Axtarış
The search found 105785 results in 0.029 seconds.
Search results
3 illik arvadından 37 ildir boşana bilmir- Səbəbi isə hər kəsi ŞOKA SALACAQ
60 yaşlı kişinin başına gələn qəribə hadisə eşidənləri təəccübləndirib.
BiG.AZ xəbər verir ki, Türkiyənin Balıkesir bölgəsində yaşayan Ertan adlı şəxs 1979-cu ildə ailə həyatı qurub. Həmin il əsgərliyə yollanıb. 1982-ci ildə əsgərlikdən gələn kişi arvadından xəbər ala bilməyib.
O arvadının ailəsigilə gedərək onlardan kömək istəyib. Cəmilə adlı arvadını heç bir yerdə tapa bilməyən Ertan polisə müraciət edib. 2 il müntəzəm olaraq həyat yoldaşını axtarsa da ondan xəbər ala bilməyib.Muxalifet - 6-08-2019
DEPUTAT: "Qarabağ erməniləri Paşinyanı özünkü saymırlar" - "Müharibəyə başlasaq, bu, Ermənistanın süqutuna gətirib çıxaracaq"
"Nikol Paşinyanın Dağlıq Qarabağa növbəti qeyri-qanuni səfəri Azərbaycanı təxribata çəkmək cəhdləridir. Onun bu addımı bir daha göstərir ki, Dağlıq Qarabağdakı ermənilərin Paşinyana etimadı olduqca aşağıdır. Dağlıq Qarabağda məskunlaşan ermənilər Paşinyanı hakimiyyəti zəbt etmiş şəxs kimi qəbul edirlər. Yəni, Qarabağ erməniləri Paşinyanı özünkü saymırlar. Bunu Paşinyan da çox gözəl bilir".
Muxalifet.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib.Muxalifet - 6-08-2019
Ekskavator su kanalına düşdü, sürücü öldü
İmişli rayonunda ekskavator su kanalına düşüb, sürücü ölüb.
Hadisə ötən gün səhər saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Telişli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1984-cü il təvəllüdlü Zamin Şahin oğlu Cavadlı idarə etdiyi 33-AT-623 dövlət nömrə nişanlı DOOSAN markalı ekskavatorla hərəkətdə olarkən idarəetməni itirib və ekskavator yoldan çıxaraq su kanalına düşüb.
Hadisə nəticəsində sürücü suda boğulub.
Faktla bağlı araşdırma aparılır. /reportMuxalifet - 6-08-2019
Sürücünü sürüyən polislər cəzalandırıldı - Video
Sosial şəbəkələrdə Qobustan rayon yol polisi əməkdaşlarının “Shacman” markalı yük avtomobilini saxlayaraq sürücünü zorla öz maşınlarına əyləşdirməyə cəhd etməsi ilə bağlı görüntülər yayılıb. Bu zaman tərəflər arasında insident yaranıb. DYP əməkdaşları sürücüdən əmrə tabe olmasını tələb ediblər.
Muxalifet.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məsələ ilə əlaqədar Oxu.Az-a bildirib ki, həm sürücüyə, həm də polis əməkdaşına cəza verilib:Muxalifet - 6-08-2019
Ağalarov məhkəməyə çağırıldı, keçmiş nazir barədə ifadə verdi - “MƏN ONU GÜNAHLANDIRMIRAM...”
Rusiyanın Kalininqrad vilayətində futbol üzrə 2018-ci il Dünya Çempionatı oyunları üçün inşa edilmiş “Kalininqrad Arena” stadionunun tikintisi zamanı korrupsiyaya, mənimsəməyə yol verdiyi üçün həbs edilən keçmiş nazirin məhkəmə prosesi gedir. Virtualaz.org xəbər verir ki, vilayətin keçmiş tikinti naziri Amir Kuşxovun işi üzrə məhkəmə prosesində şahid qismində azərbaycanlı milyarder-oliqarx, stadionun tikintisini podratçı qismində həyata keçirmiş “Crocus” şirkətinin rəhbəri Araz Ağalarov da ifadə verib.
Muxalifet - 6-08-2019
Bakı iddia qaldırsın: Bu şəhəri ala bilərik - ŞOK ARAŞDIRMA
ABŞ tarixçisi David Fromkin “Müharibəyə son verən sülh” (David Fromkin, “A Peace To End All Peace: The Fall of The Ottoman Empire and The Creation of The Middle East” (Avon Books, New York – 1990) adlı kitabında yazır:
Muxalifet - 6-08-2019
“BU QARŞIDURMADA RUSİYA UDUZMALIDIR…” – “Ağlı başında olan bu müharibəyə başlamaz”
Avqustun 2-də SSRİ ilə ABŞ arasında 1987-ci ildə imzalanmış Orta Mənzilli Nüvə Qüvvələri Anlaşması (İNF) qüvvədən düşmüş elan olundu. ABŞ bu müqavilədən çıxdığını elan etdi və buna səbəb kimi Rusiyanın müqavilənin şərtlərinə əməl etməməsini göstərdi. İNF müqaviləsinin əsas öhdəliyi hər iki dövlətin öz nüvə silahlarını ciddi miqdarda məhv etməsi və yenilərini istehsal etməməsi idi. Bu müqavilə sayəsində 1990-cı illərin əvvəllərinə qədər iki dövlət 2600-dən çox nüvə silahını məhv etmişdilər.
Muxalifet - 6-08-2019
Küləkdə başına ağac düşən qızdan "Semaşko"ya ağır ittihamlar: Hamısı pul istəyir - VİDEO
Bakıda avqustun 5-də güclü külək səbəbindən ağacın budağı qırılaraq 20 yaşlı Simnarə Qəmbərlinin üstünə aşıb. Hadisə nəticəsində xəsarət alan qız dərhal ətrafdakıların köməyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
S.Qəmbərlinin atası İlqar Qəmbərli deyir ki, qızının başı yarılıb və ona beş tikiş vurublar, lakin qızını bir gün belə xəstəxanada saxlamayıb, bunun üçün pul tələb ediblər:Muxalifet - 6-08-2019
Hikmət Hacıyev: “Paşinyanın “Qarabağ Ermənistandır” sözlərini qəti şəkildə rədd edirik”
“Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Xankəndi şəhərində “Qarabağ – Ermənistandır” sözlərini qəti şəkildə rədd edirik”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Muxalifet - 6-08-2019
“Atəşkəs ləğv edilsin, könüllülər səfərbər olunsun!” – SABİQ BAŞ NAZİR
Pənah Hüseyn: “Ermənistanın mövqeyi bu təkliflərin aktuallığını təsdiqləyir”
Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndinə sonuncu səfəri zamanı bu torpaqların ermənilərə məxsusluğu ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyətində ciddi narahatlığa səbəb olub. Məsələyə münasibət bildirən bəzi siyasi ekspertlər Paşinyanın məlum açıqlamasından sonra Ermənistanla hətta formal da olsa danışıqlar aparmağın mənasız olduğunu bildirib.Muxalifet - 6-08-2019
Varlı ərəblərin yeni əyləncəsi: superbahalı maşınları mərmər plitəyə çevirmək... - FOTO
Varlı ərəblər arasında son vaxtlar avtomobili mərmər plitəyə çevirmək dəb halını alıb. Bəziləri avtomobillərini, bəziləri isə avtomobillə yanaşı bütün qarajı yeni trendə uyğun ağ mərmər rəngində “geyindirir”.
Məsələn, Londonun digər varlı vətəndaşlarından fərqlənmək üçün “Ferrari 812 Superfast” və “Bentley Bentayga” sahibi hər iki avtomobili ağ mərmər örtüyə büküb. Bu avtomobillər İngilis mediasının diqqətini cəlb edib.
Muxalifet - 6-08-2019
Ərdoğan müharibə siqnalını verdi: "İnşallah, çox yaxında..."
“Çox yaxında fərqli bir mərhələyə keçəcəyik”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalındakı terrorçuları zərərsizləşdirməklə təhlükəsiz bölgə yaratmaq məsələsindən danışarkən deyib.
Prezident bildirib ki, cənub sərhədində müttəfiqlərinin ağır silahları ilə böyüdülən terrorçular aradan qalxmadıqca Türkiyə özünü təhlükəsiz hiss etməyəcək: “Fərat Qalxanı və Zeytun budağı hərəkatları ilə başlatdığımız bu prosesi, inşallah, çox yaxında fərqli mərhələyə daşıyacağıq”.Muxalifet - 6-08-2019
“Prezident mənə dedi ki, səni “Maşın” şoudan niyə çıxardılar?”
Xalq artisti Rafael Dadaşov "5-də 5” proqramında qonaq olarkən maraqlı açıqlamalar verib.
Məşhur aktyor Prezident İlham Əliyevlə görüşündən danışıb.
R. Dadaşov ölkə başçısı ilə maraqlı dialoqundan söhbət açıb:
"2007-ci ildə mən Murad Dadaşovun "Maşın” layihəsində iştirak etmişdim. Dedi ki, aktyorlar çox olacaq, iştirak et. Saqqızımı oğurladı. Ancaq aktyorlar şouda çox az idi. Anlaşılmaz bir şəkildə Tünzalə məni oyundan kənarlaşdırdı. Hamı indiyədək bunun səbəbini soruşur. Sözümün canı var.Muxalifet - 6-08-2019
Sürücülərin diqqətinə! - Bu yollar rənglənir
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsinin daxili yollarında üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sürücülərdən sözügedən yollarda müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.Muxalifet - 6-08-2019
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi başlayır
Avqustun 7-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start veriləcək.
Təhsil Nazirliyindən verilən məlumata görə, namizədlər 14 avqust saat 13:00-dək elektron ərizələrində müvafiq bölməyə daxil olaraq imtahan fənninə uyğun 8 vakant yer seçə bilərlər. Sonda namizədlər ərizələrini təsdiq etməlidirlər.
2019-2020-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak etmiş namizədlərə builki və ya ötənilki işə qəbul imtahan nəticəsini seçərək bu mərhələdə iştirak hüququ verilir.Muxalifet - 6-08-2019
Türkiyə vətəndaşı Əli Yalçınkaya erməni qızla evlənib xristian oldu - SƏBƏBİ AÇIQLANDI
Türkiyə vətəndaşı Əli Yalçınkaya Rusiyanın Rostov-na-Don şəhərindəki eməni kilsəsində İsabella adlı erməni qızla evlənib.
Bu hadisə sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.
Erməni jurnalist və səyyah Vadim Harutyunov özünün Facebook səhifəsində bu evliliyin təfərrüatlarını açıqlayıb. O bildirib ki, Əli Yalçınkayanın nənəsi 1915 erməni olub.Muxalifet - 6-08-2019
DİQQƏT! DİQQƏT!: Sabah bu ərazilərdə işıq fasilələrlə veriləcək
Sabah Bakının bu ərazilərində işıq olmayacaq.
“Azərişıq” ASC-dən verilən məlumata görə, 110 kv-luq "I Binəqədi hava elektrik verilişi xətti"ndə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq 07 avqust 2019-cu il tarixində saat 10:00-dan 15:30-dək Abşeron rayonu AAAF Yaşayış massivi və Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaqdır.
Yaranacaq narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyirMuxalifet - 6-08-2019
“Mursi 25 dəqiqə qıvrılaraq öldü, Qaşıqçı…” – Ərdoğan
Mursinin məhkəmə salonunda 25 dəqiqə qıvrılaraq ölməsini seyr edən bir dünya bizim dünyamız ola bilməz. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Qaşıqçı cinayətinin günahkarları ədalətə hesab vermədən bəşəri vicdan rahatlamayacaq. Biz prinsiplərimizə sadiq mövqe nümayiş etdiririk, haqdan yanayıq. Son 17 ildə diplomatlarımızın inamlı fəaliyyəti ölkəmizin qarşısında yeni üfüqlər açdı”, - Ərdoğan bildirib.
Muxalifet - 6-08-2019
Bakıda insanların gözü önündə DƏHŞƏT YAŞANDI - Qadın zərbədən havaya uçdu - VİDEO
Bu günlərdə Bakı şəhər Sabunçu rayonunda baş vermiş yol qəzasının görüntüsü yayılıb. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Sabunçu rayonu Zabrat qəsəbəsi Şəhər şosesində (Ayxan marketin qarşısı) yol-hrəkəti qaydalarını kobud şəkildə pozaraq əks hərəkət zolağına çıxan taksi yolu keçən qadını vurub. Taksi kimi fəaliyyət göstərən "Daewoo Nexia"nın orta yaşlı qadını vurması nəticəsində piyada zərbənin gücündən havaya qalxaraq yola çırpılıb. Dəhşətli hadisə ərazidəki avtomobillərdən birinin video-qeydiyyat cihazı tərəfindən lentə alınıb. Həmin görüntüləri təqdim edirik.
Muxalifet - 6-08-2019
Paşinyan Qarabağ bəyanatları ilə nəyə nail olmaq istəyir? – Rusiyalı ekspert üç hədəfi açıqladı
“Nikol Paşinyanın Xankəndidə mitinq keçirməsi və səsləndirdiyi şüarların üç hədəfi var”.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq münasibətlər üzrə rusiyalı ekspert Aleksey Fenenko deyib.
Onun sözlərinə görə, Paşinyan bu fikirlərlə “Qarabağ klanı”nın bir hissəsini öz tərəfində çəkmək istəyir.iiMuxalifet - 6-08-2019