövləti və Türkiyənin bayraqları ilə gəlməyə səsləyib:

    Muxalifet - 7-08-2019

  14. Türkiyə ilə Rusiya arasında viza rejimi qismən ləğv olunub

    Avqustun 7-dən etibarən Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında xidməti və xüsusi pasport sahiblərinin vizasız qarşılıqlı gediş-gəlişinə başlanılıb.

    AZƏRTAC xəbər verir ki, 2010-cu il mayın 12-də iki ölkə arasında imzalanan vizasız rejimlə bağlı razılaşma 2019-cu il avqustun 7-dən etibarən qismən qüvvəyə minib. Belə ki, sənədə əsasən bu ölkələrin xidməti və xüsusi ümumvətəndaş pasportuna sahib vətəndaşları vizasız 30 gün müddətində qarşılıqlı səyahət edə biləcək.

    Muxalifet - 7-08-2019

  15. ​İnam Kərimov dostunu həbsdən niyə çıxartmayıb? - FOTO

    Jam.az saytının baş redaktoru Fikrət Fəraməzoğlu Kənd təsərrüfatı naziri İnam Kərimovla bağlı maraqlı fakt açıqlayıb. Qaynarinfo xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında İnam Kərimovun yaxın dostu və tələbə yoldaşı ilə eyni cəzaçəkmə müəssisəsində olduğunu qeyd edib. F.Fəraməzoğlunun sözlərinə görə, nazir həbs dövrü ərzində dostuna və ailəsinə yardım edib, lakin vəzifəsindən istifadə edərək onu həbsdən çıxarmaqdan imtina edib. Jurnalistin "Facebook" postunu təqdim edirik: "Bayaq, İnam Kərimovla bağlı bir xəbər oxudum. Etiraf edim ki, təəccüblənmədim. Səbəbini də yazacam.

    Muxalifet - 7-08-2019

  16. Paşinyanın BÖYÜK SƏHVİ: Bakı hərəkətə keçir – Ermənilər TƏŞVİŞDƏ

    “Azərbaycan Paşinyanın Qarabağdakı fikirlərindən Ermənistana qarşı istifadə edəcək”.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni ekspert Qrant Məlik Şahnazaryan deyib.
    Onun sözlərinə görə, Azərbaycan tərəfi Paşinyanın fikirlərini Ermənistanın danışıqlar prosesini bitirmək kimi təqdim edəcək və bununla İrəvanı ittiham edəcəyindən şübhə etmirəm.

    Muxalifet - 7-08-2019

  17. BDU-nun qalmaqallı müəllimi 50 min rüşvət verdiyini təsdiqlədi: oğlunu işə düzəltmək istəyib

    Bakı Dövlət Universitetinin (BDU) müəllimi oğlunu işə düzəltmək istəyərkən aldadılıb. O, verdiyi rüşvəti geri ala bilmir. Rüşvət üçün pulu isə sələmə götürübmüş... Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 1967-ci il təvəllüdlü Eldar Yusifovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, bu cinayət işi üzrə ittihamda göstərilir ki, Eldar Yusifov tanışı Hüseyn Məmmədovdan külli miqdarda pul alıb. Həmin pulun qarşılığında isə Hüseyn Məmmədovun oğlunu hüquq-mühafizə orqanlarına işə düzəldəcəkmiş.

    Muxalifet - 7-08-2019

  18. Nəsimidə generalın ailəsi bu binadan 12 mənzil aldı - Digərləri aldadıldı

    Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilən çoxmərtəbəli binadan mənzil alan bir qrup sakin misli görünməmiş dələduzluqla üz-üzə qaldıqlarını deyirlər. Onlar aldıqları evin pulunu əvvəlcədən ödəsələr də indiyə  qədər mənzillərinə köçə bilmirlər.

    Muxalifet - 7-08-2019

  19. “Azərbaycan azarkeşi Bakıda “Ayaks”ı görmək istəyir” –Şahin Diniyev

    AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev “Qarabağ” və “Neftçi”nin avrokuboklardakı çıxışı ilə əlaqədar Qol.az saytının suallarını cavablandırıb - “Qarabağ” dünən Çempionlar Liqasının üçüncü mərhələsində Kiprdə APOEL-ə 2:1 hesabı ilə qalib gəldi. Ağdam klubu ilə bağlı fikirləriniz necədir? - “Qarabağ” öz oyun üslübunu qoruyur. Həm yaxşı oyun, həm də yaxşı nəticə mühüm amillərdir. Bunlardan birinin olmaması oyunda tarazlığı pozur. “Qarabağ” isə bunların hər ikisini birləşdirə bilib. APOEL ilə oyunda da komanda bir daha sübut etdi ki, Avropa təcrübəsinə malikdir.

    Muxalifet - 7-08-2019

  20. “NATO-nun Çinin yüksəlişinə diqqət ayırması vacibdir” – Stoltenberq

    “Pekin dünyadakı gücünü, təsir dairəsini genişləndirdiyindən NATO-nun Çinin yüksəlişinin təsirlərinə diqqət ayırması vacibdir”.

    APA-nın xəbərinə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq “Reuters”ə müsahibəsində deyib.

    Muxalifet - 7-08-2019

Pages